"Ermənistanın sülhə hazır olduğu heç bir prosesdə görünmür"
“Azərbaycan tərəfi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla əlaqədar real addımlara keçəcəyini gözləyir. Ermənistan bu istiqamətdə addım atarsa, əslində bu ölkə özünü xilas etmiş olacaq”. Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.
7 Fevral 2019 14:22 Siyasət"Azərbaycan tərəfi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla əlaqədar real addımlara keçəcəyini gözləyir. Ermənistan bu istiqamətdə addım atarsa, əslində bu ölkə özünü xilas etmiş olacaq". Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Son dövrlər Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mülayim davranışlar nümayiş etdirildiyini deyən deputat söyləyib ki, real bəyanatlar əslində bu ölkənin 90-cı illərin əvvəllərində olan mövqeyini əks etdirir.
Onun sözlərinə görə, işğalçı tərəf əslində problemin həlli istiqamətində yeni fikir irəli sürmür.
A.Mollazadə bildirib ki, Azərbaycana təcili sülh lazımdır: "Bu baxımdan biz danışıqlar prosesini davam etdirməliyik. Sadəcə olaraq beynəlxalq ictimaiyyət, təşkilatlar bu istiqamətdə Ermənistanın davranışlarını ciddi şəkildə izləməlidirlər. Çünki, Ermənistan yenə də öz köhnə davranışlarını davam etdirə bilər. Əgər belə olsa, o zaman işğalçı ölkənin bu hərəkətləri dayandırılmalıdır ".
Ermənistanda fərqli proseslərin getdiyini dilə gətirən deputat qeyd edib ki, düşmən ölkənin sülhə hazır olduğu heç bir prosesdə öz əksini tapmır.
SİA