Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayının 25 min hərbçi artırılması haqqında fərman imzalayıb.
Olaylar xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Sənədə əsasən, bu addım orduda yeni hərbi-tikinti bölmələrinin yaradılması ilə əlaqədar atılıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2 426 000 nəfər təşkil edəcək.