Ermənistanın eks-prezidentinə qarşı həbs qətimkan tədbiri dəyişməyib
7 Fevral 2019 14:38 DünyaErmənistan Apellyasiya Məhkəməsisabiq prezident Robert Koçaryana qarşı həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Bunu məhkəmənin iclasından sonra jurnalistlərə Baş Prokurorluğun Departament müdiri Vahaq Muradyan deyib.
O, ittiham tərəfinin qənaətincə, həbsdən azad ediləcəyi təqdirdə R.Koçaryanın istintaqdan yayına biləcəyini vurğulayıb.
Xatırladaq ki, bu il yanvarın 18-də ümumi məhkəmənin qərarı ilə sabiq dövlət başçısına qarşı seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
Xatırladaq ki, Robert Koçaryan 2008-ci ilin mart ayında Konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülməklə ötən ilin dekabr ayında həbs olunmuşdu.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31