Moldovada dizel çatışmazlığı: Səbəb Novorossiyskə hücumlar göstərildi- ÖZƏL
11:19 DünyaMoldovada dizel yanacağı çatışmazlığı yaranıb. Ölkə hökuməti bunu Ukraynanın Rusiyanın Novorossiysk limanına hava hücumları və Dunay çayında su səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirib.
Baş nazir Vasile Tofan bildirib ki, Novorossiyskdəki terminalların zədələnməsi Qazaxıstan neftinin ixracına təsir edib. Olaylar.az xəbər verir ki, nəticədə Rumıniyadakı Petromidia neft emalı zavodunda dizel istehsalı azalıb və bu, Moldovaya yanacaq tədarükünü çətinləşdirib. Hazırda ölkədə yanacaqdoldurma məntəqələrinin təxminən 10 faizində dizel yanacağı tükənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31