Gündəm

ABŞ-ın Azərbaycandakı səfirindən Qarabağ AÇIQLAMASI

20 Aprel 2019 19:50

Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm. Bunu ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberger ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən deyib.

Notr-Dam kilsəsində yanğının başladığı yer dəqiqləşdirilib

20 Aprel 2019 19:48

Fransalı müstəntiqlər Notr-Dam kilsəsində yanğının başladığı dəqiq yeri müəyyən ediblər. Ekspertlər çox sayda video və fotoşəkilləri nəzərdən keçirdikdən sonra yanğın ocağının kilsənin mərkəzində yerləşdiyi qənaətinə gəliblər. Polis təhqiqat çərçivəsində kilsədəki yanğın siqnalizasiyasının işinə də xüsusi diqqət ayırıb. Belə ki, siqnalizasiyasının düzgün işləməməsi versiyası mövcuddur. Təhlükəsizlik xidmətinin yanğından alovun hündürlüyü demək olar ki, 3 metrə çatdıqdan sonra xəbər tutması təhqiqatçıların bu fikrə gəlməsinə səbəb olub.

Əfqanıstanda nazirliyin binasına silahlı hücum nəticəsində ən azı 7 nəfər ölüb

20 Aprel 2019 19:46

Əfqanıstanın paytaxtı Kabildə bu ölkənin İnformasiya Nazirliyinin binasına silahlı hücum nəticəsində ən azı 7 nəfərin öldüyü bildirilir. Binaya hücum edən silahlı qruplaşma ilə mühafizə xidməti əsgərlərinin atışması nəticəsində ölənlərin dördü mülki şəxs, üçü isə hərbçilərdir. Hökumət mənbələri bu terror aktında “Taliban”ı ittiham etsələr də, hərəkatın sözçüsü bunu təkzib edib.

Türkiyədə 1300 illik tarixi olan kitab ələ keçirilib

20 Aprel 2019 19:33

Türkiyənin Diyarbəkir şəhərində papirusla ərəb əlifbası ilə yazılmış 102 səhifədən ibarət kitab ələ keçirilib. 1300 illik tarixi olduğu hesab edilən kitab dini motivlər əsasında yazılıb.

Roma Papasının bu fotosu paylaşım rekordu qırıb

20 Aprel 2019 19:30

Katolik dünyası Müqəddəs Cümə gününü qeyd edib. İsa peyğəmbərin çarmıxda çəkdiyi iztirabları xatırlamaq üçün qeyd edilən Müqəddəs Cümə günündə xüsusi dualar oxunur.

Nazpərinin qardaşı arvadı və qızından GÖRÜN NƏLƏR YAZDI: Məndə görüntüsü var, onu yaysam...

20 Aprel 2019 19:27

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva arasında qalmaqal getdikcə daha da böyüyür. Ağalar Dostəliyev axşam.az-a zəng edərək, qızına ünvanladığı məktubu təqdim edib. Onun məktubunu olduğu kimi təqdim edirik:

Zaur üçüncü dəfə ata olacaq

20 Aprel 2019 18:44

Aparıcı Zaur Kamal yenidən ata olacaq.Onun övladı üç ay sonra dünyaya gələcək.

Azərbaycanın igid döyüşçüsünə medal təqdim edilib

20 Aprel 2019 18:42

Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hacıyev Qoşqar Zahid oğlu uzun müddət Türkiyə Respublikasının Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunduqdan sonra indi də respublikamızda müalicəsini davam etdirir. 2016-cı ildən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə uyğun istefaya buraxılmasına baxmayaraq Müdafiə Nazirliyi keçmiş döyüşçüdən diqqət və qayğısını əsirgəmir.

PKK-nın 20 silahlısı məhv edilib

20 Aprel 2019 18:41

Türkiyə-İraq sərhədində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 20 silahlısı məhv edilib. Məlumatı “Hurriyet” yayıb.

Dilçilik İnstitutunun direktoru Orfoqrafiya Normalarının təsdiqlənməsi ilə bağlı abituriyentlərə müraciət edib

20 Aprel 2019 18:39

"Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən builki imtahanlara aid olmayacaq" “Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən bu ilki imtahanlara aid olmayacaq”.

İtkin düşən 23 yaşlı qız tapıldı

20 Aprel 2019 18:32

Bakıda itkin düşən qız tapılıb. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 52-də yaşayan, 1996-cı il təvəllüdlü Rüstəmzadə Anagil İlqar qızı aprelin 14-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Əli Əhmədov: İslahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır

20 Aprel 2019 18:28

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib. Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov və müşavirə iştirakçıları əvvəlcə Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

İranda 17 məktəb bağlandı

20 Aprel 2019 18:23

İranın Xuzistan vilayətinin Şuştər rayonunda 17 məktəb fəaliyyətini dayandırıb.

Əfsanəvi kəşfiyyatçı Raquf Orucova həsr edilmiş “Komandir” romanının təqdimatı olub

20 Aprel 2019 18:21

Aprelin 19-da Bakı Kitab Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə yazıçı Şərif Ağayarın “Komandir” romanının təqdimatı olub. Kitab əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr edilib.

Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin və "5-ci kolon"un çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır

20 Aprel 2019 18:17

"Azərbaycanın iqtisadi möcüzələr, ən islahatçı, xoşbəxt ölkə kimi tanınması və nüfuz qazanması düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Son 15 ildə təkmilləşməni, yeniləşməni dövlət siyasətinin əsas xətti kimi qəbul edib, bu istiqamətdə davamlı addımlar atan dövlətimizin başçısı İlham Əliyev bu məqsədi açıqlayır ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır.