Parisdən işğalçı ölkəyə açıq dəstək
Bu ölkənin Minsk qrupundakı vasitəçiliyinə son qoyulmalıdır
7 Fevral 2019 14:45 SiyasətBu ölkənin Minsk qrupundakı vasitəçiliyinə son qoyulmalıdır
Hazırda demək olar ki, Fransa və Ermənistan eyni taleni yaşayır. Daha doğrusu hər iki ölkədə hakimiyyətdə olan qüvvələr eyni siyasi taleni bölüşürlər. Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan İrəvanı bütün diplomatik sferada ağır duruma saldığı kimi, Fransa prezidenti Emmanuel Makron da ölkəsində ona qarşı qalxmış xalq kütlələrinin sözünü eşitmək, onları dinləmək əvəzinə diqqəti başqa səmtə yönəldir. Gah ağır siyasi durumdan çıxmaq üçün erməni lobbisinə bel bağlayır, onların maraqlarına xidmət edən addımlar atır, gah da qoca qitənin digər ölkələrini Fransada keçirilən etiraz alsiyalarına dəstək verməkdə günahlandırır. Necə ki. bu günlər rəsmi Roma Paris tərəfindən eyni ittihamla qarşılaşıb. Belə ki, rəsmi Paris İtaliya baş nazirinin müavinini təxribatda suçlandırıb. İddiaya görə, İtaliya baş nazirinin müavini neçə vaxtdır Fransada etiraz aksiyasına qalxan "sarı gödəkçəlilər"in təmsilçisiylə görüşüb. Əslində demokratiya carçısı kimi aləmə hay-həşir salan Parisin demokratiya adı altında oynadığı ikili oyundur ki, bu gün Fransa onunla qarşı-qarşıyadır. Elə millət vəkili Sahib Alıyev də bu qənaətdədir. Onun sözlərinə görə, içində heç bir dəyər gəzdirməyən, psixikası pozuq adamlara "siyasi sığınacaq" verərək onlardan mənəviyyat terrorçusu düzəldib Azərbaycanın üzərinə qısqırtmaq demokratiya və söz azadlığına dəstək sayılır, Makronun yeritdiyi siyasətə etiraz edənlərin təmsilçisiylə görüş isə təxribatmış: "Özü də söhbət o etirazçılardan gedir ki, Fransa polisi indiyədək aralarından yüzlərlə adamı həbsə atıb, neçə başı dağıdılan, gözü çıxarılan və hətta öldürülənləri də var. Yaxşı, tutaq ki, İtaliya baş nazirinin müavininin "sarı gödəkçəlilər"in təmsilçisiylə görüşü "təxribat"mış, bəs onda həmin Fransanın prezidenti Makronun aprelin 24-nü ölkəsində ağlaşma günü kimi elan etməsi nədir? Makron axı yaxşı bilir ki, belə bir soyqırımı olmayıb, bu uydurmadır. Və söhbət əsl soyqırımından gedirsə, onda onu törədənlərin başında məhz öz ölkəsi gəlir. Makronun təbirincə desək, "tarixin düz gözünə baxan Fransa" Əlcəzair, Ruanda və digər Afrika ölkələrində törətdiyi soyqırıma gəldikdə nədən kora çevrilir? Yoxsa soyqırımına uğratdıqlarının yaraşıqlı və yarı çılpaq törəmələriylə qucaqlaşıb həm də şəkil çəkdirməklə Makron tarixin o qanlı anlarını unutdurduğunu düşünür? Bəlkə, bu həmin xalqlara qarşı Fransanın törətdiyi soyqırımın Makroncasına tanınmasıdır? Xeyr, bu cür şəkillər ancaq Makronun özünü unutduğunu göstərir və tanımayanlara onun kimliyini tanıdır".
Millət vəkili deyib ki, Emmanuel Makron Fransasının Türkyəni etmədiyi soyqırımda suçlandırması əslində özünü satan qadının bakirə qızı əxlaqsız adlandırması kimi bir şeydir: "Axı nəzarətində olan torpaqlarda, o sıradan Afrikada Osmanlının yerli xalqlarla necə humanist və ədalətli davrandığı heç kimə sirr deyil. Eyni zamanda o da sirr deyil ki, həmin torpaqların bir hissəsi Fransanın əlinə keçəndən sonra orada hansı vəhşiliklər törədildi.
Rəsmi Paris əslində Afrikada indi də keçmişdəkindən çox az fərqlənən siyasət yeridir. Xatırladaq ki, təqribən yarım ay bundan öncə İtalya baş nazirinin müavini Di Mayo Fransanı hələ də Afrikada koloniyaçılıq siyasəti yeritməkdə, oranın təbii ehtiyyatlarını çapıb-talamaqda, əhalsini isə ölkələrindən qaçmağa vadar edərək qayıqlarını Aralıq dənizinin sularına gömməkdə suçlandırmışdı. Di Mayo bildirmişdi ki, əgər Afrikada bu vəhşi və qarətçi siyasəti yeritməsəydi, Fransa indi dünyada 6-cı yox, heç 15-ci iqtisadiyyat da olmayacaqdı. Bunu Fransa ilə eyni qurumda yer alan bir ölkənin yüksək vəzifəli rəsmisi deyir".
Sahib Alıyev deyib ki, bütün bunları nəzərə aldıqda Dağlıq Qarabağ məsələsində Fransanın ədalətli mövqe nümayiş etdirəcəyinə inanmır: "Belə bir dövlətdən ədalət gözləmək olmaz. Əvvəldən də Parisin beynəlxalq normaya yaxın sayılacaq mövqe tutacağına inanmırdım. Makronun Fransasına isə heç inanmıram. Makron Fransasının uydurma hay soyqırımıyla bağlı son addımından sonra isə bu ölkənin ATƏT-in Minsk qrupuna həmsədrliyi mənim nəzərimdə hardasa elə Ermənistanın həmsədrliyi kimi bir şeydir".
S.İsmayılbəyli