Fransa Ermənistanın məkirli siyasətinin müdafiəçisinə çevrilib

Markonun qərarı Fransa-Türkiyə münasibətlərinə xələl gətirə bilər

Markonun qərarı Fransa-Türkiyə münasibətlərinə xələl gətirə bilər

Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilmişdir. Tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirməklə erməni millətçiləri ondan öz siyasi məqsədləri üçün istifadə edirlər. Əsas məsələ odur ki, indi ayrı-ayrı ölkələrin parlamentində tarix kitabının bir səhifəsini oxumayan, "tarixçi" rolunda çıxış edənlər əl qaldırıb-endirməklə heç bir zaman olmayan uydurma "soyqırımı"nın guya olduğu barədə sənədlər qəbul edirlər. Artıq Fransa prezidenti Emmanuel Makron seçkiöncəsi verdiyi vədə əməml edərək 24 aprel gününü Milli (qondarma) erməni soyqırım yaddaş günü elan edib. Fransa dövlət başçısı bununla bağlı qərarını qatıldığı erməni təşkilatlarının koordinasiya şurasının iclasında açıqlayıb. O, Fransanın Osmanlı imperiyasında ermənilərin guya kütləvi surətdə qətlə yetirildiyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. E.Makron, üstəlik, qondarma soyqırım haqqında qanunun 2001-ci ildə "uzun mübarizə və döyüşlərdən" sonra qəbul edildiyini söyləyib. Makron onu da bildirib ki, məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı əvvəlcədən məlumatlandırıb. Bununla da, hər il 24 aprel Fransada qondarma soyqırımın anım günü kimi qeyd ediləcək. Rəsmi Ankara çox gözləmədən Fransa prezidenti Emmanuel Makronun 24 apreli "erməni soyqırımını anma günü" elan etməsi ilə bağlı açıqlamasını şiddətlə qınayıb. Belə ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Makronun qərarına münasibət bildirərkən deyib ki,  heç kim Türkiyəni işləmədiyi bir cinayət üzündən ittiham edə və tariximizə ləkə sürə bilməz: "Öz ölkəsində siyasi problemlər yaşayan Makronun gündəmi dəyişmək cəhdilə tarixi hadisələri siyasi alət halına gətriməsini rədd edirik. Sözdə erməni soyqırımı iddiaları heç bir hüquqi əsası olmayan, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır və Türkiyə üçün heç bir hökmü yoxdur".

Xatırladaq ki, Ermənilər məkrli iddialarını tanıtdırmaq üçün hələ Sovetlər birliyi dövründən fəal iş aparmış, qondarma "soyqırımı qurbanları"na abidələr ucaltmışlar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da şirnikləndirmiş, "soyqırımı" təbliğatının sistemli şəkildə aparılmasına imkan yaratmışdır. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə dövlətinə qarşı yönəlsə də, əslində bu məsələdə bütün türk-müsəlman dünyası günahlandırılırdı. Qondarma "erməni soyqırımı" məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu, həm Türkiyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir siyasətə çevrilmişdir. Əslində, 1980-ci illərin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu məkrli siyasətin davamı olmuşdur.

Məlum olduğu kimi erməni tarixşünaslığında və ermənipərəst tarixçilərin əsərlərində guya nə vaxtsa "böyük Ermənistan" adlı dövlətin mövcud olması iddia edilir və bu uydurma dövlətin ərazisi Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına kağız üzərində şişirdilərək göstərilir. İlk mənbələr sübut edir ki, bu iddianın heç bir elmi əsası yoxdur. Tarixi saxtalaşdıran ermənilərin və ermənipərəst müəlliflərin cızmaqaralarında nə "böyük Ermənistan" adının çəkildiyi vaxt, nə bu adda dövlətin varlığı, mövcud olduğu tarixi illər, nə də həmin "dövlətin" iddia olunan sərhədləri barədə ciddi mənbələrə söykənən dəlillər göstərilir. Əaslində isə "erməni dövləti" anlayışının mahiyyətinə tarixi baxımdan aydınlıq gətirsək aydın olar ki, erməni "tarixçiləri" və onların havadarları ermənilərin tarixi və erməni dövləti anlayışı haqqında öz uydurma təlimlərini yaratmışlar.

Hazırda Fransa Ermənistanın bu məkirli ciyasətinin müdafiəçisinə çevrilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa problemin həllinə töhvə vermək əvəzinə işğal altında olan Azərbaycan əraziərinə qanunsuz səfərlərə şərait yaradır, separatçı rejimin rəhbərini ölkəsinə dəvət edir, yerli özünüidarə orqanları ilə əməkdaşlıq sənədləri imzalayır. Təbii ki, yüksək vasitəçilik missiyasını öz üzərinə götürən ölkənin bu kimi addımları beynəlxalq hüquq normalarına ziddir. Məntiq onu deməyə əsas verir ki, Fransa Minsk qrupunun həmsədri olaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və ona bəraət qazandırır. Əslində isə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etiyen şəhəri arasında dostluq haqqında bəyanat imzalanması barədə məlumatların Ermənistan kütləvi informasiya vasitələrində yayımlanması erməni təşviqatına nə qədər xidmət edirsə, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın nüfuzuna bir o qədər də xələl gətirir. Qərəzli, antiTürkiyə, anti-Azərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin təsiri altında olan Fransa rəsmilərinin bu qərarı da sözsüz ki, Avropanın bütün dünyaya nümayiş etdirmək istədiyi dəyərlərə ziddir. Eyni zamanda, tarixə əsalanmadan, qanuni əsası olmadan belə sənədlərin qəbulu  beynəlxalq hüquq normalarına, qanunun aliliyinə hörmətsizlik və onların kobud şəkildə pozulması deməkdir. Etiraf edilməlidir ki, Fransanın bəzi rəsmi şəxsləri bu ölkədəki erməni lobbisinin təsiri altındadır və onların maraqlarına xidmət edən qanun və qərarların qəbulunda iştirakçı qismində çıxış edirlər. Təəssüf ki, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir. Belə bi vəziyyətin hökm sürməsi isə heç şübhəsiz ki, Türkiyə-Fransa dövlətlərarası münasibətləri xələl gətirməyə bilməz. Nəzərə almaq lazımdır ki, Fransanın bu addımı qondarma, tarixdə heç bir zaman baş verməyən  "erməni soyqırımı"nın təşviqinə xidmət edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31