"Fransa ermənipərəst mövqeyini bir daha sübut etdi"

"24 aprel tarixinin Fransada matəm günü elan olunması bu ölkənin ermənipərəst mövqeyini bir daha sübut etdi. Fransa Avropada ən böyük erməni icmasının yaşadığı ölkədir. Bu da onu göstərir ki, erməni lobbisinin ölkədəki hadisələrə təsiri az deyil. Fransa eyni zamanda "erməni soyqırımını" 2001-ci ildə Avropada ilk tanıyan ölkələrdəndir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, tarixi hadisələri siyasi fürsətə çevirməklə ölkəsindəki problemləri həll etmək cəhdi Fransa kimi böyük bir dövlətin başçısı üçün biabırçı vəziyyətdir: "Fransadakı daxili böhran o həddə çatıb ki, ölkə başçısı çıxış yolunu erməni lobbisinin dünyadakı mövqeyindən istifadə etməkdə görür. Bu cür aciz bir dövlətin Dağlıq Qarabağ probleminin həllində həll edici mövqe tutması isə münaqişənin uzanmasında bilavasitə rol oynayır. Fransanın ermənipərəst mövqeyini də nəzərə alsaq, təcili şəkildə bu dövlət ATƏT-in minsk qrupunun həmsədr ölkələri arasından çıxmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31