Gündəm

“Anna Karenina” Bakıda təqdim edildi

8 Fevral 2019 10:16

Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa təqdim olunub. Səhnə əsərinin nümayişi Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində reallaşıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan opera studiyasında izlənilən tamaşa mənfi fikirləri, stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.

Məşhur boksçu QƏTLƏ YETİRİLDİ

8 Fevral 2019 10:12

Rusiyalı boksçu, beynəlxalq yarışların qalibi olmuş Aleksandr Kostromin Belqorodda öldürülüb. Kostromin odlu silahdan açılan atəşlə qətlə yetirilib. Onun cəsədi yaşadığı evin yanında aşkarlanıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Dəhşətli qətllər törədən qadınların həbsxana görüntüləri ÜZƏ ÇIXDI - FOTOLAR

8 Fevral 2019 10:09

Qazaxıstanda Atırau UG-157/11 adlı qadın həbsxanasının görüntüləri yayılıb. Burada dəhşətli qətllər törədən 254 qadın cəza çəkir.

Prezident hər zaman xalqın yanındadır

7 Fevral 2019 18:01

Uğurlarımızın kökündə xalqla iqtidarın birliyi dayanır

"Bu, Fransadakı erməni lobbisinə güclü zərbə olacaq"

7 Fevral 2019 17:51

“Fransanın elə bir prezidenti yoxdur ki, Ermənistana və ermənilərə simpatiya ilə yanaşmasın”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Fevralın 8-ə manatın məzənnəsi

7 Fevral 2019 17:33

Fevralın 8-ə manatın məzənnəsi açıqlanıb.

Musiqili Teatrda həftəsonu

7 Fevral 2019 17:24

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, teatr fevral ayının 8-də “Qızıl toy” (O.Kazımi, R.Heydər), 9-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) və 10-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq. Musiqili Teatr balaca teatrsevərlərin görüşünə fevralın 9-da saat 12:00-da ana dilimizdə “Dəcəl çəp

“Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” yazı müsabiqəsinin nəticələri açıqlandı

7 Fevral 2019 16:33

Azərbaycan Dillər Universitetində (ADU) Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Olaylar.az bildirir ki, mərasimdə ADU-nun rektoru, akademik Kamal Abdulla Milli Qəhrəman Mübariz İbrahimovun doğma Vətən, torpaq yolunda göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu diqqətə çatdırıb.

Ukrayna balet ulduzu Bakıda çıxış edəcək 

7 Fevral 2019 16:13

Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcəkdir. Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. Bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandoya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və s. qastrol səfərlərində olmuşdur. Səfərlərdə olduğu ölkələrin KİV və teatr tənqidçiləri onun çıxışlarını hər zaman yüksək qiymətləndirirlər.

"Makronun qərarı ədalətsiz, siyasi məqsədlər güdən, qərəzli bir sənəddir"

7 Fevral 2019 16:11

“Fransa prezidenti Makronun uydurma "soyqırımı” hadisəsi ilə bağlı ölkə ərazisində hər il 24 apreldə anım tədbirləri keçirilməsi qərarı ədalətsiz, siyasi məqsədlər güdən, qərəzli bir qərardır”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, əvvəla, bu, Fransanın özünü demokratiyanın beşiyi hesab etdiyi ölkə kimi ideallarına ziddir, öz ideyalarını təkzib etmək, öz dəyərlərinə xəyanət etməkdir.