Rusiyanın məhdudiyyətləri Ermənistanın süd sektoruna ağır zərbə vurur – ÖZƏL
11:09 DünyaOlaylar.az xəbər verir ki, Rusiya tərəfindən Ermənistandan süd məhsullarının idxalına qoyulan məhdudiyyətlər istehsalçıların gəlirlərinin, istehsal həcminin və vergi daxilolmalarının azalmasına gətirib çıxaracaq. İyulun 27-dən tətbiq edilən bu qadağadan sonra iqtisadçı Nairi Sarkisyan bildirib ki, illik təxminən 25-30 milyon dollar təşkil edən süd məhsulları ixracının 90%-dən çoxu məhz Rusiyanın payına düşür.
Mütəxəssisin fikrincə, keyfiyyət standartlarına cavab verməyən məhsullar eyni zamanda daxili bazarda erməni istehlakçıların sağlamlığı üçün də ciddi təhlükə yaradır. İqtisadçı hökumətin ixracı Avropa İttifaqına yönəltmək planlarını qeyri-real adlandıraraq xatırladıb ki, 2025-2026-cı illərdə Aİ-yə heç bir süd məhsulu satılmayıb. Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi isə müəssisələrdə xəstə heyvan südündən istifadə edilmədiyini və Rusiyanın yoxlama nəticələrini hələ təqdim etmədiyini açıqlayıb.