BAŞDAŞI- SƏYYAD ARAN

 Zakir Fərrux oğlu Abbasovun əziz xatirəsinə ...

Roman

....obaşdanın alatoranında darvazanın ağzındakı kölgə bir neçə yerindən titrədi. Səməndər üşənən kimi oldu. Yooxx, qorxmadı, öz eli-obası, hər qarışına bələd olduğu həyəti-bacası... Kəndçilərindən kiminsə namərdliyi heç ağlından keçməzdi. Düzdü, son vaxtlar dünya yaman qarışıb, həmişə arın-arxayın gəzdikləri yaylaqlarda, yamaclarda, dərələrdə, otlaqlarda daha əminliklə dolanmaq mümkün deyildi. İndi oralarda daha çox silahlı mülki adamlar, əsgərlər daha çox dolaşırdılar. Özümüzünkülərin sözü bu olurdu ki, ağsaqqal, işin-gücün yoxduur, buralarda nə itin azıb? Görmürsən erməni kəndi bir-iki kilometrlikdədir? Böyüklər bir yana, uşaqları da silahlıdır. Bir də gördün ya qəsdən, ya da əl öyrəncəyi atılan gülləyə tuş gəldin. Yaşamaqdan bezmisən?... Yaxınlıqlarındakı erməni kəndi xeyli vaxtdır dincliklərini əllərindən alıb. Allahın işinə bax e, həmişə öz kəndlərindən də azad, asudə vaxt keçirdikləri, alver etdikləri, yeyib-içdikləri kirvələri indi adam başı kəsən olublar. "Nətəər dəyişdi ə, bunnar". Dünən gecə yatmamışdan qabaq həmişəki kimi darvazanı içəridən bağlamış, pəyənin də qapısını bərkitmişdi. Bu kənddə nə vaxtsa oğurluq olduğunu xatırlamırdı. Qapı-bacanı, gecə düşəndə bərayi-ehtiyat darvazanı bağlamaq adət idi, vərdiş idi. Hamı belə 4 Səyyad Aran edirdi. Səməndərin də hərəkəti köhnə bazara təzə nırx qoymaq deyildi. Ehtiyatlı igidin anası ağlamaz. Burda nə var ki... Kənar adamın içəri girməsi mümkün olan iş deyildi. Bəs onda bu kim ola? Oğurluğa gəlmişdisə, nə əcəb vaxtında çıxıb getməyib? İçəridən darvazanın rəzəsini açıb qaçmağa nə vardı ki. Hamı bilir ki, bütün darvazaların içəridən ya taxta, ya da dəmir rəzəsi olur. Yoxsa adam ləngiyib qara niyyətinə çatmayıb?! Yoxsa Səməndəri qəfil görüb təntiyib, darvazanı aça bilməyib, donub qalıb yerində... Qeyri-ixtiyarı əlini belinə atdı. Tapançası yoxuydu, amma babat qəməltisi varıydı. Son vaxtlar ara qarışandan üstündə gəzdirirdi. Vərə-vürddə ikən kölgə iki addım irəli yeridi. - Mən də gedirəm, dədə! Səsi eşidəndə toxtadı, əlini yanına saldı və təəccüblənmədi; Minarəydi - qızı. Demə, atasının Gəncəyə - əsgərlik yoldaşı Usta Ağabalanın yanına gedəcəyini öyrənibmiş. Yəqin dünən axşam o, atası-anasıyla xosunlaşanda qulağı çalıbmış. İndiki uşaqlardan sirr saxlamaq olmur ki... Fikrini, məqsədini havadan oxuyurlar. Rəhmətlik Nəsibə Zeynalova demişkən, "dodaqlarının dərbəşməsindən" bilirlər ki, nədən danışırsan. Minarə yatmamışdan qabaq niyyətini anasına bildirmişdi. Qərara almışdı ki, o da atası ilə birlikdə getsin. - Qürbətin başdaşı gərək özünə layiq olsun. Bəlkə ona nakam qardaşımın sevdiyi qız da baxacaq?! Başdaşı 5 Anası hönkürmüşdü. Qəhərləndiyindən Minarə də sözünün ardını gətirə bilməmişdi. Bilirdi ki, bir fikir ki Minarənin başına girdi, onu ordan çıxarmaq qeyri-mümkündü. Özü də Qürbətlə bağlı. Yorğanı qaldırıb yerinə girmişdi. Minarə bunu razılıq əlaməti kimi qəbul etmişdi. Hər ehtimala qarşı Səməndər soruşdu: - Anan bilir? - ... bilir. *** Başdaşıları yonulan sexdə qələbəlikdi. Hamısı da şəhid olmuş övladına məzarüstü abidə sifarişini verənlərdi. Usta Ağabala Səməndərlə qucaqlaşdı, xeyli bir-birinə sarılı qaldılar. Onun da oğlu Şuşada həlak olmuşdu. Özü öz əli ilə oğlunun heykəlini yonmuşdu. Tanıyanlar deyirdilər ki, "Başdaşı deyil ee, canlı adamdır". ...Oğlunun əsgərlik vaxtına bir neçə ay qalsa da, Ağabala onu fikrindən döndərə bilməmişdi. Mikayıl orta məktəbi yenicə bitirmişdi. Ailəsi təkid etsə də, Gəncədəki universitetlərdən heç birinə sənəd verməmişdi. "İndi ali təhsil vaxtı deyil. Ermənilər Göygölün üstündədi.. Kim zəmanət verə bilər ki, onlar sabah Gəncəyə soxulmayacaqlar? Belə olarsa, ata, oxumaq vacibdir, yoxsa silah götürüb şəhərimizi, babalarımızın qəbrini qorumaq?.." Ata baxa-baxa qalmışdı. "Bu uşaqlar nə tez böyüdülər, ağıllandılar". Oğlunun sözləri çox məntiqli idi. Doğrudan da, Vətən olmayandan sonra nə təhsil, nə universitet. 6 Səyyad Aran Mikayıl sinif yoldaşları ilə hərbi komissarlığa yollanıb əsgərliyə getmək istədiklərini bildirmişdilər. Bəzilərinin, o cümlədən Mikayılın da yaşının hələ düşmədiyini dedilər, amma gənclərin israrlı təkidindən sonra onların ərizələrini qəbul edib - Gəncə yaxınlığındakı hərbi hissələrdən birinə göndərmişdilər. İki aylıq təlim-məşq toplanışından sonra ilk döyüşə girmişdilər. Təcrübəsizlikdənmi, özlərini göstərmək ehtirasındanmı, ürəklərindəki Vətən yanğısındanmı çox irəli atılmışdılar. Sinif yoldaşı Samirin çox irəli çıxıb düşmənin atəş selinə düşməsini görüb ona köməyə tələsmişdi. Təhlükəsizlik qaydalarını pozub ayaq üstə qaçmışdı. O an da snayper gülləsi başından dəymişdi... Ondan sonra da Samiri vurmuşdular. Hər ikisi əlləri bir-birinə uzalı şəkildə canlarını tapşırmışdılar. ...Sonralar döyüş yoldaşlarından kiminsə dilindən qaçmışdı ki, Mikayıl Samirin bacısını istəyirmiş... Bu əhvalatı Minarə də eşitmişdi. İstəyirdi ki, qardaşının da başdaşı Mikayılın başdaşı kimi olsun. Qorxurdu ki, atası fikrini çatdıra bilməz, başdaşı da layiqincə hazırlanmaz. Qərara gəlmişdi ki, fikrini ustaya özü çatdırsın. Əmisi deyilmi? O qədər evlərinə gəlib-gedib ki... Minarənin sexə girməsi ustanı karıxdırdı. Hamı ona baxırdı. Görünür, məqbul hal deyildi. Qız uşağının burda nə işi? Bunu Minarə də hiss etdi. Geri qayıtsa, üzrü günahından betər olardı. Usta Minarəni də qucaqladı, balası kimi bağrına basdı. Gözləri nəmləndi. Onun başını köksünə sıxıb saçlarından öpdü. Təxmini də olsa, onun atasıyla bura - bu qədər kişinin arasına niyə gəldiyini bildi. Ənənə­ Başdaşı 7 vi əhval-pursanlıq etdi. Səlahəti, Münəvvəri, Camalı xəbər aldı, anasının bu köntöy kişiylə necə yola getdiyini soruşdu, "Nübardı bu yonulmamışla dolanan, yoxsa bir köpək qızı Səməndərlə bir saat da bir dam altında yaşamaz". Gərginliyi azaltmaq, ürəyindəkini demək üçün Minarəyə sərbəstlik verirdi. Onun bu qədər kişinin arasına əbəs yerə gəlmədiyini, əlbəttə, anlamışdı. Zarafat etdiyini hər üçü bilirdi. Hamısının dodağı qaçdı. Əhval-ruhiyyəni tarazlamaq üçün bundan uyğun sözlər ola bilməzdi. "Utanma, sözünü de". Yaranan şəraitdən cəsarətlənən Minarə mətləbə keçdi: - Ağabala əmi, səni and verirəm Allaha, elə et ki, Qürbətin də başdaşı... - oğlununku kimi çıxsın... - son anda dilinin ucundan qaytardı - isbatlı çıxsın, belə... baxanda hamı canlı Qürbəti görsün... Qranatomyot şəkli də olsun... Bir də, açıq məktub... "Sevgilim Sevda" sözləri aydın oxunsun. Onun məktubunu da gətirmişəm ki, xəttini oxşada biləsiz... Usta Minarəni yenidən qucaqladı, qəhərləndi. - Arxayın ol, qızım, dediyin kimi də olacaq. Kənardan baxanlar, başqa cür düşünənlər, həm atanı - daha çox atanı! -, həm də qızı qınayanlar ortada mübhəm və məhrəm münasibətin, səbəbin olduğunu anlayanlar artıq - əskik düşüncələrinə görə Allahdan əfv dilədilər. Hərə üzünü bir tərəfə tutub ortadan yayındılar. Elə həmin gün də geri qayıtdılar. Evlərinə gün batandan xeylaq sonra çatdılar. 8 Səyyad Aran *** Dərddaşı Müseyib də Gəncədə oğlunun başdaşını sifariş vermişdi, elə həmin sexdə, amma başqa ustaya. Dünən kəndin örüş yolunda heyvanlarını naxıra qatan Səməndərlə üz-üzə gələndə yerə baxa-baxa - Gəncəyə gedirəm, başdaşılarını gətirməyə, - astadan dillənmişdi, - dedim ta sənə niyə əziyyət verim... Xırda gədəni də özümnən aparram, bir iş-miş olsa, əlimdən tutar. İnşaallah, axşama qayıdarıq. - Sənə zəhmət olacaq... - Səməndər dil-ağız eləmişdi. Qəhərlənməsini həmkəndlisi görməsin deyə, Müseyib əlini yelləyib aralanmışdı. "Bizə olan oldu. Ta bundan sonra nə zəhmət, nə əziyyət!" Hələ dünyanın, necə deyərlər, düz vaxtıydı. Həyat gündəlik axarıyla axıb gedirdi. Böyük bir el hələ yurdundan perik düşməmişdi. *** İlıq, mülayim axşam ilahi bir yumşaqlıqla kəndin üstünə yayılırdı. Əzələləri gərilmiş, bütün günü aşağı-yuxarı yortmuş, ovucları daşdan da betər bərkimiş, həyətlərindəki bulaqların şırıltısı altında salavatlanmış, "bu günü də belə ötürdük, gələn günlərinə şükür, ilahi!" duasıyla ulu yaradana minnətdarlıq edən adamlar axşamın düşməsini gözləyirdilər. Günün yorğunluğu bir azdan mütəkkəyə söykənib, samovarın böyründə dirsəklənəndə, qazanların qapağı açılanda adama qurd iştahası gətirən xörəklərin ətriylə ilim-ilim itəcəkdi. Olannan-keçənnən, kim harda, Başdaşı 9 kimdən nə eşidibsə - hərə bildiyindən, eşitdiyindən süfrə başında danışıb bir-birini məlumatlandıracaqdılar. Əvvəllər söz-söhbətlər hamıya məlum olan kənd iş-gücündən, ot-ələf qayğılarından, kimin oğlunun kimin qızının dərdindən alışıb yandığından və s. belə məişət qeybətlərindən olardı. Ən çox da kənd cavanlarının Bakıda, Gəncədə, Rusiyada necə oxumalarından, həmin şəhərlərdən valideynlərinə, bacı-qardaşlarına neçə pasılka göndərmələrindən, pasılkada nələr olduğundan... Son vaxtlar sanki həmin mövzulara yerli-dibli qadağa qoyulmuşdu. Heç o barədə hap-gaplar olmurdu. Günün mövzuları tamam dəyişmişdi. İndi daha çox könüllü batalyonlarından, Azərbaycan ordusundan, tez-tez dəyişən Azərbaycan iqtidarından, böyür-başlarındakı sovet ordusunun hansı millətə açıq-aşkar görüm-baxım eləməsindən, hansı kənddə könüllülərin neçə nəfər olmasından danışırdılar. Bir dəfə kimsə dedi ki, xəbəriniz var, deyirlər Soltanlılar tank alıblar Şerbakdan... Neçəsi içini elə çəkdi ki, o birilərinin içalatı göyüm-göyüm sızladı. - Nə?!. - Tank alıblar?! - Bəxtəvər başlarına! Biri tank sözünü elə tələffüz eləmişdi ki, gözlərindən gildir-gildir yaş axmışdı. O biri: - Tank ee! - ağzını elə marçıldatmışdı ki, guya ovurdları mürəbbə ilə dolmuşdu. Qonşuluqdakı erməni kəndləri silah-sursatla əməlli-başlı yaraqlanmışdılar. Azərbaycanlılardan fərqli olaraq, ermənilər sovet ordusunun hərbi his­ 10 Səyyad Aran sələrinə öz evləri kimi sərbəst girib-çıxır, bir şüşə cecə arağına, bir balon çaxıra avtomat, xeyli qumbara, yeşik-yeşik güllə, mərmi alırdılar. Erməni qızlarının köməyi ilə tanklarda "katatsa" eləyir, sürməyi öyrənirdilər. Azərbaycan ordusunun, könüllü batalyonların postlarına qədər gəlib mühüm məlumatlar toplayırdılar. Sonra həmin məlumatlardan istifadə edib qəfil qısamüddətli hücumlar edir, təxribatlar törədir, dövlət əhəmiyyətli binaları və fermaları, kiçik elektrik stansiyalarını, kənddən aralıda yerləşən dəyirmanları, yem bazalarını dağıdır, örüş yerlərini, gölləri zəhərləyirdilər. Əllərindən gələn bütün pislikləri edirdilər ki, azərbaycanlıları bezdirib dədə-baba yurdlarından didərgin salsınlar. Hava bir az da qaralmışdı. İndi televizorun ekranı güzgü kimi göstərirdi. Təsvirlər bayaqki kimi boz-bulanıq deyildi. Yenə də sərin meh sel kimi kəndin içindən axıb keçdi. Uşaqlar bir yana, yekə-yekə kişilər ağızlarını açıb havanı su kimi ciyərlərinə çəkdilər, elə bil içlərini yuyurdular: rahatlandılar, paka çıxdılar, əllər göyə qalxdı, dua pıçıldayan dodaqlar ehtiyatla, yalvarışla açılıb yumuldu. "İlahi, bu gözəlliyi, bu rahatlığı bizə çöx görmə. Bizi elimizdən, evimizdən, yurdumuzdan didərgin salma. Düşmənlərimizi xar elə, əsgərlərimizə güc ver, rəhbərlərimizin başına ağıl qoy. Bir olsunlar, "mənəm-mənəm" deməsinlər, o mirətə qalmış qreslo uğrunda bir-birinə badalaq atıb millətimizi o biri millətlər yanında xar eləməsinlər". Hətta ayrı-ayrı Xalq Cəbhəsi liderlərinin adlarını çəkib onların arasında sülh və mehribançılıq olmasını uca yaradandan arzulayanlar da vardı. Başdaşı 11 Xalq baş verən hadisələrin çoxunun mahiyyətini düz-əməlli çözə bilmirdi. Dünyanın başına daş düşdüyünü, zəmanənin bəd gətirdiyini, ağsaqqal-qarasaqqal yerinin çaş-baş olduğunu görürdü. Amma ta bu qədər də yox daa... Xüsusən Bakıdakı hakimiyyət dəyişikliklərini, vəzifə uğrunda davaları heç cür anlamırdılar. "Görün indi qreslo davası vaxtıdı? A rəhmətliyin uşağı, hələ torpaqlarımızı ermənılərdən alın, ondan sonra o qreslolar, o vəzifələr, o da sizlər. Biz ki vəzifə istəmirik, sizə mane olmuruq, yerinizi tutmuruq. Ölən də bizdəndir, qırılan, şil-şikəst olan da. İndiyənəcən birinizin burnu da qanamayıb. Nə olub, bizə olub. Əşşi, bir ağlınızı başınıza yığın daa! Sözünüz bir-birinizin boğazından ötsün dəə". Camaat beləcə nigaran, gərgin, əsəbi vəziyyətdə günlərini keçirməkdə davam edirdi. Sabaha ümid gündən-günə azalırdı, hardasa kül altında qalan közün son işartıları kimi közərirdi, alovlanıb ocaq olacağına inam çox az idi. Ona görə də hamının hər şeydən əli soyumuşdu. Sanki müvəqqəti yaşayırdılar, elə bil öz kəndlərində kirayənişin idilər. Dağlardan həmin sərin meh hələ də sel kimi axmağındaydı, hələ ki, qrad, top mərmiləri, avtomat güllələri yağmırdı. Bu səssizlikdə və sakitlikdə nabələd adamın ağlına belə gəlməzdi ki, bura sərhəd kəndidir, yağı da ikicə kilometrlikdə. Bu gözəlliyə, çəmənlərdə otlayan qoyun sürülərinə, axşam yiyələrinə bol süd aparmaq üçün iştahla, arın-arxayn otlayan naxıra, sədaqətlə sahiblərinin həyətini, mal-mülkünü qoruyan ala, boz çoban itlərinə, dağların qoy­ 12 Səyyad Aran nunda sakitcə uyuyan, Allahdan başqa heç kimə borcu və hesabı olmayan bu kəndə və onun camaatına qıymaq dünyanın ən böyük günahı olardı. *** Sahibi kimi bütün günü yollarda ləlik olduğundan və uzun yol gedib gəldiyindən əldən düşmüş QAZ-53 zarıya-zarıya Səməndərin darvazasının ağzında dayandı. Müseyib Gəncədən qayıtmışdı! Maşından düşüb öz evi kimi darvazanı taybatay açdı, ayaqqabısının burnu ilə xırda çarpanaq daşları darvaza taylarının qabağına itələdi ki, qəfil açılıb bir işini iki eləməsin. Maşını həyətə saldı və ona yaxınlaşan uzun kölgəyə gözaltı baxa-baxa soruşdu. - Hara düşürüm? - Söykə köndələn evin artırmasına. Ata, oğul və sürücü köməkləşib başdaşını endirmək istəyəndə onların gücəndiyini görüb Səməndər də yaxın gəldi. - Ə, nə ağırmış? Kuzova necə qaldırmısız? - Sexdə əl yetirdilər. - Allah köməkləri olsun. Qapıdan çıxanda Müseyib xəbərdarlıq etdi: - Ustalarla danışmışam. Səhər səkkizdə qəbiristanlıqda olacaqlar. Səkkizin yarısında gəlib səni götürəcəm. - Yaxşı... Qürbətin başdaşı qara polietilenə bükülmüşdü. Sonra da qırmızı bəylik yorğanına - dünən gedəndə Minarə gətirib vermişdi. Müseyib aralanandan son­ Başdaşı 13 ra Səməndər gördü ki, arvadı, oğlu, qızları başdaşına tərəf yönəldilər. Anladı. Ürəklərini boşaltmalıydılar. Desəydi ki, özünüzü öldürməyin, ağlamaqla geri qaytarmayacaqsız haa... - yersiz olacaqdı. Qoy ürəklərini boşaltsınlar. O da yol aldı bağçaya sarı, ağacların altına tərəf. Minarə başdaşının örtüyünü çətinliklə olsa da dartıb çıxartdı, qardaşının üz-gözündən öpdü, dönə-dönə üzünü qabarıq barelyefinə sürtdü, ürəyi soyumadı. Əlləri ilə Qürbətin yanaqlarını, alnını, burnunu oxşadı. Yox, balam, Allah tərəfi usta Ağabala bu dəfə də Qürbəti "diriltmişdi". Minarəni başdaşından güclə araladılar. "Gördüün, qayıdıb gəldim". Hələ bir gülümsədi də. Amma Minarə bu təbəssümü görmədi. Qürbətin içində - heykəlin içində elə bil nəsə qırıldı. Minarə heç ovunmurdu. Qürbət ondan böyük idi. O, qızların, Qürbət də oğlanların kiçiyi idi. Bacı-qardaşlıqdan başqa, çox istiqanlı dost, sirdaş idilər. Minarənin istəklərini ən çox Qürbət yerinə yetirirdi, nə istəyirdi, ürəyindən nə keçirdi, tapıb gətirirdi: kitab, ətir, şərf, cürbəcür şirniyyatlar... İndi bunları kim alıb gətirəcəkdi? Sonuncu dəfə alıb gətirdiyi ətri daha saçına, üstünə çiləmirdi, hərdən açıb iyləyir, qardaşını xatırlayır, işlətmirdi, yadigar saxlayırdı. Qardaşının yoxluğunu günbəgün uçurumun qırağına yaxınlaşırmış kimi, daha dəhşətlə duyurdu, duyduqca da dünya başına uçur, ölüb, ölümdən qayıdırdı. Bayaq başdaşını qucaqlayanda, təpədən-dırnağa titrədi... Daş isti idi. Elə bil canlı Qürbəti qucaqla­ 14 Səyyad Aran mışdı. Hətta onun qollarını da boynunda, çiyinlərində hiss etdi. Hövlləndi. Dönüb bir də baxdı... Yox, eləcə daş idi. Qardaşının ətri, sifəti, saçları, sinəsi - kəşfiyyata gedəndə evin dalında əvvəl him-cimləşib, sonra da qucaqlaşdıqları zaman olduğu kimiydi. "Dediklərimin hamısı yadında qaldımı? Elə bu gün çatdır. O saat biləcəm. Ürəyimin döyüntüsü kəsən kimi biləcəm ki, demisən". Qürbətin gözləri alışıb-yanırdı, dili-dodağı təpiyirdi. Dodaqları quruduğundan dediklərini tam tələffüz edə bilmirdi, sözlər qırıq-qırıq, bir neçə yerindən sınmış gəlirdi. Amma Minarə onun bütün yarımçıq cümlələrini anlayırdı. Yol üstündə qardaşının çox həyəcanlanmasını istəmirdi, tez-tez üz-gözündən öpürdü, "Sevdanın əvəzindən öpürəm" deyib sözlərinə şirinlik qatırdı. Sevdanın adını eşidəndə Qürbət az qalırdı bihal olsun, divara söykənirdi, gözləri axırdı, ürəyi şiddətlə döyünürdü. Minarə Qürbətin bu halından çox qorxurdu. "Allah eləməmiş..." - Bacın qurban, vallah, siz kənddən çıxmamış gedəcəm onlara, sənin ağzınla onu doyunca öpəcəm. Özü də... belə deyəcəm ki, Qürbətin əvəzindən öpürəm". Qürbət ləzzətlə gülümsəmişdi. - Sağ ol, bacı, sən olmasaydın, dərdimi kimə deyərdim, - minnətdarlıq eləmişdi, saçlarını sığallamışdı... İndiki kimi... ...Maşının səbirsiz və kəmhövsələ siqnalı neçənci dəfə səslənəndə son dəfə qucaqlaşıb ayrılmışdılar... Elə o gedən də getmişdi... Başdaşı 15 Anası, bacısı, qardaşı sakitcə ağlayırdılar. Minarənin hisslərindən xəbərsiziydilər. Deməli, onu qarabasma basırdı. Qardaşı deyildi, heykəliydi. Noolsun ki, çox oxşayır. Canlı ki deyildi. "Bəsdir dəə... Hamıya zülm eləyirsən" - dodağının altında özünə acıqlandı. Ailə üzvləri Qürbətlə bərabər həm də Minarəyə ağlayırdılar. Bu dərdin daha çox onu dirigözlü öldürdüyünü, çökdürdüyünü görürdülər. Elə bil dünya uçmuşdu, Minarə də qalmışdı altında. Heç cür üstündəki yükü atıb işığa çıxa bilmirdi. Bağırırdı, çığırırdı, kömək istəyirdi, amma haya gələn, dada yetən yoxuydu. Minarə əlini ürəyinin üstünə qoyub əyildi, başını artırmaya söykədi, qəmin-qüssənin dibinə batdı. Canındakı alov üz-gözünü qarsdı, içi yandı. Əziziyəm, ay qardaş, Qaşın ucu yay, qardaş, Kaş mən özüm öləydim, Deməyəydim vay, qardaş! Bağın qalınlığına girmiş Səməndər Minarəni səsindən tanıdı... Hamıdan çox özünü öldürən o idi. Dörd bir tərəfdəki qonşular da ağlayırdılar, amma öz həyətlərində, -səssizcənə, için-için. Çəpəri addayaraq gəlib təzədən başsağlığı verib, təzədən böyük ağlaşma qurub onların dərdlərini təzələmək istəmirdilər. Ona görə də hər kəs elə öz həyətində ağı deyir, səbəbkarları lənətləyir, axırda da ulu tanrıdan bu zülmdən nə vaxt qurtaracaqlarını soruşurdular. 16 Səyyad Aran Qızının belə göynəyə-göynəyə ağlamasından Səməndər hədsiz pərişan oldu, o da özünü saxlaya bilməyib hönkürdü. Növbə ilə Qürbətin şəklini oxşayır, öpürdülər. Bu, sevdiyi qıza üstünü yazıb verdiyi şəkil idi. Bunu vermişdisə, demək, özünün ən çox bəyəndiyi şəkli olduğundan - Minarənin əsaslandırmasıydı - bunu da başdaşına həkk etməyi qərara almışdılar. Sinə daşına da sevgilisinə yazdığı şeiri yazdırmışdılar. Qürbətin gülümsər çöhrəsi onlara dağ çəkirdi. "Doğrudanmı sən yoxsan, qardaş?" Bir gün bu dünyada olmayacağıq, Amma qalacaqdır yenə kainat. Hər zaman sev, sevil, bəxtəvər yaşa, Səninlə gözəldir mənə bu həyat. - Bizə də bu həyat səninlə gözəl idi, ay bacın ölsün, qardaş! Bəs indi biz başımıza haranın daşını tökək? - Minarə havası çatmırmış kimi, koftasının boğazını didişdirdi, iki düyməsi qırılıb düşdü. Başdaşı içindən yenə xırda bir çat verdi. Qürbət peşman-peşman ətrafdakıları süzürdü. Axı o niyə yenidən bu evə qayıtdı, Gəncədə, ya da hamı kimi qəbiristanlıqda əbədi yerini tuta bilməzdimi? Müseyib kişi birdəfəlik onu məzarlığa aparsaydı, daha yaxşı olardı. Bacı-qardaşlarını, valideynlərini bu qədər üzməzdi. Şər qarışmışdı, hardansa qara buludlar gəlmişdi, göy qapqara qaralmışdı, xörək ocağın üstündə yanıb zay olmuşdu, yeyiləsi deyildi, çaynik daşıb samova­ Başdaşı 17 rın odluğuna tökülmüşdü, acı tüstü həyəti bürümüşdü. Quzu, dana, buzov, xırda kəlçə marçamarçla analarını əmirdilər. Bolluğa düşmüşdülər... Səməndər mal-qaranı yerbəyer elədi. Nübar xörəyin ələ gələn tikələrini itin qabağına boşaltdı, qazanı su ilə doldurub islağa qoydu. Münəvvər samovarı sahmana saldı. Ailə ac-susuz yatağına girdi. "Özün dadımıza yetis, Allah! Səndən başqa pənahımız yoxdur. Əşhədü ənla ilahə illəllah! La ilahə illəllah, Məhəmmədən rəsulallah, Əliyyən vəliyullah! Sabah gəlsin - xeyrə gəlsin". Səməndər kişi vırd eliyə-eliyə nə vaxt yuxuya getdiyini bilmədi. *** Yəhya kişi yamaca dirsəklənib malların başını buraxmışdı. Fikir-xəyal ağsaqqalı dünyadan eləmişdi. Sabah noolacaq? Duruş gətirə biləcəklərmi? Bu işlərin axırı necə qurtaracaq? Əsgərlərimiz niyə ermənilərin işini birdəfəlik bitirmir? Bu köpək uşağının dili nə yaman uzanıb? Kim durub bunların arxasında?.. İstehza ilə "nırc" eləyib sualına özü cavab verdi: - Kim duracaq? Sovet hökuməti, Kremldəki ermənilər, Qorbaçov, arvadı Raisa. Amerikada bağışlanan brilyant elə-belə ha döyüldü. Ümidsizlikdən, dilxorçuluqdan dalıqatlı göy otluğa uzandı. Pəhh! Elə bil dənizi təpəsi üstə göyə qaldırmışdılar. Bir böyük parça da Tey dağının döşünə əndərmişdilər. Düz-dünya yaşıllıq içindəydi. Kəkli­ 18 Səyyad Aran kotunun, ətotunun, boyçiçəyinin ətrindən kişi məst olmuşdu. Elə bu məstlik içində də götür-qoydaydı. ...Böyük nəvəsinin toyu olmalıydı. Zəmanənin gərdişinə arxayın olmadıqlarından, əl tərpədə bilmirdilər. Bir neçə adam gedib Cəbrayılda - şadlıq evində toy çaldırmışdı, amma ləzzət eləməmişdi. Hayıf deyil kənd toyları... Çadırın qurulması özü elə toyqabağı bir toydur. Mağar qurulana qədər cavanlar yığışıb dirəkləri basdırır, oturacaqları düzəldir, brezent çadır çəkir, qız-gəlin mağar bəzəyir, xalçanın üzərində "Xoş gəlmisiniz" sözünün üstündə yenə mübahisə düşür, "gəlmisiniz", yoxsa "gəlmişsiniz?" - yenə ədəbiyyat müəllimi Nəcəfin üstünə qaçıb dəqiqləşdirirlər. Nəcəf müəllim də həmişəki kimi - "Xoş gəlmisiniz" düzdür, - deyir, -"ş" hərfi artıqdır. Cürbəcür, dadlı yeməklər mis qazanlardan "gəlgəl" deyir, günortadan gecə yarısına qədər yeyib-içirsən, özü də nəylə? - Ə, apar o yana o donqili hökumət araqlarını - sən adı batmış Samvelin çəkdiyi tut arağından, qapazaltı elədiyimiz Arakelin zoğal arağından, Siranuşun bal kimi şərabından gətir, əgər kimdəsə qalıbsa, insaf edin, əə! Şadlıq evində elə bil restorandasan, sərbəst ola bilmirsən. Bapbalaca bir salon. Nə düz-əməlli "Yallı" oynamaq olur, nə qollarını açıb ayaqdan-başa, başdan-ayağa süzmək. Uşaqlara nə qədər demək olar sakit oturun? Ə, uşaq nədi, sakit otur nədi? Yazıqlar elə bil qəfəsə salınıblar... Bircə ortalıq səngisəydi, xeyir işi qurtarardıq. Dünyaya etibar yoxdur. Özü də bizim bu indiki dünyaya. Başdaşı 19 Yəhya kişi bir də onda ayıldı ki, lələ köçüb, yurdu qalıb. Gözünə bir dənə də olsun heyvan dəymədi. Özünü o ki var asdı-kəsdi, qınadı. Çox fikir-xəyala cumub, gönü suya vermişdi. Əlindəki dəyənəklə enişaşağı yüyürdü. Ermənilər yaşayan Ağcakəndlə azərbaycanlı kəndi Sirik arasında ta qədimdən şərikli örüş vardı. Ara qarışandan sonra həmin örüşə heç kim mal-qara salmırdı. Hər iki tərəf ehtiyatlanırdı. Örüş nə vaxtdı ki, xam qalmışdı. Buğum-buğum otlar, şirəli çəmənliklər, heyvan bir yana, adamları da tamahsılandırırdı. "Ay nə otarardım heyvanları burda!.. Axşama nağdı hər biri iki vedrə süd verər". Heyvanlar bunu adamlardan daha yaxşı anladıqlarından özlərini toxumuşdular həmin yerə. Yəhya kişinin ümidi qırıldı, - "naxırım əldən getdi". Heç kim görünmürdü; kəndin ətəyi idi, axşamüstüydü, ermənilər gündüz bura gəlməzdilər, yenə gecə olsaydı, həə, canavar kimi pusquya yatardılar. Müxənnətlik qanlarındadır. Bir də diqqətlə ətrafı dinşədi. Sakitlikdi... Vallah, deyəsən, adam-zad da gözə dəymir, heyvanlar da arın-arxayın ot qırpır, ərincəkliklə gövşəyirdilər. Deyəsən, doyublar, bir şey olsaydı hiss etdirərdilər, heyvan olanda noolar. Ya Allah, ya bəxt, gedim görüm sağ-salamat qaytara biləcəmmi? Otların arasıyla sinə-sinə mal-qaraya sarı getdi. Bir-ikisini çomaqlayıb yola tərəf döndərmişdi ki, hərbı paltar geymiş iki nəfər otların arasından avtomatlarını ona sarı tuşladılar: - Şan dığa, yerindən tərpənmə. 20 Səyyad Aran Biri tanış gəlirdi. Elə səsi də. Hə, tanıdı, Sovet dövründə dədəsi kolxoz sədriydi, Ohanın oğlu, toyqabağı onlardan bir-iki dəfə tut arağı almışdı. - A bala, Edik, mənəm ey, Yəhya əmi. Yadındadı, üç il əvvəl sizdən bir çəllək tut arağı almışdım. Sən də dedin a kişi, sən ki içən deyilsən, bu qədər arax nəyinə lazımdı. Dedim oğlumun Bakıdan, Cəbrayıldan gələn qonaqları üçün alıram. Sən də dedin ağızlarının dadını pis bilmirlər. Yadındadı? Kənd adamına oxşamayan o biri, görünür, həm də daha səlahiyyətlisi acıqla soruşdu: - O nə danışır? Tanıyırsan? - Hə, - Edik dedi, - bu, Mürvətin atasıdır, oğlu kənddə narodnı frontun lideridir. - Aha... Bahalı maldır. Bu yaxşıdır. Bizə gərək olar. Düş qabağımıza. Axırıncı sözləri rusca dedi. Yəhya kişi fağır-fağır gülümsədi: - Edik, biz axı çörək kəsmişik. Buraxın gedim. Edik burnunun altında mızıldandı: - İxtiyarım yoxdur. Yeri, inad eləmə. Yoxsa səni elə burdaca gəbərdər. "Əcəb yerdə axşamladım. Deyəsən, axırı yaxşı qurtarmayacaq". Ayaqları getməsə də, taleyinə boyun əyib onların qabaqlarına düşmüşdü. Kolxoz sədrinin köhnə, artırmalı idarə binasında onları gözləyirdilər. Yol gələ-gələ saqqallı erməni bir neçə dəfə ratsiya ilə danışmışdı. Yəhya kişi anlamışdı ki, onu tutduqları haqda məlumat verir. Sədrin yerində bir nəfər oturmuşdu. O da saqqallıydı, amma geyimi səliqəliydi, davranışı, danışığı Başdaşı 21 təmkinliydi. "Hə, deməli, ən böyükləri budur". Elə də görünürdü. Bütün söhbət boyu yalnız o sual verir, bloknota qeydlər edir, qarşısına sərdiyi xəritəyə baxırdı. Rusca danışırdı. - Kimsən? - Adım Yəhyadır. Sirikdənəm, - azərbaycanca cavab verdi, bir nəfər yanındakı tərcümə edirdi. Onu da tanıdı. Keçmişdə taxıl briqadiri işləyirdi. Çox üz-üzə gəlmişdilər. İndi özünü tanımazlığa vururdu. - Nə gəzirdin bizim ərazidə? - Bizim ərazi deyəndə ki... Buralarda heç vaxt "sizin-bizim" olmayıb. Eee... dədə-babadan, - qolunu hərləyib yekə bir dairə cızdı havada, - həmişə qonşuluqda mehriban yaşamışıq. Hamısı Azərbaycan kəndləri döyülmü? Sözünü bitirəndə başda oturan hiddətləndi, tərcüməçinin sözünü yarımçıq kəsdi, nəsə dedi. Tərcüməçi ayağa qalxıb Yəhya kişinin qulağının dibindən taraz bir yumruq ilişdirdi: - Bir də zəvzəkləsən, elə burdaca güllələnəcəksən. Hələ bilmək olmaz bura Azərbaycan torpağıdır, yoxsa Ermənistan. Suallara konkret cavab ver. - ...Heyvanlarım azmışdı, onları qaytarmağa gəlmişdim. - Kəndinizdə Azərbaycan ordusunun əsgərləri var? Yəhya kişi fikrə getdi. Necə mövqe tutsun? Kinolardakı kimi heç nə söyləməyib onları söysün, tüpürsün, qəhrəmancasına şəhid olsun, yoxsa... Masanın üstündəki kəndlərinin xəritəsiydi. Həm xəritədə, həm də xəritənin kənarlarında erməni əlifbası ilə cürbəcür 22 Səyyad Aran işarələr vardı. Deyəsən, informasiyaları kasad deyildi. Birdən beyninə bir fikir gəldi. "Qoy bu köpək uşağını qorxudum. Nə soruşsa, artıqlamasıyla cavab verəcəm." - Var. - Nə qədərdilər? - Çox. İki gün bundan qabaq da omonçular gəldilər. - Əslində vəziyyəti öyrənmək üçün rayondan polis rəisi bir dəstə ilə gəlib səhərə yaxın da geri qayıtmışdılar. Amma ermənilər onların qayıtdıqlarını görməmişdi. Başda oturan birisi başı ilə "hm" elədi. Düz gəlirdi. - Tankınız var? - Bir BTR-dir, bir dənə də BMP (əslində, yoxuydu). - Snaryadlar çoxdur? - Bir az vardı. İkı gün qabaq da xeylağ gətirdilər. - Silahlarınız nə qədərdir? - Var daaa... - Yəhya kişi mənalı tərzdə uzatdı. Daha bir neçə məsələylə də bağlı suallar verdi: camaatın əhval-ruhiyyəsi, ərzaq ehtiyatı, kənd rəhbərlərinin, ziyalılarının ailələrinin kənddə, yoxsa Bakıda olmaları ilə bağlı suallara Yəhya kişi uyğun cavablar verdi. Təbii və düzgün danışdığından salamat ötüşdü. - Aparın, bir möhkəm yerdə saxlayın, yenə lazım olacaq, - Yerevandan gələn saqqallı dedi. Amma Avetisin sualı içini göynətdi. Qapıdan çıxhaçıxdaydı. - Yəhya kişi, Mürvətin "Niva"sı durur? - irişib soruşdu, - Denən yaxşı saxlasın, mənə lazım olacaq. - Özünə nə gəlib ki, a bala? Başdaşı 23 - Biz hücum edıb sizi körpələrinizə qədər qıranda Mürvət olmayacaq. Hər şeyiniz bizə qalacaq. Yoxsa o dünyada da "Niva" ilə kəndimizin içində aşağı-yuxarı şütüyüb qızlarımıza göz vuracaq? Daha belə şeyləri görməyəcəksiz. "Səni qanına