Ruhani: "ABŞ tövbə etsə..."

Xarici qüvvələrin bölgəyə müdaxiləsinə son qoyulmalıdır. ABŞ heç vaxt hədəfinə nail ola bilməyəcək. Əgər Birləşmiş Ştatlar tövbə edib vaxtilə İrana qarşı atdığı addımlara görə üzr istəyərsə, rəsmi Vaşqintonun tövbəsini qəbul etməyə hazırıq.

Bu sözləri İran Prezidenti Həsən Ruhani Tehranda xarici ölkələrin səfirləri və diplomatları ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, ABŞ Şərqdəki super gücə qarşı bölgədəki ən böyük müttəfiqini itirib: "ABŞ İranı yenidən əldə etmək üçün son 40 ildə bütün imkanlarını səfərbər etsə də, uğur əldə edə bilmədi. Biz bütün dünya ilə dostluq münasibətlərinin tərəfdarıyıq. Əgər ABŞ tövbə edərsə, qəbul edərik", - deyə Həsən Ruhani bildirib. Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31