Kimlər hepatitə yoluxma riskiinə daxildir- ÖZƏL

"Hepatitə yoluxma riski yüksək olan qrupa qan və qan məhsulları köçürülənlər, hemodializ alan böyrək xəstələri, tibb işçiləri, hepatit daşıyıcısının cinsi partnyoru və ailə üzvləri, həmçinin anası hepatit B daşıyıcısı olan uşaqlar daxildir". "Olaylar" xəbər verir ki, bunu qastroenteroloq-hepatoloq Emin Məmmədov deyib: "Əksər ölkələrdə yetkinlik yaşında olan şəxslər ömründə heç olmasa bir dəfə hepatit B və C testindən keçməsi məsləhət görülür. Testlərin həm ucuz, həm də sürətli olması bunu real edir.
Peyvəndə gəldikdə isə, hepatit B-yə qarşı peyvənd ən güclü qoruyucu vasitəmizdir. Doğuşdan sonrakı ilk 24 saat ərzində vurulan doza və sonrakı dozalar yenidoğulmuşların təxminən 95 faizini infeksiyadan qoruyur. Bu isə, gələcəkdə qaraciyər xərçənginin qarşısını almaq üçün ən təsirli addımlardan biridir.
Hepatit C-yə qarşı hələ ki peyvənd yoxdur. Ona görə də, bu virusdan qorunmaq ilk növbədə qan təhlükəsizliyinə və şəxsi gigiyena qaydalarına əməl etməkdən asılıdır. Ailəsində hepatit B daşıyıcısı olan şəxslər həm test olunmalı, həm də immunitetləri yoxdursa peyvəndlənməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31