Gündəm

AzTV-də böyük addım və VACİB QADAĞALAR: toy müğənnilərinin, bayağılığın sonu - RƏYLƏR

7 Fevral 2019 10:17

“Əgər veriliş səviyyəsizdirsə, demək ki, həmin kanalın rəhbəri də o səviyyədədir”. Bu sözləri Milli Konservatoriyanın rektoru, tanınmış bəstəkar Siyavuş Kərimi fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılması ilə bağlı  danışarkən deyib. Xalq artisti Siyavuş Kərimi qurumun yaradılmasının əhəmiyyətini belə qiymətləndirib:

Baş İdarənin kollektivi Qara Qarayevin ev muzeyində

7 Fevral 2019 10:15

Dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabe müəssisələr sənətkarın ev muzeyini ziyarət ediblər.

İtaliyanın ən nüfuzlu jurnalında Azərbaycanlı alimlərin elmi məqalələri

7 Fevral 2019 10:13

İtaliyanın Genuya Universitetində “25 illik Azərbaycan-İtaliya münasibətləri Aralıq dənizi, Qara dəniz və Xəzər dənizinin şahidliyi kontekstində” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.  Fəlsəfə İnstitutundan Olaylar.az-a verilən məlumata görə, bir sıra Avropa ölkələrindən tanınmış alimlərin iştirak etdikləri konfransda Azərbaycanı AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev, AMEA-nın Fəlsəfə İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva təmsil ediblər.

Atadan İYRƏNC ƏMƏL: 14 yaşlı qızını dəfələrlə...

7 Fevral 2019 10:07

Gürcüstanda 14 yaşlı qızını zorlayan 39 yaşlı ata həbs edilib. Hadisə Qori şəhərində baş verib.

O da müğənniliyə başladı - Video

7 Fevral 2019 10:06

Türkiyəli məşhur aktrisa Gökçe Bahadır müğənniliyə başlayıb. O, Ajda Pekkanın “Sana doğru” adlı mahnısını yenidən ifa edib. Mahnının klipi “Youtube”da bir gecəyə 700 min dəfədən çox izlənilib.

Günay Rüfətlə yarıçılpaq fotolar çəkdirdi

7 Fevral 2019 10:05

Model Günay Musayeva modelyer Rüfət İsmayılla fotokamera qarşısına keçib.  Günayın yarıçılpaq halda şəkillər çəkdirməsi müzakirələrə səbəb olub. Çəkilişdən fotolar türk mediasında yayımlanıb. 

Ruhani: "ABŞ tövbə etsə..."

7 Fevral 2019 10:03

Xarici qüvvələrin bölgəyə müdaxiləsinə son qoyulmalıdır. ABŞ heç vaxt hədəfinə nail ola bilməyəcək. Əgər Birləşmiş Ştatlar tövbə edib vaxtilə İrana qarşı atdığı addımlara görə üzr istəyərsə, rəsmi Vaşqintonun tövbəsini qəbul etməyə hazırıq.

Dünya bu zülmdən də qurtuldu - Gələn həftə rəsmən açıqlanacaq

7 Fevral 2019 10:02

Gələn həftə İŞİD terror təşkilatının 100% məğlubiyyəti rəsmən açıqlanacaq. Bunu ABŞ prezidenti Donald Tramp deyib. Prezident bu barədə İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə danışıb. O, bildirib ki, rəsmi açıqlamanı gözləmək niyyətindədir.