Gürcüstan və Çin münasibətləri yeni mərhələyə qədəm qoyub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çinin ölkədəki səfiri Çou Tsyanın diplomatik missiyasının başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edərək iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O qeyd edib ki, 2023-cü ildə qoyulan strateji tərəfdaşlıq təməli bu il hərtərəfli səviyyəyə yüksəldilib və bu, siyasi, iqtisadi, eləcə də humanitar sahələrdə yeni imkanlar açıb. Hazırda Çinin Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşı və ikinci əsas ixrac bazarı olduğunu vurğulayan Baş nazir, tətbiq edilən vizasız rejim və Tiflis-Şanxay birbaşa aviareysləri daxil olmaqla, üç Çin aviaşirkətinin müntəzəm uçuşlarının turizm, biznes və sərmayə axınını əhəmiyyətli dərəcədə artırdığını diqqətə çatdırıb. 

Kobaxidze Pekinin Gürcüstana bərabərhüquqlu tərəfdaş kimi yanaşmasını yüksək qiymətləndirib və ikitərəfli əlaqələrin dərinləşməsindəki xidmətlərinə görə səfər Çou Tsyana təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31