Gündəm

Hulusi Kılıc: “Makron, siyasi yalanı burax, Xocalıya bax!”

7 Fevral 2019 13:02

Fransa prezidenti Emmanuel Makronun “1915-ci il hadisələrinin Fransada anma günü elan edəcəyinə” dair açıqlamasını peşə həyatının əhəmiyyətli bir hissəsini ASALA terroristlərinin təhdidləriylə keçirmiş bir diplomat olaraq şiddətlə qınayıram.“Olaylar”ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri (hazırda Türkəyinin Moldovadakı səfiri vəzifəsində çalışır-red) Hulusi Kılıç özünün “Facebook”statusunda Fransa prezidentinin məlum qərarına münasibət bildirərəkən deyib. Onun qeyd etdiyinə görə, tarixçilər tarixlə, siyasətçilər siyasətlə məşğul olsunlar: “Prezident Makron tarixçi deyil, siyasi yalanı burax, Xocalıya bax”.

Azərbaycanın qazandığı uğurlardan müəyyən beynəlxalq dairələr, antiazərbaycançı mərkəzlər ciddi narahatlıq keçirir

7 Fevral 2019 12:51

Radikal müxalifət düşərgəsi də həmin xarici dairələrin əlaltılarıdır

“Hindistan Azərbaycan rəssamlarının gözü ilə” – Səfirlikdə sərgi

7 Fevral 2019 12:49

Fevralın 15-də Hindistanın Azərbaycandakı Səfirliyində “Hindistan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi təşkil olunacaq. Olaylar.az bildirir ki, sərgi Hindistanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının    dəstəyi ilə həyata keçirilir. Sərgidə təsviri sənətin bütün növləri üzrə 100 rəssamın 100-dən çox işi ilə qatılıb. Tədbirdə müxtəlif  yaş qruplarında rəssamlar iştirak edirlər. Sonda iştirakçılar diplom və təşəkkürnamələrlə təltif olunacaqlar.

Fransa Ermənistanın məkirli siyasətinin müdafiəçisinə çevrilib

7 Fevral 2019 12:44

Markonun qərarı Fransa-Türkiyə münasibətlərinə xələl gətirə bilər

Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə dostluq turniri 

7 Fevral 2019 11:13

Azərbaycan Dillər Universitetində (ADU) Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri arasında dostluq xarakterli stolüstü tennis turniri keçirilib. Olaylar.az bildirir ki, Bahar bayramı - Çin Yeni ilinə həsr olunmuş idman görüşməsi isti və səmimi bir atmosferdə keçirilib.

Professor Eldar İsgəndərovla görüş

7 Fevral 2019 11:12

Görkəmli dirijor Niyazinin mənzil - muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R. Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin təşkilatçılığı ilə violonçel ifaçısı, xalq artisti, professor Eldar İsgəndərovla görüş keçirilib. Olaylar.az bildirir ki, ilk öncə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Zəlzələ baş verən ərazilərin seysmik vəziyyəti açıqlandı

7 Fevral 2019 11:02

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələlərlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli KİV nümayəndələri üçün mətbuat konfransı keçirib. Olaylar.az bildirir ki, RSXM-in Zəlzələlərin tədqiqatı bürosunda baş tutan konfransda Q.Yetirmişli zəlzələ bölgəsinin seysmik vəziyyəti, baş verən təkanlardan sonra ərazidə aparılan müşahidələr və hazırki vəziyyətlə bağlı məlumatları açıqlayıb. O, zəlzələdən sonra 130-dan çox afterşokun qeydə alındığını, hazırda ərazidə prosesin davam etdiyini bildirib.

Firudin Qurbanov Koreya səfiri Kim Tonq-opla görüşüb

7 Fevral 2019 10:59

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb. Olaylar.az bildirir ki, görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib.

Mevlüt Çavuşoğlu azərbaycanlı və türk tələbələri ilə görüşdü - Vaşinqtonda bir ilk

7 Fevral 2019 10:40

ABŞ-Azərbaycan Ticarət Palatasının dəvəti ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun ABŞ paytaxtının tarixi Corctaun ərazisində yerləşən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində azərbaycanlı və türk tələbələri ilə görüşü baş tutmuşdur. Səfirlikdən Olaylar.az- bildirilib ki, görüşdə paytaxt Vaşinqton şəhəri, Virciniya, Merilənd, Delaver, Meyn ştatları və Çikaqo şəhəri universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələri, eləcə də Türk-Amerika Əlaqələndirmə Komitəsi iştirak etmişdir. Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində türkiyəli baş diplomatı Mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan Məktəbi”nin kiçik yaşlı şagirdləri milli geyimlərdə salamlamış, iki dövlətin birliyi və qardaşlığını ifadə edən şerlər söyləmişlər. Nazir azərbaycanlı uşaqlarla xatirə şəkli çəkdirmişdir.

Ermənilər BUNU DA ETDİ: Qarabağda Avropa futbol çempionatı...

7 Fevral 2019 10:24

Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində futbol çempionatı keçiriləcək. Aralarında Abxaziya, cənubi Osetiya, Donetsk və Luqansk Xalq Respublikalarının olduğu ölkələrdən 12 futbol komandası rəsmi şəkildə tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası"nda qeyri-qanuni Avropa çempionatı keçirəcək. BMT tərəfindən tanınmayan ölkələrin komandaları arasında baş tutacaq Avropa kubokunun püşkatmaları Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (ConIFA) internet saytı vasitəsilə elan edilib.

Əbülfət Əliyevin yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində

7 Fevral 2019 10:23

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert muğam və opera müğənnisi, Xalq artisti  Əbülfət Əliyevin yaradıcılığına həsr olunub. Olaylar.az bildirir ki, Əməkdar artist Rəşad İlyasovun aparıcısı olduğu proqramda Azərbaycan mədəniyyətində iz qoyan dəyərli sənətkarlar xatırlanır. “Yaradanlar və yaşadanlar” ın bu dəfəki buraxılışında Əməkdar artistlər – İlkin Əhmədov  “Eşqimin növrağı”,  Təyyar Bayramov “Ay gecikən məhəbbətim”,  Ehtiram Hüseynov “ Tel nazik”,   Azərbaycan Televiziya və Radio Verilişləri  Qapalı Səhmdar Cəmiyyətinin solistləri Pərviz Qasımov  “Segah” təsnifi, Mirələm Mirələmov “Şüştər” təsnifi, Rövşən Əziz “Ay qaşı gözü qara qız”, xanəndə  Sədəf Budaqova “Qadan mən alım” mahnılarını ifa etdilər. 

“Hasarın o üzü” tamaşası təqdim ediləcək

7 Fevral 2019 10:20

Fevralın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü” tamaşası təqdim olunacaq. Olaylar.az bildirir ki, səhnə əsəri tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.