"Qeyri-formal zorakı qrupların yaradılması ictimai təhlükəsizliyə ciddi təhdiddir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) MMA döyüşçüsü Georgi Kartvelişvilinin "Gürcü dəyərləri və ənənələrinin müdafiəsi" adı altında yeni hərəkat yaratmasını kəskin tənqid edib. Təşkilat bildirib ki, qrupun mətbuat konfransında səsləndirilən bəyanatları hökuməti tənqid edən şəxslərə qarşı qeyri-formal təzyiq, hədə-qorxu və fiziki zorakılıq məqsədi daşıyır. 

GYLA-nın qiymətləndirməsinə görə, bu cür təşəbbüslər "Gürcü Arzusu"nun bəzi nümayəndələrinin zorakılığı təşviq edən mövqeyi ilə üst-üstə düşür və əvvəlki illərdə etirazlar zamanı tənqidçilərə qarşı tətbiq olunan dövlət dəstəkli zorakılıq təcrübəsinin davamıdır. Təşkilat xəbərdarlıq edib ki, Gürcüstan Cinayət Məcəlləsi qanunsuz zorakı birləşmələrin, banditizmin və mütəşəkkil qrupların yaradılmasını qadağan edir və hüquq-mühafizə orqanlarını vətəndaşların hüquqlarının qorunması üçün təcili qabaqlayıcı tədbirlər görməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31