ABŞ və İran gizli danışıqlarda Qırmızı dəniz məsələsini də müzakirə edir- ÖZƏL
10:15 SiyasətABŞ və İran arasında aparılan qeyri-rəsmi təmasların gündəliyi genişlənərək Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyi məsələsini də əhatə edib.
Məlumata görə, Vaşinqton bu sularda gəmilərə hücumların dayandırılmasına çalışır. Tehran isə bunun müqabilində iyun memorandumunda vəd edilən güzəştlərin, o cümlədən neft satışına imkan yaradılması və sanksiyaların mərhələli şəkildə yumşaldılmasını tələb edir. Pakistanın da prosesdə vasitəçilikdən kənar daha fəal rol oynadığı bildirilir.
Olaylar.az xəbər verir ki, bu barədə The National qəzeti məlumat yayıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31