bələnəsən, Avetis. Dığa köpəkoğlunun niyyətinə bax bir. Əgər salamat qurtarsam, sənin dilini Mürvətə kəsdirmək mənə borc olsun". Kürəyindən dəyən avtomat qundağından üzü üstə yerə gəldi. Dünya gözlərində qaraldı. "İtqusdu" eləyib sürüdülər. *** Səhər yuxudan içindəki yanğıdan ayıldı. Dili-ağzı elə qurumuşdu ki, danışa da bilmirdi. Kürəyi qıc olmuşdu. Boynundan azca aşağı küt ağrı əhədini kəsirdi - elə bil baltanın sapı ilə əzib yerinə kündə qoymuşdular. Boyunqarışıq kürəyi elə şişmişdi, sağa-sola dönəndə o dünyanı görüb gəlirdi. İçəri girən erməni gədəsi - o biri əlisilahlı saqqallı qapının ağzında dayanmışdı, - bir kasa suyu və bir büküm pendir-çörəyi qarşısına qoydu. - Dedilər yesin. Yenə çağıracaqlar. Kasanı dodaqlarına yaxınlaşdırdı. Nə fikirləşdisə, durdu, barmağını suya batırıb iylədi, sonra ehtiyatla dodağına sürtdü, sonra dilinə, deyəsən, zəhərli deyil. Bir qurtum aldı, yox, təmizdir. Əvvəlcə ağzını, boğazını qarqara elədi, sonra yarısını içdi, pendir dürməyini yedi, suyun qalanını da içib gözləməyə başladı. Bu dəfə başqa otağa apardılar. İndi yerlilər sorğu-sual edirdilər. Suallar daha çox məişət xarakterli 24 Səyyad Aran idi. Kimlərin minik maşınları kənddədir, kimin nə qədər mal-qarası qalıb, kim evini Bakıya, Gəncəyə daşıyıb, kimdə nə qədər xalı-xalça, televizor, soyuducu var və s. Yerevandan gələn saqqallılar xoşlarına gəlməyən cavablar eşidəndə kişini təpikləyir, söyürdülər. Ağcakəndlilər döymək işindən hələlik kənardaydılar, düşünürdülər ki, bilmək olmaz hadisələrin sonu necə bitəcək, bəlkə azərbaycanlılar üstələdi, onda gərək ölülərini qoyub dirilərini ağlayalar. Gələcəyə əl yeri qoymaq lazımdır. Əgər çərxifələk tərsinə dövran eləsə, deyərlər ki, Yerevandan gələnlər onlara tabe deyildilər, hətta yeri gələndə onların özlərini də şapalaqlayırdılar. Yəhya kişini qundaqlaya-qundaqlaya yenə köhnə kolxoz anbarına saldılar. Pres kəndiri ilə əllərini arxadan bağlayıb təpikləməyə başladılar. Qarnına dəyən təpikdən kişi ikiqat oldu, sancıdan içi doğrandı. Üzünü cənfəşanlıq edən Avetisə tutdu: - Ə, Avetis, atan Arturla bir ton çörək kəsmişik, çay içmişik. Qansızlıq eləməyin. Güllə atmamışam, adam öldürməmişəm. Heyvanlarım azıb, onların dalınca gəlmişəm. Məni niyə öldürürsüz? Adam olun. Avetis azərbaycanca çox yaxşı bildiyi halda ermənicə cavab verdi. Yerevandan gələnlər qəti tapşırıq vermişdilər ki, bizim yanımızda türklərlə ermənicə danışın, tərcüməyə ehtiyac qalmasın. Uzun illərdir bir yerdə qonşuluqda yaşayırsız, onlar da ermənicə azçox başa düşərlər, hər halda, bir-birinizi anlayarsız. Avetis qızışmışdı. Yarı azərbaycanca, yarı ermənicə bağıra-bağıra, söyə-söyə illərlə ürəyinə yığılıb qalanları boşaldırdı. Başdaşı 25 - Turki şandığa! Biz adamıq. Adam olmayan sizlərsiz. Həmişə başımıza bəla olmusuz. İllər uzunu bizləri qapınızda işlətmisiz, evlərinizi tikmişik, qapı-pəncərələrinizi düzəltmişik, kəhrizlərinizi qazmışıq. Ən gözəl qızlarımızı əlimizdən alıb basmarlayıb aparmısınız, özümüz şişə-şişə qalmışıq. Daha bəsdir. Tarix boyu bizə etdiyiniz zülmləri yüz qat, min qat özünüzə qaytaracağıq. Daha tək deyilik. Sizdən də, Türkiyədən də qorxmuruq. Tarix bızə şans yaradıb. Gərək sizin hamınızın kökünüzü kəsək ki, gələcək nəsillərimiz rahat yaşasınlar. Yerevandan gələn saqqallılardan biri avtomatı hərləyib Yəhya kişini vurmaq istədi, Avetis qoymadı. - Dedim axı, oğlu kənddə nüfuzlu adamdır. Atasının ölümünü eşitsə, gözləri qızar, üstümüzə gəlib hamımızı qırarlar. Onsuz da bəhanə axtarırlar. Qıcıqlandırmaq lazım deyil. Türkləri tanımırsız? Baxaq görək nə ilə dəyişirik. Yəhya kişi xatadan qurtulduğunu hiss edib nəfəs dərdi. Yoox, bir çəm tapıb qaçmaq lazımdır. Qansız uşağının hər an gözü dönə bilər. Gör necə dəyişiblər. Hər dəfə üstümə qaçıb qucağıma atılan uşaq indi quldurun yekəsi olub. Dədəsindən çox, o mənim xətrimi istəyirdi. Günortadan keçmişdi. Qollarını aça bilsəydi... Dartındı, vurnuxdu... baxışları ilə künc-bucağı axtardı, qollarını oynatdı, kəndir biləklərini göynətdi. Sürünə-sürünə qapıya yaxınlaşdı. Qapının arxasına iri lay dəmir söykəmişdilər, iki lafet təkəri dayamışdılar, xeyli dəmir-dümür tökmüşdülər. Taxta qapının arasından gözünü qıyıb baxdı ki, görsün bəlkə köh­ 26 Səyyad Aran nə tanışlarından birinə rast gəldi, haraylayıb desin ki, ayə, məssəbiniz olsun, açın buraxın məni, çıxım gedim evimə. Az qaldı gözü tökülsün; dayaq kimi o biri üzdən bərkidilən dəmirin bir ucu taxta qapının arasından içəri girmişdi. Qaranlıq olduğundan ucu iti tiyəni seçə bilməmişdi. Vaxtlı tərpəndi, yoxsa gözü töküləcəkdi. Qaşının altı azca çərtilmişdi, deyəsən, qanamışdı. Lənət şeytana! "Yaxşı qurtardım. Hansı yaxşılığımsa ovsanata düşdü". Axşam düşürdü. Səssizlikdi.Bir tərəfdən də qatı duman gəlirdi. Sevincindən Yəhya kişinin gözləri yaşardı. - Ya Allah! - deyib ayağa qalxdı. Arxasını dəmir qapıya çevirdi, həmin dəmirin iti ucunu səmtləyib kəndiri sürtməyə başladı. Aha... deyəsən, qolları boşalırdı. Bir az da... bir az da... Allah, sənə min şükür! Ehtiyatla qapını özünə tərəf çəkdi. Qapı çölə açılırdı, cəmi deyildi. Can qorxusu qalib gəldi. Bir də güc verib ensiz yerdən eşiyə sivişdi. Ətrafı dinşədi. Elə səssizlik idi ki, elə bildi kar olub. Bir inni-cinni yoxuydu. Xeyli fikirləşib, harda olduğunu qərarlaşdırdı. Kəndin hər künc-bucağını yaxşı tanıyırdı. Hər həftə gəlib-getdiyi yer döyülmüydü? Ehmalca damlardan birinin üstünə çıxıb səmti tutdu. Ehtiyatla üz qoydu fəhm etdiyi yola. Mürvət kiçik dəstə ilə qobunun başında oturub gecənin tam düşməsini gözləyirdi. Qaranlıqda könüllülərlə kəndə girib atasının harada saxlandığını öyrənə bilərdi. Ya qəfil basqı edib atasını qurtarardı, ya da kimisə əsir götürüb dəyişmək təklifi edərdi. Başqa variantlar da ola bilərdi. Atışma da labüd idi. Ermənilər onları görsəydilər, döyüşsüz ötüşməyəcəkdilər. Başdaşı 27 Çiyninə toxunan əl Mürvəti fikirdən ayıltdı: - Nədi? - Bir ora bax... Dərənin içiylə, Caxmaq çayı boyunca bir qaraltı qaçırdı. Mürvət durbinini qaraltıya tərəf tuşladı. Az qaldı ürəyi ağzından çıxa: - Atam! Avtomatlar şaqqıldadı. Hamı doyüş vəziyyəti aldı. Mürvət atasına tərəf endi. Bir xeyli qalmış səsləndi. - Dədə, mənəm, Mürvət, Mürvət... Kişi oğlunun səsini aldı. Elə səsə tərəf də qaçdı. Doluxsunaraq oğluna sarıldı: - Ay oğul, Allahın yazığı gəldi, qaça bildim. Köpəy uşağının üzü yaman dönüb. Öldürmək istəyirdilər. Nə fikirləşdilərsə, sabaha saxladılar. - Kimlər vardı orda? - Çoxdular. Hamısı da silahlı. Bir dənə tankları da var. Yerevandan da xeyli saqqallılar gəlib. Onlar lap çox qaniçəndilər. Gedək. Qalanlarını evdə danışaram. Dəstədəkilər də endilər. Yəhya kişiyə, Mürvətə gözaydınlığı verdilər. Yəhya kişinin sağ-salamat dönməsi möcüzə idi. Daha durmağa gərək yoxdu. Elə selavın içiylə də kəndə yollandılar. *** Rayon polis şöbəsi rəisinin qəbul otağında sobanın ətrafında bir dəstə polis və üç-dörd nəfər mülki şəxs toplaşmışdı. Əvvəlki kimi qayda-qanun, növbə, qəbul günü,qəbul saatı qalmamışdı. Elə gələn-gələn özünü salırdı rəisin qəbul otağına. Rəis də çox fərqinə 28 Səyyad Aran varmırdı. Rəşid müəllim dünyagörmüş adamıydı. Eyni dərd, problem, silah qıtlığı hamını qardaşlaşdırmış, münasibətləri sadələşdirmişdi. Adamlar əllərini sobaya uzadıb ovuşdurur, bir-birinə sürtür, az qala qıpqırmızı dəmirə yapışdırmaq istəyirdilər. Mülki şəxslər Qürbət kimi müxtəlif kəndlərdən silah dalınca gələnlər idi. "Gözləyin" əmri gəlmişdi. Onlar da gözləyirdilər, amma "gözləyin" çox uzanırdı. Soltanlıdan Əlisahib müəllimin səbri çatmadı: "Adamı gözgörəti öldürmək budu eyy... Barı biriniz gəlib çıxsanız..." Rəis uzaq sərhəd bölgələrinin birindəydi. Yaxın macallarda gələnə oxşamırdı. Çarə rəis müavini Vaqif Məhərrəmova qalmışdı. Onun ağzını aramağı məsləhət bildi. O da yoxuydu. Hövsələsi daraldı, ayağa qalxdı ki, həyətə çıxsın, əlini qapının dəstəyinə aparanda qapı nağıllardakı kimi öz-özünə açıldı. Kandarda rəis müavini idi. Həyəcanlı və əsəbiydi. Özünü tox tutmağa çalışırdı, amma bacarmadı, səsi titrədi. - Uşaqlar, məlumat gəlib ki, Zamzurdakı milis postuna basqın olub. Ermənilər böyük qüvvə ilə hücuma keçiblər. Tərpənin, təcili gedirik. Bir anda Əlyar, Nurəddin, Şikar, Vəliyəddin, Nadir, Əli, Elşən, Tofiq, Zabit və polisə yenicə daxil olmuş bir neçə gənc bayıra atıldılar. Hamı həyətdə onları gözləyən avtobusa cumdu. Naşı və köntöy davranışlarına görə Məhərrəmov yeni qulluğa başlayanları dəstədən ayırdı: - Siz gözləyin. Sizinçün hələ tezdir. Cavanlar etiraz etdilər. Rəis müavini üzünü bozartdı. - Əmrə tabe olun! Başdaşı 29 Elə bil indi ayıldılar. - Baş üstə! - deyib könülsüz də olsa, şöbəyə qayıtdılar. Qürbət ehtiyatla Məhərrəmova yaxınlaşdı. - Rəis, icazə verin, mən də gedim. - Kimsən, a bala? - Mən Sirikdənəm, topçu Qürbət deyirlər adıma. - Hə, Mürvətin dəstəsindən? - Bəli. - Silahın var? - Yox, elə ondan ötrü gəlmişdim. Bir köhnə topumuz var. Onnan da bir dəfə atəş açandan sonra gərək bir saat gözləyəsən ki, soyusun. Əl vermir. Mürvət komandir dedi, get mənim adımdam Məhərrəmovdan istə. Rəis müavini üzünü turşudu. - A bala, mənim dədəmin anbarı yoxdu, silah da qarpız deyil, hər gələnə bir-bir paylayım. Biz də yuxarıdan gözləyirik: həm əmr, həm də silah... - Vaqif əmi, qadan alım, məni naümid qaytarmayın. Yoxsa kənddə nə komandirimin, nə də dostlarımın gözünə görünə bilmərəm. Deyərlər, nə yarıtmaz adamsan. Həm də bir sınayın məni. Mən... Cavan uşağın belə ürəkdən israrı Məhərrəmovu yumşaltdı. Onun haqqında eşitmişdi, özü demişkən, sınamaq vaxtıydı. Yanında dayanıb onları yola salmağa hazırlaşan təchizat idarəsinin müdirinə göstəriş verdi. - Get, ermənilərdən qənimət götürdüyümüz qranatomyotu bu oğlanın adına oformit elə. - Qürbətə döndü: - Bax, bəri başdan deyirəm, özünü əsl igid kimi göstərsən, səni o silahla kəndinizə göndərəcəm. Yox... 30 Səyyad Aran Qürbət özünü saxlaya bilməyib rəis müavininin boynunu qucaqladı: - Sağ olun, Vaqif əmi, görərsiniz... Məhərrəmovun üzü döndü: - Farağat! Bu nə hərəkətdir? Özünü harda hiss edirsən? Qürbət mil durdu. Gözləri dolmuş halda polis mayoruna baxdı. "Vay, işləri korladım. Fikrini dəyişməsə yaxşıdı". Xoşbəxtlikdən rəis müavini fikrini dəyişməmiş təchizat rəisi iki mərmi və qranatomyotla gəldi. - Təhvil veremmi, rəis? - İmza elətdir, götürsün. Qürbət çömbəldi, qeydiyyat kitabını dizinin üstünə qoyub qol çəkdi. Bir gözü Məhərrəmovda, silahı bağrına basdı: - Avtobusa! Qürbət götürüldü. Avtobusdakılar uğundular. *** Göz gözü görmürdü. Uzaqdan Zamzurun təkəmseyrək işıqları qorxa-qorxa boy göstərirdi. Elektrik lampaları deyildi, adda-budda çıraqlar yanırdı. Heç lazım olsa da daim səksəkədə yaşayan İrəvan qaçqınları gecələr lampa yandırmazdılar, çünki açıq hədəfə dönərdilər. Tanımadıqları yerdə məskunlaşdıqlarından, olduqca çarəsiz və məchul bir şəraitdə yaşayırdılar. Erməni yaraqlıları burunlarının ucundaydı. Əkin, biçin, yer belləmək, ağac əkmək... ağla gəlmirdi; daimi yaşamağa heç bir zəmanət yoxuydu. Avtobus səmti tutub yavaş-yavaş irəliləyirdi. İçəridəkilər döyüş vəziyyətindəydilər. Hamısının bar­ Başdaşı 31 maqları tətikdəydi. Hər saniyə təhlükə gözlənilirdi. Əgər onları müşahidə etmişdilərsə, hər an atəş açıla bilərdi. O zaman yalnız avtobusun qapısından yox, arxa və yan pəncərələrindən də özlərini çölə atıb döyüşməliydilər. Dəstə çox belə əməliyyatlar görmüşdü. Məhərrəmov dəstəsinə yaxşı bələd idi. Nigarançılığı bircə Qürbətdəniydi. Onun sözü yadına düşdü: "Sınayın..." - Neynək... biz də sınayarıq - öz-özünə dedi. Milis postuna bir az qalmış, nə düşündüsə avtobusu saxlatdırdı. - Uşaqlar, enin. Burdan o yana piyada gedəcəyik. - Niyə, rəis? Baxmayaraq ki, hərbi qanunlara zidd idi, amma həmyerlilik, kəndçilik, bəzən ərkyana suallar, danışıqlar mövcud şəraitdə qəbul olunurdu. Baxmayaraq ki, hərbi qanunlara zidd idi, el-obanın birliyi, ümumi düşmənə qarşı vahid rəydə olmağı, böyük-kiçik münasibətinin ciddi gözlənilməsi bəzən sərt hərbi əmrlərdən daha çox xeyir verirdi. Həm də belə şəraitdə verilən suallar qarşıdakı döyüşdə mövqe və taktika baxımından zəruri idi. Rəis müavini izah etdi. - Postumuzun işığı yansa da, şərti işarə yoxdur. Bunu yalnız rəis, mən, bir də postdakılar bilir, - Vaqif qəhərləndi, son sözləri ağzından ləngərlə çıxdı. - Deyəsən bədbəxtlik olub, uşaqlar tələf olublar. Hamının içindən gizilti keçdi. Nadirin iniltili hıçqırığı isə polisləri göydən yerə vurdu: böyük qardaşı postda növbədə idi. - Üç dəstəyə bölünürük. Ortada, qabaqda mən gedirəm. Mənimlə Əlyar, Şikar, bir də Qürbət gedir. 32 Səyyad Aran Nadir, sən öz dəstənlə solda, Vəliyəddin, sən də, sağda. Əvvəlcə mən irəli gedirəm - on metr. Sonra Əlyar, Şikar, Qürbət. Qalan dəstələr də bu qayda ilə. Yollar minalanmış ola bilər. Ona görə də həm baş yolla getmirik, həm də sağ tərəfdəki torpaq yola girmirik. Cığırları tutub gedirik. Cəbrayıl tərəfdən gedəndə yolun qırağında tək armud ağacı var haa... - yoldaşları başlarıyla təsdiqlədilər, - orda görüşürük. Durbinlə həm kəndə, həm də postumuza baxıb dəqiq plan cızım, hamınıza xəbər verəcəm. Əvvəl görək postumuzdan nə xəbər var. Sonra kəndə baxarıq. Ermənilərdən boşaldılmış Zamzur kəndinə Ermənistandan qovulan azərbaycanlılar yerləşdirilmişdi. Heç birinin silahı yoxuydu. Adam göndərib bir neçə dəfə istəmişdilərsə də, təmin etmək mümkün olmamışdı. Özünümüdafiə batalyonlarında 2 nəfərə bir sınıq-salxaq silah düşürdü, haradan tapıb verəcəkdilər?! Son vaxtlar Ovanes Simonyanın quldur dəstəsi bu tərəflərdə əməlli-başlı at oynadırdı. Bir dənə BTRlə gəlib dik dayanırdı qayanın qaşında. Camaatı vahiməyə salmaq üçün bu, sınanmış üsul idi. Adamlar elə bilirdilər ki, beş-altısı da onun arxasındadır. Xaricdən gətirilmiş muzdlular yerli erməni saqqallılarıyla kəndlərə girib evləri soyur, dağıdır, mal-qaranı qabaqlarına qatıb aparırdılar. Etiraz edəni ya güllələyir, ya da avtomatın qundağı ilə baş-gözünü yarırdılar. Ovanesin dəstəsi böyük qüvvə ilə posta hücum etmişdi. İki saatlıq döyüşdə dörd nəfər azərbaycanlı polisi qətlə yetirmişdilər. Sonra da meyitləri təhqir etmişdilər. Kiçik bir dəstə isə, kəndə soxulub xəbərdarlıq etmişdilər ki, kim evdən çıxsa, güllələyəcəklər. Ar­ Başdaşı 33 vad-uşağa xətər toxunmasın deyə, onları ermənidən qalma evlərin içində küfüllərə doldurub, kişilər əllərinə keçən dəmir-dümürü, yabanı, beli götürüb qapılarının arxasında namuslarının keşiyində dayanmışdılar. "Ancaq bizim meyidimizin üstündən keçib..." Silahsızlıq igid oğulları diliqısıq eləmişdi, arvad-uşaq yanında gözükölgəli olmuşdular. Təkbaşına on erməniyə can verməyən oğullar əl boyda silahın qabağında dirənir, irəli atıla bilmirdilər, qəzəbləri qumbara kimi içlərində partlayırdı. Bayırdakı atışmanın azərbaycanlı polislərin postu ətrafında getdiyini zənn etmişdilər, amma konkret vəziyyətdən xəbərləri yox idi, evdən çıxmaq ölümlə oynamaqdı. O gün Həmidin keçisi darvazadan çıxanda ermənilər elə bilmişdilər adamdı, keçini də, darvazanı da, həmin evi də gülləylə deşik-deşik etmişdilər. Armud ağacının sağ tərəfindən Zamzura sallanan yol minalanmışdı. Maşınla bir az da getsəydilər, külləri göyə sovrulacaqdı. Armud ağacına bir xeyli qalmış, qəfil işıq yanıb-söndü. Bu bir an çəkdi. Erməni yaraqlılarından biri siqaret alışdırırdı. Kimsə dalbadal söyüş yağdırdı, ardından şappıltı səsi gəldi, deyəsən, başçıları siqaret yandıranı şapalaqlayırdı. - Ay it uşağı! Gör nə pusqu qurublar! Bizi postda yox, xeyli irəlidə, kəndin girəcəyində gözləyirlər. Uşaqlar, plan dəyişdi. Bir az düşünüb göstəriş verdi. - Nadir, sən qayıt geri. Arxadan gələnlərə de ki, armud ağacına yaxınlaşmasınlar, ermənilər orda pusqu qurublar. Mənim işarəmi gözləsinlər. 34 Səyyad Aran Nadir maili təpədən arxasıüstə üzüaşağı sürüşdü. Sonra Məhərrəmov Qürbəti yanına çağırdı. - İşıq gələn yer yadında qaldı? - Qaldı, Vaqif əmi, - Vaqif üzünü turşutdu. Qürbət görmədi, amma hiss etdi; pauza çox oldu, ona görə. - Həmin o gördüyün yerə bir bomba tutuzdursan, qayıdan kimi səni bu qranatomyotla kəndinizə göndərəcəm. Get, kef elə. - Sənə qurban olum, Vaqif əmi! Arxayın ol, indi görəssən. Mayor bu dəfə də "Vaqif əmi yox, komandir" deyib düzəliş vermək istədisə də, fikrindən vaz keçdi. - Şikar, mən iki, üç deyən kimi üçümüz də eyni vaxtda atəş açırıq. Şikar əlini qaldırıb gözünün üstünə qoydu, pulemyotunun ayaqlarını möhkəmləndirdi. Qürbət ortadaydı, o da qranatomyotunu çiynində rahatladı, Məhərrəmov avtomatını bağrına basdı, dodaqlarını soyuq dəmirə yapışdırıb öpdü. Ermənilər bu qəfil atəşi gözləmirdilər. Qürbətin mərmisi düz hədəfə dəymişdi. Bağırtı, zarıltı, qışqırtı sanki yanlarında idi. - Ay sənin gözünə dönüm, ayə, apardın e, qranatomyotu kəndə. Erməni yaraqlıları özlərinə gəlib toparlandılar. Onlar tərəfdən üç istiqamətdən güllə yağış kimi yağmağa başladı. Başlarını qaldıra bilmədilər. - İt uşağı nə çoxmuş? Yol tərəfdən heç bir atəş səsi gəlmirdi. Əks tərəfdən - yamaclardan güllə axını çox idi. Yolun minalanması tam dəqiqləşdi. İrəli getməyin mənası və xeyri Başdaşı 35 yoxuydu. Hiss olunurdu ki, düşmən sayca çoxdu. Atəş səsləri daha yaxından eşidilirdi. Geri çəkilmək lazımdı. Məhərrəmov yenə göstəriş verdi. - Torpaq yolun üstündəki qayanın altına enirik. Gəldiyimiz yolla geri qayıtsaq, bizi görüb vuracaqlar. Bir dəfə atəş açdığınız yerdən dərhal yayının, yerinizi hədəfləyib vurarlar. Tez-tez atəş nöqtələrinizi dəyişin. Şikar, məni qoru. İstiqaməti tutum, siz də ardımca gəlin. Mən də başınızın üstündən atəş açıb sizi qoruyaram. Çox dikəlməyin. Məhərrəmov ehtiyatla aşağı sürüşürdü. Şikarın pulemyotu şaqqıldayırdı. Ermənilərin səsi bir az da yaxından eşidilirdi. Məhərrəmov mövqe tutub səslədi: - Şikar, Qürbət, Əlyar, gəlin, - avtomatı uzandığı yerdə havaya qaldırıb darağı boşaltdı. Dördü də qayanın altından keçən dağ çayının xırnavazasına endilər. Su buz kimiydi, amma hələ hiss etmirdilər, hamı canının hayındaydı, təki burada gizləndiklərini duymasınlar, əsas duruş gətirməkdir, donmaq-filan boş şeydir. Qayalığın üstündə ermənilər gəzişirdilər. Onları görmürdülər. Qayalığın aşağısına enmək təhlükəli idi. Tək-tək düşmək olardı, onu da kimsə istəməzdi. Azərbaycanlılar orda gizləniblərsə, qanları getdi. Enən kimi vurulacaqlar. Yox, orda deyillərsə, aşağı baxmağın nə mənası. Qoy cəhənnəm olsunlar. Ermənilərin hamısının ürəyindən bu fikirlər keçirdi. Heç kim dilinə gətirmədi. Kim təşəbbüs irəli sürsəydi: - Onda sən en, bax, - deyəcəkdilər, bu da həmin şəxsə, əlbəttə, sərf eləməzdi. - Donsanız da tərpənməyin. Suyun şappıltısından yerimizi bilərlər, - Məhərrəmov pıçıltıyla xəbərdarlıq etdi. 36 Səyyad Aran "Görəsən Nadirgil, Vəliyəddingil neyləyir?". Uzaqlardan atışma səsləri eşidilirdi. Şübhəsiz, döyüş gedirdi. Hansı istiqamətdə? Bunu anışdırmaq mümkün deyildi. Hər iki dəstədən uzaq düşmüşdülər. Əvvəlcə ayaq barmaqları gizildədi, sonra bir-bir buza döndü. Çiyinlərini qısıb qayalığın nəm divarlarına söykəndiklərindən, qoşa qoltuq ağacına söykənib donan adamlara oxşayırdılar. Ermənilər nəsə xosunlaşırdılar, "axı, hara gedə bilərlər?" Yeganə yer onların gizləndikləri çökək idi, amma sürüşkən yamacdan enməyə heç kəsin cəsarəti çatmırdı, deyinə-deyinə canavar sürüsü kimi boğuşur, didişir, bir-birini yamanlayırdılar. Gizlənmək üçün çayın xırnavazasına düşəndə sürüşüb dərənin dibində şil-şikəst olaraq qurda-quşa yem olmaq yüz faiz idi, ancaq Vaqifgil bunu nəzərə almamışdılar. Ələ düşmək, erməni gülləsinə qurban getmək qorxusu onların riskini uğurlu etmişdi. Normal halda dik, sərt və sürüşkən yamacdan heç kim ora enə bilməzdi. Ermənilər bir az da o yan-bu yana baxıb uzaqlaşdılar. Səs-səmir kəsildi... *** Hava yavaş-yavaş ağarırdı. Vaqif dönüb Əlyarla Qürbətə baxdı. Əlyar nisbətən toxtaq idi. Bərkə-boşa çox düşmüşdü. Vaqiflə çox yollar yormuşdular. Mərd-mətin dayanmışdı. Qürbətin yanağında iki damla yaş donub qalmışdı. Ağlamamışdı. Soyuqdan Başdaşı 37 gözləri yaşarmışdı. Gülümsəyə-gülümsəyə Məhərrəmova baxırdı. Endirmirdi özünü. Vaqif əlini qoynuna soxub yastı, köhnə kişilərin işlətdiyi siqaret qutusuna oxşayan gümüşü rəngli bir şey çıxartdı, asta-asta qapağını burdu, sonra yana açdı. Qürbət heç nə anlamayıb Əlyara baxdı. Əlyar yüngülcə çiyni atıla-atıla astadan gülürdü: - Sudu? - Qürbət soruşdu. Əlyarın gülməyinə heç bir məna verə bilməyib təəccüblə dodaqlarını büzdü: - Bu soyuqda da su içəllər? Əlyar hər ehtimala qarşı ağzını tutdu. "Ə, bu lap körpəymiş ki". Komandirinin şakərini yaxşı bilirdi, tut arağı ilə bu 200 qramlıq viski qabı həmişə dolu halda komandirinin üstündə olurdu. Soyuq havalarda kəşfiyyata, döyüşə gedəndə heç vaxt Məhərrəmovun cibindən əskik olmazdı. Həmişə də lazım olurdu, yerinə düşürdü. - İç, canın qızsın, - qabı Qürbətə uzatdı. Qürbət almaq istəmədi. Bəlkə də ədəb gözləyirdi. "Böyüklər başlasın". Vaqif təkid etdi: - Ə, iç deyirəm sənə. Birinci Əlyarın əlinə düşsə, bir damcı qalmayacaq, sən də donub öləcəksən. Sən Allah, xatanı məndən uzaq elə. Tez elə görüm. Donub ölmək istəyirsən? Aldı. İlk qurtum boğazını yandırdı. - Götür bu konfeti də, sümürərsən, o saat yemə haa... O biri qurtum içini əməlli-başlı qızdırdı. Canında xoş bir hərarət duydu. Daha bir neçə qurtum da ötürdü. "Ayə, nə yaman istiləndim". Yarı soyulmuş, yarı kağızlı konfeti ağzına təpdi. Şikar da payını boyata qoymadı. Dodaqlarını yalayıb: - Sağ ol e, komandir! - 38 Səyyad Aran dedi. Əlyar konfetdən imtina elədi: - Gül kimi neməti zay eliyə bilmərəm. Sonuncu qurtumları komandir hortdatdı. Əlyara verəcəyi konfeti ağzına atdı. Azca toxtadılar. Səhər açılmışdı. Artıq səmti tutmaq olurdu. Harda olduqlarını dəqiq müəyyənləşdirdilər. Ehtiyatla xırnavazadan çıxdılar. Atəş səsləri getdikcə çoxalırdı. Ermənilər qaçırdılar. Rayondan əlavə qüvvələr gəlmişdi polislərə. Amma çox həmlə edə bilmirdilər. BRDM tankı polislərə atəş aça-aça geriləyirdi, saqqallıları qoruyurdu. Erməni yaraqlıları əslində, Vaqifgilin gözünün önündən müvazi olaraq keçirdilər. Bir az yaxınlaşıb atəş açmaq olardı, amma ermənilər yenə də sayca çox idilər, üstlərinə gəlsəydilər, qeyri-bərabər döyüşə girəcəkdilər, bir tərəfdən də BRDM. Əlini Qürbətin çiyninə qoydu. - Hə, gözünə dönüm, gör neynirsən? - Məsafə uzaqdır, Vaqif əmi. Bir az yaxınlaşmaq lazımdır. - Onda getdik. Vaqifgili o biri dəstədəkilər, rayondan köməyə gələn OMON-çular görmüşdülər. Saqqallıları hürkütsəydilər, üzlərini çevirib qaçanda onları qarşılarında görəcəkdilər və yəqin ki, heç birini sağ buraxmazdılar. Bircə bu tank olmasaydı... Onların ermənilərə yaxınlaşmasını görəndə təəccübləndilər. "Bunlar neynəmək istəyirlər? Ermənilər duyuq düşsə..." - Ə, o kimdir, dizi üstə çömbələn qranatomyotçik? - Topçu Qürbətdi. Füzuli cəbhəsində vuruşurdu. Şirikdəndir. Başdaşı 39 - Nədi, tankı vurmaq istəyir? Birdən dəyməsə?.. Hamı susdu. OMON komandiri əlini dodaqlarının üstünə qoydu. Döyüşçülər tutduqları mövqelərdə nəfəslərini qısıb gözləməyə başladılar. Həmin anda Qürbət də dərindən nəfəs aldı, qranatomyotu çiynində tarazlayıb, barmağı tətikdə, əlverişli anı gözləyirdi. Qəribə səssizlikdən və hərəkətsizlikdən ermənilər də şübhələndilər. Sağa-sola döyükməyə başladılar. Və birdən BRDM-ə tuşlanan qranatomyotu gördülər. Çığırışmağa başlamışdılar ki, mərmi uçdu. Tankı alov bürüdü. Məhərrəmov Qürbətin üstünə atılıb onu yerə yıxdı. Güllələr başları üstdən yağış kimi yağdı. Bu heç bir dəqiqə çəkmədi. Polislər və köməyə gələnlər erməni yaraqlılarının üstünə şığıdılar. Ermənilər üç nəfərin üstünə yeriyib onları öldürməkdənsə, qaçmağı üstün tutdular. Çünki özləri tələyə düşüb hamısı qırılardılar. BRDM-in vurulması ermənilərin şahpərini qırmışdı. *** Armud ağacının altında gecədən beş meyit qalmışdı. Qaçhaqaçda ətrafda da bir neçəsi güllələnib gəbərmişdi. Hamını təəccübləndirən bir zənci cəsədi oldu. Şikar: - Nayomnikdir - dedi, - koppoyoğlu! Zəncinin ayağında təzəliyi gendən bilinən, topuğa qədər qalın dabanlı, ucu dəmirli əsgər çəkməsi vardı. Şikar irəli yeridi: - Ə, bu nə yaxşı şeydi, NATO əsgərlərinin geydiklərindəndir. Bunu götürrəm, - deyib ayaqqabıları çıxartdı, geydi, bağlarını düyünlədi, bir o yana getdi, bir bu yana, atılıb-düşdü: - Ə, nə rahatdı. 40 Səyyad Aran - Sən çaldın, - kimsə atmaca atdı. Cavab vermək istəyirdi ki, Nadirin naləsi eşidildi: - Can, başına dönüm, qardaş, anama nə deyəcəm, məni qanlı tutacaq, - qardaşını polisdə işləməyə Nadir gətirmişdi. Məhərrəmov komanda verdi: - Cənazələri omonçular gələn maşına qoyun. Onlar getsin, biz də dallarınca gəlirik. Xeyli silah-sursat tökülüb qalmışdı. Altı avtomat, üç qranatomyot, iki yeşik qumbara, avtomat sandıqçaları, pulemyot daraqları qənimət olaraq götürüldü. Armud ağacının altında iki əsgər torbasında cürbəcür yaraşıqlı konserv bankaları adama gəl-gəl deyirdi. Almaniya, Fransa istehsalı olan bu emallı qutular müxtəlif ət konservləri və salatlar idi. Keyfiyyətli şeylərdi. Məhərrəmov muzdluların və Yerevan ermənilərinin belə ərzaqla daim təchiz olunmağından xəbərdar idi. Əvvəllər də Cəbrayılın ermənilər işğal edən kəndlərini geri alanda bu cür ərzaqları görmüşdülər, hətta qəhvə, bahalı siqaretlər... Avropalılar erməniləri pis təmin etmirdilər. Aşağıdan - kənddən bir dəstə adam onlara tərəf diklənirdilər. Zamzurun yeni sakinləri irəvanlı azərbaycanlılar idi. Əvvəlcə yaşlı bir kişi irəli yeriyib salam verdi. Sonra ölənlərin ruhuna fatihə oxudu. Göz gəzdirib kimə söz deyəcəyini dəqiqləşdirdi. Yanılmadı, Vaqif Məhərrəmovun qənşərinə yeriyib əlacsızcasına əllərini yana açdı. - Bu gündən sonra bizim burada yaşamağımız mümkün olmayacaq, oğul. O Ovanes deyilən qansız əvəzini beşqat çıxacaq. Dünyanın hər üzünü gör­ Başdaşı 41 müşük. Deməyin ki, qorxularından belə danışırlar. Qorxaq olsaydıq, yüz illərdir onlarla vuruşa-vuruşa böyür-böyürə yaşamazdıq. Həmişə biz yenmişik. Öz torpağımızda, yurdumuzda kimdən qorxasıydıq ki. Amma, oğul, əliyalınıq, nə qədər ürəkli olsaq da əliyalın avtomatın, pulemyotun, tankın qabağında dayanmaq olmaz. Ya silah göndərin, özümüz özümüzü qoruyaq, ya da axşam maşınları göndərin, yığışaq gedək, ayağımız hara, başımız da ora. Bakıdakılara, bir-birini qıran, söyən, bizim hesabımıza xal yığanlara çatdırın ki, bizi gülləyə havayı mişen eləməsinlər. Dörd tərəfimiz ermənidir. Məhərrəmov tutuldu. Vəziyyət ağsaqqal deyən kimiydi. Danmaq mümkün deyildi. Ovanesin dəstəsi mütləq hayıf çıxacaqdı. Postu götürmələrinə baxmayaraq yenə ora dörd nəfər polis qoyacaqdılar. Ya sayı artırmaq gərək idi, ya da camaatı çıxarmaq. − Ağsaqqal, sizi başa düşürəm. Şər qarışmamış "hə-yox" bilinəcək. Gələnlər nigaran, ümidsiz baxışlarla geri döndülər. Bir şeyi yəqinlədilər: yenidən qaçqın düşəcəklər. *** Şöbənin həyətində Məhərrəmov başısarıqlı (güllə yalayıb keçmişdi), üz-gözü hisin-pasın içində Qürbəti qucaqlayıb dedi: - Qürbət, özüm ölüm düz deyirəm, gəl səni polisə götürək. Rəşid müəllim də razı olar, bugünkü qəhrəmanlığını da təfsilatı ilə cənab nazirə məruzə edək, raport yazaq, sənə rütbə də alaq. 42 Səyyad Aran Döyüşçü yoldaşları da yaxın gəldilər, Qürbətin çiynini şappıldatdılar. Bu qarayanız kənd balası bir günün içində hamının gözündə ucalmışdı. Gecə armudun altına sərrast tutuzdurduğu atəşdən də artıq hamı xəbər tutmuşdu. Əlbəttə, belə mahir nişançının onların dəstəsində olması fəxr idi. Oğlanın başını aşağı salıb dinməməsi ətrafına yığışanları heyrətdə qoydu. "Bundan yaxşı təklif? Qürbət nə çəm-xəm edir. Həm maaş alarsan, həm rütbə..." - Vaqif əmi... - bütün dəstə şaqqanaq çəkdi, elə Məhərrəmov özü də. Doğrudan uşaqdır. Hələ də necə müraciət etməyin fərqində deyilsə, hələ də bu vacib hərbi şərti anlamırsa, doğrudan uşaqdır. - İki aydan çoxdur hərbi qulluqdasan. Yadından çıxıb komandirə necə müraciət edərlər? - Burda hamısı özümüzünkülərdir. Həm də sizi tanıyıram axı . - Sözünü de, - Məhərrəmov üzünü Qürbətə tutdu. - Mənə hörmətiniz bu olsun ki... - udqunub dayandı... - sən Allah, üzlülük kimi çıxmasın, o əlavə qənimət avtomatın birini də bağışlayın, çıxım gedim kəndə. Sirik silah sorağındadı. Hamı fikirli-fikirli başını aşağı saldı. Kənddəki vəziyyəti bilirdilər, camaat, demək olar ki, əliyalın idi. Bir silah bir tank qədər əhəmiyyətli idi. Camaatın duruş gətirməsinə, ürəkli olmasına xeyli kömək edərdi. İndi silah Sirikdə havaya, suya, çörəyə bərabər bir tutiya idi. Adamların qırımından Məhərrəmov gördü ki, etiraz etmirlər. Qürbət dəqiq iki atəşi ilə Zamzur postunun geri qaytarılmasında, bir də BRDM-in vu­ Başdaşı 43 rulmasında həlledici iş görmüşdü. Yuxarılarla danışıb məsələni qanuni şəkildə yoluna qoymaq olardı. Bu zalım balası da gözləri ilə elə yalvarır ki, "yox" kəlməsi eşitsə, Allah eləməmiş, yəqin ürəyi dayanar. Yox, bu igid oğlanın qəlbini qırmaq olmazdı. - Yaxşı, - Məhərrəmov dedi, - təchizat müdirini çağırın, qayda-qanunla yoluna qoyaq. - Sağ ol e, Vaqif əmi, qadan alaram sənin, - təzə komandirinin boynunu qucaqlayıb dönə-dönə öpdü. "Vaqif əmi" də Qürbəti qucaqlayıb öpdü. Heç kim hərbi qaydanın pozulmasına əhəmiyyət vermədi. *** Qürbət də tay-tuşları kimi, özünümüdafiə batalyonunun üzvü idi. Ləqəbi də vardı, vəzifəsi də: topçu Qürbət! Özü də çox sərrast atırdı. Ermənilər Qürbətin topundan əməlli-başlı çəkinirdilər. Onlar da Qürbətin topunu səsindən tanıyırdılar. Valideynləri ilə axırıncı görüşü qaçaraq və ayaqüstü olmuşdu. Kəşfiyyata gedəcəkdilər. Komandirləri: - Kəşfiyyatdan qabaq gedək evlərimizə baş çəkək, - demişdi. Hamı məmnuniyyətlə razılaşmışdı. Yük maşınıyla gəlmişdilər. Bir saat vaxt verilmişdi. Dərhal evlərinə dağılışmışdılar. Gün yavaş-yavaş axşama tərəf əyilirdi. Kölgələr böyüyürdü. Kövşənlər, biçənəklər, zəmilər boşalırdı. Əvəzində həyətlər, evlər işdən qayıdan adamlarla dolurdu, ev-eşik, həyət-baca canlanırdı. Samovarlar ilkin zümzümələrini başlamışdılar. Qazanlar ocaqların 44 Səyyad Aran üstündəydi. Küçənin başından ayağınacan cürbəcür xörəklərin ətri bir-birinə qarışmışdı. Birinci Minarə gördü. - Ay Allah, qardaşıma qurban olum, gəldi, - deyib onun qabağına yüyürdü. Ardınca da o biriləri. Səməndər evdə yoxuydu. Getmişdi birliyin həyətinə ki, görsün təzə xəbərdən-zaddan nə var. Çoxdandı kəndə söz vermişdilər ki, onlara iki tank verəcəklər. Verəcəklər deyəndə ki, camaat pul yığıb Gəncədə Şerbakin diviziyasından alacaqdılar. Pullar da çoxdan yığılmışdı. Kəndə sudan, havadan, çörəkdən daha vacib iki tank idi. Tanka minib arxayın-arxayın "pozisiya"ları gəzmək, ermənilərin gizləndikləri səngərləri dəqiqləşdirmək daha asan olardı. Düzdü, qranatomyotla vurulmaq qorxusu da vardı, amma bu, bəxtəbəxt bir şey idi, bu riski qəbul edirdilər. Yaxşı ki, Nübar bişmiş kündələri təndirdən çıxarıb dəstərxanın üstünə sərmişdi. Yoxsa bu öpüşmə, qucaqlaşma, Qürbətin yaxasından sallaşma çörəkləri yandırıb bada verərdi. Həyətə keçdilər. Qürbət bir tikə çörək kəsdi: - Çörəyin əcəb ətri var. Anama qurban olum! - Anan sənə qurban olsun! - Nübar əlüstü oğlunun sözünü kəsdi.