Putin Ərdoğan görüşü DQ münaqişəsinə nə vəd edir?

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında fevralın 14-də görüş keçiriləcək. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən də məlumat verilib. Bəs görəsən iki ölkə lideri hansı məsələləri müzakirə edəcək? Məsələ ilə bağlı  açıqlama verən siyasi şərhçi Arzu Nağıyev söyləyib ki, Türkiyə və Rusiya dövlət başçılarının əsas müzakirə edəcəkləri mövzular iki ölkə arasında olan iqtisadi, siyasi və hərbi əməkdaşlıq məsələləri ilə bağlı olacaq.

İki ölkənin Suriya ilə bağlı problemlərin həllində yaxından iştirak etdiyini deyən siyasi şərhçi ölkələrin Suriyada problemlərin həlli istiqamətində danışıqlar aparacağı mütləqdir: "Bilirsiniz ki, Suriyada problemlər hələ sona çatmayıb. Suriya məsələsində ABŞ-ın, İranın, İsrailin öz maraqları var. Buna görə Türkiyə bir neçə müddətdir ki, həm Münbiç, həm də digər istiqamətlərdə əməliyyatların aparılması ilə bağlı verdiyi anonsları ABŞ və Rusiya ilə razılaşdırmalıdır. Yəqin ki, danışıqların əsas predmetlərindən biri də bu olacaq".

Putin-Ərdoğan görüşündə həm İran, həm İsrail, ümumilikdə regional məsələlərin də əsas müzakirə predmeti olacağını dilə gətirən A.Nağıyev qeyd edib ki, hər iki tərəf üçün iqtisadi əhəmiyyət daşıyan Akkuyu layihəsi ilə bağlı da danışıqların aparılması istisna edilmir.

Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələrinə gəlincə, siyasi-şərhçi vurğulayıb ki, hər iki ölkənin problemin həllində maraqlı olduğunu nəzərə alaraq görüşdə münaqişə ilə bağlı danışıqların aparılması, eləcə də regionda baş verən proseslərin müzakirəsi nəzərdə tutulur.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31