Mevlüt Çavuşoğlu azərbaycanlı və türk tələbələri ilə görüşdü - Vaşinqtonda bir ilk

ABŞ-Azərbaycan Ticarət Palatasının dəvəti ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun ABŞ paytaxtının tarixi Corctaun ərazisində yerləşən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində azərbaycanlı və türk tələbələri ilə görüşü baş tutmuşdur. Səfirlikdən Olaylar.az- bildirilib ki, görüşdə paytaxt Vaşinqton şəhəri, Virciniya, Merilənd, Delaver, Meyn ştatları və Çikaqo şəhəri universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələri, eləcə də Türk-Amerika Əlaqələndirmə Komitəsi iştirak etmişdir. Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində türkiyəli baş diplomatı Mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan Məktəbi”nin kiçik yaşlı şagirdləri milli geyimlərdə salamlamış, iki dövlətin birliyi və qardaşlığını ifadə edən şerlər söyləmişlər. Nazir azərbaycanlı uşaqlarla xatirə şəkli çəkdirmişdir.

ABŞ-Azərbaycan Ticarət Palatasının dəvəti ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun ABŞ paytaxtının tarixi Corctaun ərazisində yerləşən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində azərbaycanlı və türk tələbələri ilə görüşü baş tutmuşdur. Səfirlikdən Olaylar.az- bildirilib ki, görüşdə paytaxt Vaşinqton şəhəri, Virciniya, Merilənd, Delaver, Meyn ştatları və Çikaqo şəhəri universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələri, eləcə də Türk-Amerika Əlaqələndirmə Komitəsi iştirak etmişdir.

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində türkiyəli baş diplomatı Mərkəzin nəzdində fəaliyyət göstərən "Azərbaycan Məktəbi"nin kiçik yaşlı şagirdləri milli geyimlərdə salamlamış, iki dövlətin birliyi və qardaşlığını ifadə edən şerlər söyləmişlər. Nazir azərbaycanlı uşaqlarla xatirə şəkli çəkdirmişdir.

ABŞ-Azərbaycan Ticarət Palatasının İcraçı Direktoru Natiq Baxışov tədbiri açaraq, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunu Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində salamlamış, Mərkəzin dəvətini qəbul etdiyi üçün təşəkkürünü ifadə edərək sözü türkiyəli yüksək qonağa vermişdir.

Çıxış edən türkiyəli baş diplomat ABŞ-a səfərləri zamanı türk diaspor və tələbə təşkilatları ilə görüşdüyünü bildirmiş, lakin budəfəki səfəri zamanı Azərbaycan Mərkəzindən aldığı dəvətin ilk dəfə olduğunu vurğulayaraq öz minnətdarlığını ifadə etmişdir. Çıxışı zamanı o, ABŞ-Türkiyə münasibətləri, bu münasibətlərin hazırkı durumu, Türkiyənin regional siyasəti, eləcə də Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri barədə danışmışdır.

O, özünü təkcə türk diplomatı deyil, eyni zamanda Azərbaycan diplomatı olaraq da hiss etdiyini bildirərək, bir neçə il öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan rejiminin o zamankı rəhbərliyinə Türkiyənin olmadığı yerdə Azərbaycanın olduğu yerdə verdiyi sərt cavabı xatırladaraq, türk xalqının bunu heç bir zaman unutmayacağını bildirmişdir.

Daha sonra görüş tələbələrlə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında fəal sual-cavablar formasında davam etmişdir. Tələbələr Türkiyənin Suriya və Yaxın Şərq siyasəti, Türkiyə-Azərbaycan münasibətləri və bu münasibətlərin möhkəmlənməsində xaricdə yaşayan azərbaycanlı və türk toplumlarının birgə fəaliyyətlərinin rolu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ATƏT-nin Minsk Qrupunun bu istiqamətdə fəaliyyəti və s. barədə onları maraqlandıran sualları qonağa ünvanlamışlar.

Türkiyəli yüksək qonaq, çıxışı zamanı, xüsusilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin önəmini vurğulamış, iki dövlətin birgə həyata keçirdiyi regional meqa layihələrə istinad edərək bundan sonra da dövlətlər və xalqlar arasında münasibətlərin birgə iqtisadi və biznes təməlləri üzərində daha da möhkəmlənəcəyinə inamını ifadə etmişdir. O, iki dövlətin güclənməsi yolu ilə mövcud problemlərini həll edə biləcəyini ifadə etmişdir.

Sonda ABŞ-Azərbaycan Ticarət Palatası adından türkiyəli yüksək qonağa xatirə hədiyyəsi təqdim edilmişdir. Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu da, öz növbəsində, dəvətə görə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirmiş və öz adından xatirə hədiyyəsi təqdim etmişdir.

ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə ABŞ və Azərbaycan arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi məqsədilə təsis edilmişdir. 2000-ci ildə palatanın nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi təsis edilmişdir. Palatanın paytaxt Vaşinqtonun qədim hissəsi olan Corctaun ərazində yerləşən binası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən açılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31