- Başına dönüm, oğul, azcana yanını qoy, çolpa çığırtması bişirmişəm, doyunca ye, sonra get. Elə bu vaxt Səməndər də gəldi. Qürbət yerindən sıçradı. Əvvəlcə atasının əllərini öpdü, sonra bağrına basdı, ata-bala bir-birini o ki var iylədilər, paltarlarına üz-gözlərini sürtdülər. Sonralar bu qucaqlaşmanı, iyləşməni yada salan Nübar tez-tez deyəcəkdi: - Verananın oğlu demə, bildiyini bilirmiş. Başdaşı 45 - Birliyin həyətində eşitdim, dedim tez özümü yetirim, - elə bil üzürxahlıq edirdi. - Eşitdim kəşfiyyata gedirsiz. - Bəli, ata! - Ehtiyatlı olun, oğul, ehtiyatlı olun... Bu kənddə heç bir ata, ana, qohum-qardaş övladlarına, qohumlarına "ehtiyatlı ol", "özünü qoru", "özündən muğayat ol" demirdi. Həmişə öyüd-nəsihət, tapşırıq "cəmdə" olurdu: "ehtiyatlı olun, özünüzü qoruyun, özünüzdən muğayat olun". Birinin balası hamısının balası idi, birinin yası da, toyu da hamısının idi. Çətin gün hamını birləşdirmişdi, sənin-mənim söhbəti çoxdan yığışdırılmışdı. Anasının təkidinə baxmayaraq, Qürbət xörək yemədi. Minarə ilə əl damının arxasına çəkilib xeyli xosunlaşdılar. Söhbətin nədən ola biləcəyini təxmini anladıqlarından bacı-qardaşa mane olmadılar. Evdə hamı Qürbətin qız istədiyinı eşitmişdi. Kimin qızı olduğunu özləri açıb-ağartmamışdılar. Kim nə bilir nə olacaq? Ya nəsib, ya qismət! Təki salamatçılıq olsun. Təki müharibə, qan-qada qurtarsın, kimin qızı olur-olsun, qəbulumuzdur. Bu kənddə pis qız ola bilməz, çünki haram tikə yeyənimiz yoxdur. Onları aparmağa gələn maşın darvazanın önündə dayandı. Yoldaşları yer- yerdən qışqırdılar: - Ə, Qürbət, tez ol, ayə tez ol! Təndirin ətrafına düzülmüş çörəkləri görüb: - Ayə, təzə təndir çörəyi, pendir də gətir! - dedilər. Qızlar dəstərxanın arasına beş-altı çörək qoydular, Münəvvər iri bir qabı motal pendiriylə doldurub çörəklərin üstünə qoydu. 46 Səyyad Aran Nübarın qəfildən ürəyi sıxılmışdı. Kürəyini əl damına söykəyib müvazinətini güclə saxlayırdı. Allaha yalvarırdı ki, Qürbət gedənəcən yıxılmasm. Uşaq peşman olar, nigaran gedər, kəşfiyyatda da fikri dağınıq olar, qara yellər aparsın, huşu-başı üstündə olmaz, erməninin gülləsinə tuş olar. Allah, sonra mən necə olaram? Əsgərlərdən hansınınsa maqnitafonunda müğənni elə bil qəsdən yanıqlı-yanıqlı oxuyurdu: Mən aşıq balabanı, Asta çal balabanı, Bir vaxt olar, deyərsən Bəs mənim balam hanı? Nübarın ürəyini quş kimi çırpındıran mahnının sözləri idi. "Ay Allah kömək olmuşlar, belə mahnıyla, belə sözlərlə yola çıxarlar, özü də hər dəqiqəsi belə qorxulu, ölümlü-itimli. Ay analarınız ölsün, cavan olanda nolar, bir bizi də fikirləşin dəə..." Qürbət əvvəl dəstərxanı atdı. Sonra maşın gedə-gedə arxadan kuzova mindi. Əllərini anasına tərəf yelləyə-yelləyə dedi: - Ana, qurbanın olum, özündən muğayat ol! "Qurbanınız biz olaq, ay bala! Analar sizlərə qurban olsunlar. Biz yenə az-maz yaşadıq, gün gördük. Siz nə gün gördünüz ki. Bütün günü çöllərdəsiniz. Beyqəfil namərd bir güllə ömrünüzü hər dəyqə qıra bilər". Nübarı qaldırıb evə aparanda onun rahatsızlığını ana duyğularıyla əlaqələndirdilər. Heç kim mahnının Başdaşı 47 sözlərinə fikir verməmişdi. Arvadı çarpayıya uzatdılar. Münəvvər yarım stəkan suyla başının üstünü kəsdirdi: - Ana, iç bunu. *** Uşaqların getməsindən iki gün keçirdi. Hələ bir xəbər-ətər yox idi. Yəni camaat təzə bir şey bilmirdi. Ermənilərlə sərhədin yaxınlığında mövqe tutmuşdular. Daha çox gecələr işləyirdilər. Kolluqlarda, yarğanlarda gizlənib müşahidə aparırdılar. Demək olar ki, tam hazırıydılar. Bu gecə bir azca da olsa içəri girəcəkdilər. Yuxarıdan əmr gəlmişdi ki, müfəssəl məlumat göndərsinlər. Zil qaranlıq idi. Bir tərəfdən də şaxta. Hamısının əlində toxunma əlcək, bircə komandir meşin əlcək taxmışdı, onu da özü ilə gətirmişdi - Krasnoyarskdan. Nazim peşəkar kadr idi. Frunze hərbi məktəbini bitirib yenicə qulluğa başlamışdı ki, Xocalı faciəsi onun da vətənə qayıtmasını qətiləşdirdi. Cavan olmasına baxmayaraq təkcə kənddə deyil, bütün ətrafda böyük hörmət-izzət sahibiydi. Yuxarılardan həmişə bu tərəflərə gələndə birinci onu axtarıb tapır, onunla nəyi isə xeyli müzakirə edirdilər. Ayrılanda da mütləq qucaqlayır, hörmətlə kürəyinə döyəcləyirdilər. Onlar böyüklərin başqa birisini komandirləri kimi qucaqlayıb xoş sözlər dediyini, inandığını, etibar etdiyini hələ ki, görməmişdilər. Əsgərlər təkcə buna görə komandirlərini sevmirdilər. Düzdür, cavanıydı, 27 yaşı vardı, amma hamının böyük qardaş kimi əziziydi. Dəstədə ondan xeyli yaşlı olanlar vardı, amma qeyd-şərtsiz komandir kimi hamı onu qəbul edirdi. 48 Səyyad Aran Kəşfiyyatdan əvvəl bir daha parollar, şərti işarələr, quş səsləri təkrar-təkrar məşq edildi, silahlar yoxlanıldı, hərəkət planı dəqiqləşdirildi, nəhayət, iki dəstəyə bölünüb ayrıldılar. Qürbət komandirlə bir dəstədəydi. Zamzur-Banazor-Hərəkül yoluyla Cəbrayıla girdilər. Sonra Cəbrayılın başı üstdən Xələfli, Tatar, Məlikli, Qalacıq, Sirik, İsağlıdan keçib erməni kəndləri Ağcakəndi, Dolannarı da ötüb Hind Tağlarda birləşməliydilər. Ordan o yana Qubadlı idi. Bir də tülək, tərlan, laçınsız, qalan Laçın idi. Yiyəsiz Laçın torpaqları Ermənistana bitişmiş kimi görünürdü. Adamsız qalan dağlar, dərələr hüzünlüydü. Heç bir həyat əlaməti görünmürdü. Evlər işıqsız, ocaqlar tüstüsüz idi. Bircə görünən dağılmış, uçulmuş evlərdi, tar-mar olmuş kəndlərdi. Hamının ürəyi sızladı. İntiqam hissi bir daha əsgərləri özünə qaytardı, toparladı, sərvaxt elədi. Təyin edilmiş vaxtda birləşdilər. Komandir o biri dəstəni təbrik etdi: - Hələlik işlərimiz plan üzrə gedir. Əla! Bilirsiniz ki, bu yerdən tez-tez Qubadlının, Cəbrayılın mərkəzi, yaxın kəndləri vurulur. Məhz hansı yüksəklikdən toplarını qoyduqlarını dəqiqləşdirməliyik, qayıdıb özümüzünkülərə xəbər verək ki, onlar da koordinatları düzgün müəyyənləşdirib atəş nöqtələrini birdəfəlik susdursunlar. Tam ehtiyatlı olmaq lazımdır. Yenə də həminki tərkibdə irəliləyəcəyik. Biz sol tərəfdən, siz də sağdan gedirik. Gecəgörən cihazla ermənilər artıq hər iki dəstəni görmüşdülər. Həm yaxınlaşmaqlarını, həm də məqsədlərini öyrənmək üçün onları bir az da yaxına buraxırdılar. Atəş məsafəsinə yaxınlaşanda sanki göy Başdaşı 49 gurladı. Saysız- hesabsız mərmilər, güllələr üstlərinə yağdı. Ərazini projektorla işıqlandırdıqlarından, vəziyyət daha müşkül olmuşdu. Gizlənmək mümkün deyildi. Sağ tərəfə yollanan dəstə açıqlığa çıxmışdı, onların vəziyyəti daha ağır idi. Pusquya düşmüşdülər. Komandir vəziyyəti anlayıb əmr verdi. - Gəldiyimiz yolla geriyə. Sarıtəpədə görüşürük. Kiminsə qışqırtısı hamını dondurdu: - Ay ana, sinəm yandı. - Müseyibin oğluydu - İlqar. Yaralı quş kimi otluğun içində çırpınırdı. Sinəsini tutmuşdu. Barmaqlarının arasından sızan al qan yaşıl çəmənliyə damcılayırdı. Get-gedə nəfəsi tıncıxır, elə hey anasını çağırırdı. Çırpınıb ağzı üstə düşdü. Dırnaqları ilə ot qarışıq torpağı xışmaladı... Sonra lam düşdü. "Vay, anasına nə cavab verəcəyik?" O tərəfdən səs gəldi: - Komandir, bizi qoruyun, sizə yaxınlaşaq. - K boyu! - Komandir rusca əmr verib birinci yenə özü irəli atıldı. O biri dəstədən Səlim müəllimi də vurdular. Mərmi qəlpəsi başını tutduğundan axır sözünü də deyə bilmədi. Meşə tərəfə yol açıq idi. Çay tərəfə də gedə bilərdilər. Amma ora uzaqdı. Meşə daha yaxın idi, həm də çətini meşəyə girənəcəndi. - Atışa-atışa meşəyə giririk. Marş! Getdik! Dalı-dalı geriyə - meşəyə sarı çəkilirdilər. Yaralananlar heç nə hiss etmirdilər. Daşa dəyən qəlpələr, güllələr çovuyub yanaqlarını, alınlarını, qaşlarını yaralayıb keçmişdi. Hamısının sir-sifəti qan içindəydi. Ağır yaralanan olmadığından döyüşdən qalmırdılar. 50 Səyyad Aran Nəyin bahasına olur-olsun, meşəyə girmək lazım idi. Bir az da özlərini qoruya bilsəydilər, meşəyə girib xilas olardılar. Elə bu anda sanki möcüzə baş verdi. Güllə seli dayandı. Dəstə artıq birləşmişdi. Elə bildilər nəzarətdən yayınıblar, sürətlə meşəyə sarı cumdular. Birinci mina Musa kişinin aman­zaman madar oğlunun ayağı altında partladı. Onun havada uçuşan tikə­parçaları hamını dəli etdi. Dəstədəkilərin ahnalə­si ərşə bülənd oldu. Eşidilən "ana", "ata", "Allah" sözləyirdi. Sonra ikinci mina partladı. Soltanın oğlu Əhmədlə Həsənin sonbeşiyi Ceyhun da tikə­parça oldular. Komandir qaçıb Qürbəti saxlamaq istəyəndə ikisi də havaya uçdu. Şüurları sönəndə səssiz filmlərdə olduğu kimi döyüş yoldaşlarının müxtəlif bədən üzvlərinin havaya qalxdığını, iri ət parçalarının yavaş­yavaş yerə endiyini gördülər. Sonra sükut çökdü... *** Hadisədən üç gün sonra xəbər tutdular. Erməni-azərbaycanlı kəndləri bir-birinin qonşuluğunda olduğu üçün uşaqlıqdan bir-birini tanıyırdılar. Səhər açılanda ermənilər ehtiyatla əraziyə yaxınlaşdılar. Qorxurdular ki, birdən minalardan hansısa biri partlamamış olar, mərminin qurbanı olarlar. Ətrafı yoxlayandan sonra irəli yeridilər, əvvəlcə ələ gələn silahları yığışdırdılar, sonra ölənlərin ciblərini eşələdilər, pulları götürüb öz ciblərinə qoydular, sənədləri çək-çevir etdilər. Dəstə üzvlərinin çoxunu tanıdılar. Suren adlı saqqallı erməni ratsiya ilə azərbaycanlılara ismarış Başdaşı 51 göndərdi: - Ara, Siriyin uşağları bizim arazıda minaya düşüplər. Gəlin onların meyitlərini aparın. Altı kanıstr benzin də yadınızdan çıxmasın. -Ay sən öləsən! Bəlkə 60 kanistr? - Ara, neyniyim, yuxarıdan belə deyiplər. Meyitlər çoxdu ... Hadisənin mahiyyətini biləndə hamı sarsıldı. Daha mübahisə yeri deyildi. Deyilənlə razılaşıb Sarıtəpənin altında görüşdülər. Ermənilər bütün meyitləri iri bir brezentin arasına yığmışdılar. Əslində dəstə üzvlərinin param-parça olmuş, qolu, əli, başı bədəndən ayrılmış hissələri idi. Meyitləri təhvil alanların qan beyinlərinə vurdu. Avtomatlar şaqqıldadı: - Sizin ananızı... Bu nə namərdlikdi eləmisiniz. Ananız, bacınız yoxdumu? Bunları necə göstərək, necə aparaq? Faşist köpəyuşağı! Tfu sizin qanınıza... - Ara, neylayax, minaya düşüplər daa. Biz öldürməmişik ki... Dişləri bağırsaqlarını kəsə-kəsə aralanmışdılar. Ən dəhşətli hadisə qarşıda idi. Bütün kənd yığışıb şəhidlərini gözləyirdi. Ölüm-itimə hamı hazır idi. Camaat hər an bəd xəbər gələcəyinə özünü çoxdan hazırlamışdı. Amma müsibət burasındaydı ki, bütöv meyit yox idi. Cənazələrin qolunu, qıçını, başını necə müəyyənləşdirib tabuta qoyacaqdılar? Kəndin girəcəyində arvadlar üz-gözlərini cırıb, saçlarını yelə verirdilər. Kişilər nə qədər özlərini tox tutmağa çalışsalar da, səssiz göz yaşları durmadan axırdı. Ağlamırdılar, amma yana-yana inildəyirdilər. Baş vermiş faciəni düz-əməlli qanmayan xırda uşaqlar da valideynlərinə baxıb şivən qoparırdılar. Neçə 52 Səyyad Aran ana bayılıb düzə sərilmişdi. Oğlanları kəşfiyyata getməyib kənddə qalanların anaları onların üzünə su vurur, başlarını qaldırıb dizlərinin üstünə qoyaraq ağı deyirdilər. ...İki maşın mərəkəyə yaxınlaşdı. Hərbi paltarlı bir polkovnik, çiyinlərində sanki dünyanın yükü varmış kimi, ikiqat əyilmiş halda ağır-ağır maşından endi, tərəddüdlə yığnağa nəzər salıb kişilərə yaxınlaşdı. Kəndin rəhbər işçilərini, ağsaqqallarını soruşdu. Onları başına cəm edib kənara çəkildi. - Hamımız kişiyik. Hansı şəraitdə döyüşüb yaşadığımızı hamınız bilirsiniz. Bu müharibədir. Hər cür dəhşətli hadisənin baş verəcəyini təsəvvür edə bilərik. Düşmənlərimizin necə qaniçən, vəhşi, əzazil olduğunu söyləməyə, elə bilirəm, ehtiyac yoxdur. Xəbərdarlıq edirəm ki, son dərəcə qorxunc, ağla sığmayan mənzərəylə qarşılaşacaqsınız. Deyirlər minaya düşüblər. Hələlik ilkin versiya budur. Hər halda, Gəncədən dəvət etdiyimiz ekspertlər də belə deyir. Amma mərd-mərdanə vuruşublar da. Bunlar sonranın söhbətləridir. Əsgərlərin analarını, bacılarını... bilmirəm necə deyim... sakitləşdirmək, qorumaq lazımdır. Ərlər və qardaşlar hazır olsunlar... Daha bilmirəm nə deyim. Unutmayın ki, yer üzünün ən qəddar millətiynən vuruşuruq. Tarix boyu onlardan ən ağlagəlməz zülmlər görmüşük. Bu gün də... Kişilərin rənginin ağardığını, dil-dodaqlarının əsdiyini, neçəsinin ürəyini tutub çökdüyünü arvadlar kənardan yaxşı görürdülər, ancaq hələ irəli yeriyib nəsə soruşmurdular. O "vayenni paltarda" gələnin Başdaşı 53 danışıb qurtarmasını gözləyirdilər. Sovet sədri ilə məktəb direktoru kuzova qalxdılar, brezenti qaldırdılar. - Allah, Allah, özün saxla. Vay, başımıza daş düşdü. Arvad-uşağımız qırılıb batacaq! - Məktəb direktoru belə deyib özündən getdi. Səndirləyəndə tutdular. Kənd soveti sədri: - Polkovnik, mən bunları camaata necə göstərim? - deyib udqundu, elə bil qurumuş boğazına bıçaq çəkdilər. Polkovnik də Rusiyada qulluq edən "kadrovik"lərdəniydi. Belə məsələlərdə nisbətən təcrübəli və soyuqqanlıydı. Ona tapşırıq verilmişdi ki, dəfni mümkün qədər emosiyasız keçirsin. Əmr verməyə nə vardı? Belə müsibət baş verən yerdə, özü də camaatın gözü qabağında bu işi deyilən qaydada icra etmək oğul istəyirdi. Elə bir oğul ki Seyid Lazım ağa kimi, Nəsihət ağa kimi, Mirqoca ağa kimi camaatın qabağına çıxıb cəddləri və nüfuzları ilə milləti toxtaqlığa çağıralar. Onlar isə burada yox idilər. Komandir çox çətin yerdə axşamlamışdı. Həyatında belə çıxılmaz vəziyyətə düşməmişdi. Söhbətin, məsləhət-məşvərətin uzun çəkdiyini görən arvadların dalağı sancdı. Birdən topa halda hamısı irəli yeridi: - Nədi, meyitlərimizi bizə göstərmək istəmirsiz? Yoxsa yalandan hərəsinə bir taxta qutu qayırıb, içinə də bir-iki kağız-kuğuz qoyub elə-belə basdıracaqsız? Qoymarıq! Balalarımızı göstərin bizə. Gəncədən gələn polkovnik saralmış və dəhşət içində caş-baş qalan əsgərlərə işarə etdi. Hələ məsələni bilməyən kənd adamları da kömək edib "Kamaz"­ 54 Səyyad Aran dan iri brezenti düşürdülər. Polkovnik macal tapıb bir də üzünü tutdu bayaq dəvət etdiklərinə: - Xahiş edirəm, təmkinli olasınız... Bizdən də muğayat olun... Birinci Müseyibin arvadı yaxınlaşdı. Həm təpərli arvad idi, həm də kəndin bütün xeyir-şəri onun başçılığı ilə yoluna qoyulurdu. Ağbirçəkliyi vardı, həm də hökmü keçirdi, təşəbbüsü ələ götürməyi təbii idi. Brezentin ucunu kənara atdı. Əvvəl heç nə anlamadı. Sanki naşı qəssab köntöy baltası ilə cəmdəkləri şaqqalayıb üst-üstə yığmışdı. Polkovnik son gücünü toplayıb izahat verdi: - Minaya düşüblər... Birdən arvada hər şey əyan oldu. Əlini başına atmağıyla iki çəngə saçı havada uçdu: - Aaaz, ay arvadlar, ay başı daşdılar, balalarımız İmam Hüseyn balaları kimi tikə-parça olublar. Oyyy, Allah, ölərəm, ölərəm, qalmaram. Daş yağdır, ay tanrı... - Özünü meyitlərin üstünə atdı, üz-gözü al qana boyandı. Elə bir vay-şivən qopdu ki, yer göyə, göy yerə dəydi. Brezentin o biri qıraqları da açıldı. Ağlagəlməz mənzərədən adamlar bir-birinə dəydi: - Allah, bu nə müsibətdir, gözlərimiz kor olsun, bu nədir görürük?! - Aaazz, hanı o kişilərimizi başına yığıb mollalıq edən qurumsaq! - Səlim müəllimin anası pələng kimi yerində qıvrıldı, polkovniki gözü alan kimi onun üstünə şığıdı: - A səni tünbətün olasan, a sənin də balan gözünün qabağında belə tikə-parça olub ələ gəlməsin, minnətçi düşmüsən? Kim göndərib səni? Əlini atıb polkovnikin yaxasından tutub çəkdi. O biri arvadlar da yetişdilər. Polkovniklə birlikdə gələnləri boğanaq kimi burub-büküb yerə yıxdılar, cırmaqlamağa, yumruqlamağa başladılar. Polkovnik heç bir Başdaşı 55 söz demir, üz-gözünü tutub qorunurdu. Onu belə görüb yanındakılar da qadınların zərbələrinə dəyanətlə dözərək cırılmış sifətlərindən, yarılmış başlarından axan qanı ciblərindən çıxartdıqları dəsmalla, furajkalarıyla silirdilər. Onlar da heç bir reaksiya verməyib dinməz- söyləməz susurdular. Polkovnik arada fürsət tapıb yanındakı zabitə dedi: - Dözün. Qoyun ürəkləri soyusun. Analarımız, bacılarımızdır... Neynəsinlər... Qadınların nisbətən soyuduğunu görüb kənd soveti sədriylə direktor irəli durdular: - Bəsdirin daha! Onların nə günahı? Uşaqlarınızın meyitlərini onlar alıb gətiriblər. Bu da sağolunuzdur? Dağılışın. İmkan verin balalarımızı dəfn edək. Haydı, aralanın! O biri kişilər də təpindilər. Hər kəs ərki çatan qadını - anasını, bacısını, arvadını baş-gözü, sir-sifəti qan içində olan hərbçilərdən uzaqlaşdırdılar. Polkovnik təmkinini pozmayaraq heç nə olmamış kimi mərdanə şəkildə dilləndi: - Gəlin şəhid əsgərlərimizin dəfnini təşkil edək. Bu saat əsas məsələ budur. Analar balalarını axtarırdılar. Paltarlarından, bədən nişanələrindən, saçlarından təxmin edib qol-qılçalarını, başlarını bir-bir götürüb ərlərinə deyirdilər: - Ay Müseyib, bu İlqarın başıqarışıq sinəsidir, tut... qoy ayağını, qolunu da axtarım. - Süleyman, al Seyfullanın bədənini, görüm başı hardadı? -Ay arvaddar, Zaurun bir ayağını tapdım, siz Allah, görün o birisi hardadı... məndə can qalmadı. - Bacı, başına dönüm, deyəsən, bu sənin Cəmilinin ayağıdı, kənddə cins geyən sənin oğlun döyülmüydü? 56 Səyyad Aran - Ay anaaa... Qürbətə bax, Qürbətə bax!.. Minarənin cikkəsi camaatın ürəyinə dağ çəkdi. Qardaşının başını qucaqlayıb yarıaçıq gözlərindən dönə-dönə öpən bacısının ah-naləsi yeri-göyü titrətdi: - Qardaş, qardaş, dillənsənə, ölmüş bacına bir söz desənə... Allah, mənə ölüm ver! - Komandir son anda Qürbəti qucaqladığına görə o biriləri kimi tikə-parça deyildi, - Camalla Münəvvər özlərini götürüb göydən yerə vururdular. Səməndər diz çöküb elə hey başına döyürdü. Oğlunun cənazəsini görmək Nübara qismət olmadı. Minarənin cikkəsini eşidəndə ürəyi getdi... Bir də səhərisi özünə gəldi. Oğlunun qara torpaq altına basdırıldığını eşidib təzədən bayıldı. Əlamətlərinə görə bədən hissələrini ayrı-ayrı yığıb doqquz tabut düzəltdilər. Kəndin kişiləri qəbiristanlıqda yox, Sirikdə dağ döşündə qəbir qazıb dəfn elədilər. Toxtamış qadınlar bir-birinə dil-ağız edirdilər, - deyəsən sənin oğlunun tikəsi mənimkində getdi. Halal elə, bacı. - Halal xoşun olsun. Elə mənim oğlumun tikəsi də Züleyxanın oğlunun tabutuna düşdü. Halal xoşu olsun. Sənin balan, mənim balam - nə təfavütü. - Helədi dərddaş! Helədi, dərdin-bəlan mənə gəlsin. Ölənlər hamının idi, bütün kəndin şəhid balalarıydı. Ona görə dərd də hamının idi. Kənddə oğlanları sağ qalanlar başlarını qaldırıb ətrafa baxmağa utanırdılar, sanki üzqaralıqları vardı, günah iş tutmuş kimi hürkürdülər. Şəhid anaları başı dik gedirdilər, bayaq əyilmiş qədd-qamətləri indi şax idi. Başdaşı 57 Müseyibin arvadı hamını bir az da toxtadacaq bir söz dedi: - Verən də Allahdı, alan da Allahdı. Biz nəkarəyik ki, onun işinə qarışaq. Şükür məsləhətinə, hər nə olub, özü bilən məsləhətdi. *** 92-ci ilin yanvarın ortalarıydı. Qış yavaş-yavaş sərt üzünü göstərməyə başlamışdı. Bayırda çox durmaq olmurdu, qırov adamın üz- gözünü qarsırdı. Rayonun, kəndin bütün kişıləri meydanlarda, yollarda, küçələrdəydilər. Hər yerdə mənzərə eyni idi: ocaq qalayıb, gec sönsün deyə üstünə köhnə lafet, traktor, maşın təkərləri atıb yandırırdılar. Gözləri tüstüdən acışa-acışa qızğın mübahisələr edir, ordunun, hökumətin niyə ləng hərəkət elədiyini başa düşə bilmirdilər. Hərənin ağzından bir avaz gəlirdi. Söhbətlərin hamısının axırı gəlib silaha dirənirdi. Hamını girinc edən bir də Ermənistandan qovulan azərbaycanlıları Zamzura yığıb onların müdafiəsinin dörd milisə tapşırılmasıydı. - Ayə, o boyda kəndi erməni dığaları ilə silahsız üzbəüz qoymaq olarmı? Noolsun post var, cəmi dörd milis qoruyur. Ovanesin dəstəsində, deyirlər, yüzdən artıq saqqallı var, silahları da nə qədər desən. - Bizim ov tüfənglərini, dayandoldurumları elə tez yığdılar ki, elə bil dədələrinin kəfən puluydu, onun yanında oturan kimlərinsə ünvanına yağlı bir söyüş göndərdi. - Hələ tankları da var, rus çastınındı, amma ermənilər sürür. Biz yaxın getsək, tırtılın altında əzib leşimizi çıxararlar, gör onlara bir söz deyən olur? 58 Səyyad Aran - İt itin quyruğunu basmaz, bilmirsən? - Ayə, bizimkilər nə fikirləşirlər e, görəsən? - Nə fikirləşəcəklər? Böyüyümüz yerində qalmaq üçün Rusiyaya satılıb. Rus nə hava çalsa, o da onu oynayacaq. Muzıka zakaz vermək üçün kişinin gərək ...olsun. - O da onda yoxdur - saqqallı bir cəbhəçi istehza ilə söz atdı. - Yoxdu yiyəmiz. Hamı millətin üstündə alver edir. - Sizə bu da azdır. Vaxtında deyəndə ki, nəyiniz var, qoyun ortaya, pula- qızıla qızırğalanmayın, üstüstə qoyaq gedək tez tank alaq, silah alaq, hərənız üzünüzü bir yana tutdunuz. - Ə, nə qədər pul yığmaq olar? Elə bu dava başlayandan işimiz pul yığmaq deyil? Hər gün iclas, iclas, axırda da: - Yoldaşlar, kimin qulpundan nə çıxır, versin, belə olmur? - Ə, görməmiş, silahları, patronları muzeyə qoymaq üçün almırıq haa, işlənir dana! Ölən-itən olur, kəşfiyyata gedən olur, qayıtmayanları olur... Odur ey, Sirikdən bir qoşun igid kəşfiyyata getmişdilər. Pusquya düşüb hamısı şəhid oldu. Nə qədər silahlar qaldı erməniyə. Bə onların yerini nəynən dolduraq? - Heç ermənilərdən əsir düşən olmur? Bəs onların silahları hara gedir? - Ayə, sizin kimi bit-birə söhbəti aparan millət irəli gedə bilməz. -Niyə, düz söz dedim, ona görə? -Heydər Əliyev gəlməsə, xeyri yoxdu. Yaxamız uşaq-muşağın əlində qalsa, vay halımıza. Başdaşı 59 - Heydər Əliyevi deyirsən? Bircə onu görməyəcəksiniz. Kommunistlərnən ömürlük qurtarmışıq, - orta yaşlı cəbhəçi əminliklə cavab qaytardı. Heydər Əliyev tərəfdarı təslim olmaq fıkrində deyildi: - O, çoxdan partbiletini cırıb atıb. Görmədin, 20 Yanvarda kişi kimi Moskvanın göbəyində, Qorbaçovun gözü qabağında bəyanatla çrxış edib Sovet hökumətini, Qorbaçovu necə ifşa elədi? Bilməzsiz qədrini... Cavabsız suallar baş alıb gedirdi. Heç kim dəqiq, konkret bir söz deyə bilmirdi. Hamı dumanlı şəkildə vəziyyəti anlayırdı. Cavabı yuxarıdakı başbilənlərdən gözləyirdilər. Yuxarıda isə başbilənlər ayrı-ayrı dəstələr halındaydı. Hamı "mən" deyirdi. "Biz" deyib hamını birləşdirən yoxuydu. Səhəri həmin mərəkələr yenə həmin yerlərdə toplaşır, yenə həmin mübahisələri edir, cavab tapmadan evlərinə dağılışırdılar... Sabah yenidən yığışırdılar - dünənki, srağagünkü, tasrağagünkü ... mübahisələri bir də təkrar etmək üçün. *** Xalq cəbhəsinin köhnə kənd klubunun bir otağında yerləşən qərargahında son günlərin durumu müzakirə olunurdu. İçəri siqaret tüstüsüylə dolduğundan xırda pəncərəni açmışdılar, amma yenə xeyri yoxuydu. Həm ağız deyəni qulaq eşitmirdi, həm də tüstüdən göz gözü görmürdü. Bir-iki nəfər deyinirdi ki, ay rəhmətliyin uşağı, növbəylə papiros çəkin dəə. Ə, sən öl, çoxunuzun üzünü görmürük. 60 Səyyad Aran Kimsə kinayəylə dilləndi: - Elə görməsən yaxşıdı. Deyinən adam əlüstü cavab verdi: - Niyə? Elə eybəcərsən? - Eybəcər özünsən! - Yox daa... Soruşuram. Niyə qaşınırsan ki... Mübahisə təzədən qızışırdı ki, hesabdar Kamalın oğlu Barat arxasınca canavar düşübmüş kimi özünü içəri təpdi: - Gedillər!! Özünün, sözünün yerini bilən, heç vaxt emosiyalarını biruzə verməyən gənc cəbhəçinin gözləri yaşarmışdı, az qala ağlayırdı. Daha nələrsə demək istəyirdi, amma boğulub qaldığından ardını gətirə bilmirdi. - Ermənilər?? Hansı istiqamətdən? - belə deyib Mürvət xəritənin üstünə əyildi. Otaqdakılar da yaxın gəlib xəritəyə boylandılar. Bu dəfə Barat özünü saxlaya bilmədi: -Yox ee.. Erməniləri demirəm. Özümüzünkülər gedillər. Bir anda elə bil hamının üstünə buz kimi su calandı. - Nə danışırsan, ə!.. - Valla... Çölə çıxın... Barat elə divarın dibindəcə çöküb papağını gözünün üstünə basdı. İçəridəkilər eşiyə töküldülər. Öndə iki köhnə "Kamaz" utanırmış kimi birayaq-birayaq boz yamacdan sallanırdı. Ardınca silahlı və əliyalın əsgərlər ehtiyatla enirdilər. Onlar da utancaq yerişləri ilə elə bil daş-kəsəkdən, yol-cığırdan, el-obadan üzr istəyirdilər. Silah qıtlığıydı. Hamıya çatmırdı: - Növbəylə atın. Dara-bara salmayın, - komandir tez-tez öyüd verirdi. Başdaşı 61 "Bayaq sən atdın, indi də mən atım" qəbilindən olan narazılıqları bir növ belə yola verirdi. - Hələ heç bir döyüşdə silahı oçeredlə atmağı görməmişdik, onu da gördük, - deyə əsgərlər zarafatlaşırdılar. Yarısı könüllülər idi, yarısı da hərbi xidmət keçənlər. Müəyyən döyüş təcrübəsi olan, silahla davranmağı bilən cavanlardı. Yəni metronun giriş-çıxışlarından, parklardan, meydanlardan - bir sözlə, küçədən tutulub gətirilənlərdən deyildilər. Onlara görə kənd camaatı arın-arxayın dolanır, əkin-biçinlə məşğul olur, heyvanlarını ürəklə örüşə buraxırdılar. Yerli cavanlar, cəbhəçilər bir-iki sınıq-salxaq ov tüfəngindən, dayandoldurumdan tapıb, kəndin nisbətən ucqarlarında, hücum ehtimalı ola biləcək istiqamətlərdə, özlərinin düzəltdikləri postlarda keşik çəkirdilər. Çoxu həftələrlə evlərində gecələmirdi. Əsgərlər Hiltəpədəki çox vacib mövqelərini tərk edirdilər. Heç ağlabatan iş deyildi. Bunlar nə edirlər? Qaranlıqda hərəkət bir elə də hiss olunmurdu. "Kamaz"lar cəbhə xətti boyunca tez-tez ora-bura şütüdüklərindən diqqəti çox cəlb eləmirdilər. Deyəsən, yerli camaatı, ələlxüsus cəbhəçiləri vəziyyətdən hali etmək istəmirdilər. Böyük komandirlərindən o qədər də yox, Xalq cəbhəsinin sədri Mürvətdən xeyli çəkindiklərindən bacardıqları qədər səssiz-səmirsiz gedişlərini başa vurmaq istəyirdilər, xətasız-bəlasız ötüşmək niyyətindəydilər. Üzüyuxarı diklənən Xalq Cəbhəsi üzvlərini və kənd camaatını görəndə həm pərt oldular, həm də vəziyyətin yaxşı qurtarmayacağını anladılar. Mürvət irəli yeridi. 