"Münaqişə konkret nəticələrlə yekunlaşmalıdır"

“Bir görüşdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı böyük nəticələr gözləmək üçün o qədər də əsasımız yoxdur. Amma son dövrlərdə danışıqlarla bağlı müşahidə olunan dinamika müsbət nəticələr əldə etməyə imkan yarada bilər”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

"Bir görüşdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı böyük nəticələr gözləmək üçün o qədər də əsasımız yoxdur. Amma son dövrlərdə danışıqlarla bağlı müşahidə olunan dinamika müsbət nəticələr əldə etməyə imkan yarada bilər". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Son zamanlar İrəvanda həm baş nazir Nikol Paşinyan həm də onun ətrafında olan siyasətçilər tərəfindən Azərbaycan maraqlarına zidd bəyanatların səsləndiyini deyən politoloq bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquq normalarına sadiq olan dövlət kimi danışıqlar prosesinə hər zaman hazırdır və bu istiqamətdə bütün səylərini ortaya qoymaqdadır.

Onun sözlərinə görə, zaman göstərir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün - həm diplomatik həm də hərbi vasitələrdən istifadə etməyə hazırdır: "Mən düşünürəm ki, danışıqlar baş tutacaq. Lakin XİN başçılarının fevral ayının sonunda keçirilən görüşündə problemin həlli istiqamətində ciddi irəliləyişlərin olacağını gözləmirəm".

F. Sadıqov qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının artması, Ermənistana yeni hakimiyyətin fonunda Azərbaycan öz diplomatik addımlarını daha güclü və qabarıq şəkildə ortaya qoymalıdır: "Hücumedici diplomatik addımlar ölkəmizin maraqlarını müdafiə etməklə yanaşı, Azərbaycana qələbə qazandıra bilər. Uzun illər ərzində davam edən münaqişə konkret nəticələrlə yekunlaşmalıdır ".

Xalqların sülhə hazırlıqla bağlı məsələyə gəlincə politoloq vurğulayıb ki, Azərbaycan xalqı torpaqları işğaldan azad olunmayan qədər heç zaman sülhə hazır ola bilməz: " Bu bir aksioma, reallıq və həqiqətdir. Sülhə erməni xalq hazır olmalıdır. Onlar uzun illərdir ki, digər dövlətlərin ərazilərinə iddialıdırlar. Bu iddialar yoxa çıxsa, o zaman xalqlar sülhə hazır ola bilərlər. Amma ilk şərt Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesinə başlanılmasıdır. Yalnız bu halda, xalqımız sülhə hazırlığını nümayiş etdirə bilər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31