ABŞ Çadın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarını dəstəklədi- ÖZƏL

ABŞ Çad hökumətinin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarını dəstəkləyir və bunu respublikanın suverenliyinin möhkəmləndirilməsi istiqamətində atılan addım hesab edir. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Bəyanatda deyilir: "Birləşmiş Ştatlar Çadın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq və bu qüsurlu təşkilatı rədd edərək suverenliyini yenidən təsdiqləyən ölkələrin sayının artmasına qoşulmaq qərarını alqışlayır".

Departament vurğulayıb ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı qlobal kampaniyasını davam etdirəcək. Dövlət Departamenti həmçinin qalan bütün üzv dövlətləri təşkilatı tərk etməyə çağırıb.
Qeyd edək ki, bazar ertəsi günü Çadın Xarici İşlər Nazirliyi ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığını elan etdi. Nazirlik bu qərarın səbəbi kimi təşkilatın qərəzliliyini göstərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31