62 Səyyad Aran - Xeyir ola, komandir? Noçnoy praqulkadı? Komandir - orta yaşlı polkovnik-leytenant bir xeyli dinmədi. Bəlkə də Mürvətlə yollaşmaq olardı, hər halda, müəllimdi, başa düşərdi. Amma qəzəbli, yaba, dırmıq, bel, dəhrə ilə silahlanmış kütləni görüb çəkindi.Heç kim dillənmirdi. Ətrafa vahiməli sükut çökdü. Sakitlikdə əsən xəfif yelin səsi gəlirdi. Bu da gərginliyi daha da artırırdı. "Sən də əsməyə vaxt tapdın." Ümumiyyətlə, elə vaxt idi ki, ən adi bir şey belə, adamları əsəbiləşdirirdi: yersiz əsən meh də, adicə söz də, kiminsə barmağını avtomatın, tüfəngin tətiyinə qoyması da... Komandir hələ də dinmirdi. Deyəsən, uyğun söz - bəhanə axtarırdı. Tapmayıb olanı dedi: - Yuxarıdan əmr gəlib. Gəncə ətrafına çəkilməliyik. - Bəs biz? - Yəqin başqa qüvvələr göndərərlər. - Elə siz burdasınız daa... Bu xəyanətdir, komandir! Siz nə etdiyinizi başa düşürsüz? "Xəyanət" sözünü qulaqı çalan köhnə ot briqadiri Əlizaman lap zilə qalxdı. - Özü də dövləti xəyanət! Komandir xırıldadı: - Lap yuxardan əmr gəlib. - Kimdi ə, o əmr göndərən qəhbənin oğlu! Bizi burda əliyalın qoyub qırdırmaqdı qəsdləri? Niyə? Vətən xainiyik? Yenə Əlizamanın səsiydi. Ağızdan pərto idi, amma mərd, qorxu-hürkü bilməyən kişiydi. Həmkəndliləri ona "qırmızı Əlizaman" deyirdilər. İndi də: - Kişi düzünü deyir də! - deyə öz aralarında ona Başdaşı 63 çəkinmədən qahmar çıxırdılar. Mürvət təmkinini pozmadı: - Komandir, qayıdın pozisiyaya. O qərarı verənlərə deyin, kəndə gəlsinlər, vəziyyətimizi gözləri ilə görsünlər. Sonra nə qərar versələr, biz razı. Getməkdirsə, sizə qoşulub biz də gedərik. Neynək... - Xahiş edirəm, Mürvət müəllim! Bizi başa düşün. Vaxtında əmr edilən yerdə olmalıyıq. Söz verirəm ki, hər şeyi olduğu kimi deyib bura yeni qüvvə göndərilməsinə yuxarıları razı salacam. Yenə Mürvətdən qabaq Əlizaman dilləndi. - Uşaq başı aldadırsan? Dasnı hing, hinq dasnı - erməni oğraşdar demişkən. Mürvətin sözünü niyə qəribçiliyə salırsız? Elə siz burdasız daa. Ə, o nə təhər deyir, müəllimlər bilər, nəyin yerini dəyişəndə heç nə dəyişmir. O dəstə olmasın, bu dəstə olsun. Bizdən pis üz görmüsüz? Ağzımızdan tikəni çıxarıb sizə yedizdirmişik. - Elədi, dansaq, gözümüzdən gələr. - Bə bu nə oğraşdığdı?.. Əlzaman çarəsizlikdən əlindəki iri daş parçasını var gücü ilə yerə çırpdı. Ətrafdakılar geri sıçradılar. Torpağın üstündə yastı bir çuxur əmələ gəldi. Əlindən bundan başqa bir şey gəlməyən ağsaqqal kişi ağac kötüyünə bənzəyən əllərini havaya qaldırıb bağırdı: - Aaaaaa!!! Onun nəriltisindən dağ-daş dilə gəldi. Əlləri tətikdə olan əsgərlər də özlərini yığışdırdılar. Hamı pis yerdə axşamladıqlarının fərqindəydilər. Onları bu hala salanları lənətləyirdilər. Əsgərlər əmrə tabe olmalı idilər. Kəndlilər də əsgərlər gedəndən sonra ermənilərin qabağında əliyalın 64 Səyyad Aran qalıb tələf olacaqlarını apaydın görürdülər. Bəs nə etməli? Torpağın və Əlizaman kişinin bağrının başı göynədi. Hamının içi sızım-sızım sızıldadı. Mürvət baş verənləri əməlli götür-qoy etmək üçün bilərəkdən ağsaqqala meydan verirdi. Əliboş adamlar əyilib yerdən iri daş parçaları götürdülər. Tüfənglilər irəli çıxdılar. O biri tərəfdəkilər avtomatlarını ayağa çəkdilər. Əlizaman dayanmaq bilmirdi. - Kişi o adama deyərəm ki, atəş açsın. Bax, hədəf mən. Elə bilin qabağınızdakı ermənidir. Atmayan kişi deyil. Komandir əlini qaldırdı. Nəhayət, Mürvət də dilləndi: - Əlizaman kişi, bir toxtaq ol görüm. - Toxtaqlıq yeridi? Ə, görmürsən binamusların felini. - Ağzının danışığını bil, - zabitlərdən biri dözmədi. -Ağsaqqalsan, dinmirik, yoxsa... Bu dəfə camaat yer-yerdən dilləndi. - Nə yoxsa, əə... Əlinnən gələni beş qaba çəkməyənin kişilikdən xəbəri yoxdu. Biz bir qaşıq qanımızdan qorxmuruq. Sən öləsən sizi diri-diri yeyərik. Hər iki tərəf döş-döşə dayandı, hətta bir-birinin nəfəslərini hiss etdilər. Komandir son çarəyə əl atdı. - Əmr edirəm, geri çəkilin. Əsgərlər geri çəkildilər. Komandir Mürvətin qoluna girdi: - Bir dəqiqə bəri dur, - döş cibindən bir kağız çıxarıb Mürvətə uzatdı: - Özün, Allaha şükür, savadlı, dünyagörmüş adamsan. Görürsən - mənə əmr gəlib, özbaşına de­ Başdaşı 65 yiləm ki. Vayenniyəm, birinci vəzifəm əmri yerinə yetirməkdir. Sən ki bunları yaxşı bilirsən. Tutaq ki, ağsaqqal qanmır... Mürvət komandiri ağır-ağır süzüb nəsə demək istəyirdi ki, komandir onu qabaqladı : ... yaxşı annamır, bizim işə bələdliyi yoxdur... Mürvət əmri əlində yelləyə-yelləyə fikrə getdi. Yerli-yataqlı yazılmışdı, xeyri yoxuydu; döyüşçülər əmrdə göstərilən yerə getməliydi. Əmr, pis-yaxşı, yerinə yetirilməliydi. Qarşıdurmaya yol vermək olmazdı. Yoxsa düşmən əlinə xına yaxardı. Bəs onların qazancı nə olmalıydı? - Gəl belə edək. Nə şiş yansın, nə kabab. Səni başa düşdüm. Onda silahlarınızı verin bizə. İndi ermənilərlə üzbəüz biz dayanacağıq. Qeyrətiniz necə yol verər ki, silahsız qalaq? Əlbəttə, Mürvət düz deyirdi. Komandir də bunu yaxşı anlayırdı. Dəstənin içinə girdi. Bir neçə dəqiqə mübahisə etdilər. Bir çoxu silahını vermək istəmirdi. - Yersiz inadkarlıq lazım deyil. Elə bilməyin, silahımızdan qorxub yoldan çəkiləcəklər. Bir də görərsiniz yabalar, dəhrələr havada uçuşub qarnınıza girdi, başınızı üzdü. Kənd adamları əlindəkilərlə vuruşmağı uşaqlıqdan öyrəniblər. Örüş üstə, ot üstə, torpaq üstə tez-tez üz-üzə gəlirlər. Vərdişkardılar. Onların dəhrəsi sizin avtomatınızdan tez atılar. Uşaqlıq eləməyin. Düz deyirlər... Silahsız necə duruş gətirə bilərlər. Adamın qanı olar. Öz millətimizdir. Bizə güvənib yaşayırdılar. Biz də başsız, arxasız buraxıb gedirik. Əlbəttə, öz xoşumuza getmirik. 66 Səyyad Aran Komandir qəti qərar verdi: - Qənimət götürülmüş, Serbakdan pulla alınmış, dəftər-kitabda adı keçməyən silahlar, patronlar kənd camaatına verilsin. Bizi geri çağırmaqda nəsə başqa bir niyyət var. Deyəsən, böyük oyun gedir. Mən təcrübəmə əsaslanıb deyirəm. Bu əmr nə hərbi, nə də strateji baxımdan qəti düz deyil. Amma nə edək? Biz əsgərik. Əmrə tabe adamlarıq. Deyir sür dərəyə, sürərik lap ortasına. Vaxtı gələndə bu barədə soruşsalar, biz də sözümüzü deyərik. O tərəfdə də Mürvət camaatı başına yığıb onları sakitləşdirir, vəziyyəti izah edirdi. Deyəsən, hər iki tərəf özlərinə sərf edən ortaq nöqtəni tapıb, davasız-şavasız ötüşməkdən başqa bir çıxış yolu tapmadılar. - Gəlin, götürün. Komandir əlini yolun qırağına atılmış silahlara, patronlara uzatdı. Camaat irəli yeridi. *** Tam səssizliyin içində qəflətən avtomat, pulemyot, top səsləri bir- birinə qarışdı. Balkəsənin üstünə uğuldaya-uğuldaya bir qrad düşdü. Qəsdən birinci oranı hədəf seçmişdilər. Ermənilər bilirdilər ki, bulağın başı xüsusən axşam tərəfi qız-gəlinlə, arvad-uşaqla dolu olur, həndəvərində gənc oğlanlar-qızlar azca qırağa çəkilib pıçıldaşır, sevgilərini, daha çox əhd-peymanlarını bir daha dilə gətirir, arzularını, həyatlarını götür-qoy edirlər. Bakıyamı gedəcəklər, könüllülər erməniləri çərən-pərən edib geriyə oturtdursa, bəlkə elə Başdaşı 67 kənddə qalacaqlar. Qalacaqlarsa, Laləli təpədə, yoxsa son vaxtlar Bakıda, Sumqayıtda, Rusiyada alver edib xeyli qazanc əldə edərək Gurbulağın sol qaşında tikəcəkləri evlərinin beton təməlini qoymuş digər həmkəndliləri kimi kənd üzrə nümayəndədən onlar da torpaq sahəsi alacaqdılar? Bunlar hələlik şirin xəyallar idi. Düz-əməlli müharibə olmasa da, amma hər gün erməni yaraqlıları ilə azərbaycanlı əsgərlər arasında tez-tez müxtəlif mövqelərdə atışmalar baş verirdi, ölən, yaralananlar olurdu. Amma yox... bu dəfə atəş səsləri qınq-qırıq deyil, davamlıydı... "Bay?!" Təxminən üç-dörd kilometrlik məsafədə Isfəndiyar qaşında bir neçə tank göründü. İndiyə qədər belə şey olmamışdı. Səməndər kişinin dili ağzında dolaşdı: - Deyəsən bu, başqa xına olacaq! Böyük qız Münəvvər əlüstü aydınlıq gətirdi. - Urus tanklarıdı. BTR-lərdi. Biri də BMP-di. Uşaqdan böyüyə bu aralıqdakı kəndlərin hamısının sakinləri, xüsusən yeniyetmələr, məktəblilər silahları səsindən, tankların, təyyarələrin markasını görünüşündən tanıyıb təyin edə bilirdilər. Ərindən üç addım aralı dayanmış Nübar arvad, əlində mis qazan, naxırdan qayıtmış camışı sağmaq üçün toparlanıb ona sarı yeriyirdi, ayaq saxladı ki, görsün bu mərəkə nəynən qurtaracaq: bizimkilər erməniləri gəldikləri yerəcən qovacaqlar, yoxsa... Allah, sən saxla! Bu Səməndər niyə özündə deyil?.. Tanklar İsfəndiyar qaşından yellənə-yellənə aşağı - kəndə tərəf sallanırdılar. "Gəlirik ha..." Mədəniyyət evinin reproduktorundan həyəcanlı bir səs bütün kəndə yayıldı, eşitməyən qalmadı: - Ca­ 68 Səyyad Aran maat, ermənilər tanklarla kəndə girəcək. Kimin qiymətli nəyi var, götürüb, tez özünü dəmiryol vağzalına çatdırsın. Kimin də maşını, arabası varsa, əlli tərpənib özünü yetirsin Hiltəpədən üzüaşağı - Beyləqan yoluna. Biz qalıb onlarla döyüşəcəyik, onacan siz xeylağ aralanıb canınızı qurtararsız. Haydı, Allah amanatı. Səməndər hörüklədiyi ata tərəf qaçdı: - Arvad, becid tərpən. Uşaqları yığ, gör hamı yerindədirmi. Mən arabanı qoşum. Gözü Qürbətin başdaşına sataşdı. Oğlu gülümsəyərək atasına baxırdı. "Nədi, qaçırsız? Niyə toparlanıb bu köpək uşağının dərsini vermirsiz? Bizim böyür-başımızda bunnar nə gəzir? Niyə silib-süpürüb atmırsız?" Səməndərin qolları səlbəylə vurulmuş quş qanadları kimi heysiz-heysiz böyründə eləcə sallanıb dururdu. Gücsüzlüyünü, çarəsizliyini heç belə duymamışdı. Qürbətin başdaşını qəbrinin üstünə qoymağa macal tapa bilməmişdi. "Yaman gecikdik". ...O gün Müseyib sözünə əməl edə bilməmişdi. Səməndərgildən evinə dönəndə gördü arvad-uşaq başılovlu onu gözləyir. Qürbətlə birlikdə şəhid olmuş oğlunun arvadının sancısı tutduğundan heç hovur eləməmiş gəlini götürüb həmən-həmən Cəbrayıla çatdırmışdı. Körpəni qeysəriyyə üsuluyla götürdüklərindən gəlinin halı ağırıydı. Ona görə məcbur olub qalmışdı Cəbrayılda. Xəstəxanada xəstəxanalıq qalmamışdı, dilin altına qoymağa Allahın bir valerian həbi tapılmırdı. Qarmaqarışıqlıqla bağlı tibbi təchizat sıfıra endiyindən dava-dərman dalınca ora-bura qaçmaq gərəkirdi. Həkimin başının üstünü kəsdirib həm gəlini, həm də do­ Başdaşı 69 ğulanı xilas etmək lazımıydı, onların tələf olmasını heç kimə bağışlamazdı, indi ən əsas məsələ bu idi. Körpə oğlan idi. Atasının adını qoydular. Bu, qaysaq bağlamış yaralara ən yaxşı məlhəm idi. Xəstəxanadan aralanmaq olmazdı. Müseyibə hər an ehtiyac ola bilərdı. Baxmayaraq ki, qayınana gəlinin yanında gecə-gündüz kipriyini qırpmadan mücadilə aparırdı... Nübar uşaqlarnan tələm-tələsik yır-yığış edib boğazını düydükləri boğçaları ilə onu gözləyirdilər. Tələsdiyindən və həyəcandan Səməndər atı arabaya qoşa bilmirdi. Hər atəş səsindən, top gurultusundan at şahə qalxır, Səməndər kişi hər şeyi yenidən başlamalı olurdu. Özünü saxlaya bilmədi: - Köpək oğlunun atı, bu saat erməninin acığını da sənnən çıxaram, soxaram dəryazı qarnına. Evləri yolun üstündə olanlar - kimi yüngül, kimi də yük maşınlarıyla vıyıltıyla Beyləqan yoluna üz tuturdular. - Allah bəxtəvərləri, gör nə tez yığışdılar. - Nübar dilini yığa bilmədi. Axır ki, Səməndər atı arabaya qoşa bildi. - Tez olun, minin! - Atın başını darvazaya tərəf döndərdi. Böyük yola çıxhaçıxda Minarə qiyyə çəkdi: - Qardaşımın başdaşısı qaldı, oyyy, qardaşımın başdaşısı qaldı. Ermənilər görsə, xıncım-xıncım edəcəklər. Belə deyib, arabadan atıldı. "Allahü əkbər!" Səməndər duruxdu. Minarə ardı-arası kəsilməyən maşınların, arabaların, mal-qaranın arasından keçib, köndələn evin qənşərinə - çöl qapısının ağzına, başdaşının qoyulduğu yerə getmək istəyirdi. Hamı qızın niyyətini anladı. Hamısı da arabadan endi. Səməndər yüyəni ortancıl oğlu Camala verib dedi: - Ə, bərk tut, qoyma at yoldan çıxsın. 70 Səyyad Aran Hərəsi başdaşının bir tərəfindən tutub yerlə sürüməyə başladılar. Güc ər-arvada düşmüşdü. Minarə: - Ay qardaş, bu nə baxt, taledi - deyib hönkürürdü. Qardaşının toz-torpağa batmış əksini silirdi, təmizləyirdi. Yol elə əvvəlki kimi təpili-tıxılıydı. Bircə yolu o üzə keçsəydilər. Hamısı qan-tər içindəydi. Kimsə Səməndərgilə kömək edə bilmirdi. Hər kəs öz başının hayındaydı. Bu dəfə Minarə azca boşluq yaranan kimi düz yolun ortasında dayanıb qollarını yana açdı. Daha qızı basıb keçməyəcəkdilər ki. İki cavan uşaq bir anda peyda oldu. Kömək edib başdaşını arabaya qoydular. Hər ikisi: - Hayıf sənnən, ay Qürbət, - deyib kövrəldilər. Sonra özləri də götürüldülər. *** Beyləqan yolu hələ belə basabas görməmişdi. Yüngül maşınlar tıxacın ucbatından şosse yoldan çıxıb torpaq yolla tullana-tullana gedirdilər. Resorsun qırılması, maşının cərcək-mərcək olması heç kimin fikrindən belə keçmirdi. Təki tez aralanıb rədd olub getsinlər. Tanklar kəndə girmişdilər. Evlərin ortasından vurub keçirdilər. Qayıdıb dik duran, uçub dağılmayan divarları bir də ortasından vururdular ki, yerlə-yeksan olsunlar, sahibləri bir də buralara qayıtmasın. İki tank gedənlərin ardınca düşmüşdü, amma deyəsən onlara çatmaq fikrində deyildilər, xox gəlirdilər. Minarə koftalarından birini boxçadan çıxarıb başdaşını tamam silib təmizləmişdi. Yenə qardaşını ağla­ Başdaşı 71 yırdı, arabir daşa həkk edilmiş şəkli öpürdü, Murovda qulluq edən qardaşı Səlahəti haraylayırdı: - Gəl bu it uşağını bir-bir nişan al, vur, öldür, qoy onların da anası mələr qalsın. Yerin görünür, ay qardaş! Qardaşı Səlahət çiynində qranatomyotla bir şəkil çəkdirib göndərmişdi. Bunun nə silah olduğunu soruşanda "tank vurandı" demişdilər. İndi ona görə xatırlamışdı. Yolun qırağına bir mərmi düşdü. Zərbdən iki maşın kəlləmayallaq getdi. Çığırtı, nalə aləmi başına aldı. At necə şahə qalxdısa, araba çevrildi. Nüşnə ortasından bölündü. Təkərin oxu qırıq-qırıq oldu. Arabanın laydırlarının hərəsi bir tərəfə düşdü. Səməndər atın altında qaldı. Camal sıçrayıb çiyni üstə otluğa düşdü. Deyəsən bir elə də əzilmədi. Nübarla Münəvvər - ana-bala qucaqlaşmış halda yolun kənarına sərələndilər. Ətli-canlı Nübara elə bir şey olmasa da, paltarı arabanın laydırına ilişən Münəvvərin sağ yanağını asfalt sıyırıb qana boyadı. Amma yenə də hamının öz canındakı ağrısını Minarənin cikkəsi unutdurdu. - Ay ana, dizim qırıldı. Yol gələnnən qardaşının başdaşını sövq-təbii qucaqlamış qızcığaz daşla birgə yıxılmışdı, sol dizi amansızcasına gizildəyəndə daşın altında qaldığını görmüşdü. "Bağışla, bacı. Allah məni öldürsün. Qaçhaqaçda mənim də gözüm camaatda idi. Heç bilmirəm necə oldu. Araba böyrü üstə gəldiyindən sənin üstünə düşdüm. Allah vursun məni". Birinci Camal yetişdi. - Dədə, gücüm çatmır. 72 Səyyad Aran Acizlikdən ağlamsındı. Sonra anası, Səməndərlə Münəvvər gəldi. Səməndər dizini yerə qoyub "Ya Allah!" deyib nərə çəkdi. O biriləri də kömək elədi. Daşı Minarənin üstündən aşırdılar. Bu dəfə də Camalın əli daşın altında qaldı. - Vay, barmaqlarım qırıldı. - Ə, şilsən, sənə nooldu? Səməndər bu dəfə arabanın laydırlarından birini götürüb başdaşının - altından saldı. - "Ya Allah!" - Camal əlini çəkib barmaqlarını ağzına soxdu: - Dədə, barmaqlarım... - Allah, bu nə işiydi düşdük?! Günahımız nəyidi, ay tanrı? Niyə elimizdən, yurdumuzdan sərgərdan düşməliyik, niyə bu cəzirənin çölündə yesir günə qalmalıyıq? - Səməndər üzünü göyə tutub üsyan etdi. Arabadan ələ gələn bir şey qalmamışdı; oxu qırılmışdı, çardağı qırıq-qırıq idi, - əməlli-başlı samavar malı. At hürkmüşdüsə də, elə bil o da qaranlıqda çöldə tək qalıb qurd-quşa yem olmaq qorxusundan sahiblərinin yanına gəlmişdi, yanıqlı-yanıqlı kişnəyirdi. Heyvan da müsibətin ağırlığını anlayırdı. Səməndər yəhəri tapıb atın belinə qoydu, boğça-buğçaları uc-uca bağlayıb xurcun tayı atın belinə şəllədi. Qırılıb gödəlmiş yüyənin ucundan tutub, - Gəlin yola çıxaq, - dedi, - ləngiməyək. Asfalta sarı bir qədər yerimişdilər ki... - Dədə, yeriyə bilmirəm... - Minarənin zəifləmiş səsi hamını dondurdu. Camalın əllərini öpə-öpə ürəkdirək verən Nübarın içində nəsə qırıldı, arvad biixtiyar çökdü: - Vay başına daş düşən canım... Qızım şikəst oldu. Başdaşı 73 Minarənin hələ səsi gələndə xeylaq arxada qaldığı məlum olmuşdu. Ayağa durub yerimək istəyəndə sol ayağının "getmədiyini" hiss etmişdi, amma atasının "ləngiməyək" sözündən namusa boğulub bir söz deməmişdi. Ayağını çəkə-çəkə, sonra isə sürünə-sürünə onların ardınca düşmüşdü. Qaranlıqdı, kənardan görmürdülər, yolda-rizdə maşınlar da, adamlar da seyrəlmişdi. Ailə üzvlərinin hamısı əzilmişdi, fərazən gündə olanı yoxuydu. Görəndə ki, əlini, baldırını tikan, gicitkən cızır, dalayır, göynədir, həm də atasıgil get-gedə uzaqlaşırlar - vəziyyətinin ümidsizliyini duyub zarıldadı. Sözlər də o dəhşətli ağrının zarıltı formasında ifadəsi idi ki, bunu hamı bildi. - Can qızım, bir toxta görüm. Münəvvər daha tez özünü yetirdi. Minarənin ayağına toxunmağıyla bacısının cikkəsi çölü-düzü lərzəyə gətirdi: Münəvvər saçını yolub yelə verdi. - Bacın ölsün, bacı! Bu nə işdi başına gəldi?! Ayynaaa!. Minarənin sol dizi elə şişmişdi ki, qızın qılçaları sanki bir-birinə bitişmişdi. Nübar da özünü yetirdi. Məsələdən halı olunca əlləri ilə üzünü cırdı. - Evim yıxıldı, bağrım yandı, Səməndər! Yola çıxın, belə sərələnin asfalta, bir maşın saxlayın, qızı çatdıraq Beyləqana - xəstəxanaya. Camal, Münəvvər, Səməndər yola qaçdılar. Lap uzaqdan işıq gəlirdi, amma çox uzaq idi. O nə vaxta gələ, çata, yetişə... Əks tərəfdən güllə səsləri eşidildi. Bir yük maşınıydı. Deyəsən köməyə gəlirdilər, könüllülər idi. Yolun ortasındakıları görəndə maşını əylədilər: - Noolub, ağsaqqal? 74 Səyyad Aran - Qızım... - Səməndər sözünün dalını gətirə bilmədi, əlini uzatdı. - Gedəyin, mən göstərim, - Camal qabağa düşdü. Bir dəstə cavan da onun ardınca tökülüşdü. Fanar yandırdılar. Ana-balanı zəlil gündə görüb sarsıldılar. - Yazıq qız nə gündədi, ə... Sizi ermənilər bu günə salıb? - Yox, arabayla gəlirdik, yola mərmi düşdü, at hürkdü, arabanı aşırdı, bacımın ayağı qaldı... qardaşımın başdaşısının altında... deyəsən, dizi qırılıb. - Camal hıçqıra-hıçqıra dedi. - Ə, kömək eləyin, kömək eləyin, tez balnisyəyə çatdıraq. - Qardaşımın başdaşını da götürün, şəhiddi... Çatdırammadıq, - Minarə ata-anasının tərpənmədiyini görüb son gücünü toplayıb boynunu döndərdi: - Ay oğlanlar, sizi and verirəm... Həzrət Abbasın qələm olmuş qollarına, cəmi şəhidlərin ruhuna, qoymayın çölün düzündə qalsın... Bayıldı. Daha nə isə demək istədi. Yəqin yenə yalvaracaqdı. Səməndər qızını qucağına alıb ağlaya-ağlaya yola düzəldi. Nübar saçını yolurdu. Münəvvərin üzünün qanı bayaqdan axırdı, yaylığı teyxa qan idi, sifətinin qan axan yerinə basıb saxladı, donunun ətəyindən bir şırım cırıb yaylığın üstündən köndələninə sarıdı. Sifəti göyüm-göyüm göynəyirdi. Amma bacısının halını görüb öz ağrılarının fərqinə varmırdı. Camalın da barmaqları bərk əzilmişdi, ancaq o da bacısına görə ağrısını bildirmirdi. Başdaşı 75 - Ə, kişilikdən deyil, başdaşını da götürün, şəhid qardaşımızdı. Bacısı sonralar eşitsə ki, götürməmişik, tüpürər bizə... Görmürsüz nə gündədilər...? Allah özü kömək olsun bunnara... *** Beyləqan hərbi hospıtalında adam əlindən tərpənmək olmurdu. Döyüşdə yaralananlardan başqa, qaçhaqaçda əzilən, qolu-qıçı qırılan, başı yarılan xeyli adam da vardı. Tibbi personal çatdıra bilmirdi. Yardım ediləsi insanlar həddindən artıq çoxuydu. Rayon mərkəzi xəstəxanasından həkim briqadası tələb etdilər. Dedilər çıxıblar, gəlirlər. Cəbrayılda, Füzulidə olan qaçhaqaçdan məlumatları varmış. Əvvəlcə əsgərləri yerləşdirdilər. Əməliyyat olunmalıları təcili əməliyyat otağına apardılar. Kimə ki ilkin tibbi yardım lazım idi, onlara elə dəhlizdəcə yardım göstərdilər. Səməndər bayaqdan hər ağxalatlının ardınca düşüb yalvarırdı: - Balama kömək edin, qız uşağıdır, ayağı daşın altında qalıb, şişib dam boyda olub. Yalvarıram sizə, kömək edin. Yaralı əsgərləri yerləşdirə bilmirdilər. Həkim briqadası da gəlib çıxmırdı. Minarənin ah-naləsinə Camal da qoşulmuşdu. Onun da barmaqları şişmişdi. Dəhşətli zoqqultudan uşağın halı get-gedə dəyişirdi, özünü saxlaya bilməyib divarın dibinə yıxılmışdı. Üstündən o yana-bu yana keçirdilər, bəzən də tapdalayırdılar. Minarə dözümünün son həddindəydi. - Ana, denən mənə elə bir iynə vursunlar, ağrını hiss etməyim, ölürəm axı. Bu saat canım çıxacaq. 76 Səyyad Aran Heç anasının da halı fərli deyildi. Onun da ağrıları indi-indi biruzə verirdi. Xəstəxananın həyətində kuzovdan düşəndə ayağını düz atmayıb ağzıüstə yerə gəlmişdi. Ətli-canlı arvad "hıxx" edib özündən getmişdi. Maşındakı cavanlar onun qoluna girib xəstəxananın girişində qoyub çıxmışdılar, qızını Səməndər özü qucağına götürüb gətirmişdi. Ağız deyəni qulaq eşitmirdi. Hər yerdən zarımaq, inilti, yalvarış dolu səslər gəlirdi. Hamı kömək istəyirdi, hamı həkim deyib imdad diləyirdi. İki təcili yardım maşını vıyıltıyla həyətə girdi. Adamların üzündə ümid işartıları çoxaldı. Axır ki! Altı nəfər idilər, ikisi həkim, qalanları tibb bacıları. Ayağı yer tutanların hamısı gələnlərin üstünə yeridi. Ortalıq bir-birinə qarışdı. Artıq hansısa nizam-intizam, növbə yeri deyildi, elə dəhlizdəcə qarşılarına çıxan xəstələri müayinə etməyə başladılar. Qəribədir ki, ara bir az sakitləşdi, hamı durduğu, yıxıldığı, zarıdığı yerdəcə növbəsini gözləməyə başladı. - Ay ana, yandım axı! - Minarənin naləsinə hamı döndü. Yaşlı həkim tibb bacılarından birinə işarə etdi. Qız qayıdıb başını buladı: - Ağrıdan ürəyi dayana bilər. - Tez ağrıkəsici iynə vur. Sakitləşsin, indi baxaram. Deyəsən, Bakıdan kömək çağırmalı olacağıq. Yaralılar çoxdu. Çatdırmayacağıq. Minarəyə iynə vurulanda anası ağrıdan qıvrılan Camalı göstərib, - Qızım, bəlkə buna da birini vurasan, - dedi. - Ona noolub? Başdaşı 77 - Onun da əli daşın altında qalıb. - Hansı daşın? - Başdaşının. Tibb bacısı heyrətlə arvada baxdı, heç nə başa düşmədi. - Həkim baxsın, sonra. Bir az da dözün. - Dözə bilsəydi, sənə yalvarmazdım ki... Görmürsən, uşaqlarım əldən gedir? - Nübar incik-incik dilləndi. - Xala, hamı pis vəziyyətdədir, hamıya yardım etmək lazımdır. - Mənim kimi müsibətə düşəni yoxdur - arvad hıçqırıb yaylığının ucunu gözünə sıxdı. *** Səhərə yaxın ara sakitləşdi. Həkim müayinəsinə ehtiyacı olanlar seyrəldi, xüsusən döyüş bölgəsindən gələn əsgərlərin hamısına ilkin tibbi yardım göstərildi, bəziləri əməliyyat olundu. Xəstəxana yaralıların iniltisi, yalvarışı, naləsi ilə dolmuşdu. Bəziləri ağrılara dözə bilmədiklərindən Allahdan ölüm arzulayırdılar. Ölümün isə, incəvara haralardasa başı qarışmışdı, hələ xəstəxanaya yolu düşmürdü. Minarənin halını görəndə hamının bu cavan qıza ürəyi yandı, məsələnin mahiyyətini anlayanda isə başlarını buladılar. "Durduğu yerdə qız uşağını şikəst etmisiz". Camalın barmaqlarını görəndə isə təəssüfləri daha da artdı. "Başdaşı sizin ailənin qənimi kəsilib ki". Eşidəndə ki, onu arabaya Minarənin təkidi ilə qoyublar, yaşlı həkim bir xeyli mat­ 78 Səyyad Aran dım-matdım hamını süzdü, fikrə getdi və başını buladı: - Yazı... Elə küncdəcə Minarəyə yer elədilər. Hardansa dəmir yataq toru tapıb gətirdilər. Tinlərinin altına mişar daşı qoyub döşəmədən bir az hündürə qaldırdılar. Ailə üzvləri ətrafında çömbəltmə oturmuşdular. Nübar Camalı bağrına basmışdı. Dərman qoyub onun da əllərini sarımışdılar. O, azca toxtamışdı. Münəvvərin də üzünü rivanolla silib sıyrılan yerlərinə məlhəm sürtüb sakitləşdirmişdilər. Ancaq qızın sağ yanağına elə bil xırda ət xalları yapışdırmışdılar. Həkim həmin ət xallarını kəsib qızın sifətini hamarlamağa çəkinirdi - qanaxma olardı. Səhər açılanda hospitalın həyətinə xeyli adam toplaşdı. Dövlət məmurları da gəlmişdilər. Nəyisə müzakirə edirdilər. Həyətin künc-bucağına baxır, nəyi isə hesablayırdılar. Bir azdan xeyli pərişan, qarğış tökən, hökuməti də, erməniləri də, cəbhəçilərı də - bir sözlə, hamını söyən, düşdükləri vəziyyətə görə yeri-göyü lənətləyən insanların axını başladı. Məlum oldu ki, evindən-eşiyindən didərgin düşən qaçqınlara müvəqqəti sığınacaq quraşdırılacaq. Qələbəliyə, səsə-küyə çıxan Səməndər adamların arasında Müseyibi gördü. - Sən də burdasan? - Bıy, hə, qardaş. - Arvad-uşaq hanı? - Salamatçılıqdır... amma olmasa ondan yaxşıdır. - Heylə demə, Allaha acıq gedər. De görüm noolub?.. - Daş uşaqların ikisini də şıkəst elədi. Minarənin halı lap pisdir. Başdaşı 79 - Əyə, qanmadım... - Elə arabanı qoşub külfəti aradan çıxarmaq istəyirdim ki, Minarə özünü öldürdü ki, Qürbətin başdaşını da aparaq. Yola düşən top mərmisindən at hürkdü, araba aşdı, daş da düşdü Minarənin qılçasının üstünə. Deyəsən, dizi sınıb. Camalın da əli daşın altında qaldı. Onun da, deyəsən, barmaqları qırılıb. Balalarım tələf olacaq, Müseyib. İçin-için hönkürdü. Haçannan yığılıb qalan ağrısını, əsəbini, qəzəbini, ümidsizliyini, çarəsizliyini ağlayırdı, ağrılarını atırdı, nə vaxtdan bəri çiyinlərini yağır eləmiş dərd yükünü boşaldırdı. Müseyibin qarşısında bunu eləmək ayıb deyildi, bu arada onu başa düşən bir adam vardısa, o da elə Müseyibdi... Dərdlini dərdi olan başa düşər. Kimsə Müseyibin soyadını ucadan çağırdı. - Gəlirəm, - o, belə deyib aralandı. - İndicə qayıdıram, burda gözlə. Onu səsləyən Beyləqan Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi idi. - A kişi, ayrılan taxtaları, çadırı, lazım olan o biri şeyləri də təhvil al, çardağını qarala, - bir kağız uzatdı Müseyibə. O aralıdan barmağını Səməndərə silkələdi, dübarə tapşırdı ki, durduğu yerdən tərpənməsin. Yoxsa, bu qələbəliyin içində həmkəndlisini tapmaq müşkül məsələydi. Verilən şeyləri ailə üzvləri ilə götürüb göstərilən səmtə üz tutdu. Balta, çəkic, mişar səsləri xəstəxananın həyətini bürümüşdü.. 80 Səyyad Aran *** Axşama yaxın Müseyibin təşəbbüsü və köməyi ilə Səməndərin ailəsinə də bir sığınacaq quraşdırıldı. Minarəni elə həmin o dəmir tor yatacaqla birgə gətirib qoydular içəri. Məlum oldu ki, burada çox qalmayacaqlar, qaçqınların hamısını Bakıya göndərəcəklər. Nübar arvadın çöhrəsində bir işıq gəzdi. - İnşaallah, orada balamı daha yaxşı bir doxtura göstərib tez sağaldarıq. Göstərilən tibbi yardım, dava-dərman cüzi kömək etmişdi. Minarənin də, Camalın da vəziyyəti elə əvvəlki kimiydi. Ağrılar gündüzlər nisbətən azalır, gecələr isə ikiqat artırdı. Münəvvərin durumu bir az babat idi. Sarğısını dəyişəndə üzünün sıyrıntılarının ağrısı əvvəlki ilə müqayisədə azalmışdı. Sol yanağına nisbətən sağ yanağı ət xallarının ucbatından digirt-digirt görünürdü. Bu hal Münəvvəri vahimələndirdi. "Yoxsa sifətim axıra qədər belə qalacaq? Özün rəhm elə, Allah! Məni eybəcər günə salma". Nübarın bədəni get-gedə ağırlaşır, qolu-qılçası tökülüb itirdi. Səməndərin də dərd belini əymişdi. Teztez öz-özünə deyirdi: - Bu nə gündü düşdük? Yəni hökumət bunu bilmirdi? Bilmirdisə, çox pis. Bilirdisə, niyə tədbir tökmürdü. Bunun kəşfiyyatı-zadı yoxdu? Qırılıb batıb hamısı? Belə də tədbirsiz dövlət olar? Elə hey iclas keçirirlər. Boş-boş danışıb söz güləşdirir, söyüş söyürlər. Bu qədər camaatı niyə mağmın elədilər. İndi torpaqlarımız necə olacaq? Ermənilərə qalacaq? Sən saxla, Allah! Başdaşı 81 Fikirləşdikcə kişini üşütmə tuturdu. Minbir əziyyətlə ev tikmişdi, bağ salmışdı, həyət düzəltmişdi. Ondan qat-qat yaxşı şəraiti olan həmkəndliləri var idi. İndi hamısı onun günündəydilər... Yox, əslində hamısı eyni gündəydi. Hamısı sıfir vəziyyətindəydi. İndi hamısı ev-eşik qurmalı, yaşamaq üçün şərait yaratmalıydılar. Necə? Nətəəər? Harada?.. Nələri vardı - hamısı qaldı erməniyə. Çox az adam qoyundan-keçidən nəsə çıxara bildi. Gör əziz-giramı balası Minarə nədə yatır. Həkim bulyon içsin deyib, Beyləqan bazarı da od tutub yanır, adicə çolpa da qəhətə çıxıb. "Ə, bu nə xasiyyətdi bizdə? Bir qarışıqlıq olan kimi girəvədən yararlanmaq istəyirik. Deyirlər dünənəcən həmin o çolpalar 5 manatdan yuxarı deyilmiş, indi 14 manatdan bir qəpik də aşağı vermirlər. Ə, belə müsəlmançılıq olar?.. " Fikirləşməkdən, götür-qoy etməkdən, öz-özünə danışmaqdan Səməndərin başı-beyni dağılırdı. Heç cür bir yana çıxa bilmirdi. Heç bir yaxşı şey gözlənilmirdi. "Yaxşı, bəs sonra noolajax? Tutaq ki, beş-üç manat pulumuz, bir-iki üzüyümüz-sırğamız da ehtiyac olduqca satılıb yeyildi. Bə sonra?" Səməndəri fikir aparmışdı - aranamı, dağamı özü də bilmirdi. Ən pisi oydu ki, yolun sonunda - fikrin sonunda işıq görünmürdü. Kompası itmiş, sükanı qırılmış gəmi kimi dəryanın ortasında əlacsız qalmışdı. Taleyi artıq öz əlində deyildi. Ümid səmt küləyinə qalmışdı. Bu külək onu min istiqamətə apara bilərdi, amma biri, bircəciyi xilas yoluydu - o da sahilə aparan. Səmt küləyi o tuşa əsəcəkdimi?.. 