Ərdoğan-Putin görüşü Qarabağ məsələsinə nə vəd edir?
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında fevralın 14-də görüş keçiriləcək. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən də məlumat verilib. Maraqlıdır, Ərdoğanmla Putin arasında keçiriləcək görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaqmı, yaxud bu görüşün sözügedən problemin həllinə hansı təsiri ola bilər?
7 Fevral 2019 13:58 SiyasətXəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında fevralın 14-də görüş keçiriləcək. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən də məlumat verilib. Maraqlıdır, Ərdoğanmla Putin arasında keçiriləcək görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaqmı, yaxud bu görüşün sözügedən problemin həllinə hansı təsiri ola bilər? Əvvala onu xatırladaq ki, hazırda Türkiyənin bölgədəki rolu getdikcə artmaqdadır. Türkiyə Avrasiya bölgəsinin əsas dövlətlərindən birinə çevrilib. Onu da nəzərə almaq lazımdır ki, qardaş dövlət Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyə ilə bağlı baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənir. Xatırlatmaq yerinə düşərdi ki, bir müddət öncə rəsmi Bakı Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılması təklifi ilə çıxış edib. Ancaq Moskva ümumilikdə bu ideyanı müsbət dəyərləndirsə də hələ ki, onun reallaşması üçün konkret addım atmayıb. Ekspertlər hesab edirlər ki, Türkiyə-Azərbaycan-Ukrayna üçlüyünün yaradılması təklifindən sonra Moskva da geri qalmaq istəməyəcək və Türkiyə-Azərbaycan-Rusiya formatının yaranmasına yaşıl işıq yandıracaq. Belə halda, Türkiyə və Rusiyanın Cənubi Qafqazdakı maraqları demyə əsas verir ki, Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözləniləndir.
Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun üzvü kimi Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə ilə əməkdaşlıq etmək istəməsə də, Dağlıq Qarabağda yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibində Türkiyənin olmasını qəbul etmək zorundadır. Yəni, əgər Moskva israr etsə ki, Rusiya hərbçiləri Dağlıq Qarabağda sülhməramlılar tərkibində iştirak etməlidir, Türkiyə hərbçiləri də Dağlıq Qarabağda yerləşdirilib bölgədəki azərbaycanlılarn təhlükəsizliyinə cavabdeh ola bilərlər. Bu ideyanın reallaşması üçün sözsüz ki, təşəbbüs rəsmi Bakıdan gəlməlidir. Deməli, Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsi Azərbaycanın mövqeyi nəzərə alınaraq aparılmalıdır. Məlum olduğu kimi Rusiya Ermənistanı təsir dairəsində saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyətindən uzaqdır. Buna baxmayaraq, münaqişənin Rusiyasız həll olunmaçağı qeyri-real görünür. Məhz bu səbədən ikitərəfli görüşdə Dağlıq Qarabağ məsələsiin gündəmə gələcəyi şübhə doğurmur. Siyasi şərhçi Arzu Nağıyev bildirib ki, Türkiyə və Rusiya dövlət başçılarının əsas müzakirə edəcəkləri mövzular iki ölkə arasında olan iqtisadi, siyasi və hərbi əməkdaşlıq məsələləri ilə bağlı olacaq. İki ölkənin Suriya ilə bağlı problemlərin həllində yaxından iştirak etdiyini deyən siyasi şərhçi ölkələrin Suriyada problemlərin həlli istiqamətində danışıqlar aparacağı mütləqdir: "Bilirsiniz ki, Suriyada problemlər hələ sona çatmayıb. Suriya məsələsində ABŞ-ın, İranın, İsrailin öz maraqları var. Buna görə Türkiyə bir neçə müddətdir ki, həm Münbiç, həm də digər istiqamətlərdə əməliyyatların aparılması ilə bağlı verdiyi anonsları ABŞ və Rusiya ilə razılaşdırmalıdır. Yəqin ki, danışıqların əsas predmetlərindən biri də bu olacaq". Putin-Ərdoğan görüşündə həm İran, həm İsrail, ümumilikdə regional məsələlərin də əsas müzakirə predmeti olacağını dilə gətirən A.Nağıyev qeyd edib ki, hər iki tərəf üçün iqtisadi əhəmiyyət daşıyan Akkuyu layihəsi ilə bağlı da danışıqların aparılması istisna edilmir. Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələrinə gəlincə, siyasi-şərhçi vurğulayıb ki, hər iki ölkənin problemin həllində maraqlı olduğunu nəzərə alaraq görüşdə münaqişə ilə bağlı danışıqların aparılması, eləcə də regionda baş verən proseslərin müzakirəsi nəzərdə tutulur.
Nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsinə mövqeyi əslində bu ölkənin 90-cı illərin əvvəllərində olan mövqeyini əks etdirir. Son dövrlər Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mülayim davranışlar nümayiş etdirməsi isə ekspertlər tərəfindən "siyasi oyunbazlıq" kimi dəyərləndirilir. Belə halda Ərdoğan-Putin görüşünün Qarabağ məsələsinin həllinə hansı töhvə verə biləcəyi sual altına düşür. Azərbaycan tərəfi isə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla əlaqədar real addımlara keçəcəyini gözləyir. Hətta, hesab edir ki, Ermənistan bu istiqamətdə addım atarsa, əslində bu ölkə özünü xilas etmiş olacaq. İşğalçı dövlət isə problemin həlli istiqamətində hər hansı yeni fikir irəli sürmür. Verilən təklif və təşəbbüsləri ermənisayağı dəyərləndirir. Daha doğrusu, Ermənistanda fərqli proseslər getdiyindən düşmən ölkənin sülhə hazır olduğu heç bir prosesdə öz əksini tapmır. Belə halda isə Rusiya və Türkiyənin cəhdlər o halda nəticə verə bilər ki, Suriya və Qarabağ məsələlərində ortaq məxrəcə gəlinə bilsin. Bu zaman Azərbaycanın mövqeyinin nəzərə alınması əsas şərrtlərdən hesab olunmalıdır.
Zəka