82 Səyyad Aran Olacaqlar qurulanda kiminsə gözü Qürbətin başdaşısına sataşdı. "Bunu bura kim gətirib?" - Ay camaat, bu amanat kimindir?.. Allah rəhmət eləsin. Özümə kümə qaraldıram. Bəlkə yiyəsi gəlib... Səməndər irəli yerimişdi. - Mənimdir. Götürərəm. - Gəl elə mən də kömək eləyim, uyğun bir yerə qoyaq. Köməkləşib daşı get-gəldən uzaq bir yerə qoydular. İki gün sonra isə, "evə" - yatdıqları, sığındıqları sığınacağa gətirdilər. Qəribədir ki, az da olsa təskinlik tapdılar. Oğulları yanlarındaydı. *** Ara bir az sakitləşəndən sonra hərbi hospitalın həyətindəki qaçqınları bərayi-ehtiyat İmişlidəki çadır evlərinə köçürdülər. Qonum-qonşular tez yığışdılar. Ağır nələri vardı ki? Dərziyə köç demişdilər. Hamı boğçasını düyünləyib oturdu maşına. Səməndərgilə gələndə sürücü də, köçürməni təşkil edənlər də duruxdular. Daşı maşına qoymaq elə bir iş deyildi, köməkləşib qaldıracaqdılar. Amma kim təminat verəcəkdi ki, yolda başdaşı sürüşüb onun-bunun qolunu-qılçasını qırmayacaq? İlan vuran ala çatıdan qorxar. Xoşagəlməz hal elə ailənin özündə faciəvi əlamətini göstərirdi. Bakıdan gələn həkim briqadası Minarənin ayağını amputasiya eləmişdi, Camalın orta və adsız barmaqlarını kəsmişdilər. Münəvvərin üzündə sıyrıntının yeri çox pis qalmışdı. Elə bil qızın sifətinə darı səpmişdilər. Elə qonşular da ehtiyatlanırdılar. Heç kim "biz oturduğumuz maşına o başdaşı Başdaşı 83 qoyulmasın" demirdi, amma camaatın təhər-töhründən etirazı, narahatçılığı, qorxusu da gözgörətiydi. - Ağsaqqal, neynəyək? Gedirsənmi? RİH-in köçürməyə təhkim edilmiş məsul şəxsiydi. Sualın mənası əslində beləydi: "Gedirsinizsə, oturun siz də. Daşı da özünüzlə aparmaq istəyirsinizsə..." - Ayrıca bir maşın olarmı, biz ailəlikcə gedək. Həm də başdaşını da... - Hələ elə bir imkan yoxdu. Biz hamınızı təcili köçürtməliyik. Xəbəriniz var yəqin, ermənilər Haramı düzünə gəlib çıxıblar, ordan əl uzatsan, Beyləqandır. Belə qərara gəldilər ki, gedib yığışsınlar çadır şəhərciyinə, yer-yurdlarını bəlləsinlər, sonra iki-üç günə qayıdıb, Allah qoysa, başdaşını da apararlar. - Heç nə olmaz, inşallah! - Erməninin anası da biz düşən günə düşsün. - Balasının başdaşını hamara necə atıb getsin, yazıq. Sən qoyub gedərsən? - Bu qan yerdə qalmaz, neynək. "Qaz-51" tərpəndi. Qürbət bu dəfə təkcə valideynlərinə yox, o biri kəndçilərinə də baxıb gülümsəyirdi. "Gedin, gedin. Mən indi kimə lazımam ki. Camaat bir yana, dogma atam-anam da məndən bezib deyəsən. Hamıya yer tapıldı, məndən başqa. Mən indi bir daş parçasıyam. Adım da pis səslənir: başdaşı." *** İmişlidəki çadır evləri nisbətən babat idi. Yaşamaq üçün yox, sığınacaq kimi müvəqqəti daldalanmaq olardı. Yaxınlıqda, yerlilərin diliylə desək, meşə vardı, daha doğrusu, böyük ağaclıq idi. Əsl meşələr o dağlar­ 84 Səyyad Aran da qaldı. Ucu-bucağı görünməyən, içinə bir ordu girsə, elə oradaca batıb qalacaq meşələr. Nə etməli? Birtəhər ötüşmək olardı. Meşəyə qırılıb tökülən ağaclardan yandırıb bu qışdan çıxmaq da mümkün idi. Bunlar hələlik ağla gələn ilk planlar idi. İndi əsas məsələ sər-sahman olmaq, Qürbətin başdaşını gətirmək idi. Köhnə mitil üzləri ilə çadırın içini üç yerə bölmüşdülər. Birində özləri yatırdı, o birində Camalla qızlar. Başdaşını öz yatdıqları yerə qoyacaqdılar. Sabah Səməndər Şahverdili kəndindən bir nəfər köhnə qonağı ilə gedib gətirəcəkdi. Hələliksə, kürəyini ağaca söykəyib, əlindəki təsbehi çevirə-çevirə dərin düşüncəyə dalmışdı. "Bəs, deyirdilər elnən gələn bəla toy-bayramdır?! Allah kəssin belə toy-bayramı! Evimizdən, elimizdən olduq. İki əziz-giramı balam şikəst oldu. Varım-dövlətim əlimdən çıxdı. Harada işləyəcəm? Necə dolanacam? Dövlətimiz bu qədərmi zəif oldu erməninin qabağında duruş gətirə bilmədik? Yoxsa kürsü davalarının güdazına getdik? Ermənistanda, Azərbaycanda kimlərsə hakimiyyətə gəlməlidirlər deyə, mən evimdən-eşiyimdən didərgin düşməliyəm? Niyə? Günahım nədi? Günahımız nədi?.." Həmkəndliləri də onun günündəydilər. Onların da illərdən bəri zədən-zədən topladıqları yağı düşmənə qaldı. Səməndərdən də qat-qat varlıları varıydı. Zərbə hamını tutmuşdu. İtirən hamıydı. Fərq buydu ki, onun uşaqları bu qaçhaqaçda şikəst olmuşdular. Qızı Minarəyə isə müsibət üz vermişdi. Qanqrena sümüyə o qədər yeridi ki, tifilin ayağını kəsməli oldular, Camalın da iki barmağını. İtirdikləri az idi, bunlar da üstəlik?! Başdaşı 85 Səməndərin ayaqları buza dönmüşdü. Fikirləşə-fikirləşə kürəyini ağacın gövdəsinə o qədər döyəcləmişdi ki, qabırğaları qançır olmuşdu. Axşam soyunub yerinə girəndə arvadı əlini üzünə atdı: - Boyy, ay kişi, səni kim belə qırbaclayıb? O, arvadını birtəhər başa salıb üzünü çevirdi. Sabah obaşdannan yola çıxacaqdı Beyləqana. Gözlərini yumdu, amma yuxusu ərşə çəkildi. Qürbətin başdaşını daha sonra hara aparacaqdı? Qəbri Sirikdə qaldı. Hesabnan başdaşı da qəbrin üstünə qoyulmalıydı. Olmadı. İndi bəs neyləməlidi? İnşallah, torpaqlar alınandan sonra, aparıb şəriətnən də, qanunla da yerinə qoyacaq. Amma haçan?.. Tutaq ki, bir ilə... Bəlkə iki ilə... Üç ilə?.. Bəs ona qədər?... Astaca arxası üstə çevrildi. Nübar tez gözlərini yumdu, o da yatmamışdı, ərinin yuxulamadığını bilirdi, onun hər halına bələddi, ona görə də yatmayıb gözləyirdi: ərinin bir söz deməsini, bir plan cızmasını. Nübar da Səməndər kimi gələcək həyatlarını, yaşayışlarını düşünürdü. Minarənin gələcəyi necə olacaq? Bir ayağı kəsilmiş qızı kim alacaq? İki barmaqdan şikəst Camal harada işləyəcək? Uşaqların məktəbi necə olacaq? Bütün bunlara Səməndər nə qədər dözəcək? Elə özü də... *** Hələ ki, belə yaşamağa alışa bilmirdilər. Mil düzündə səhər bir cür açılır, gecə bir cür düşürdü. Dağların ətəyindən axan çayların uğultusu, evlərinin 86 Səyyad Aran ayağında qaynayan, pıqquldayan bulaqların şırıltısı yox idi. Səhərlər yerə basdırılmış dirəklərdən asılmış əlüzyuyanların səsindən zinhara gəlirdilər. Kişilərin onsuz da pozulmuş əsəbləri tez-tez tarıma çəkilirdi: - Aaz, bu xaravaya su tök! - Elə indicə doldurmuşdum ki... - arvadlar dodaqaltı deyinirdilər. Orda - indi bu söz tez-tez işlənirdi, yəni kənddə, öz rayonlarında - küçədə iki adam danışanda ancaq özləri eşidirdilər. Burdasa - köçdükləri təzə yerdə, çadır şəhərciyində - Bakı yolunda danışılan sözlər elə bil evin içindəcə söylənilir. Gecələr tülkü, çaqqal, canavar səsləri aləmi başına götürür. Ayə, burada necə yaşayırlar? Qorxmadan, bir də görürsən gecənin bir aləmində subaşına həyətin o başına gedirlər, məsafə də nə qədər olsa yaxşıdır - azınnan yarım kilometr. Pay atonnan millət, demir e, çaqqala, canavara rast gələrəm, parçalayar məni. Bu aran camaatı qurd ürəyi yeyib, vallah! İllah da uşaqlar, yeniyetmələr. Elə yerindən duran götürülür dünyanın o başına. Bəzən gecələr avtomat səsləri yalnız insanları, heyvanları deyil, ağacları, yarpaqları, otları, gülləri də diksindirirdi. Havadakı gərginlik adamlara da keçirdi. Hamı ucadan danışırdı, fikirlərini daha çox çığır-bağırla bildirirdilər. Elə bil həmin adamlar deyildilər. Sanki dilləri də dəyişmişdi, bir-birini gec anlayırdılar. Əvvəlki vərdişlər, salam-əleyklər, əhval-pursanlıqlar əriyirdi, azalırdı, itirdi. Mehribanlığın, qonşuluğun yerini qaşqabaqlılıq, adamayovuşmazlıq, öz qınına çəkilmək, soyuqluq, biganəlik, ancaq özünü, ailəsini düşünmək tutmuşdu. Beləcə, qohumlar, kən­ Başdaşı 87 dçilər yadlaşmışdılar, adamlar əvvəlki kimi ərkyana bir-birinin evlərinə gedə bilmirdilər. "Birdən evində bir şey olmaz, o da utanar, mən də... Üzün qara gəlsin, zəmanə! Nə pis günə qaldıq". Əvvəllər el, oba, yaxın kəndlərdəki adamlar yardım edirdilər. Kimi yorğan-döşək gətirirdi, kimi köhnə palazını, kilimini bağışlayırdı, digəri vedrə, qazan, boşqab, hətta çəngəl, bıçaq, qaşıq - bir sözlə, hər kəsin qulpundan çıxan nə vardısa, müzayiqə etmirdilər. Adicə çay qaşığına da ehtiyac vardı, çünki hamı dolu evlərini qoyub çıxmışdı, bir çöp belə götürməyə macalları olmamışdı. Hamı canını və olan-qalan yatırı nə idisə, onu götürüb çıxmışdı Beyləqan yoluna. O yatırlar isə həftələr, aylar ötdükcə əriyirdi. Tərəkəmə köçü kimi bir yerdən o biri yerə köçürdülər. Məcbur idilər. Hələ daimi məskunlaşmaları və daimi iş yerləri yox idi. Bütöv bir elat cəlayi-vətən olmuşdu. Son isə görünmürdü. Hər şey məchulluğa bürünmüşdü. Səməndərin bu məchulluğun və bilinməzliyin içində gördüyü və bildiyi bir şey var idi ki, o da Qürbətin başdaşını Beyləqandan İmişlidəki sığınacaqlarına gətirmək idi. Beynində bundan başqa bir fikir yoxuydu. Kənddə olanda sabahın görməli işlərinin çoxluğundan başı zoqquldayırdı. O qədər vacib işlər ortaya çıxırdı ki, dünyanın düz vaxtında - çöldə oğlanlarının köməyi, evdə arvadının, qızlarının da həyətdəki mütəmadi səliqə-sahmanına baxmayaraq, iş qurtarmırdı ki, qurtarmırdı. Burda isə heç bir iş görünmürdü ki, gedib qulpundan yapışasan. Tam bir boşluq, eycahanlıq. Bəs onda başı yenə niyə zoqquldayır? Rahatlansın daa... Niyə kəlləsini rahatca atıb yata 88 Səyyad Aran bilmir. Səbəb nədir? Ot dərdi yox, pəyə təmizləməyə gərək yox, nobata kim gedəcək problemi yox... Niyə ağrıyır e, bəs onda başı? Xoruzlar banlaşırdı, mal-heyvan hənirtisi artırdı, hardasa şum traktorları - "kasemsot"ların səsi gəlirdi. Min illərin daha bir sabahı açılırdı. Ancaq, ay kişilər, vallah, bu, o xoruzların səsi deyil, ayə, heyvanların tərpənişi, maşınların, motorların gurultusu, belə səhərin bu cür açılması da nəsə o deyil, o yurdda, o dağlarda açılan səhər deyil. Belə vurun məni, öldürün, o deyil. Elə bil burada - aranda səhər başqa cür açılır, dan yeri başqa cür ağarır. Allah, biz ölməyəcəkdik, bizi bu cür dərdlər öldürəcək. Öz vətənimizdi, öz ölkəmizdi, amma uyğunlaşa bilmirik. Hər addımda hiss edirik ki, öz yerimizdə, öz qabımızda deyilik. Çox şey düz gəlmir, tam yerinə düşmür, adicə məsələdə görürsən yerlilərlə anlaşa bilmirik. Gərginlik, qaçqınlıq əsl cəhənnəm əzabıymış. Cəhənnəmi bizdən asılı olmayaraq bu dünyada çəkiriksə, onda hamımızın yeri cənnət olmalıdır. Çünki bir Adəm övladına iki dəfə cəhənnəm yaşatmaq olmaz. Çəkdiklərimizə görə bizi öz nəzərindən uzaq eləmə, ilahi! Səməndər bu dualarla, yalvarışlarla yerindən qalxdı. Gözləri göynəyirdi. Yuxusuzluqdan idi. Dili qupquru qurumuşdu. Kanal suyunu içə bilməməyindəniydi. Canı qızmamışdı. Öz yorğan-döşəyində uyumamağındanıydı. Udduğu hava da ciyərlərinə tam gedib çatmırdı, elə bil oğurluq edirdi. Öz yurdunda olmamağındanıydı. Başdaşı 89 "Ya Allah, səndən başqa sığınacağımız yoxdur. Özün bizə zamin dur". Sürücü ağacların arasından kölgə kimi çıxıb salamlaşdı. - Sabahın xeyir, əmi! Gedək? - Hə, bala, yolçu yolda gərək. *** Hospitalın həyətində əvvəlki qələbəlikdən əsər-əlamət qalmamışdı. Beyləqanın küçələrində də çox adam gözə dəymirdi. Son vaxtlar camaat arasında şayiə yayılmışdı ki, Beyləqanı da "verəcəklər". Buna "əsas" da vardı. Rayonun varlıları, vəzifə sahibləri evlərini tamam boşaldıb Bakıya daşımışdılar. Çoxunun ailə üzvləri də şəhərə köçmüşdülər. Camaatın əksəriyyəti isə Cərciz peyğəmbərin qəbrinə güvənərək, heç yerə getməyəcəklərini bəyan etmişdilər. Beyləqanı qrad yağışına tutanda heç bir mərmi türbənin həndəvərinə düşmədi. Ermənilər nə qədər cəhd etsələr də, murdar niyyətlərinə çatmadılar. Sonralar Azərbaycan əsgərləri onları xeyli geri oturtdu. Amma şayiə təsirini göstərmişdi. Rayon mərkəzi, həqiqətən, boşalmış kimi görünürdü. Səməndər başdaşını qoyduğu yerə yaxınlaşanda gözlərinə inanmadı. Xəstələrdən biri daşın üstünə qoyduğu vedrədən su tökür, o biri də bulaşıq qabları yuyub daşın üstünə yığırdı. Bunu bir azdan həmin xəstələrin biri deyəcəkdi. Başdaşı sabuna, xörək yağına bulaşmışdı. Sol tərəfdən - ucdan çatlamışdı. Qürbət isə gülümsəməyindəydi. 90 Səyyad Aran - Ə, qansız uşağı, vicdanınız yoxdu? Bu nə işdi görürsünüz? Kişinin az qala ağladığını, arxa layı açılmış, yavaş-yavaş onlara yaxınlaşan avtomobili gördükdə məsələni başa düşdülər. Heç şübhəsiz, başdaşının yiyələriydi, gəlmişdilər aparmağa. Üzrxahlıq etdilər. - Ağsaqqal, bağışla, günahkarıq. Bu rəhmətliyin başdaşını təmiz yer bildiyimizdən, qabları yuyub onun üstünə qoyuruq. Elə yaxşı eləmisiz gəlmisiz. Aparmağınız məsləhətdi. Başdaşı peşman və pəjmürdə görünüşü ilə heç kimə baxmaq istəmirdi. Hisin, pasın, çirkin içindəydi. Əli-ətəyi yağa bulaşmışdı. Üfünətli suyun, palçığın içində ürəyi partlayırdı. "Dədə, niyə gec gəldin? Uşaqlar gecələr üstümə işəyirlər. Darıxıram burda. Siz harda, mən də orda. Nə tez bezdiniz məndən?.." Səməndər əvvəlcə özü ilə gətirdiyi parça ilə başdaşını silib təmizlədi, qabyuyanlar da köməkləşib xəcalətli-xəcalətli yükü maşına qoydular. Gücləri çatmadığındanmı, tələsdiklərindənmi, törətdikləri ədəbsizlikdən tez yaxa qurtarmaq istədiklərindənmi - başdaşı qəfil əllərindən sürüşüb düşdü - tarappp! Başdaşının sol tərəfdən çatlamış yerini elə bil bıçaqla kəsdilər - qopub düşdü. Səməndərin başı hərləndi, gözünə qaranlıq çökdü. - Allah kəssin sizin köməyinizi! - Ə, bir adam kimi tərpənin də! - sürücü də ağzının acısını tökdü. - Əmi, yaxşısan? - Səməndərin qolundan yapışdı. "Bundan bir qəpik pul alsam, kopoluyam". - Gedək, oğul. Mənim işim əvvəldən düz gətirmədi. Başdaşı 91 *** Sirik qaçqınları arasında ən ağır vəziyyət Səməndərin ailəsindəydi. Əlbəttə, kiminsə bəxtəvərliyindən bəhs etmək əskik söhbət olardı. Qaradan artıq rəng varmı? Vətənin içində vətəndən didərgin düşmək dünyanın ən dəhşətli dərdidir. Bu dərdi çəkməyə dəvədən böyük fil də dözməzdi. Hamı didərginlik həyatı yaşayır, yurdsuzluq dağı daşıyırdı, hamının evi, var-dövləti əlindən çıxmışdı. Hamı arxın, kanalın lehməsini duruldub ürəyi bulana-bulana da olsa içməyə məcbur idi. Hamının dərdi-səri, güzaranı, "evi", "evinin içi" eyniydi, eyni boydaydı, eyni çadırdan idi. İntəhası, Səməndərin evdə iki şikəst övladının olması ona əlavə, həm də çox ağır yük idi. Oğlu Camalın əlini tutub səhər-axşam ufuldaması Səməndərin halını daha da pəjmürdə edirdi. Həmkəndliləri oğlanlarının köməyi ilə müvəqqəti də olsa yaşadıqları yerdə müəyyən səliqə-sahman düzəldir, Şahverdili meşəsindən qırdıqları ağaclarla çal-çəpəri qalınladır, ağac əkir, bir-iki baş qoyun-quzudan, babat imkanı olanlar danadan, inəkdən alıb yavaş-yavaş özlərinə gün ağlayırdılar. Nəfəri çox olanların vəziyyəti bir az yaxşıydı. Oğlan uşaqları İmişlidəki tikintilərdə, yol idarələrində, bazarda təklif olunan işlərin qulpundan yapışıb ailələrinə az da olsa pul gətirirdilər. Bəziləri bir az da püxtələşərək qonşu rayonlardan inək, dana, qoyun alıb kəsərək Sarıxanlı döngəsində alver etməyə başlamışdılar. Bir çoxları da həyətlərində göy-göyərti, pomidor, bibər, badımcan əkib dolanırdılar. Kiçik bir sahədən ildə 2-3 dəfə məhsul götürənlər vardı. Aranın 92 Səyyad Aran mülayim təbiətinin, məhsuldar torpağının bu tərəfi qaçqınların öydükləri və ürəklərincə olan damarıydı. Qaçqın olduqlarına görə kənarda da - dövlət fondundan olan boş sahələrdə pulsuz-parasız yer götürüb əkib becərirdilər, əlavə qazanc əldə edirdilər. Səlahiyyətli orqanlar qaçqın olduqlarına görə onlara göz yumur, boş verirdilər. Həm də yuxarıdan tapşırmışdılar ki, camaatı təhdid etməyin, işiniz yoxdur, qoy başlarını girləsinlər. Qaçqınlar dolanmağın yolunu tədricən tapırdılar. Daha bacarıqlılar sözün yaxşı mənasında çalıb-çapıb axşamlar evlərinə nəsə bir şey gətirirdilər. Dövlət də yavaş-yavaş kömək eləyirdi, xarici yardımlar da gəlməyə başlamışdı. Bircə Səməndərin ailəsində vəziyyət dözülməz olaraq qalırdı. Minarənin dil-dil ötməsi, iş görərkən xırda muğam boğazları eləməsi, şənliyi, şuxluğu qeybə çəkilmişdi. Dünyanın gözəl çağlarında - evlərində özü də hiss edirdi ki, ailə üzvləri özlərini iş görürlərmiş kimi göstərsələr də, əslində, oğrun-oğrun ona qulaq asırlar. Bu da Minarəyə çox xoş gəlirdi. Deməli, səsi heç də pis deyil, oxumağa dəyər. Sonbeşik olduğundan yeri, çəkisi də məxsusi idi. Ailədə ən çox onun istəkləri yerinə yetirilirdi. Bu məsələdə ən çox yarıdığı qardaşı Qürbət idi. İndi Qürbət yox idi. Heç vaxt olmayacaqdı da. Daha onun arzuladıqlarını Qürbət kimi dərhal yerinə yetirən tapılmayacaqdı da. Tale ona ən ağır zərbəsini vurdu, ayağının birini itirdi. Tez-tez anasının yana-yana dediyi sözləri xatırlayırdı: - Ay Allah, indi bu qızı kim alacaq? Balam nə yaman bədbəxt oldu, ay sənə qurban olum! Başdaşı 93 Minarə əməliyyatdan sonra tam susqun və laübali həyat sürürdü. Ayağını kəsəcəklərini öncədən deməmişdilər. Amma belə olacağını həkimlər bilirdilər. Qanqrena getdikcə yayılırdı. Vəziyyətin çıxılmaz olduğunu həkimlər onun valideynlərinə də anlatmışdılar, onlar da çar-naçar razılaşmışdılar. Qalmışdı bir bəhanə ilə Minarəni əməliyyat masasına çıxarmaq. Artıq gecikdirmək olmazdı, yoxsa qızın həyatı tam təhlükəyə düşərdi. Əsas məsələ bu da deyildi. Müsibət əməliyyatdan sonra Minarənin bu hadisəyə reaksiyası zamanı olacaqdı. İlkin mərhələni nisbətən isterikasız keçirə bilsəydilər, sonrası yavaş-yavaş yoluna düşərdi, taleyi ilə barışmağa, razılaşmağa, sakitləşməyə doğru gedəcəkdi. Nübar bütün həyatını dönə-dönə gözləri önünə gətirir, harada səhv etdiyini, nə günah işlətdiyini, kimin qəlbinə dəydiyini, kimi qapısından naümid qaytardığını xatırlamaq istəsə də yadına heç nə düşmürdü. "Ey yerin-göyün yiyəsi, ya məni öldür, ya da balalarıma rəhm elə. Nə pürçümüm olub? Səməndərdən başqa hələ bir kişinin əli əlimə dəyməyib, naməhrəm gözünə baxmamışam, şit hərəkət eləməmişəm, adıma heç vaxt gül qədərincə söz elətdirməmişəm. Məni niyə belə imtahana çəkirsən? Vallah, balalarım da heç kimin toyuğuna daş atmayıb. Sənin özünə əyandı ki, Səməndərin övladları kənddə, elə yaxın mahallarda da adnandı. Birini əlimdən aldın, şükür məsləhətinə, işinə qarışmıram, qələt elərəm, məsləhət sənindir. O biri - böyük uşaq Murovda sitilləyə-sitilləyə, bir qarnı ac, bir qarnı tox, əsgərliyini çəkir, evə gəlməkdən, Minarəni görməkdən ötrü ləlik olub, komandiri icazə 94 Səyyad Aran vermir, deyir filan qədər pul gətir, hanı, var ki, tapıb verək? Evim tar-mar oldu, isti ocağımdan oldum, evimdə xanım kimi yaşayırdım, heç nədən ehtiyacım yox idi, indi toyuğun altını güdürəm, görüm nə vaxt yumurtlayacaq, teksun yağına çalıb Camala yedizdirim, getsin dursun Bəhrəmtəpə yolunda, görsün kimə gərək olar, bəlkə beş-on qəpik pul qazansın. Ürəyim partdıyır. Heç olmasa yuxuma gir, qələtlərimi mənə anlat, işimi bilim. Vallah, belə getsə, Səməndərin ürəyi günün birində dayanacaq. Onnan sonra da mən özümü öldürəcəm. Balalarım cılxa yetim qalacaq, çöllərə düşəcək. Məni niyə hər gün öldürüb-dirildirsən? Yazıq deyilik, fağır deyilik?..." İçin-için hıçqırdı. Durub həyətə çıxdı. Orda da duruş gətirə bilmədi, Minarə eşidərdi. Quru budaqlardan düzəldilmiş, üstünə də göy brezent çəkilmiş (həyət görünməsin deyə) "darvazanı" itələyib açıqlığa çıxdı. Ona yad olan, uzanıb gedən düzəngaha baxdı. Onlar tərəfdə bu qədər geniş, hamar yer olmazdı, uzaqda görünən ağac deyirsən burnunun ucundadır, amma getdikcə gedirsən, gedirsən, çata bilmirsən. Bu nə qaravəllidir, ay başına dönüm, elə bil sehrli bir qüvvə sən getdikcə ağacı uzağa çəkir. "Görəsən Səlahət neynəyir? Yazıq balam yəqin üşüyür. O irəlilərdə yun köynək, corab toxuyub göndərmişdim ki, altdan geysin, canı qızsın, ayağı donmasın. Yazır ki, komandir dedi qadağandır, olmaz, corabı birtəhər aldım, amma yun köynəyi vermədi. Dedi, hələ corabı verirəm, sevin, bilsələr, mənim özümü cəzalandırarlar. Amma bir neçə gündən sonra əynində gördüm. Başdaşı 95 Yemək aparmışdım stolovoydan. İsti peçin dövrəsində oturub domino oynayırdılar. Yaxasını açmışdı, köynəyi o saat tanıdım. Qeyzləndi ki, niyə yeməkləri mən gətirmişəm, dedim növbətçiyəm, mənim işimdir". Bu yerdə elə bil Nübarı pallı-paltarlı təndirin içinə soxdun, arvad dirigözlü alışdı, yandı, hövlündən yaxasını-başını açıb tökdü. "Heç sözdü? Ay komandir, sənin anan, bacın, arvadın yoxdumu, onlar da birini toxuyub sənə göndərsinlər? Mənim tifilimin yun köynəyinə niyə tamahın düşür? Axı, anası ölmüş bütün günü şaxtanın qabağında qarovuldadır. Heç insafdı?.." Xeyli aylanandan, öz-özü ilə danışandan sonra sığınacaqlarına döndü. Eycahanlığa səbəb iş-gücün kənddəki kimi olmamasıydı. Qazan məsələsini Minarə öhdəsinə götürmüşdü, oturduğu yerdəcə kartof-soğan soyub xörək bişirir, başını qatırdı. Münəvvər həyət-baca işlərinə baxırdı. Camal səhər açılandan gün batanacan İmişli-Bəhrəmtəpə yolunun üstündəki əldəqayırma, amanabənd budkaların yanında dayanıb gəlib-gedən adamlara, maşınlara baxır, gününü beləcə ötürürdü. Elə onun tay-tuşları da. Acanda qaçıb sığınacaqlarında Allah verənnən əl-qap edib yenə qayıdırdılar. Sonra ət satanlar səyyari kabab bişirib satmağa başlayanda onlara kömək etməyə başladılar, odun tapıb gətirirdilər, bir də əvvəllər şüy çubuqlardan şiş düzəldirdilər ki, adamların xoşuna gəlirdi, müştəri cəlb edirdilər. - Ə, o çöp kababından beş-altı dənə gətirin bəri! 96 Səyyad Aran Beləliklə, günortalar birtəhər dolanırdılar deyə, sığınacaqlarına bir də gecə dönürdülər. Eşitdiklərindən, bildiklərindən evdəkilərə də məlumat verirdilər. Günlər beləcə, uc-uca calanıb keçib gedirdi. *** Başdaşını ər-arvad özləri yatan bucağa qoymuşdular. Qızlarının və Camalın hər gün guya ürəkləri qan-bağır olmasın deyə belə etmişdilər. Ancaq Nübarın günü qara olmuşdu. Səməndərdən tez-tez əcaib-qəraib sözlər eşidirdi. Axşam yerinə uzananda o, beyqafıl soruşurdu: - Uşağın üstünü örtmüsənmi? Əvvəl elə bildi "uşaq" deyəndə Camalı nəzərdə tutur, durub o biri tərəfə keçmək istəyirdi ki, ərinin çımxırması onu geri qaytardı. - Hara gedeersən, aazz?.. - Camala baxmağa, - Nübar çaşıb qaldı. - A verananın qızı, Qürbəti deyirəm... Nübarın əli üzündə qaldı. "Yəni kişi xəriflədi?" - Bir şey at üstünə, - Səməndər zarıltılı səslə təkid etdi. Nübar sözü çevirmədi. Köhnə adyallardan birini başdaşının üstünə çəkdi və ürəyində ərinə haqq qazandırdı. Doğrudan hava soyuq idi. Odun sobası bir az əvvəl sönmüşdü, gündüzlər çöldə-bayırda olurdular, başları cürbəcür işlərə qarışdığından sobanı yandırmağa ehtiyac duymurdular, odun da hər zaman tapılmırdı, qaçqınlar gələndən meşəbəyi bir az da sərvaxt olmuşdu, amma ordan-burdan ağacların seyrəldiyi görünürdü, öhd eləmək olmurdu. Meşəbəyi vəzifəsini yerinə yetirirdi... Camaat da soyuqdan ölməyəcəkdi ki. Başdaşı 97 Hər iki tərəf utana-utana, bir-birini güdə-güdə, gizlin-basırıq yaşamaq uğrunda mübarizə aparırdı, ümumi söyüş, qarğış yeri birünvanlı idi: üzüqara zəmanə və ermənilər. Axşamlar hamı evə yığışanda köhnə dəmir soba qalanırdı, çır-çırpı, kötüklər - son vaxtlar təzək də atırdılar, tək odunla ötüşdürmək yetmirdi. Bəzən acı tüstü göz çıxartsa da əlacsızlıq idi - yandıqca canları qızırdı, özlərinə gəlirdilər. Elə həmin sobanın da üstündə xörək bişirir, çay qaynadır, xırda ət tikələrini qıpqırmızı qızarmış sobanın üstündə qızardaraq yeyirdilər. Çoxları belə edirdi. Qazan asmaq, kartof-soğan soymaq xeyli vaxt aparardı. Belə rahat idi. Əsas məsələ mədələrinə bir loxma salmaq deyildi?.. Vəssalam da, qardaş! Bir də, yatar qarına çox yeməzlər, düşər-düşməzi olar, o bir tikəyə də şükür. Sovet dövründəki kimi, silos quyusu doldurmurlar ki... Aranın dumanlı, çiskinli havası kabab qoxuyurdu, külək qoxunu yaxın kəndlərə yayırdı, yerlilər yarızarafat-yarıgerçək: - Qaçqınlar kef edirlər, hər gün kabab yeyirlər - deyə arada-bərədə qarşılaşanda atmaca atırdılar. Çox adamın üzünə istehzalı və ağrılı təbəssüm qonurdu, başlarını bulayıb köks ötürürdülər. Elə həmin ahəngdə cavab qaytaranlar da olurdu: - Bizim kimi kef çəkəsiz. Yenə də başdaşına ən çox qulluq edən, üz-üzə durub xısın-xısın danışan, əksər vaxt da göynəyə-göynəyə ağlayan Minarə idi. Həsbi-halı uzun çəkəndə bişdüş Münəvvərin öhdəsində qalırdı. Nübar da əl atırdı hərdən. Sıxıntılı, darıxdırıcı, bezdirici günlər sanki heç vaxt qurtarmayacaq kimi uc-uca düzülmüşdü. Ailəni 98 Səyyad Aran saxlayan ən böyük ümid qardaşları Səlahətin əsgərliyini bitirib onların yanına qayıdacağıydı. Xeyli dayaq, kömək olacaqdı. Səməndər, demək olar, tək qalmışdı. Yenə Camalın barmaqları kəsilməsəydi, bir işin qulpundan yapışıb evə pul gətirərdi. Gücü ancaq meşədən çır-çırpı yığıb kababçıya daşımaq, onun yanında girələnib günorta qarnını saldırmaq idi. Abat xeyir, başı da qarışırdı. Bəzən yoldan keçənlər, "a bala, ordan iki çöp kabab gətir", - deyəndə əlüstü qaça-qaça yuxanın arasında kababı aparanda müştərilər ya yazığı gəldiyindən - barmaqlarını görüb - ya uşağın canıyananlığından, şirindilliyindən, - nuş canınız, əmi, bibi, Allah sizi saxlasın! - qəpik-quruş verirdilər. Üstüstə yığılanda bir-iki manata qalxırdı, bəzən bundan da artıq. Bu, artıq ailənin dolanışığına xeyli kömək idi, getdikcə daha dilli-dilavər, əldən zirək, gözüaçıq olurdu. Evə qayıdanda aldığı əlli qəpiklik iri kömbə çörək ailədə minnətdarlıqla qarşılanırdı. Nübar oğlunun başını tumarlayıb, kədər qarışıq sevinclə, gözləri yaşarmış halda deyirdi: - Səni verənə min şükür! Oğul doğulduğu gündən oğuldur. Sonra hamıya eşitdirirmiş kimi, xüsusən son vaxtlar fikir-xəyaldan qupquru quruyaraq - bir dəri, bir sümük qalan ərini gözaltı süzərək ona ürək-dirək vermək üçün bir az da üstünü götürürdü: - Dayanın bir, qoy hələ Səlahət də gəlsin. Onda vəziyyətimiz lap yaxşı olacaq. O da yolda bir budka qoyar, balaca kababxana düzəldər, Camal da elə qardaşının yanında işləyib, iki qardaş bolluca pul qazanarlar, biz də kasıbçılığın daşını atarıq. Yadınızdadı, Səlahət necə gözəl kabab bişirirdi? Başdaşı 99 Təsəvvürlərindəki görüntü onları qismən də olsa ümidləndirirdi, hərəsinin xəyalı bir yerə gedirdi. Qazanılan pullardan hərə özünə bir şey alırdı, yavaş-yavaş qaçqın şəhərciyinə dadanan yerli alverçilərə cürbəcür şeylər tapşırırdılar, "gələn dəfə yadından çıxmasın haaa". Uşaqlarının gözlərindəki parıltıdan bağrının başı qan olan Səməndər, -Yaxşı, durun yatın, sabah gəlsin, xeyrə gəlsin, - deyib birinci özü dirsəkləndiyi yerdən qalxardı. Mətbəx adlandırdıqları, həm də "qonaq evi" dedikləri ortalıqda odun sobası yanırdı. İsti o biri tərəflərə də yayılırdı. *** Bacısının ayağının, qardaşının da sol əl barmaqlarının kəsildiyini eşidəndə Səlahət havalandı. Əvvəl bilmədi bu dəhşətli xəbəri necə qarşılasın. İnanırdı da, inanmırdı da. Xüsusən Minarənin müsibəti Səlahəti intihar dərəcəsinə çatdırdı. "Sən bir bədbəxtliyə bax, gərək elə bacımın dizinə düşəydi, eləcə torpağa düşə bilməzdi? Taleyi necə olacaq? Yooxx, yaşamaz, özünü öldürəcək. Bircə mən gedənə qədər bir şey olmayaydı". Böyük qardaş olmağına, kişi kimi həyatın isti-soyuğunu dadmağına baxmayaraq, o da faciəni qəbul edə bilmir, bacısı ilə necə üz-üzə gələcəyini fikirləşirdi. Necə görüşəcək? Nə deyəcək? Uyğun bir təsəllini necə tapacaq? Atasının, anasının halını göz önünə gətirdikcə başını hərbi düşərgənin divarlarına vu­ 100 Səyyad Aran rurdu. Əsgər yoldaşları Səlahəti gözdən qoymurdular, əlindən bir xata çıxmasından ehtiyatlanırdılar. - Hamının ümidi sənədir, bütün ailə səni gözləyir. Ağlına sarsaq-sursaq fikirlər gəlməsin. Bil ki, Allah da səni o dünyada bağışlamaz. Tək sizin ailənin başına gəlməyib ki... Bütün rayon qaçqın düşüb. Sən öz ailənlə bağlı hadisəni bilirsən. Xəbərin varmı başqalarının başına nə gəlib? Ailə var ki, bütövlükdə əsir düşüb... Amma bütün bu təsəllilər, əsgər yoldaşlarının yaşlarından böyük ağsaqqalyana öyüdləri Səlahəti üzdə sakitləşdirsə də, ata-anasını, xüsusən Minarəni görmək arzusunu boğa bilmirdi. Bilirdi ki, indi onun köməyinə ailəsinin hədsiz ehtiyacı var. Atası qoca kişiydi, həm də ailənin bütün ağırlığı onun çiynindəydi, tab gətirmək zor məsələydi. Anası nə iş görəcəkdi - həmişəki kimi xörək bişirmək, pal-paltar yumaq, təmizlik işləri... Minarə ilə Camal - şikəst, onlar nə iş görəcəklər ki... Onların özünə kömək edən gərəkdir. Vəziyyəti götür-qoy etdikcə Səlahətin ürəyi yanırdı. O da anası Nübar kimi üzünü göylərə tutub nə günahın sahibi olduqlarını, başlarına niyə belə fəlakət gəldiklərini soruşur, göylər isə mübhəm-mübhəm susurdu. Bəlkə gedib görüşsəydi həm bu suallara cavab tapar, həm də sakitləşərdi, qulluğunu başa vurmağa ürəyində təpər olardı. Yox e, komandirə deyəcəkdi, düzdü, düşərgədə aldıqları məlumata görə ermənilər hücuma hazırlaşırlar, indi hər bir əsgər qiymətlidir, postlarda bəzən əsgər çatışmır, boş yerlərdən erməni saqqallılar əra­ Başdaşı 101 ziyə girib məlumat toplayırlar, ləhcələri, görkəmləri seçilmədiklərindən rahatca ətraf kəndlərə girib gah alış-veriş edir, gah qoyun-quzu alır, gah da yun corabdan, jaketdən dəyər-dəyməzinə qamarlayıb əsgər yoldaşlarına aldıqlarını söyləyib sadəlövh satıcılardan su qiymətinə alıb aradan çıxırdılar. Yüklərini tutub, qoyun-quzunu da qabaqlarına qatıb arın-arxayın üz tuturdular öz mövqelərinə. Qarşılarına çıxıb-eləyən olanda: - Qoyun otarıram buralarda, - deyirdilər. Ətraf kəndlərdə əksər kişilər elə bu cür geyinir, bu cür saqqal saxlayır, bu cür yeriyirdilər. Bir yerdə yaşadıqlarından görünüşcə, yerişcə, hərəkətcə kənardan ermənilərlə azərbaycanlılar bir-birinə çox oxşayırdılar. Başqa millətlərin nümayəndələri bunu həmişə məxsusi olaraq vurğulayırdılar. Münaqişənin ilk illərində vuruşan tərəflərin iki ayrı millət olduğunu beynəlxalq təşkilatların nümayəndələri, bölgəyə gələn müxtəlif təyinatlı ekspertlər, konfliktoloqlar da heç cür ayırd edə bilmirdilər. Əsasən rus dilində danışan, sovet ordusu uniformasında olan, sovet silahları ilə silahlanmış, sovet hərb terminlərini işlədən, sovet zirehli texnikalarını sürən, eyni cür saqqallı könüllülərə, hərbçilərə xaricilər baxıb-baxıb fikrə gedirdilər. Köhnə Sovetlər Birliyindən - təzə ifadəylə desək - MDB-dən gələn guya barışdırıcı-araşdırıcı nümayəndələr də orta mövqe tutur, liberallıq edir, göz-görəti faktı - Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını etiraf etmirdilər. Ağrımaz başlarına dəsmal bağlamamaqdan ötrü çoxları gözdən-könüldən uzaq yerdə əsgərə heç yaxınlaşmaq belə istəmirdilər. Qarışıq zəmanədir, düşər-düşməzi olar. Nə işimə? Hö­ 102 Səyyad Aran kumət var, qoşunlar var, müdafiə naziri var, Sovet hökuməti var, qoy onlar düşünsünlər. Konflikt yeni-yeni qızışanda xalq məsələnin belə qalmayacağına inanırdı, yəqin bu gün-sabah Azərbaycan əsgərləri erməniləri darmadağın edib torpaqlarımızı azad edəcəklər, nəkarədirlər ki, uzun müddət evimizin içində belə at oynadalar? Hələ ki bunlar şirin arzular idi, hələ ki ermənilər Dağlıq Qarabağdan başqa yan-yörədəki bir neçə rayonu da işğalda saxlayırdılar. Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev başlarının dəstəsi ilə Gəncəyə gəlib bölgənin cəbhəyanı döyüş yerlərinə baş çəkib münaqişənin həlli ilə bağlı öz fikirlərini bəyan etmişdilər. O vaxtki Azərbaycan prezidenti ilə də görüşmüşdülər. Əhalidə ümid yaranmışdı ki, məsələ yəqin bu gün-sabah yoluna qoyular, Sovet dövründəki kimi yenə əmin-amanlıq olar. Amma aylar bir-birinin ardınca ötür, vəziyyət isə daha da qəlizləşirdi. Belə vəziyyətdə "ata-anamı görmək istəyirəm, bacım, qardaşım əməliyyat olunub, mənə üç gün icazə verin, gedim onlara dəyim, gəlim" demək də uşaq söhbəti olardı. Komandir acıqlanardı, "bu mama uşağının" xahişini bütün batalyona yayıb onu gülüş hədəfinə çevirərdi. Bu da ölümdən betərdi. "Mama uşağı" sözünü kim götürərdi? Amma... axı, getmək istəyir. Tutaq ki, komandiri, döyüş yoldaşları belə düşünərdi. Bəs valideynləri? Onlar fikirləşməzdilər ki, böyük övladları nə soyuq, etibarsız, biganədir? Noolar qulluqda olanda. Sovet hökuməti vaxtı deyil ki, gedib Saxalinə, Vladivostoka, Başdaşı 103 Çita vilayətinə düşəsən, gəlmək-getmək 20 gün çəkə. Heç Moskva-Leninqrad da deyil ki, yol 2-3 gün çəksin. Budu buradı, Tovuz-İmişli, Allahın "Jiquli"si ilə 3-4 saatlıq yoldu. Eləcənə gəlsin, görsün, əhvallaşsın, qayıtsın daa... nə var ki, burda. Belə baxanda deyilən kimiydi, lakin hərbin öz qanunları varıydı, olmazdı. "Yaxşı, onda bəs Azəri niyə bir həftəliyə evə buraxdılar, özü də İmişlidən də o yana - Sabirabada, ona görə ki, atası bazarkomdur? Geri qayıdanda bir baqaj payla gəlmişdi. Düzdü, çoxu komandirlərə çatdı, amma uşaqlar da qarınlarını doydurdular, çoxdandı mer-meyvə yemirdilər, tarçıxlarını doyunca götürdülər. O da Azər kimi qayıda bilərmi?.." Azər kimi olmasa da... hər halda, əliboş qayıtmaz... "Yox, komandirdən xahiş edəcəm. O da azərbaycanlı deyilmi, məni başa düşər. Ayə, dünyadı e, kim bilir, sabah adamın başına nə gələ bilər. Bəlkə elə sabah mən onun komandiri oldum?! Onsuz da "boyda" kim ürəklidi, ciyərlidi, onu irəli çəkirlər. Böyük komandir özü irəli çəkir, ulduz verir. Məni də həmişə tərifləyir, deyir pələngdir, zalım oğlu. Qorxu-hürkü bilmir, ölüm də yaxın gələ bilmir Səlahətə. Bə nə?! Yox, deyəcəm. Yoxsa ürəyim partdar. Gələndə də paydan-püşdən gətirərəm. Azər kimi olmasa da... hər halda, bir şey gətirrəm". Yox, komandir heç də onu "mama uşağı" kimi qarşılamadı, nə də hisslərinə biganə qalmadı. Başını bulayıb dərindən köks ötürdü, xüsusən bacısının 104 Səyyad Aran halına acıdı. "Yenə oğlan olsaydı, dərd yarıydı". Fikrə getdi, görünür, deyəcəyi sözləri ölçüb-biçir, götür-qoy edirdi, necə deyərlər, Səlahətin sosial mövqeyini araşdırırdı: yarıdacaqmı, babat geri dönəcəkmi?... - Bilirsən də, sən hərbidəsən, bura məktəb-zad deyil müəllimdən icazə alasan. Bura cəbhədir, hər an döyüş başlayar, biləndə ki, sən yoxsan, hərbi tribunal sənə fərari kimi ən ağır cəza verə bilər. Mənim də rütbəmi əlimdən alıb türməyə basarlar , - o, sınayıcı nəzərlərlə Səlahətə baxdı. - Allah qoysa, yaxşı olar, komandir, heç nə olmaz, inşaallah... - Nə bilmək olar, - komandir əlacsızcasına başını buladı, - iş ağlagəlməz yerdən də çıxa bilər... Elədir? -... Bilirəm. - Sonra da... evdən gələcəksən də, yoldaşlarına da, bizə də bir babat səbət tutarsan... Yəqin ki, səni pulsuz yola salmayacaqlar. Başını təsdiq mənasında tərpətdi. - Danışdıq? -... danışdıq.. - Qəfil proverka olsa, mən sənə icazə verməmişəm. Heç xəbərim yoxdur. Özün getmisən. Sıxma-boğma olsa, vəziyyəti mənə danışdığın kimi söyləyərsən, nəzərə alarlar, yüngül cəzalanarsan. İcazə-micazə... Belə şey ola bilməz. İxtiyarım yoxdur. Amma... mən də müsəlmanam, azərbaycanlıyam, səni başa düşürəm. Ürəyim daşdan deyil. Məni də ata əkib, ana doğub... Danışdıq? Başdaşı 105 -...danışdıq... - Sabah səhər podyomdam sonra yola düş, o biri gün heç, üçüncü gün axşam çastda ol. Geciksən, vəziyyətin ağır olacaq. Dedim haaa! Danışdıq? -... danışdıq... *** Bəhrəmtəpədən İmişliyə tərəf yol alanda sol tərəfdə Sarıxanlı döngəsində sıra ilə düzülmüş çadırları görəndə qəhərləndi. O biri rayonların ərazisindən keçəndə belə çadırları görmüşdü, amma o qədər də təsirlənməmişdi. Bəs indi niyə boğazı belə göynəyir, gözləri yaşarır? Ürəyini göynədən nədir? Yoxsa valideynləri ilə görüşəcəyindən, xüsusilə bacısı Minarənin, qardaşı Camalın müsibətindən belə kövrəlmişdi? Bəlkə xəstə atasının ağır fiziki, maddi durumu? Xanım-xatın anası Nübarın gördüyü günlərdən geri qalması?... Kəndlilərini görən kimi tanıdı: əyin-başlarından və bir az naqolaylaşan yerişlərindən. Xırda bir təpəyə qalxanda və yaxud təpədən enəndə həmin yeriş, həmin tərz idi, amma düzənlikdə bir xeyli yeriyəndə ənənəvi ritm, öz kəndlərindəki yeriş ahəngi pozulurdu, addımlar qarmaqarışıq olurdu. Uzun müddət belə hamar yerdə gəzməmişdilər axı. EIə bil hoppana-hoppana yeriyirdilər. Avtobusdan düşəndən sonra evlərinin hansı səmtdə yerləşdiyini öyrənib palçıqlı yolu ayaqlaya-ayaqlaya yürüdü. İlk gördükləri onda qəribə, anlaşılmaz, əcaib hisslər oyatdı. Yolun qırağında üstünə "Kafe Cənnət məkan" yazılmış, köhnə şpal qırıqların­ 106 Səyyad Aran dan və şiferdən düzəldilmiş balaca bir budkada kabab satırdılar. Bəhrəmtəpədən İmişliyə, İmişlidən də Bəhrəmtəpəyə gedən yük və minik maşınları "Cənnət məkan"ın - ayə, bu adı kim qoyub? - qabağında dayanır, sürücülər, yaxud sərnişinlər lavaşa bükülmüş kababları məmnuniyyətlə alırdılar. Bəziləri isə kəsilib dəmir çəngəllərdən sırayla asılmış təzə cəmdəklərdən 3-5 kilo çəkdirib yollarına davam edirdilər. Bir-iki yerdə iri samovarlar qaynayırdı, lövhələrdə kobud, iri hərflərlə "Kəklikotu çayı", "Qantəpər çayı" yazılıb asılmışdı. O, bir az da irəli yeriyəndə gördüyü mənzərədən lap heyrətləndi. Köhnə bir avtobusun içinin oturacaqlarını sökərək dükan eləmişdilər. Mişar daşlarını üst-üstə qoyub pilləkən düzəltmişdilər. Avtogenlə kəsib böyük bir pəncərə açmışdılar. Alış-veriş ordan olurdu. Piştaxtada, rəflərdə cürbəcür saqqızlar, ucuz peçenyelər, konfetlər, əl-üz sabunları, yuyucu tozlar, hər cür "şmotka"lar və s. satılırdı. Avtobus- dükanın üstündə - "Super market, Super mallar" yazılmışdı. Neçə vaxtdan bəri ilk dəfə Səlahətin dodağı qaçdı. Biri çadırların aşağısında, digəri yuxarısında olmaqla iki artezian vurulmuşdu. 100 mm-lik dəmir boruya beş ədəd 20 mm-lik rezin borular salınaraq müxtəlif məsafələrə çəkib krant düzəltmişdilər ki, həm bir elə növbə olmasın, həm də adamların yaşadıqları yerə yaxın olsun. Krantların ətrafı natəmizdi, sabunlu sudan xırda gölməçələr yaranmışdı, it-pişik, toyuq-cücə, mal-qara gəlib keçəndə o sudan içirdi. Ətrafa "Kola", "Fanta", "Sprayt", üstü ingilis, ərəb, fransız, alman dilində yazılmış plastik butulkalar, dəmir Başdaşı 107 konserv qutuları səpələnmişdi. Kəndləri belə deyildi, hər küçə, məhlə, həyət hər zaman gül kimi tərtəmiz olurdu. Bəs indi niyə belədir? Anladı. Bütün gördüyü mənzərələr heç şübhəsiz, camaatın əsəbi, gərgin, psixoloji durumu, yurdsuzluq həsrəti, başlarına gələn müsibətin, qaçqınlıq deyilən bəlanın ucbatından idi. Adamlar bu vəziyyətə nə uyğunlaşa bilirdilər, nə də dözə bilirdilər. Görünür, hirs-hikkələrini bu yolla soyudurdular. Evlərinə dönən tapdanmış torpaq yolda daha bir PAZ-670 gördü. Onun da oturacaqlarını söküb yarı hissəsini hin, yarısını it damı eləmişdilər. Avtobus deşik-deşik idi, iri aşsüzənə oxşayırdı. Yenə Səlahətin dodağı qaçdı: yayda yaxşı yelçəkəri olacaq. Köhnə lafetin altında və başında xeyli odun qalaqlanmış, üstünə boz brezent çəkilmişdi, kimsə etibarlı qış ehtiyatı görmüşdü. Həyətlər tələm-tələsik düzəldilmiş çəpərlərlə bir-birindən ayrılmışdı. İydə şivlərindən, qurumuş budaqlardan payalar basdırıb qarğıdan, qamışdan, böyürtkən kollarından divar hörmüşdülər, paslı simlərlə bərkidib mal-qaranın, it-pişiyin nagahan həyətə girməsinin, ziyanlıq etməsinin öz aləmlərində qarşısını almışdılar. Mal-qaranı torpaq qazmalarda saxlayırdılar. Evə çatıb toxtayandan sonra öyrəndi kı, krant suyu şor olduğundan çaya, xörəyə onlar da yerlilər kimi Araz suyundan istifadə edirlər: ya arabayla özləri gedib gətirir, ya da su daşıyan maşınlar gətirib, 50 qəpiyə doldururlar içi betonlanmış çəlləklərə ki, durulandan sonra istifadə etsinlər. Bir azdan öz kəndlərində içdiyi su ilə buradakı suyun fərqini Səlahət də hiss edəcəkdi. 108 Səyyad Aran Məktəb yaşlı uşaqların əynində əcnəbi sözlər yazılmış köynəklər, gödəkçələr, koftalar vardı. Bax, bu maraqlı, kənddə olmayan yenilik idi. Yeniyetmələr başqa cür görünürdülər, onların yerişində, danışığında, davranışında da nəsə bir özgə tərz duyulurdu. Onlar böyüklərdən qayğısız, bir az şən, diri, həyatsevər görünürdülər. Düşdükləri mühit onlara deyəsən, maraqlı idi. Danışıqlarında da açıq-aşkar duyulan təzə sözlər, ifadələr vardı. Kənddə nitqlərində tez-tez işlənən yamac, bulaq, qırxbuğum, kəklikotu, eniş, dərə, qaya, sonralar dillərinə düşmüş post, milis, Omon, BMP, BTR, helikopter, mina, qrad, avtomat, pulemyot, mərmi, komandir, batalyon... kəlmələri daha işlənmirdi. İndi həmin kəlmələrin yerini, çadır, fın evləri, asfalt, krant, qarğı, qamış, şpal, dəmiryol, stansiya, yulğun, şor su, Araz suyu, hünü, ditdili, qarağannığ, yulğunnuğ və s. və i.a. sözlər tutmuşdu. İlk günlər uşaqlar qaçqınlara yardım gətirən "Dünyaya baxış" və "Kare" təşkilatlarından hansının yardım bağlamasının daha keyfiyyətli və tutumlu olması ilə bağlı mübahisə edirdilər, öz bildiklərini, əslində, valideynlərindən eşitdiklərini israrla sübut etməyə çalışırdılar. Leksika əməlli-başlı təzələnmişdi. Uşaqların danışıqlarında kənddəkindən fərqli olaraq, nə qədər yeni sözlər, ifadələr vardı. Hətta ləhcələri də dəyişmişdi, yerlilər kimi danışırdılar. Onlar kimi sual ədatlarını, feilləri uzadırdılar: - Getmirsəəən? Səlahət ağlagəlməz bir mənzərəylə rastlaşmışdı... Onu birinci olaraq atası gördü. Kişi yəqin aralığa çıxırdı. Günortadan sonraydı. Yəqin həyətdə qurdalanıb, allahverəndən naharını edib, o da başqaları Başdaşı 109 kimi yola-asfalta çıxacaqdı. Bu artıq bekar adamlar üçün bir qaydaya dönmüşdü. Kim əlli tərpənib bir budkadan-zaddan qaraldıb özünə gün ağlamışdısa, işi xod gedirdi, dolanışığın yolunu tapmışdı. Qalanları da onların başına yığışıb gəlib-gedənlərə tamaşa edirdilər. Bəziləri ilə hətta salamlaşır, mehribancasına arabir zarafatlaşırdılar da. İmişlinin bütün vəzifəli və imkanlı adamlarının maşınlarını əzbərdən tanıyırdılar. Onlar tez-tez Cəbrayılın məsul şəxsləri ilə gəlib, onlara baş çəkir, ehtiyacları ilə maraqlanıb əllərindən gələn köməyi edirdilər. Beləcə həftələr, aylar ötürdü. Torpaqların alınması məsələsi isə uzanırdı. Minsk qrupu - tısbağa qrupu - (qaçqınların təzə ifadələrindən idi) yerində sayırdı. Ələşəndən-küləşəndən düzəldilmiş darvazanı Səməndər kişi itələyib həyətdən çıxmaq istəyirdi, darvaza isə dirənirdi. Səməndər kişi yenə cəhd elədi, darvaza yenə üzə durdu. Çox açılıb-örtüldüyündən tapanın simi qırılıb düşmüşdü, tapan boşalıb torpağa dirənirdi, itələyəndə yay kimi təzədən geri qanrılırdı, tapanı qaldırmaq lazım idi. Elə darvazanın üstündən qucaqlaşdılar: - Gəldin, oğul? Belimin dirəyi, qurtarıb gəldin? Səlahəti qəhər boğdu: -Nə qurtarmaq? Cəmi bir ildir qulluq edirəm. İndi dəqiq qulluq vaxtı yoxdur. Nə vaxt istəsələr, onda buraxacaqlar. Atasını başa düşdü. Ona nə qədər ehtiyacları vardı. Bunu həyətə baxanda bildi. Atası da qarşıdan gələn qışa tədarük görmüşdü. Bir az odun-oduncaq qalaqlanmışdı həyətdə, elə də çox deyildi. Bir yağış 110 Səyyad Aran yağan kimi hamısı tərg olacaqdı. Yaş odunları sobaya atıb yandırmaq cəhənnəm əzabıydı. Acı, boğucu, gözyaşardıcı tüstü onları həlak edərdi. Tüstünü dağıtmaq üçün qapı-pəncərəni açsalar, ev buza dönəcəkdi - daha yandırmağın nə mənası?! Yox, qapı-pəncərə bağlı qalsa, onda istinin xatirinə gərək boğula-boğula birtəhər dözsünlər. O da nə qədər, necə gün, daha doğrusu, neçə dəfə? Torpağa qara bir şpal qırığı basdırılmışdı, onun üstünə əlüzyuyan mıxlanmışdı, böyründən çox işləndiyi bilinən məhrəba asılmışdı, əlüzyuyanın altında çala qazılmışdı, çalanın böyründən kiçik bir arx çəpərdən yola çıxarılmışdı, yəni süni kanalizasiya düzəldib çirkli suları küçəyə axıdırdılar, elə o biri qonşular da belə etmişdilər. Evin banından həyətlərinə düşən elektirik dirəyinə paltar asmaq üçün ip çəkilmişdi. Sığınacaqların çoxunun üstündə krosna antenaları vardı. Çadırın qabağında səliqəsiz şəkildə yağışlıq düzəldilmişdi ki, ayaqqabını çıxarıb içəri keçmək rahat olsun, qar, yağış içinə dolmasın. Ələ gələn hər cür taxta, faner qırığından ayaqaltı düzəldilmişdi. Aydın məsələdi, kənddə qoyub gəldikləri evlərinə heç cür oxşamırdı. Qoltuqaltı əsayla taytıya-taytıya ona tərəf sevincək gələn Minarəni görəndə dünya başına uçdu. Allah, bu Minarədimi?.. Əhvalatı yaxşı bilə-bilə yenə gördüyünə dözə bilmədi: - Ay bacı, başına dönüm, bu nə işdi başına gəlib. Allah, məni öldür, bunu görməyim. Minarə qoltuqaltıları atıb sağ ayağı üstdə hoppana-hoppana gəlirdi. Üzü gülürdü. Qardaşı gəlmişdi! Bilirdi ki, çətinliklə icazə alıb. Bir-iki günlüyə gəlib. Başdaşı 111 Onu da ağlaşmayla keçirib qardaşını geriyə dərdli yola salmayacaqdı ki... Hər şey qardaşına qurban... Səlahət bacısına sarı qaçdı. Minarə yarıyolda müvazinətini saxlaya bilməyib üzüqoyulu yerə sərildi. Səlahət ağlaya-ağlaya Minarəni qucağına götürdü, göynəyə-göynəyə hönkürdü. Münəvvər də bir tərəfdən gəlib ona sarıldı. Camal qardaşının qoltuğunun altına girdi. Arteziandan su gətirən Nübar vedrələri yerə qoyub müssər və zəlil balalarına baxırdı. Gördüyü mənzərəyə dirigözlü yana-yana baxır, özünü güclə saxlayırdı. - Bə anam hanı? - Burdayam, dərdin ürəyimə. Xoş gəlmisən, atam-anam. Görüşdən daha çox, bu qucaqlaşmalar, bir-birinə sarılmalar sınmış, taleləri və bəxtləri qarğışlanmış insanların ah-nalə, iztirab, gizli etiraz üsyanı idi. Bais fələk, erməni - ümumi düşmən, qarğanan, nifrin tökülən, əsasən, bunlardı. Camaatı bu günə qoyanlardı. Konkret ad, hadisə, məkan, zaman söyülmürdü. Elə qucaqlaşmış halda da evə girdilər: - Keçin içəri, - Nübar dedi. Minarənin başını qucaqlayıb sinəsinə sıxmışdı. Səlahətdən tər, əsgər formasının iyi gəlirdi. Bir az da ocaq və papiros iyi. Hamısı ləzzətliydi, sonralar Minarə, elə Münəvvər və Camal da tez-tez bu qoxuları xatırlayacaqdılar. Axşamlar asfalt tərəfdən xəfif Mil küləyi əsəndə sönən ocaqların, benzinin iyini,papiros tüstülərini bəri sovuranda deyəcəkdilər: - Allah, Səlahətin qoxusu gəldi. Şükür sənə, böyük Yaradan! 112 Səyyad Aran Camal heç kimi saymayaraq uzanıb başını qoymuşdu Səlahətin dizinə, qardaşının ayaq barmaqlarını ovuşdururdu. Bir az əvvəl Səlahət ufuldamışdı: - Barmaqlarım üşüyür. - Yəqin, postda çox durmağındandır, - Səməndər kişi fəhmlə söyləmişdi. - Elədir, dədə, düz tapmısan, - Səlahət təsdiqləmişdi - elə əsas işimiz odur. Kəşfiyyat ayrıdır, boyevoy qruppalar ayrıdır, svyaz ayrıdır. Bizimki elə postdur. - Nə deyillər? Ermənistana hücum-filan gözlənilirmi?Torpaqlarımızı nə vaxt geri alajeyix? - Bir söz, ismarıc, əmr yoxdu, dədə, deyillər gözləyin, lazım gələndə əmr veriləcək. - Lazımın da öyü yıxılsın, haçan gəlir bə? - kişi göynədi. - Yuxarıdakılar bilər deyirlər, ay dədə! Bir az da ordan-burdan söhbət elədilər. Məlum oldu ki, bir vaxt kənddə yaxşı dolanan müəllimlər, briqadirlər, kolxozun bir çox rəhbər heyət üzvləri çətin günlər yaşayır, əldən iti olanlar, bacarıqlılar, alverçilər özlərini əməllicə tutublar, o biriləri abırlarına büküldüklərindən zamanayla ayaqlaşa bilməyib dalda qalıblar. - Əhmədin oğlu Xasayı tanıyırdın yəqin? - Yaxşıca. Məktəbdə oxuyanda bir dəfə əliəyriliyinin üstündə onu döymüşdüm. - İndi gücün çatmaz. İki sən boydadır. Hamıdan varlıdır. Yolun qırağındakı budkalar onunkulardır. Allahın ver günü durduğu yerdə başına pul ələnir. Kimnən dil tapdısa, heyvan alıb kəsib satır, kababxa­ Başdaşı 113 na açıb, gedib Fizulinin ətəklərindən cürbəcür ot-zad yığıb gətirir, cürbəcür çiçək adlarıyla çay satdırır, bu imişdililər də sel kimi axıb gəlillər. Səlahət başını yellədi: - Allahın işinə bax. Gör kim qabağa çıxıb. Bu haçannan belə biznesmen olub. - Demə, bala, demə... Heç olmasa sən yanımızda olsaydın... Səlahətin ürəyi əsgərlikdəkindən də betər sıxıldı. İçi dərdlə doldu. Ailəsi çox acınacaqlı durumdaydı. İşləyən, qazanc gətirən ələ əşhədü-billah ehtiyac vardı. Necə etsin? Qala bilməzdi, qaça bilməzdi, fərari kimi mühakimə olunub, azı on il iş verərdilər. Bu da ailənin dərdin altında tam çökməsi və məhvi idi. Qürbət həlak olmuşdu, Minarənin ayağını kəsmişdilər. Camal zəlil idi, üstəlik də, onun həbsi ailəsinin ürəyində son həyat şöləsini də söndürərdi, büsbütün batardılar. Bəs onda necə olsun? Axı evə pul qazanıb gətirən yox idi. Necə dolanacaqdılar? Dərddən başını qanırıb brezentə söykədi, gözlərini yumdu, fikrə getdi. Bu şəraitə sanki özü baiskarmış kimi, xəcalətindən gözlərini açıb valideynlərinə baxa bilmirdi, elə bil hər şeydə günahkar o idi. Elə beləcə də yuxuya getdi. Onun yatdığını görüb tez yerini rahladılar. Son anda yaxında ulaşan çaqqal-canavarın ulartısını eşitdi. Bir də çadırın içindən keçib gedirmiş kimi, "Kamaz"ın səsini. Harada olduğunu kəsdirə bilmədi. Şüurunun söndüyü anda yadına düşdü ki, bura onların kəndi deyil, ona görə də eşitdiyi səslər yad, anlaşılmaz idi, hər şey əcaib-qəraib görünürdü. Dərin dərələrin dibindən qıjıltıyla axan çayların səsi, 114 Səyyad Aran bulaqların şırıltısı, dağların uğultusu çoooxxx uzaqlarda qalmışdı. Görəsən, bir də o yerləri görəcəkdimi?.. *** - Bu nədi əə? Komandir sifətini turşudub Səlahətə elə ikrahla baxdı ki, guya karton qutunun içindəki həşərat idi, ürək bulandıran yır-yığıntı idi. - Elə buuu? Sözü elə uzatdı ki, hamının ürəyi üzüldü. Karton qutunun içində iki araq şüşəsiydi, düzdü, bahalı deyildi. Evdə bişirilmiş şirin kömbələr, iki soyutma çolpa, bir az konfet, bir az da mer-meyvə... Allah verəndən... Amma bunlar komandiri açmamışdı. Narazılığı açıq-aşkar duyulurdu. Deyəsən, icazə verməyınə peşman olmuşdu. Belə gözləmirmiş. - Utanım yerinə! Ə, çavuş, bunu göndər naryada. Şirin çörəklərdən bir-ikisini yanındakılara paylayıb yenə üzünü tutdu çavuşa: - Tez, tez! - Hara deyirsiniz? - Bir nömrəli posta! Əsgərlər öz aralarında həmin yerə "Kamçatka" deyirdilər. Ermənilərlə burun-burunaydı, həm də soyuq və çox uzaq idi. Həmlə etsəydilər, ordan başlayacaqdılar. İçəridəkilər hər şeyi başa düşdülər. Komandir Səlahəti cəzalandırırdı. Səssiz-səmirsiz qalxdılar. Hər kəs işinin dalınca getdi. Başdaşı 115 *** Yuxarı başda onun kimi öz postunda qaravulda dayanan erməni əsgər onu görən kimi itirdiyini tapmış uşaqtək sevindi, dişlərini ağartdı. Onun növbəsi ən çox Səlahətlə eyni günə düşürdü. - Evdə nə var, nə yox? Hamı yerindədi? - Salamatçılıqdı... - həvəsi olmasa da, qısaca cavab verdi. Başdan eləmək üçün böyük qaya parçasının böyründəki iri daşın dalında yerini bərkitdi. Erməni də sözün ardını gətirmədi. O da qayalığın dalında itdi. Belə dialoqlar çox olurdu. Qarabağlı ermənilər azərbaycanca yaxşı danışırdılar, heç ləhcələri də seçilmirdi. Ermənistandan gələnlər isə sözlərin qol-qabırğasını qıra-qıra rusca danışsalar da, ünsiyyət qurmaqda o qədər də həvəsli deyildilər. Həmişə narazı və qaşqabaqlı görünürdülər. Ehtiyatı əldən verməyərək hər iki tərəf darıxdığındanmı, vaxtın uzanmasından bezdikləri üçünmü tez-tez belə gaplar edirdilər. Yeri gələndə bəzən öcəşirdilər də. Kim daha güclüdür, kimin silahları daha çoxdur, böyük müharibə olsa, kim güc gələ bilər... Ermənilər çox diliuzunluq edirdilər. Bizimkilər də: - Ruslara güvənib belə danışırsız? - deyib sancırdılar. - Əsl kişi əlini öz şeyinin üstünə qoyub kərəzlənməlidir, daha özgəsinin yox. Erməni qaravulçu niyə Səlahətin kefinin olmadığını anlaya bilmədi. Axı evdən yenicə gəlib. Barmağı avtomatın tətiyində, fikrə getdi. O da öz ailəsini, yaxınlarını xatırlayıb pərişan oldu. Deyəsən, oxşar vəziyyətdəydilər. Heç onlar tərəfdə də durum bir elə xoş deyildi. 116 Səyyad Aran Gözləri ermənidə olsa da, astadan çalınan fiti Səlahət də eşitdi. Fit səsi təkrarlananda erməni qarovulçu dalı-dalı arxaya sürünüb görünməz oldu. Səlahət şəkləndi, bədəni istiləndi. Soyuğu-filanı bilmərrə unutdu. Hər ikisi nazik cığırın əks səmtlərində durmuşdular. Qolu zorlu bir adam əlindəki çomaqla gələni bir zərbəylə uçuruma ata bilərdi. Ya da mərmisi bol olardısa, bir pulemyotçu hücüm edənləri xeyli saxlaya bilərdi. Avtomat da pis deyildi. Patron daraqları çox olsa, qənaətlə atsa, xeyli duruş gətirə bilərdi. Səs-küy eşidib onacan bizimkilər də yetişərdilər. Görəsən, nə məsələdir? İndiyə qədər belə şey olmamışdı. Hər iki tərəf təyin olunmuş yerlərində qarovul çəkməkdəydi. - Bahooo!.. Qarovulçuyla bərabər, iki nəfər də əvvəlki yerə sürünürdülər. Deyəsən, niyyətləri Səlahətə tərəf gəlmək idi. Erməni qarovulçu yerində qaldı. O biri iki nəfər yenə irəliləməkdəydi - özü də düz Səlahətə sarı. Bu nədi?.. Onların ardınca daha iki nəfərin də üzüaşağı süründüyünü gördükdə məsələni başa düşdü... Deyəsən, hücuma keçirlər... İlk məqsədləri də onu aradan götürməkdi. Əvvəlcə düşərgələri yerləşən istiqamətə bir fişəng buraxdı. O an da avtomatlar dilləndi. Daşın böyrünə sinib deşikdən avtomatının lüləsini çıxartdı. Ermənilər bunu sezmədilər. Ətraf daş-çınqıl olduğundan həm avtomatın lüləsini, həm də azərbaycanlı əsgərin harada gizləndiyini görə bilməzdilər. Səlahətin avtomatı şaqqıldayanda erməni əsgərlər başlarını gizlədirdilər. Bir neçə güllə düşmən əsgərlərinin dəmir kaskalarını sivirib keçdi, onların ürəyinə qorxu saldı. Başdaşı 117 Atəşin səmtini tutsalar da, güllələrin məhz hardan açıldığını bilmirdilər. Böyük daş Səlahəti yaxşı qoruyurdu. Ratsiya ilə nə barədəsə xosunlaşdılar. Bir azdan iki qranatomyotçu sürünə-sürünə əvvəlki dəstə üzvlərinə yaxınlaşdı. Onların ardınca yeniləri gəlirdilər. "Ay köpəy uşağı!" Birdən havada cavab fişəngi qövs cızdı, bizimkilər idi: gördük, gəlirik! Səlahət həmin istiqamətə daha bir daraq boşaltdı. Ermənilər yenə dirəndilər. Acıqlı-acıqlı bağırışdılar. Qranatomyotçuları irəli buraxdılar. Onlardan biri kolluğun arxasından həmin iri qaya parçasını nişan aldı. Heç şübhəsiz, atəş ya o qaya parçasının arxasından, ya da böyür-başından gəlirdi. Qaya parçasını dağıtmaq lazım idi. Birinci zərbə tutmadı, arxaya düşdü. Hər yer toz-dumana büründü, düz-dünya silkələndi. O iki qranatomyotçudan hansının atəş açdığını bilmədi. Çünki sürünərkən yolüstü qarşılarına çıxan iri daş və qaya parçalarının arxasında daldalanıb özlərini Səlahətin güllələrindən qoruyurdular. İkinci zərbə iri daşın ortasından dəydi, daş parçalandı və Səlahəti xeyli geri atdı. Sonra nələr olduğunu bilmədi... Bir az sonra Azərbaycan əsgərləri artıq yetişib Səlahətin dayandığı postda mövqe tutmuşdular. İki nəfər onun heysiz bədənini döyüş meydanından çıxardı, arxadan gələnlərə təhvil verib irəli atıldılar. Hər iki tərəf dalbadal itki vermələrinə baxmayaraq mövqelərindən geri çəkilmək istəmirdilər. Əsgərlə­ 118 Səyyad Aran rimizin sərrast qumbara atəşləri düşmənləri pərənpərən saldı. Artan qüvvəmizi görüb geri çəkildilər. - Nə olur-olsun, onların postunu götürməliyik, - bölük komandiri var gücü ilə bağırdı. - Bura onlar üçün mühüm yüksəklikdi, ordan o tərəfə düzəngahlıqdı, hər yer əl içi kimi görünür, irəli, qardaşlar! Çoxdan belə fürsəti gözləyən əsgərlər irəli cumdular. Düşmən artıq tab gətirə bilmirdi. Qaçhaqaç başlamışdı. Yaralanıb arxada qalana, yıxılana baxan yox idi. Hamı öz canının hayındaydı. Bu cəhənnəmdən bacardıqca tez uzaqlaşmaq istəyirdilər. Əsgərlər toy-bayram edirdilər. Mühüm yüksəklik götürülmüşdü. Təmas xəttində xeyli irəliləyiş vardı. Qarşı tərəfdən düşmən günün hansı vədəsində gəlsəydi, dərhal görünəcəkdi. Komandir sevincindən bütün əsgərləri qucaqlayıb öpürdü. - Aslanlarım! İgidlərim! Halal olsun anadan əmdiyiniz süd. Siz ən cəsur döyüşçülərsiz. Allah Sizi qorusun! - Allah hamımızı qorusun! - kimsə əlavə elədi. - Əlbəttə, əlbəttə, - komandir təsdiqlədi. Ermənilərlə müqayisədə itki az idi; iki nəfər öldürülmüş, 8 nəfər yaralanmışdı, ağır olanları da vardı. Ermənilərdən döyüş meydanından ilk gözə dəyən dörd meyit oldu. Komandir beş nəfəri postda qoyub tapşırıqlarını verdi: - Hər şey gözünüzün qabağındadı. Sərvaxt və ürəkli olun. Bu da sizə naçnoy binokl. Axşam yeməklə bərabər, siqaret də göndərəcəm. Hələlik birtəhər ötüşdürün. Başdaşı 119 Qarovulda duranlar gecəgörən cihazı həvəslə aldılar. Silah qədər vacib idi. Həm də arxayınlıq idi. Növbə ilə keşik çəkib bütün ərazini nəzarət altında saxlaya biləcəkdilər. Meyitləri götürdülər, yaralıların da qoluna girib geri - düşərgəyə qayıtdılar. Düşərgədə onları həkimlər gözləyirdi. Bir də yaxınlıqdakı rayonun hərbi komissarlığının işçiləri. *** Səlahəti komadan ayıltmaq həm çətin oldu, həm də xeyli çəkdi. Sağalacağına ümid az idi. Bəzi hallarda üzündə, demək olar ki, həyat əlaməti olmurdu. Həkimlərə tapşırıq verilmişdi ki, nəyin bahasına olur-olsun, o, ölməməlidi. Əmr briqada komandirindən gəlmişdi. Belə cəsur əsgəri bada vermək istəmirdilər. Qeyri-bərabər döyüşdə mətanətlə vuruşmuşdu. Ermənilər həmin postu götürsəydilər, düz üç rayon hədəf altında qalacaqdı. Üç rayonun camaatı daimi zərbə və qorxu içində yaşamalı olacaqdı. Səlahətin təltif olunması gündəmə gəlmişdi. Yalnız dördüncü gün gözlərini açıb key-key ətrafına baxdı. Heç nə deyə bilmədi, deyəsən, heç kimi də tanımadı. Təzədən gözlərini yumdu. Gərgin, uzanan, darıxdırıcı gecəydi. Adyalla örtülmüş pəncərələr palataya əlavə ağırlıq gətirirdi. Həkimlər, tibb bacıları onun başının üstündən əskik olmurdular. Baş həkim hər saatdan bir gəlib özü yoxlayırdı. Ona şəxsən tapşırılmışdı. Səlahətin dodaqları çat-çat olmuşdu. Tez-tez pambığı isladıb dodaqlarına 120 Səyyad Aran sürtürdülər. Yalnız bu zaman onda həyat əlaməti görünürdü. Dodaqlarını aralayıb dili ilə damcıları yalayırdı. Baxanların ürəyi ağrıyırdı. Hamısı tibb işçisi olduğundan, vəziyyəti anlayırdılar. Səbrlə zamanı gözləyirdilər. Vaxtın isə ayağından həmişəki kimi daş asılmışdı. Yalnız gecə yarısı ayıldı. Bircə söz deyə bildi: - Su... Kimsə dəmir qumqumanın qapağını açıb ona yaxınlaşdı. Həkim əlini qaldırıb: - Nəbadə, - dedi. - Su dedikcə səhərə qədər pambığı beləcə isladıb dodaqlarına sürtün. Üzünü içəridəkilərə tutub: - Fəlakət ötüşdü, - dedi. - Möhkəm kontuziya olub. Hamı rahat nəfəs aldı. Yaşayacaq! Allahın yazığı gəldi. Buna da şükür. *** Səlahəti tərxis edib evə göndərmişdilər. Mükafatını da vermişdilər: "İgidliyə görə" medalı. Əvvəlki canı qalmamışdı. Başı, qulağı küylə doluydu. Yadında qalan zərblə yerə çırpılmağıydı. Ayaq üstə çox dura bilmirdi: ya uzanırdı, ya da otururdu. Onun gəlişini sonsuz istəklə gözləyən ailəsi - Yox ee, Allaha şükür, sağ-salamat gəldi, bəsimizdi, neynək, - ürəkdən şükür eləyib, çox xoşnud olurdular. - Gözlədikləri arzuya çatmışdılar,.. Səlahət də bir budka aça, kabab bişirib yoldan gəlib-gedənlərə sata bilərdi. "Bizim ailəyə qarğış olunub, nədi? Əlimizi Başdaşı 121 pişik yeməyib ha? ... Birindən bacarıqsız olsaq da, beşindən irəliyik. Amma... Bizi nə çox imtahana çəkirsən, pəvərdigara? Bircə bunu bilsəydim". Nübar başını qaldırıb intəhasız səmaya baxır, baxır... bir cavab almayıb daha da pərişan olurdu. Yenə təsəllini şirin xəyallara dalmaqda görərdi. "Lazım olan şeyləri evdə özümüz hazırlayarıq: əti doğrayarıq, göy-göyərtini təmizləyərik, lavaş bişirərik, İmişdililər demişkən, talaşka yığarıq manqal üçün, Camal da buyruqçuluq edər, bütün işlər yavaş-yavaş yoluna düşər. Özün bizə kömək ol, ay Allah!" Bir-birinə bənzəyən günlər heç bir iz buraxmadan ötüb keçirdi. Yalnız ayın əvvəl-axırı yadda qalırdı: qaçqınlıq pulunu alanda, nisyə dəftərindən adlarını pozduranda. Elə rahat nəfəs alırdılar ki... Guya 3-4 gündən sonra adları yenidən həmin dəftərə düşməyəcəkdi... Özlərini aldadırdılar. Doğma yurdlarına dönmək arzusu ürəklərində get-gedə öləziyirdi. Evlərini ancaq yuxularında görürdülər. Allah! Evləri, həyət-bacaları necə əlçatmaz idi. Hərdən ümidlər közərirdi. Xoş bir xəbər eşidəndə hamı dərhal bir-birinə çatdırırdı. O gün toy-bayram olurdu. Hamı dərhal plan qurur, ailə üzvləri ev-eşiklərinə qayıdarkən birinci nədən başlayacaqlarını ürəkləri ağızlarından çıxa-çıxa müzakirə edirdilər: görəsən, kəhrizlərimiz qurumayıb ki? Kəndin ortasındakı bulağın suyu gəlirmi? Məhləmizin ayağındakı bulaq dururmu? Qoşa çinarı doğrayıb aparmayıblar ki? Səməndər ailəsinin Səlahət sarıdan nigarançılığı bitmişdi. Qalırdı bircə iş məsələsi. Məlum oldu ki, yolun üstündə "bir budka qoyub" işlətmək, qa­ 122 Səyyad Aran zanmaq, müştəri yığmaq dildə asan başa gəlirmiş. Xasayın yanında uğur qazanmaq elə də perspektivli görünmürdü. Buraların ağası, əsas adamı o sayılırdı. Gələn-gələn: - Xasay müəllim haradadır? - deyə onu soruşurdular. O da - eşitdiyi "müəllim" sözündən əriyə-əriyə çıxıb şəstlə görüşər, qucaqlaşardı. Yanında işlətdikləri adamlar da xeyli təcrübə toplamışdı, hamını da tanıyırdılar. Əldən-ayaqdan çox qıvraq idilər. Onların fəaliyyətinə şərik çıxanı çox tez müflis edə bilərdilər. Səlahətgil nə vaxta müştəri yığa, rəqabətə davam gətirə bilələr... Bir də zəhrimar pul... Yox idi axı... Əsas pul tapmaq idi...İmişlinin mərkəzinə gedib bazarda, optavoylarda bir işin qulpundan yapışmaqdan başqa bir yol qalmırdı. *** Daha bir payız səhəri açılırdı. Qırmızılı-sarılı yarpaqlar düz-dünyanı bürümüşdü. Yaşıl şam ağaclarının fonunda gözoxşayan, ürəkoynadan mənzərə yaranırdı. Balam, Aranda da baxmalı yerlər olurmuş. Yazda, yayda da çöllər cürbəcür güllər, çiçəklərlə dolu olur. Ayə, heç belə bilməzdik. Maşallah! Aranın payızı dağlardakı kimi soyuq deyildi. Yandırıcı yaydan sonra bu sərinlik ləzzət eliyirdi. Səlahət böyük yola çıxan xırda təpənin üstündə çömbəlib gəlib-gedənə baxırdı. Kimi dilucu, kimi baxışları, kimi də başını tərpətməklə salam verib ötürdülər. Arada xırda əhval-pursanlıqlar da olurdu. Ağızucu "necəsən? nətərsən?" və s . Başdaşı 123 Növbəti adam keçəndə əvvəlcə onu ətir iyi vurdu. "Kimdi ə, bu farmazon?" Bir az aralanandan sonra tanıdı - yerişindən! Yekəlmişdi - yəni boyu uzanmışdı, qollarını saymazyana yelləyə-yelləyə gedirdi, barmağındakı iriqaşlı üzüyü kor da olsan görəcəkdin. Ona kəmalı-ədəblə salam verənlərə başını yüngülcə tərpədirdi. Çox ciddi tövrlə addımlayırdı, necə deyərlər, dünya ayağının altında qalırdı. Bir neçə vaxt bundan əvvəl atasının dedikləri Səlahətin yadına düşdü: indi tanımazsan! "Dağıl dünya, dağıl! Bu, Xasay deyil, əə?" Yoox! Dözə bilməzdi. Yekəxanalığını ona yedizdirməliydi. "Qurumsaq! Əsgərliyə də getməmisən. Görəsən, nə fırıldaq eləmisən. Bunun qudurğanlığına bax!" Bərkdən fit çaldı: - Ə, Əhmədin oğlu, belə qudurmusan ki, gözün ayağının altını görmür? Salamın harda qaldı? Xasay ləngər vurub dayandı. Ağır-ağır geri döndü. Səlahəti birinci dəfə görürmüş kimi, başdan-ayağa süzdü. Həmin ağırtaxta yerişi ilə ona tərəf gəldi. Boynundakı qızıl zəncir asta-asta sağa-sola əyilirdi. Paltarı bəy geyimiydi. Hirsindən qızıl dişlərini bir-birinə sürtürdü. Çox qəzəblənmişdi. Çatan kimi Səlahətin qulağının dibindən taraz bir yumruq ilişdirdi. Səlahət bunu gözləmədiyindən bir neçə metr yuvarlanıb çoxdan sönmüş ocağın küllüyünə top kimi diyirləndi. Üz-gözü hisə-pasa bələndi. Gözlərini açmağa çalışsa da heç nə görmədi. Ağzı külqarışıq zir-zibillə doldu. Dünya gözündə qaraldı. 124 Səyyad Aran Bir də onda ayıldı ki, sinəsinə, qarnına, başına ağır təpiklər yağır. Zərbələrdən qoruna bilmirdi. İstəyirdi Xasayın ayaqlarından birini tutub onu yıxsın. Bacarmırdı. Xasayın ayaqları kötük kimi ağır idi. Gücü çatmırdı. Qaravayına başını tuturdu. Bircə ona çalışırdı ki, üz-gözünə təpik dəyməsin. Xasay, dəli inək balasını ayaqlayan kimi, Səlahəti tapdalayırdı. Axırıncı yadında qalan haraya gələn camaatın səs-küyü və nəvazişlə, yaltaqlıqla onu Xasayın əlindən almaq üçün yalvarmaları idi. Xasay minnət qoyurmuş kimi: - Qurban olsun sizə! Əgər ölməyibsə, ona başa salın ki, gələn dəfə qarşıma çıxsa, onu torpaqla bir edəcəm. Səlahətin döyülməsi qaçqın düşərgəsini bir-birinə vurdu. Camaat arasında ikitirəlik yarandı. Səlahəti müdafiə edənlərlə yanaşı, qınayanlar da vardı: - Yaxşı deyil axı. Xasay da özünə görə hörmətli bir adamdı. "Qudurmusan" nə sözdü? Xeyir-şərdə hamımızın əlindən tutur. İmişlinin bütün vəzifə sahibləri ilə dostdur. Nə xahiş edirsə, o saat yerinə yetirirlər. Rayon boyda hörməti var. O boyda kişini fitlə çağırır. İtdi, ya heyvandı?.. Özüm də utanıram e, belə danışmağıma. Onsuz da Allah bizi vurub da. Tay özümüz özümüzü niyə qırırıq? Səlahətin ailəsi hadisədən sarsıldı. Səməndər axşamüstü Xasayı yaxalayıb: - Səni əlindən olasan, - dedi. - Oğlum cəbhədə kontuziya alıb, ağır yaralanıb, zəif düşüb, ona görə gücün çatdı? Bəs orta məktəbdə oxuyanda niyə belə təşərrənmirdin. Eybi yoxdu, səni Allaha tapşırıram. - A kişi, get burdan, yoxsa səni də oğlunun gününə salaram. Başınızdan böyük qələt eləməyin. Yerinizi bilin. Başdaşı 125 - Oğurluqla, quldurluqla heyvan kəsirsən, haram yolla pul qazanırsan, elə bilirsən çox uzağa gedəcəksən. Hamısı irin-qan olub burnundan gələcək. - Onda baxıb ləzzət alarsan. Amma indi əl-ayağım dəyməmiş, sürüş burdan. Xasay qızıl-qırmızı meydan oxuyurdu. Hökm, ixtiyar sahibi olduğu açıq-aşkar duyulurdu. Yanında dümələnən adamlardan heç kim ağsaqqal Səməndərin tərəfini tutmadı. Kənddəki dövran olsaydı, bir sözünə əlli adam ayaq tutardı. Amma indi Səməndər kimdi ki?... Nə hökmü var, nə vəzifəsi,... nə də pulu. Ən qarğanmış ailədir. Əməlli-başlı da sınıq düşüblər. Bir-iki nəfər başı ilə ustufca işarə elədi ki, əşi, çıx get, görmürsən qan-qan deyir... Həmyerlilərinin bu naxələfliyi Səməndəri yerdən-yerə vurdu. "Ay gidi dünya... Gör nə günə qaldıq. Xasayın bir az pulu var deyə o haqlıdır? Bəs vicdanınız? Yurdumuzu itirmişik, bəs adamlığımız? Odamı itdi?.." Dar axşamçağı Səməndər yorğun-arğın çadırlarına dönüb Nübara pıçıldadı: - Arvad, yır-yığış elə. Bakıya gedirik. Ta bundan sonra bizim burda qalmağımızın adı yoxdu. Oğlumuzu sındırdılar. Bizim Xasaygillərə gücümüz çatmayacaq. Nübar kürəyini qarğıdan-qamışdan hörülmüş, qalın palçıqla suvanmış divara söykəyib için-için ağlaya-ağlaya, ağrıdan daim sızlayan və zarıyan oğluna hər dəfə "can", "ağrın mənə gəlsin" deyə-deyə yenə dünyanı, zəmanəni, yeri-göyü yamanlayırdı. O da rüsvayçılığın, kimsəsizliyin, arxasızlığın nə olduğunu bütün vücudu ilə hiss edirdi. Ən yaxın qohum-əq­ 126 Səyyad Aran rabadan yalnız onlar ayrı düşmüşdülər. Minarənin əməliyyatı ilə bağlı Beyləqanda xeyli qalmaları onları fərqli səmtə yönəltmişdi. Nə olsun öküz boydadır. Səlahət kontuziya olmasaydı, belə zəif düşməsəydi, Xasay kimisinə can verməzdi. Dünənəcən qapazaltısı deyildimi? Vaxt vardı kənddə pulu, hörməti, vəzifəsi olan bazburutlu adamlar indi Xasayın qarşısında kəlmə kəsməyib hər sözünə: - "Bəli! Baş üstə! Doğru deyirsən, sən deyəndi!" kimi təsdiq nidalarıyla hazır dayanmışdılar. Heç kim onların ailəsini müdafiə etmirdi, "salam-kəlamlar" da azalmışdı, çoxu da salam verməmək üçün yollarını dəyişir, üz-üzə gəlməkdən yayınırdılar. Xasay bütün kəndin borc yeriydi, əli yanan onun üstünə qaçırdı. Ondan borc pul almayan yalnız Səməndərin ailəsiydi. Qızlar solub boyata qalmışdılar. Həyətdən çölə çıxmırdılar... İndi də Qürbəti arzulayıb "bu azğın köpək oğlunun cavabını vermək üçün" dirilib gəlməsini istəyirdilər... Daha burada qala bilməzdilər. Kənd camaatından çoxu, elə qohumlarının əksəriyyəti də Bakıdaydılar. O vaxtdan oraya köçmüşdülər - daha doğrusu, Bakı ətraflarına. Bakının dənizkənarı sanatoriyaları, kurort yerləri, yalnız üstü örtülüb istifadəyə verilmiş hökümət binaları qaçqınlarla dolmuşdu. Pəncərə, qapı yerlərinə palaz tutan, taxta-tuxtadan mıxlayan, öz aləmlərində "ev" düzəldib yaşayanlar çox idi. Hakimiyyət bütün bunlara göz yumurdu. Xalqı qıcıqlandırmaq istəmirdilər. Başdaşı 127 Nübar Səlahətin qırılan, əzilən yerlərinə təpitmə qoyurdu. Hər dəfə təpitmə qoyanda oğlundan betər ufuldayırdı. Qızlar da analarına kömək edirdilər. Onsuz da hər gün qardaşının ayaqlarını, baldırlarını ovuşduran Camal təsəlli verəcəyini bilmədiyindən: - Yaxşısanmı? Ağrımırsan ki? - deyə öz varlığını bildirirdi. Hamı özünü bilməməzliyə vurmuşdu. Atalarının nə dediyini eşitməsələr də, vəziyyətdən çıxış yolu tapdığını hiss etmişdilər. Elə gecədən yığışmağa başladılar. Yenə də Qürbətin başdaşı problemə çevrildi. Açıq deməsə də, hər birinin ürəyindən bir nigarançılıq, təşviş keçdi. Başdaşı bu dəfə kimi sil-küt edəcəkdi?... Heç kim o tərəfə baxmırdı... Münəvvər biganə və soyuq tövrlə nimdaş pal-paltarlarını iri şalın arasına yığırdı. Başdaşına əvvəlki qayğı, diqqət yox idi. Ağlayıb kirimişdilər. Baxıb-baxıb doymuşdular. Əvvəlki hıçqırıqlar, ağılar seyrəlmişdi, əzizləmələr laqeyd baxışlarla əvəzlənmişdi. Buna baxmayaraq, yenə də, daşı özləri ilə aparmağı lazım bildilər. Səməndər Beyləqana getdiyi sürücüylə gecənin bir aləmində görüşüb razılaşdılar. Xoruzun ilk banında yola düşməyi qərara aldılar. Sürücü cavan oğlunu da gətirmişdi. Köməkləşib əvvəlcə daşı qaldırdılar. Səlahətdən başqa hamı yükün altına girdi. Daşı möhkəm şəkildə sağ borta bağladılar. Qabağına yorğan-döşək yığdılar, onun da qabağına boğça, kətil... Razılaşdıqları vaxtda yola düşdülər. Təkəmseyrək, solğun işıqlara göz yaşları içində əlvida deyərək torpaq yoldan asfalta çıxdılar. Bir­ 128 Səyyad Aran dən-birə hamısı ağlamağa başladı. Səlahət bu köçün onunla bağlı olduğunu bildiyindən, daha çox əzab çəkirdi. Hər halda, üz-gözləri öyrəşmişdi. Onlar da hamı kimi birtəhər, amma ümidlə yaşayırdılar. Yenə də Təzə yerə uyğunlaşmalıydılar. Harda məskunlaşacaqdılar?.. Bircə Səməndər hara gedəcəklərini bilirdi. *** Soraqlaşa-soraqlaşa Binəqədinin Cantəpə deyilən səmtinə gəlib çıxdılar. Evlərin görünüşündən, quruluşundan, paltarların sərilməsindən, həmyerlilərinin tövründən, beli şallı arvadların yerişindən, yaylıq bağlamalarından, ləhcələrindən hamını tanıdılar. Əlbəttə, onları da tanıdılar. Amma nədənsə tutuldular, arvadlar doluxsundular. Nə Nübar o Nübarıydı, nə Səməndər o Səməndər... İlk mükalimələrdən başlarına gələnlərin hamıya məlum olmasını hiss etdilər. Bəd xəbər yeyin olarmış. "Başımıza gəlməyən bir işi qalmadı. Hamısı da millətin ovcunda. Bu gözükölgəliliklə necə yaşayacağıq. Bizi niyə gözündən belə iraq tutursan, ilahi?" Nübar ürəyində yenə də uca Yaradanla həsb-haldaydı. Adamlar onlarla danışarkən gözlərini qaçırırdılar. Elə bil utanırdılar, xəcalət çəkirdilər, üzr istəyirlərmiş kimi danışırdılar. Eyni ifadələri təkrar edirdilər. "Necəsiz? Nətəhərsiniz? Nə vaxt gəlmisiz? İndicəmi gəlib çıxıbsınız? Burdamı qalacaqsınız?" Başdaşı 129 Səlahətə məxsusi nəvaziş göstərir, kürəyinə döyəcləyir, heç bir xüsusi səbəb olmadan qucaqlayıb öpürdülər. Lap "bayram deyil, seyran deyil, eniştə, sən məni niyə öpdün?" məsəlindəki kimi. "Oğulsan! Qəhrəmanlığından xəbərimiz var". Canıyananlıqlarını belə bildirirdilər. Səməndər ürəyini tutub çökdü. Nübar tez yetişib ərinə söykək durdu. Beyləqanda Minarənin ayağı kəsiləndə, bir də Səlahətin Xasay tərəfindən döyüldüyünü eşidəndə kişi belə əyilmişdi. Bu, üçüncü idi... Qohumlardan birinin əldamında müvəqqəti məskunlaşdılar. Bələdiyyədən xırda bir şirinliklə, həm də minnətlə yer aldılar. Əldə-ovucda olan yatırla, qohum-əqrabanın köməyi ilə him qazdılar, beton tökdülər, hələlik gücləri buna çatdı. Yenə bir çadır tapıb içinə yığışdılar, yaxınlıqdan keçən elektirik xəttinə bir sim calayıb işiq çəkdilər, bərayı-ehtiyat, həmin dəmir sobanın da içinə turba salıb xörək bişirmək, çay qoymaq üçün qaz sobası düzəltdilər. Cantəpənin ucqarlarından taxta-tuxta qırıqları toplayıb, həyət görünməsin deyə, alababat çəpər qayırdılar. Burada həyat canlı idi, adamlar tez haya yetirdilər, bir şeyləri olmasa da: - Nə lazımdır? - deyə canıyananlıq edirdilər. - Ehtiyacımız yoxdur... - Dil-ağız edirdilər, bu məhrəm münasibətdən razı qalırdılar. Özlərini tox tuturdular. Amma ehtiyac olan o qədər şeylər vardı ki... Sayı-hesabı yox... Səməndər kişi çox çırpınırdı. Hey Allaha yalvarırdı ki, ailəsinin başını soxmağa bir dam qaraltsın, arvad-uşaq çöldən yığışsın. Ömrünün sanılı günlərinin qaldığını yaxşı bilirdi. Deyəsən, ulu Yaradan da bəndəsinə elə buna görə toxunmurdu. Çünki Səməndər 130 Səyyad Aran bütün günü burdan-ora, ordan-bura çovuyurdu. Hər yerə Camalla gedirdi, Səlahətə "Evdə bir kişi qalmalıdır, ya yox!" - deyib, onu heç yerə buyurmurdu. Səlahət də atasının sözünü çevirmirdi. İş-filan yoxuydu! Burda da bacarıqlı adamlar bir yerə toplaşıb səyyar briqada yaratmışdılar. Hər cür iş görürdülər. Bəziləri qul bazarına gedib gündəlik çörəkpulu qazanırdılar. Kiminsə çağırışına getmək üçün bəzən bir-biri ilə üz-göz olur, hətta bir-biri ilə dalaşırdılar, yaxalaşırdılar. Çörək uğrunda mübarizə dost-tanış, qohum-əqraba tanımırdı. Səlahəti belə işlərə çağırmırdılar. Pəhləvan kimi oğlan əriyib çöpə dönmüşdü. Həm də ehtiyatlanırdılar. Birdən bir şey olar, ürəyi gedər, durduğu yerdə yıxılar, peşmançılıq olar... ona görə yenə də yük Səməndərin çiyninə düşmüşdü. Hər yerə o çapırdı... Bütün bu qaçhaqaçın, dərdin-sərin içində qəfildən bir işiq yandı. Uzaq qohumlarından biri bankda işləyirdi. Səməndərə kredit verməyin mümkün ola biləcəyini andırdı. "Amma... Bilirsən də..." Səməndər kişi qohumunun sözünü ağzında qoydu. "A bala, nə desən mən razı... Bilmeerənmi? Sən təki düz-qoş, şirinliyin məndə." Elə də oldu. Tikinti sürətləndi. Evin üstü şiferlənib qurtaran kimi həyətdəki çadırı söküb döşəməsiz evə yığışdılar. Qışda yandırmaq üçün yığdıqları qalan taxta qırıqlarını bir-birinin böyrünə pərçimləyib "döşəmə" düzəltdilər. Yorğan-döşəyi üstünə yığıb rahatca yatdılar. Özlərini lap cənnətdə hiss edirdilər. Hələ soyuqlar düşməmişdi. Qapı-pəncərəsiz evlərdə "yel vurub yengələr oynayırdı". Düzdü, payız gəl­ Başdaşı 131 mişdi, sentyabrın axırıydı, amma havalar isti keçirdi. Burda da duyduqları yeni şeylər vardı. Əvvəla, havadan daim neft qoxusu gəlirdi, indi də həmkəndliləri ilə bərabər, yeni ləhcəyə uygunlaşmalıydılar. Asfalt olmadığından aralığa çıxarkən xırda daşlar ayaqlarını əzirdi. Evlər çox sıx olduğundan hətta astadan deyilən söz qonşunun qulağını deşirdi. Məcbur olub him-cimlə, dodaqlarının ucunda hap-qap edirdilər. - Əlacımız nədi, buna da öyrəşməliyik, - Nübar Camalın Bakı ləhcəsində danışığını dodağının küncündəkı təbəssümlə qarşılayırdı. Ev hansı sürətlə başa çatırdısa, Səməndər də həmin sürətlə arıqlayır, halsızlaşır, gücü tükənirdi. Böyük Yaradan kişiyə onun arzusuna uyğun möhlət verirdi deyəsən. Tez-tez Səlahətə "Daha bu evin kişisi sənsən" - deyə xitab edirdi. - Anana, bacılarına, qardaşına sahiblik elə. Mən, deyəsən, gedəriyəm. Başıma bir iş gəlsə... - "ölsəm" sözündən oğlunun xoflanacağını bilib dilini yanıltdı, çünki Səlahətin nə günə düşdüyünü, neçə yerdən sındığını görüb qovruldu- çaşma, dünyanın ən adi işdəklərindəndir, biri doğulur, biri gedir. Çoxdanın beyvəfa dünyasıdı... Bir axşam çağı övladlarının evdə olmadığını görüb Nübarı yanına çağırdı: - Arvad, əgər mən tez ölsəm, Qürbətin başdaşını mənim üstümə qoydurarsan, desələr bu nə deməkdir, denən kişinin öz vəsiyyətidir... Sən məndən əvvəl ölsən, başdaşını sənin qəbrinin üstünə qoyduracam. Hamıya da özüm cavab verəcəm. 132 Səyyad Aran Nübar yenə səksəndi. "Bu kişidən gör nə sözlər çıxır e!" Elə bil ürəyini oxudu. Əmin etmək üçün Səməndərin sözünün üstünü götürdü. - Nətəər olmalıdı ki... Bir can döyülükmü... Yoxsa, ora-bura ləlik olub, yox vaxtı təzə başdaşı düzəltdirəcəksən? Səməndər gözlərini yumub zarımışdı. Ağrıları şiddətlənmişdi. İllətini bilirdi. Bu xəstəliyin onu aparacağını anlamışdı. Səlahətin sınıq görkəmi kişini neçə yerindən çilik-çilik eləmişdi. Götürə bilmirdi. Tez ölüb bu xəcalətdən qurtulmaq istəyirdi. Onsuz da əsas arzusuna çatmışdı. Evi tikib ailəsinə təhvil vermişdi. Onları çöldə qoymamışdı. Dalınca heç kim söyməyəcəkdi. Rahat gedə bilərdi. Həyət-baca gül kimiydi. Sirikdə düşmən əlində inildəyən əziz-girami həyətləri də beləydi. İndi hiss edirdilər ki, bir vaxt əsl cənnətdə yaşayıblar, amma xəbərləri olmayıb. Evlərini xatırlayıb burada da canı-dildən çalışırdılar. Həyətin künc-bucağında gül kolları əkmişdilər, bəzilərini xırda dibçəklərdə basdırmışdılar. Su sarıdan bəxtləri gətirmişdi, qonşudan su çəkmişdilər, suyu kanalizasiyaya axıdırdılar. Ona görə də təmizlik qaydasındaydı. Alababat bir hamam da quraşdırmışdılar. Əvvəllər tez-tez çimirdilər, tarçıxlarını götürürdülər, dəyişəklərini - köhnə də olsa tez-tez yuyurdular, çünki isti su vardı. Beləbelə, problemləri yoluna düşürdü, amma hökumətdən, beynəlxalq təşkilatlardan aldıqları yardımlarla dolanmaq olmurdu, yenə də ailədən heç kim işləmirdi, əlavə qazanc olmadığından günləri yarıac-yarıtox ötürürdülər. Yenə də o qədər camaatın içində ən qarğanmış, ən bəxtsiz ailə onlar idi... Başdaşı 133 Nübarın gözləri yollardan yığışmırdı. Oğlunun meyitini görmədiyindən onun ölümünə inanmırdı. Bütün günü gözü alaqapıda, qulağı səsdə idi. Amma biçarə ananı sevindirəcək bir hadisə baş vermirdi. *** ...Səhər Nübar sanki dərindən çəkilən bir ahdan diksindi. Elə bil suda boğulan adamı dartıb çıxartdın, o da bütün gücüylə dərin bir nəfəs alıb sonra susdu. Arvad ürkək-ürkək ərinə baxdı. Yatırdı... Qalxdı. Hava işiqlaşmışdı. Balaları da lap əvvəllərdə olduğu kimi, mışıl-mışıl uyuyurdular. Bakıya gələndən hamısı bir otaqda yatırdı. Hələlik babat düzəlib "pol"u vurulan otaq bu idi. Qürbətin başdaşı divara söykənmişdi, yenə də onlarla eyni otaqdaydı. Eşikdən həmişəki səslər gəlirdi: müxtəlif avtomobillərin tormozu, it hürüşü, xoruz banı, işə tələsən yerli adamların addım səsləri... Çaydanı doldurub qazın üstünə qoydu, stəkan-nəlbəkini danqıldatdı, qapını bərkdən açıb-örtdü. Səməndər nə qədər dərin yuxuya getsə də, acığını tökməliydi: - Nooluf aaz, cin vurub səni? Niyə qoymursan xaravada savahın şirin yuxusunu alaq? Heç balaları da qımzanmırdılar. Nübar asta addımlarla ərinə yaxınlaşdı. Diqqətlə qulaq kəsildi. "Nəfəs alırmı?" Gözü sifətinə sataşdı. Bayaq gördüyü deyildi. Üzü saralmışdı... - Vay, evim yıxıldı! Səlahət!.. Sonra nələr olduğunu bilmədi... 134 Səyyad Aran Ölüm bütün hallarda gözlənilməz və məşumdur. Heç cür qəbul eləmək olmur. Aydın məsələdir ki, ağır xəstəliyə tutulmuş, üç dəfə infarkt keçirmiş, xərçəngin gözgörəti içini gəmirdiyi adamın da keçinməsi - halbuki, hamı bilir və gözləyirdi - yenə də insanı sarsıdır, inanmaq istəmirsən. Bəlkə o yolçuluq əbədidir, ona görə. Bir az bundan qabaq hələ nəfəs alırdı axı, danışırdı axı, nooldu gözlərini yumdu və əbədi sükuta qərq oldu? Belə ədalətsizlik olar? Uşaqlar oyanıb yerə yıxılmış ananı və əbədi yatmış atanı görüb əvvəlcə nə baş verdiyini anlamadılar. "Hansı?.." Qızların çığırtısına qonşular tökülüb gəldilər. Həyət adamla doldu. Hamı heyrət içindəydi. "Nooldu axı yenə bunnara?" Səlahət donub qalmışdı. Cəbhədə nə qədər ölüm-itim görmüş təcrübəli oğlan nə edəcəyini bilmirdi. Evi bir az kənarda olan Molla Elman özünü yetirib toxtaqlıq yaratdı. Tez ortalığı sakitləşdirib vacib göstərişlər verdi, hərəni lazım olan işə yolladı, üç nəfəri qəbir qazmağa göndərdi, Nübarı o biri otağa aparmalarını tapşırdı, qızlara acıqlanıb vay-şivən qoparmalarını səngitdi. Hamı onun dediklərinə əməl edirdi, həm ağsaqqallığına görə, həm mollalığına görə, həm də Səməndərin dost-doğma əmisi oğlu olduğuna görə. Dəfn-kəfn məsələsini həll edib meyiti qəbiristanlığa götürdülər. Azərbaycanın bütün ərazilərinə səpələnmiş cəbrayıllı qaçqınların Binəqədinin Cantəpə deyilən ərazisində daha bir qəbiristanlığının da əsası belə qoyuldu. Başdaşı 135 *** Səməndərin qırxına yaxın Nübar bir cümə axşamı ərinin vəsiyyətini Molla Elmana açdı. Evdə qonşular, qohumlar çox idi. Ağsaqqal diqqətlə dinləyib buyurdu: - Nübar bacı, rəhmətlik ürəyinin yanğısını soyutmaq üçün belə deyib. Şəriətnən məqbul deyil. Hər kəsin qisməti var: bu dünyada da, o dünyada da. İndiyə qədər belə iş olmayıb ki, atanın qəbrinin üstünə oğulun başdaşı qoyulsun və yaxud bir başqasının, - o dönüb otaqdakılara baxdı. Hamı başını tərpədib təsdiqlədi. - Bir halda ki, belə söhbət olub, Qürbətin başdaşını onun başdaşı ilə yanaşı qoyarıq. İnşallah, torpaqlarımız geri alınanda Səməndərin sümüklərini, Qürbətin də başdaşını aparıb dədə-baba qəbiristanlığında kəmali-ədəblə yerinə qoyarıq. İndi sən dediyin kimi edə bilmərik. Şuğluzümmə olarıq. Molla Elmanın tədbirli izahı hamını razı saldı. *** Camaat pul toplayıb Səməndərin də başdaşını düzəltdirib oğlunun neçə vaxtdan bəri Sirikdən, Cəbrayıldan, Beyləqandan, İmişlidən, Bakıdan belə onlarla yol gələn başdaşını atasıyla yanaşı eləcə torpağın üstünə qoydular. Necə vaxt onları girinc edən, göz dağı verən ağır yükdən, nəhayət ki, xilas oldular. Qohum-qonşu, kənd adamları qəbrin üstündə acı göz yaşları tökürdülər. Səməndərin ailəsinin param-parça həyatı, Minarənin qoltuq ağacları, Qürbətin nakam taleyi hamını yandırırdı. Qız-gəlinlər, ar­ 136 Səyyad Aran vadlar, hətta yekə-yekə kişilər də utanmadan hönkürüdülər. Eyni zamanda, hər adam əlini öz yarasının üstünə qoyub ağlayırdı. - Allah hamınızdan razı olsun, camaat. Əziyyətinizi halal edin! - Molla Elman qəbiristanlıqdakı mərasimi bitirdi. Əhalinin sırasına dən düşdü. Yavaş-yavaş qəbiristanlıqdan aralandılar. Nübarın, qızlarının ürəyi üzüldü. "Daha Qürbəti görməyəcəyik?" Qürbət daş şəklində onlara doğmalaşmışdı. Təsəlliləri oydu. O da, beləcə, onlardan əbədilik ayrılırdı. Bunu hiss edən Nübar səndirlədi. Analarının əhvalını bu çətin günlərdə yaxşı öyrənən qızları onunla yanaşı gedirdilər. Səlahət də arxalarınca gəlirdi. Nübar yıxılsaydı, Minarə bir yana, heç Münəvvər də kömək edə bilməyəcəkdi. Onların özlərinə dayaq duran lazım idi. Səlahət anasının qoluna girdi. Arvad son gücünü toplayıb oğluna ürək-dirək verdi: - Qorxma, dərdin alım, qorxma, yaxşıyam. Adamlar astadan danışa-danışa qəbiristanlıqdan aralanırdılar. Qələbəlik idi, eşidən hamı gəlmişdi. Amma bu qələbəlikdə Minarənin qoltuq ağaclarının səsi daş kimi insanların başına dəyirdi. Nə qədər özlərini eşitməzliyə vursalar da, qızın müdhiş vəziyyəti hamını göynədirdi. Qəribədir ki, hamıdan çox o, sakit və təmkinli görünürdü. Müdrik ağbirçək təsiri bağışlayırdı. Ağappaq ağarmış saçları bu təəssüratı daha da təsdiqləyirdi. Tanıyanlar cavan qızın bu halını görüb çox pəjmurdə olurdular. Qəmin, kədərin, müsibətin insanı nə kökə saldığına baxıb, özlərinə şükür Başdaşı 137 edirdilər. Halbuki, özləri də bir elə fərli gündə deyildilər. Hamı nisgilli idi, hamının ailəsində sınıqlıq vardı. Amma ta Səməndərin ailəsindəki kimi yox... - Getdin, bacı?.. Minarənin növbəti addımı atmağa gücü çatmadı. Qoltuq ağacları sanki yerə girdi, nə qədər dartdısa, çıxarda bilmədi. Dönüb adamlara baxdı. Adamlar heç nə olmamış kimi, yeriyirdilər. Hamı üzərinə düşən vəzifəni yerinə yetirmişdi: bir müsəlman kimi müsəlmanın dəfnində iştirak edib, borclarını yerinə yetirib evlərinə qayıdırdılar. Doğrudanmı heç kim eşitmədi? Qürbətin gülümsər sifətindən indi məhzunluq yağırdı. Boyunubükük görünürdü. Çox qəmliydi. Ürəyi ağzından çıxan Minarə daha çox adamlara acıqlandı. Yəni hamı kar oldu? Ola bilməz axı eşitməsinlər... Adamlar sakit, özlərinə xas yerişləriylə, astadan danışa-danışa qəbiristanlıqdan uzaqlaşırdılar. Heç kim nagahan səsə dönməmişdi. Deməli, heç nə də eşitməmişdilər. Minarə bir də boylanıb son dəfə Qürbətin başdaşına baxdı, gülümsədi və astadan dedi: - Tezliklə görüşənədək, qardaş! Minarənin üzündə sanki qəfil işiq yanıb-söndü. Qız Qürbətin ona hədiyyə alıb gətirdiyi günlərdəki kimi gülümsəyirdi. Münəvvərin canında elə bil ilan gəzdi. Bacısını yaxşı tanıyan Münəvvər əsim-əsim əsdi. "Allah, sən saxla! Görəsən ağlına nə gəldi?.." Həyətdə çay süfrəsi açmışdılar. Qonşulardan kimsə bir teşt halva çalmışdı. Süfrədə xırda-xırda 138 Səyyad Aran doğranmış limon da vardı. Molla Elman həyətdə fatihə verib üzünü tutdu camaata. - Birisi gün qırxdır. Bilməyənlərə də deyin!... *** Hamının başı Səməndərin qırxına qarışmışdı. Ehsan hazırlığı görülürdü. Molla Elman başda oturub salavat çevirir, fatihə verir, dünyanın faniliyindən danışır, adamları xeyirxahlığa, yaxşılıq etməyə, əl tutmağa, çətin gündə çaşmamağa, səbirli olmağa, Allahdan ümidlərini üzməməyə çağıran moizələr söyləyirdi. Həyətdə hərə öz işi ilə məşğul idi. Minarə bir ləyən göyərtini götürüb: - Mən bunnarı aparıb hamamın qabağındakı krantda yuyum, təmizləyim, gətirim, - dedi. Heç kim fikir vermədi. O da bir işin qulpundan yapışmalıydı dəə... Qoltuq ağacları inildiyə-inildiyə son dəfə səsləndi... Krantı açıb ləyəni altına tutdu, suyu şırıldatdı. Dönüb arxaya baxdı. Heç kim ona tərəf baxmırdı. Hamama girib qapını arxadan bağladı. Axşamdan hazırladığı ipi ağzı üstə çevirdiyi kasanın altından çıxardıb boğazına keçirdi. Xırda kətili ayaqlarının altına qoyub özünü tarazladı. Dünən gecə yazdığı kağızı ayaqlarının altına atdı. Qoltuq ğaclarını ehmalca divara söykədi. Sağ ayağı ilə kətili itələdi... Pendiri doğrayıb səliqəylə xırda nimçələrə yığmışdılar. İndi göyərtiləri yanına qoyub, stollara düz­ Başdaşı 139 məliydilər, camaatın gəlməyinə lap az qalmışdı. Kimsə səbirsizlik etdi. - Harda qaldı göyərtilər? - Minarə hamamın qabağındakı krantda yumağa apardı. - Harda qaldı bə? Ötəri, astadan deyilmiş sözü Münəvvər göydə tutdu. - Minarə!.. Minarə!!.. - deyərək qışqıra-qışqra hamama cumdu. Qapını aça bilmədi. - Qapını sındırın! Hamıdan əvvəl Səlahət yetişdi. Özünü qapıya çırpdı. Elə bil Minarə heç kimi qorxutmamaq üçün son anda gülümsəmişdi. Ona görə də adamlar çaş-baş qaldılar. "Bu qız nəyə belə gülür?.." Sağ ayağı saat kəfkiri kimi yellənirdi... Kağızda yazmışdı: "Məni qınamayın. Hər şeyi ölçüb-biçib özüm belə qərar verdim. Əslində, mən də Qürbətlə eyni gündə basdırılmalıydım. Bilirsiz ki, onsuz həyat mənə çox mənasız idi. Hələ artıq yaşadım. Sizə yük olmaq istəmədim. Halal eləyin. Hamıya halallıq verirəm. Ağlamayın. Belə yaşaya bilməzdim. Bağışlayın. Onsuz da ölü kimi bir şey idim". ...Atasının, qardaşının yanındaca dəfn elədilər. *** 93-cü ilin iyun ayının əvvəlləriydi... Ölkənin hər yerindən qaçqınlar axışıb paytaxta gəlirdilər. Müharibə bölgələrinə yaxın olan yerlərdən dövlətli ailələr çoxdan evlərini bütünlüklə Bakıya daşımışdılar. Bu da orta və kasıb təbəqədə həm ümidsiz­ 140 Səyyad Aran lik, həm də vahimə yaratmışdı. Ona görə onlar da bir ayaqlarını qaçaraq qoymuşdular. Qaçqınların əlindən Bakı aşıb-daşırdı. Şəhərin küçələri əsəbi, acıqlı, davakar insanlarla dolmuşdu. Hamısı söyürdü - hakimiyyəti, dövləti, rəhbər şəxsləri, başlarına bu oyunları açanları, belə bütün qabaqlarından keçənləri, ötənləri. Birtəhər yaşamaq, sər-sahman olmaq, örtülü bir yerdə daldalanmaq üçün, başlarının üstündə bir tavan olsun deyə, məktəblər, pansionatlar, klublar, sanatoriyalar, mədəniyyət evləri, tikintisi başa çatmamış binaların suvaqsız, qapısız, pəncərəsiz otaqları zəbt olunmuşdu. Mənzilin, klubun, pansionatın yiyəsi, sahibi, müdiri gəlib desəydi ki, bura mənimdi, nə ixtiyarla içəri soxulmusunuz, çıxın bayıra, buranı boşaldın - yəqin ki, onun leşini qoyardılar. Bakı nəhəng qazan kimi qaynayırdı. Bu qazanda hər şey varıydı, bir-birinə qarışıb qaynayırdı. Kiməsə təsəlli vermək, xoş söz demək mümkün deyildi. Heç kim qəbul etmirdi. Xoş söz də söyüş, təhqir kimi qarşılanırdı. Canıyananlıqla söylənilən "yazıqlar ev-eşiklərindən, illərlə yığdıqları var-dövlətlərindən oldular" sözlərinin qarşılığında qaçqınlar: - Yazıq sizsiniz, noolub bizə, vuruşub, döyüşüb çıxmışıq. Qeyrətiniz olsaydı, köməyə gəlib düşməni geri oturtdurardıq, biz evimizi itirmişik, sizsə vətəninizin vacib bir hissəsini, - deyib cavab qaytarırdılar. - Dağ və Aran Qarabağı. Görün kimin günü ağlamalıdır? Kim yazıqdır? Bakı heç vaxt götürmədiyi mənəvi və psixoloji yükün altina girmişdi. Şəhərin əhalisi birdən-birə xeyli artmışdı. Yükün ağırlığından Bakı Antey kimi dizə­ Başdaşı 141 cən torpağa girmişdi. İnsanlar təkcə fiziki çəkiləri ilə deyil, içlərində olan hikkələri, qəzəbləri, nifrətləri, acıqlarıilə də ağır idilər, yüklü idilər, dəstə halında hər hansı bir idarəyə girəndə bina silkələnirdi. Onların suallarına cavab vermək olmurdu. Onlara təskinlik verirdilər, səbr etməyə çağırırdılar, amma sərt sözlərlə, söyüşlə, təhqirlə qarşılaşırdılar. Məmurlar yola verirdilər. Qaçqınların dərd-sərləri ilə yükləndiklərindən, onlar da ağırlaşırdılar, yüklənirdilər. Bu yükə heç kim davam gətirə bilmirdi. Küçələr, meydanlar, həyətlər birdən-birə artan, çoxalan camaat əlindən çalxalanırdı. Ən böyük qazan Azadlıq meydanında qaynayırdı. Axşamlar boz, bulanıq, dumanlı hava nəhəng qapaq kimi Bakının başından basırdı: təkcə şəhərin yox, elə adamların da. Şəhər yükün altında təntiyirdi, tövşüyürdü, tıncıxırdı. Əhali də həmin vəziyyətdəydi... Çünki çıxış yolu yoxuydu, görünmürdü. Amma şəhər, hələ ki, dözürdü, duruş gətirirdi. Elə adamlar da... Xalq öz Xilaskarını axtarırdı... 2013-2019 Bakı 142 Səyyad Aran BAŞDAŞI roman Başdaşı 143 "Elm və təhsil" nəşriyyatının direktoru: Professor Nadir MƏMMƏDLİ Dizayner: Kamran İbrahimov Texniki redaktor: Yadigar Mirbağırzadə Çapa imzalanmış 12.03.2020 Şərti çap vərəqi 9 Sifariş № 68 Kağız formatı 84х108 1/16. Tiraj 500 . 144 SəyyaBaşdaşı 1 SƏYYAD ARAN BAŞDAŞI roman "Elm və təhsil" Bakı -2020 2 Səyyad Aran Redaktor: Nadir Məmmədli Filologiya elmləri doktoru, professor Səyyad Aran. Başdaşı (roman) Bakı, "Elm və təhsil", 2020, 144 səh. Səyyad Aran həm böyük yazıçı, həm də böyük insandır. O, çağdaş Azərbaycan nəsrində müharibə mövzusuna yaradıcılığında ən çox yer verən müəlliflərdən biridir. "Başdaşı" əsərində Qarabağ müharibəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr, ön cəbhə, arxa cəbhə, əsir düşmüş torpaqlarımızın, insanlarımızın taleyi, bütün bunların cəmiyyətin həyatına təsiri, vurduğu yaralar və digər məsələlər geniş və hərtərəfli bədii ifadəsini tapıb. Romanın maraq doğuran cəhətlərindən biri də müəllifin bədii təxəyyülünün gücünə söykənərək canlı müşahidəsi, fakt və sənədlər əsasında müharibənin epik mənzərəsini yaratması, təsvir olunan hadisələr, yaratdığı obrazlarla baş verən əhvalatların mahiyyətini, Azərbaycan xalqının sürükləndiyi müharibə faciəsini bütün reallığı ilə canlandıra bilməsidir.   ISBN 978-9952-8384-3-5 M 4702010000 Qrifli nəşr N-98-2020 © Səyyad Aran, 2020 Başdaşı 3 Zakir Fərrux oğlu Abbasovun əziz xatirəsinə ... obaşdanın alatoranında darvazanın ağzındakı kölgə bir neçə yerindən titrədi. Səməndər üşənən kimi oldu. Yooxx, qorxmadı, öz eli-obası, hər qarışına bələd olduğu həyəti-bacası... Kəndçilərindən kiminsə namərdliyi heç ağlından keçməzdi. Düzdü, son vaxtlar dünya yaman qarışıb, həmişə arın-arxayın gəzdikləri yaylaqlarda, yamaclarda, dərələrdə, otlaqlarda daha əminliklə dolanmaq mümkün deyildi. İndi oralarda daha çox silahlı mülki adamlar, əsgərlər daha çox dolaşırdılar. Özümüzünkülərin sözü bu olurdu ki, ağsaqqal, işin-gücün yoxduur, buralarda nə itin azıb? Görmürsən erməni kəndi bir-iki kilometrlikdədir? Böyüklər bir yana, uşaqları da silahlıdır. Bir də gördün ya qəsdən, ya da əl öyrəncəyi atılan gülləyə tuş gəldin. Yaşamaqdan bezmisən?... Yaxınlıqlarındakı erməni kəndi xeyli vaxtdır dincliklərini əllərindən alıb. Allahın işinə bax e, həmişə öz kəndlərindən də azad, asudə vaxt keçirdikləri, alver etdikləri, yeyib-içdikləri kirvələri indi adam başı kəsən olublar. "Nətəər dəyişdi ə, bunnar". Dünən gecə yatmamışdan qabaq həmişəki kimi darvazanı içəridən bağlamış, pəyənin də qapısını bərkitmişdi. Bu kənddə nə vaxtsa oğurluq olduğunu xatırlamırdı. Qapı-bacanı, gecə düşəndə bərayi-ehtiyat darvazanı bağlamaq adət idi, vərdiş idi. Hamı belə 4 Səyyad Aran edirdi. Səməndərin də hərəkəti köhnə bazara təzə nırx qoymaq deyildi. Ehtiyatlı igidin anası ağlamaz. Burda nə var ki... Kənar adamın içəri girməsi mümkün olan iş deyildi. Bəs onda bu kim ola? Oğurluğa gəlmişdisə, nə əcəb vaxtında çıxıb getməyib? İçəridən darvazanın rəzəsini açıb qaçmağa nə vardı ki. Hamı bilir ki, bütün darvazaların içəridən ya taxta, ya da dəmir rəzəsi olur. Yoxsa adam ləngiyib qara niyyətinə çatmayıb?! Yoxsa Səməndəri qəfil görüb təntiyib, darvazanı aça bilməyib, donub qalıb yerində... Qeyri-ixtiyarı əlini belinə atdı. Tapançası yoxuydu, amma babat qəməltisi varıydı. Son vaxtlar ara qarışandan üstündə gəzdirirdi. Vərə-vürddə ikən kölgə iki addım irəli yeridi. - Mən də gedirəm, dədə! Səsi eşidəndə toxtadı, əlini yanına saldı və təəccüblənmədi; Minarəydi - qızı. Demə, atasının Gəncəyə - əsgərlik yoldaşı Usta Ağabalanın yanına gedəcəyini öyrənibmiş. Yəqin dünən axşam o, atası-anasıyla xosunlaşanda qulağı çalıbmış. İndiki uşaqlardan sirr saxlamaq olmur ki... Fikrini, məqsədini havadan oxuyurlar. Rəhmətlik Nəsibə Zeynalova demişkən, "dodaqlarının dərbəşməsindən" bilirlər ki, nədən danışırsan. Minarə yatmamışdan qabaq niyyətini anasına bildirmişdi. Qərara almışdı ki, o da atası ilə birlikdə getsin. - Qürbətin başdaşı gərək özünə layiq olsun. Bəlkə ona nakam qardaşımın sevdiyi qız da baxacaq?! Başdaşı 5 Anası hönkürmüşdü. Qəhərləndiyindən Minarə də sözünün ardını gətirə bilməmişdi. Bilirdi ki, bir fikir ki Minarənin başına girdi, onu ordan çıxarmaq qeyri-mümkündü. Özü də Qürbətlə bağlı. Yorğanı qaldırıb yerinə girmişdi. Minarə bunu razılıq əlaməti kimi qəbul etmişdi. Hər ehtimala qarşı Səməndər soruşdu: - Anan bilir? - ... bilir. *** Başdaşıları yonulan sexdə qələbəlikdi. Hamısı da şəhid olmuş övladına məzarüstü abidə sifarişini verənlərdi. Usta Ağabala Səməndərlə qucaqlaşdı, xeyli bir-birinə sarılı qaldılar. Onun da oğlu Şuşada həlak olmuşdu. Özü öz əli ilə oğlunun heykəlini yonmuşdu. Tanıyanlar deyirdilər ki, "Başdaşı deyil ee, canlı adamdır". ...Oğlunun əsgərlik vaxtına bir neçə ay qalsa da, Ağabala onu fikrindən döndərə bilməmişdi. Mikayıl orta məktəbi yenicə bitirmişdi. Ailəsi təkid etsə də, Gəncədəki universitetlərdən heç birinə sənəd verməmişdi. "İndi ali təhsil vaxtı deyil. Ermənilər Göygölün üstündədi.. Kim zəmanət verə bilər ki, onlar sabah Gəncəyə soxulmayacaqlar? Belə olarsa, ata, oxumaq vacibdir, yoxsa silah götürüb şəhərimizi, babalarımızın qəbrini qorumaq?.." Ata baxa-baxa qalmışdı. "Bu uşaqlar nə tez böyüdülər, ağıllandılar". Oğlunun sözləri çox məntiqli idi. Doğrudan da, Vətən olmayandan sonra nə təhsil, nə universitet. 6 Səyyad Aran Mikayıl sinif yoldaşları ilə hərbi komissarlığa yollanıb əsgərliyə getmək istədiklərini bildirmişdilər. Bəzilərinin, o cümlədən Mikayılın da yaşının hələ düşmədiyini dedilər, amma gənclərin israrlı təkidindən sonra onların ərizələrini qəbul edib - Gəncə yaxınlığındakı hərbi hissələrdən birinə göndərmişdilər. İki aylıq təlim-məşq toplanışından sonra ilk döyüşə girmişdilər. Təcrübəsizlikdənmi, özlərini göstərmək ehtirasındanmı, ürəklərindəki Vətən yanğısındanmı çox irəli atılmışdılar. Sinif yoldaşı Samirin çox irəli çıxıb düşmənin atəş selinə düşməsini görüb ona köməyə tələsmişdi. Təhlükəsizlik qaydalarını pozub ayaq üstə qaçmışdı. O an da snayper gülləsi başından dəymişdi... Ondan sonra da Samiri vurmuşdular. Hər ikisi əlləri bir-birinə uzalı şəkildə canlarını tapşırmışdılar. ...Sonralar döyüş yoldaşlarından kiminsə dilindən qaçmışdı ki, Mikayıl Samirin bacısını istəyirmiş... Bu əhvalatı Minarə də eşitmişdi. İstəyirdi ki, qardaşının da başdaşı Mikayılın başdaşı kimi olsun. Qorxurdu ki, atası fikrini çatdıra bilməz, başdaşı da layiqincə hazırlanmaz. Qərara gəlmişdi ki, fikrini ustaya özü çatdırsın. Əmisi deyilmi? O qədər evlərinə gəlib-gedib ki... Minarənin sexə girməsi ustanı karıxdırdı. Hamı ona baxırdı. Görünür, məqbul hal deyildi. Qız uşağının burda nə işi? Bunu Minarə də hiss etdi. Geri qayıtsa, üzrü günahından betər olardı. Usta Minarəni də qucaqladı, balası kimi bağrına basdı. Gözləri nəmləndi. Onun başını köksünə sıxıb saçlarından öpdü. Təxmini də olsa, onun atasıyla bura - bu qədər kişinin arasına niyə gəldiyini bildi. Ənənə­ Başdaşı 7 vi əhval-pursanlıq etdi. Səlahəti, Münəvvəri, Camalı xəbər aldı, anasının bu köntöy kişiylə necə yola getdiyini soruşdu, "Nübardı bu yonulmamışla dolanan, yoxsa bir köpək qızı Səməndərlə bir saat da bir dam altında yaşamaz". Gərginliyi azaltmaq, ürəyindəkini demək üçün Minarəyə sərbəstlik verirdi. Onun bu qədər kişinin arasına əbəs yerə gəlmədiyini, əlbəttə, anlamışdı. Zarafat etdiyini hər üçü bilirdi. Hamısının dodağı qaçdı. Əhval-ruhiyyəni tarazlamaq üçün bundan uyğun sözlər ola bilməzdi. "Utanma, sözünü de". Yaranan şəraitdən cəsarətlənən Minarə mətləbə keçdi: - Ağabala əmi, səni and verirəm Allaha, elə et ki, Qürbətin də başdaşı... - oğlununku kimi çıxsın... - son anda dilinin ucundan qaytardı - isbatlı çıxsın, belə... baxanda hamı canlı Qürbəti görsün... Qranatomyot şəkli də olsun... Bir də, açıq məktub... "Sevgilim Sevda" sözləri aydın oxunsun. Onun məktubunu da gətirmişəm ki, xəttini oxşada biləsiz... Usta Minarəni yenidən qucaqladı, qəhərləndi. - Arxayın ol, qızım, dediyin kimi də olacaq. Kənardan baxanlar, başqa cür düşünənlər, həm atanı - daha çox atanı! -, həm də qızı qınayanlar ortada mübhəm və məhrəm münasibətin, səbəbin olduğunu anlayanlar artıq - əskik düşüncələrinə görə Allahdan əfv dilədilər. Hərə üzünü bir tərəfə tutub ortadan yayındılar. Elə həmin gün də geri qayıtdılar. Evlərinə gün batandan xeylaq sonra çatdılar. 8 Səyyad Aran *** Dərddaşı Müseyib də Gəncədə oğlunun başdaşını sifariş vermişdi, elə həmin sexdə, amma başqa ustaya. Dünən kəndin örüş yolunda heyvanlarını naxıra qatan Səməndərlə üz-üzə gələndə yerə baxa-baxa - Gəncəyə gedirəm, başdaşılarını gətirməyə, - astadan dillənmişdi, - dedim ta sənə niyə əziyyət verim... Xırda gədəni də özümnən aparram, bir iş-miş olsa, əlimdən tutar. İnşaallah, axşama qayıdarıq. - Sənə zəhmət olacaq... - Səməndər dil-ağız eləmişdi. Qəhərlənməsini həmkəndlisi görməsin deyə, Müseyib əlini yelləyib aralanmışdı. "Bizə olan oldu. Ta bundan sonra nə zəhmət, nə əziyyət!" Hələ dünyanın, necə deyərlər, düz vaxtıydı. Həyat gündəlik axarıyla axıb gedirdi. Böyük bir el hələ yurdundan perik düşməmişdi. *** İlıq, mülayim axşam ilahi bir yumşaqlıqla kəndin üstünə yayılırdı. Əzələləri gərilmiş, bütün günü aşağı-yuxarı yortmuş, ovucları daşdan da betər bərkimiş, həyətlərindəki bulaqların şırıltısı altında salavatlanmış, "bu günü də belə ötürdük, gələn günlərinə şükür, ilahi!" duasıyla ulu yaradana minnətdarlıq edən adamlar axşamın düşməsini gözləyirdilər. Günün yorğunluğu bir azdan mütəkkəyə söykənib, samovarın böyründə dirsəklənəndə, qazanların qapağı açılanda adama qurd iştahası gətirən xörəklərin ətriylə ilim-ilim itəcəkdi. Olannan-keçənnən, kim harda, Başdaşı 9 kimdən nə eşidibsə - hərə bildiyindən, eşitdiyindən süfrə başında danışıb bir-birini məlumatlandıracaqdılar. Əvvəllər söz-söhbətlər hamıya məlum olan kənd iş-gücündən, ot-ələf qayğılarından, kimin oğlunun kimin qızının dərdindən alışıb yandığından və s. belə məişət qeybətlərindən olardı. Ən çox da kənd cavanlarının Bakıda, Gəncədə, Rusiyada necə oxumalarından, həmin şəhərlərdən valideynlərinə, bacı-qardaşlarına neçə pasılka göndərmələrindən, pasılkada nələr olduğundan... Son vaxtlar sanki həmin mövzulara yerli-dibli qadağa qoyulmuşdu. Heç o barədə hap-gaplar olmurdu. Günün mövzuları tamam dəyişmişdi. İndi daha çox könüllü batalyonlarından, Azərbaycan ordusundan, tez-tez dəyişən Azərbaycan iqtidarından, böyür-başlarındakı sovet ordusunun hansı millətə açıq-aşkar görüm-baxım eləməsindən, hansı kənddə könüllülərin neçə nəfər olmasından danışırdılar. Bir dəfə kimsə dedi ki, xəbəriniz var, deyirlər Soltanlılar tank alıblar Şerbakdan... Neçəsi içini elə çəkdi ki, o birilərinin içalatı göyüm-göyüm sızladı. - Nə?!. - Tank alıblar?! - Bəxtəvər başlarına! Biri tank sözünü elə tələffüz eləmişdi ki, gözlərindən gildir-gildir yaş axmışdı. O biri: - Tank ee! - ağzını elə marçıldatmışdı ki, guya ovurdları mürəbbə ilə dolmuşdu. Qonşuluqdakı erməni kəndləri silah-sursatla əməlli-başlı yaraqlanmışdılar. Azərbaycanlılardan fərqli olaraq, ermənilər sovet ordusunun hərbi his­ 10 Səyyad Aran sələrinə öz evləri kimi sərbəst girib-çıxır, bir şüşə cecə arağına, bir balon çaxıra avtomat, xeyli qumbara, yeşik-yeşik güllə, mərmi alırdılar. Erməni qızlarının köməyi ilə tanklarda "katatsa" eləyir, sürməyi öyrənirdilər. Azərbaycan ordusunun, könüllü batalyonların postlarına qədər gəlib mühüm məlumatlar toplayırdılar. Sonra həmin məlumatlardan istifadə edib qəfil qısamüddətli hücumlar edir, təxribatlar törədir, dövlət əhəmiyyətli binaları və fermaları, kiçik elektrik stansiyalarını, kənddən aralıda yerləşən dəyirmanları, yem bazalarını dağıdır, örüş yerlərini, gölləri zəhərləyirdilər. Əllərindən gələn bütün pislikləri edirdilər ki, azərbaycanlıları bezdirib dədə-baba yurdlarından didərgin salsınlar. Hava bir az da qaralmışdı. İndi televizorun ekranı güzgü kimi göstərirdi. Təsvirlər bayaqki kimi boz-bulanıq deyildi. Yenə də sərin meh sel kimi kəndin içindən axıb keçdi. Uşaqlar bir yana, yekə-yekə kişilər ağızlarını açıb havanı su kimi ciyərlərinə çəkdilər, elə bil içlərini yuyurdular: rahatlandılar, paka çıxdılar, əllər göyə qalxdı, dua pıçıldayan dodaqlar ehtiyatla, yalvarışla açılıb yumuldu. "İlahi, bu gözəlliyi, bu rahatlığı bizə çöx görmə. Bizi elimizdən, evimizdən, yurdumuzdan didərgin salma. Düşmənlərimizi xar elə, əsgərlərimizə güc ver, rəhbərlərimizin başına ağıl qoy. Bir olsunlar, "mənəm-mənəm" deməsinlər, o mirətə qalmış qreslo uğrunda bir-birinə badalaq atıb millətimizi o biri millətlər yanında xar eləməsinlər". Hətta ayrı-ayrı Xalq Cəbhəsi liderlərinin adlarını çəkib onların arasında sülh və mehribançılıq olmasını uca yaradandan arzulayanlar da vardı. Başdaşı 11 Xalq baş verən hadisələrin çoxunun mahiyyətini düz-əməlli çözə bilmirdi. Dünyanın başına daş düşdüyünü, zəmanənin bəd gətirdiyini, ağsaqqal-qarasaqqal yerinin çaş-baş olduğunu görürdü. Amma ta bu qədər də yox daa... Xüsusən Bakıdakı hakimiyyət dəyişikliklərini, vəzifə uğrunda davaları heç cür anlamırdılar. "Görün indi qreslo davası vaxtıdı? A rəhmətliyin uşağı, hələ torpaqlarımızı ermənılərdən alın, ondan sonra o qreslolar, o vəzifələr, o da sizlər. Biz ki vəzifə istəmirik, sizə mane olmuruq, yerinizi tutmuruq. Ölən də bizdəndir, qırılan, şil-şikəst olan da. İndiyənəcən birinizin burnu da qanamayıb. Nə olub, bizə olub. Əşşi, bir ağlınızı başınıza yığın daa! Sözünüz bir-birinizin boğazından ötsün dəə". Camaat beləcə nigaran, gərgin, əsəbi vəziyyətdə günlərini keçirməkdə davam edirdi. Sabaha ümid gündən-günə azalırdı, hardasa kül altında qalan közün son işartıları kimi közərirdi, alovlanıb ocaq olacağına inam çox az idi. Ona görə də hamının hər şeydən əli soyumuşdu. Sanki müvəqqəti yaşayırdılar, elə bil öz kəndlərində kirayənişin idilər. Dağlardan həmin sərin meh hələ də sel kimi axmağındaydı, hələ ki, qrad, top mərmiləri, avtomat güllələri yağmırdı. Bu səssizlikdə və sakitlikdə nabələd adamın ağlına belə gəlməzdi ki, bura sərhəd kəndidir, yağı da ikicə kilometrlikdə. Bu gözəlliyə, çəmənlərdə otlayan qoyun sürülərinə, axşam yiyələrinə bol süd aparmaq üçün iştahla, arın-arxayn otlayan naxıra, sədaqətlə sahiblərinin həyətini, mal-mülkünü qoruyan ala, boz çoban itlərinə, dağların qoy­ 12 Səyyad Aran nunda sakitcə uyuyan, Allahdan başqa heç kimə borcu və hesabı olmayan bu kəndə və onun camaatına qıymaq dünyanın ən böyük günahı olardı. *** Sahibi kimi bütün günü yollarda ləlik olduğundan və uzun yol gedib gəldiyindən əldən düşmüş QAZ-53 zarıya-zarıya Səməndərin darvazasının ağzında dayandı. Müseyib Gəncədən qayıtmışdı! Maşından düşüb öz evi kimi darvazanı taybatay açdı, ayaqqabısının burnu ilə xırda çarpanaq daşları darvaza taylarının qabağına itələdi ki, qəfil açılıb bir işini iki eləməsin. Maşını həyətə saldı və ona yaxınlaşan uzun kölgəyə gözaltı baxa-baxa soruşdu. - Hara düşürüm? - Söykə köndələn evin artırmasına. Ata, oğul və sürücü köməkləşib başdaşını endirmək istəyəndə onların gücəndiyini görüb Səməndər də yaxın gəldi. - Ə, nə ağırmış? Kuzova necə qaldırmısız? - Sexdə əl yetirdilər. - Allah köməkləri olsun. Qapıdan çıxanda Müseyib xəbərdarlıq etdi: - Ustalarla danışmışam. Səhər səkkizdə qəbiristanlıqda olacaqlar. Səkkizin yarısında gəlib səni götürəcəm. - Yaxşı... Qürbətin başdaşı qara polietilenə bükülmüşdü. Sonra da qırmızı bəylik yorğanına - dünən gedəndə Minarə gətirib vermişdi. Müseyib aralanandan son­ Başdaşı 13 ra Səməndər gördü ki, arvadı, oğlu, qızları başdaşına tərəf yönəldilər. Anladı. Ürəklərini boşaltmalıydılar. Desəydi ki, özünüzü öldürməyin, ağlamaqla geri qaytarmayacaqsız haa... - yersiz olacaqdı. Qoy ürəklərini boşaltsınlar. O da yol aldı bağçaya sarı, ağacların altına tərəf. Minarə başdaşının örtüyünü çətinliklə olsa da dartıb çıxartdı, qardaşının üz-gözündən öpdü, dönə-dönə üzünü qabarıq barelyefinə sürtdü, ürəyi soyumadı. Əlləri ilə Qürbətin yanaqlarını, alnını, burnunu oxşadı. Yox, balam, Allah tərəfi usta Ağabala bu dəfə də Qürbəti "diriltmişdi". Minarəni başdaşından güclə araladılar. "Gördüün, qayıdıb gəldim". Hələ bir gülümsədi də. Amma Minarə bu təbəssümü görmədi. Qürbətin içində - heykəlin içində elə bil nəsə qırıldı. Minarə heç ovunmurdu. Qürbət ondan böyük idi. O, qızların, Qürbət də oğlanların kiçiyi idi. Bacı-qardaşlıqdan başqa, çox istiqanlı dost, sirdaş idilər. Minarənin istəklərini ən çox Qürbət yerinə yetirirdi, nə istəyirdi, ürəyindən nə keçirdi, tapıb gətirirdi: kitab, ətir, şərf, cürbəcür şirniyyatlar... İndi bunları kim alıb gətirəcəkdi? Sonuncu dəfə alıb gətirdiyi ətri daha saçına, üstünə çiləmirdi, hərdən açıb iyləyir, qardaşını xatırlayır, işlətmirdi, yadigar saxlayırdı. Qardaşının yoxluğunu günbəgün uçurumun qırağına yaxınlaşırmış kimi, daha dəhşətlə duyurdu, duyduqca da dünya başına uçur, ölüb, ölümdən qayıdırdı. Bayaq başdaşını qucaqlayanda, təpədən-dırnağa titrədi... Daş isti idi. Elə bil canlı Qürbəti qucaqla­ 14 Səyyad Aran mışdı. Hətta onun qollarını da boynunda, çiyinlərində hiss etdi. Hövlləndi. Dönüb bir də baxdı... Yox, eləcə daş idi. Qardaşının ətri, sifəti, saçları, sinəsi - kəşfiyyata gedəndə evin dalında əvvəl him-cimləşib, sonra da qucaqlaşdıqları zaman olduğu kimiydi. "Dediklərimin hamısı yadında qaldımı? Elə bu gün çatdır. O saat biləcəm. Ürəyimin döyüntüsü kəsən kimi biləcəm ki, demisən". Qürbətin gözləri alışıb-yanırdı, dili-dodağı təpiyirdi. Dodaqları quruduğundan dediklərini tam tələffüz edə bilmirdi, sözlər qırıq-qırıq, bir neçə yerindən sınmış gəlirdi. Amma Minarə onun bütün yarımçıq cümlələrini anlayırdı. Yol üstündə qardaşının çox həyəcanlanmasını istəmirdi, tez-tez üz-gözündən öpürdü, "Sevdanın əvəzindən öpürəm" deyib sözlərinə şirinlik qatırdı. Sevdanın adını eşidəndə Qürbət az qalırdı bihal olsun, divara söykənirdi, gözləri axırdı, ürəyi şiddətlə döyünürdü. Minarə Qürbətin bu halından çox qorxurdu. "Allah eləməmiş..." - Bacın qurban, vallah, siz kənddən çıxmamış gedəcəm onlara, sənin ağzınla onu doyunca öpəcəm. Özü də... belə deyəcəm ki, Qürbətin əvəzindən öpürəm". Qürbət ləzzətlə gülümsəmişdi. - Sağ ol, bacı, sən olmasaydın, dərdimi kimə deyərdim, - minnətdarlıq eləmişdi, saçlarını sığallamışdı... İndiki kimi... ...Maşının səbirsiz və kəmhövsələ siqnalı neçənci dəfə səslənəndə son dəfə qucaqlaşıb ayrılmışdılar... Elə o gedən də getmişdi... Başdaşı 15 Anası, bacısı, qardaşı sakitcə ağlayırdılar. Minarənin hisslərindən xəbərsiziydilər. Deməli, onu qarabasma basırdı. Qardaşı deyildi, heykəliydi. Noolsun ki, çox oxşayır. Canlı ki deyildi. "Bəsdir dəə... Hamıya zülm eləyirsən" - dodağının altında özünə acıqlandı. Ailə üzvləri Qürbətlə bərabər həm də Minarəyə ağlayırdılar. Bu dərdin daha çox onu dirigözlü öldürdüyünü, çökdürdüyünü görürdülər. Elə bil dünya uçmuşdu, Minarə də qalmışdı altında. Heç cür üstündəki yükü atıb işığa çıxa bilmirdi. Bağırırdı, çığırırdı, kömək istəyirdi, amma haya gələn, dada yetən yoxuydu. Minarə əlini ürəyinin üstünə qoyub əyildi, başını artırmaya söykədi, qəmin-qüssənin dibinə batdı. Canındakı alov üz-gözünü qarsdı, içi yandı. Əziziyəm, ay qardaş, Qaşın ucu yay, qardaş, Kaş mən özüm öləydim, Deməyəydim vay, qardaş! Bağın qalınlığına girmiş Səməndər Minarəni səsindən tanıdı... Hamıdan çox özünü öldürən o idi. Dörd bir tərəfdəki qonşular da ağlayırdılar, amma öz həyətlərində, -səssizcənə, için-için. Çəpəri addayaraq gəlib təzədən başsağlığı verib, təzədən böyük ağlaşma qurub onların dərdlərini təzələmək istəmirdilər. Ona görə də hər kəs elə öz həyətində ağı deyir, səbəbkarları lənətləyir, axırda da ulu tanrıdan bu zülmdən nə vaxt qurtaracaqlarını soruşurdular. 16 Səyyad Aran Qızının belə göynəyə-göynəyə ağlamasından Səməndər hədsiz pərişan oldu, o da özünü saxlaya bilməyib hönkürdü. Növbə ilə Qürbətin şəklini oxşayır, öpürdülər. Bu, sevdiyi qıza üstünü yazıb verdiyi şəkil idi. Bunu vermişdisə, demək, özünün ən çox bəyəndiyi şəkli olduğundan - Minarənin əsaslandırmasıydı - bunu da başdaşına həkk etməyi qərara almışdılar. Sinə daşına da sevgilisinə yazdığı şeiri yazdırmışdılar. Qürbətin gülümsər çöhrəsi onlara dağ çəkirdi. "Doğrudanmı sən yoxsan, qardaş?" Bir gün bu dünyada olmayacağıq, Amma qalacaqdır yenə kainat. Hər zaman sev, sevil, bəxtəvər yaşa, Səninlə gözəldir mənə bu həyat. - Bizə də bu həyat səninlə gözəl idi, ay bacın ölsün, qardaş! Bəs indi biz başımıza haranın daşını tökək? - Minarə havası çatmırmış kimi, koftasının boğazını didişdirdi, iki düyməsi qırılıb düşdü. Başdaşı içindən yenə xırda bir çat verdi. Qürbət peşman-peşman ətrafdakıları süzürdü. Axı o niyə yenidən bu evə qayıtdı, Gəncədə, ya da hamı kimi qəbiristanlıqda əbədi yerini tuta bilməzdimi? Müseyib kişi birdəfəlik onu məzarlığa aparsaydı, daha yaxşı olardı. Bacı-qardaşlarını, valideynlərini bu qədər üzməzdi. Şər qarışmışdı, hardansa qara buludlar gəlmişdi, göy qapqara qaralmışdı, xörək ocağın üstündə yanıb zay olmuşdu, yeyiləsi deyildi, çaynik daşıb samova­ Başdaşı 17 rın odluğuna tökülmüşdü, acı tüstü həyəti bürümüşdü. Quzu, dana, buzov, xırda kəlçə marçamarçla analarını əmirdilər. Bolluğa düşmüşdülər... Səməndər mal-qaranı yerbəyer elədi. Nübar xörəyin ələ gələn tikələrini itin qabağına boşaltdı, qazanı su ilə doldurub islağa qoydu. Münəvvər samovarı sahmana saldı. Ailə ac-susuz yatağına girdi. "Özün dadımıza yetis, Allah! Səndən başqa pənahımız yoxdur. Əşhədü ənla ilahə illəllah! La ilahə illəllah, Məhəmmədən rəsulallah, Əliyyən vəliyullah! Sabah gəlsin - xeyrə gəlsin". Səməndər kişi vırd eliyə-eliyə nə vaxt yuxuya getdiyini bilmədi. *** Yəhya kişi yamaca dirsəklənib malların başını buraxmışdı. Fikir-xəyal ağsaqqalı dünyadan eləmişdi. Sabah noolacaq? Duruş gətirə biləcəklərmi? Bu işlərin axırı necə qurtaracaq? Əsgərlərimiz niyə ermənilərin işini birdəfəlik bitirmir? Bu köpək uşağının dili nə yaman uzanıb? Kim durub bunların arxasında?.. İstehza ilə "nırc" eləyib sualına özü cavab verdi: - Kim duracaq? Sovet hökuməti, Kremldəki ermənilər, Qorbaçov, arvadı Raisa. Amerikada bağışlanan brilyant elə-belə ha döyüldü. Ümidsizlikdən, dilxorçuluqdan dalıqatlı göy otluğa uzandı. Pəhh! Elə bil dənizi təpəsi üstə göyə qaldırmışdılar. Bir böyük parça da Tey dağının döşünə əndərmişdilər. Düz-dünya yaşıllıq içindəydi. Kəkli­ 18 Səyyad Aran kotunun, ətotunun, boyçiçəyinin ətrindən kişi məst olmuşdu. Elə bu məstlik içində də götür-qoydaydı. ...Böyük nəvəsinin toyu olmalıydı. Zəmanənin gərdişinə arxayın olmadıqlarından, əl tərpədə bilmirdilər. Bir neçə adam gedib Cəbrayılda - şadlıq evində toy çaldırmışdı, amma ləzzət eləməmişdi. Hayıf deyil kənd toyları... Çadırın qurulması özü elə toyqabağı bir toydur. Mağar qurulana qədər cavanlar yığışıb dirəkləri basdırır, oturacaqları düzəldir, brezent çadır çəkir, qız-gəlin mağar bəzəyir, xalçanın üzərində "Xoş gəlmisiniz" sözünün üstündə yenə mübahisə düşür, "gəlmisiniz", yoxsa "gəlmişsiniz?" - yenə ədəbiyyat müəllimi Nəcəfin üstünə qaçıb dəqiqləşdirirlər. Nəcəf müəllim də həmişəki kimi - "Xoş gəlmisiniz" düzdür, - deyir, -"ş" hərfi artıqdır. Cürbəcür, dadlı yeməklər mis qazanlardan "gəlgəl" deyir, günortadan gecə yarısına qədər yeyib-içirsən, özü də nəylə? - Ə, apar o yana o donqili hökumət araqlarını - sən adı batmış Samvelin çəkdiyi tut arağından, qapazaltı elədiyimiz Arakelin zoğal arağından, Siranuşun bal kimi şərabından gətir, əgər kimdəsə qalıbsa, insaf edin, əə! Şadlıq evində elə bil restorandasan, sərbəst ola bilmirsən. Bapbalaca bir salon. Nə düz-əməlli "Yallı" oynamaq olur, nə qollarını açıb ayaqdan-başa, başdan-ayağa süzmək. Uşaqlara nə qədər demək olar sakit oturun? Ə, uşaq nədi, sakit otur nədi? Yazıqlar elə bil qəfəsə salınıblar... Bircə ortalıq səngisəydi, xeyir işi qurtarardıq. Dünyaya etibar yoxdur. Özü də bizim bu indiki dünyaya. Başdaşı 19 Yəhya kişi bir də onda ayıldı ki, lələ köçüb, yurdu qalıb. Gözünə bir dənə də olsun heyvan dəymədi. Özünü o ki var asdı-kəsdi, qınadı. Çox fikir-xəyala cumub, gönü suya vermişdi. Əlindəki dəyənəklə enişaşağı yüyürdü. Ermənilər yaşayan Ağcakəndlə azərbaycanlı kəndi Sirik arasında ta qədimdən şərikli örüş vardı. Ara qarışandan sonra həmin örüşə heç kim mal-qara salmırdı. Hər iki tərəf ehtiyatlanırdı. Örüş nə vaxtdı ki, xam qalmışdı. Buğum-buğum otlar, şirəli çəmənliklər, heyvan bir yana, adamları da tamahsılandırırdı. "Ay nə otarardım heyvanları burda!.. Axşama nağdı hər biri iki vedrə süd verər". Heyvanlar bunu adamlardan daha yaxşı anladıqlarından özlərini toxumuşdular həmin yerə. Yəhya kişinin ümidi qırıldı, - "naxırım əldən getdi". Heç kim görünmürdü; kəndin ətəyi idi, axşamüstüydü, ermənilər gündüz bura gəlməzdilər, yenə gecə olsaydı, həə, canavar kimi pusquya yatardılar. Müxənnətlik qanlarındadır. Bir də diqqətlə ətrafı dinşədi. Sakitlikdi... Vallah, deyəsən, adam-zad da gözə dəymir, heyvanlar da arın-arxayın ot qırpır, ərincəkliklə gövşəyirdilər. Deyəsən, doyublar, bir şey olsaydı hiss etdirərdilər, heyvan olanda noolar. Ya Allah, ya bəxt, gedim görüm sağ-salamat qaytara biləcəmmi? Otların arasıyla sinə-sinə mal-qaraya sarı getdi. Bir-ikisini çomaqlayıb yola tərəf döndərmişdi ki, hərbı paltar geymiş iki nəfər otların arasından avtomatlarını ona sarı tuşladılar: - Şan dığa, yerindən tərpənmə. 20 Səyyad Aran Biri tanış gəlirdi. Elə səsi də. Hə, tanıdı, Sovet dövründə dədəsi kolxoz sədriydi, Ohanın oğlu, toyqabağı onlardan bir-iki dəfə tut arağı almışdı. - A bala, Edik, mənəm ey, Yəhya əmi. Yadındadı, üç il əvvəl sizdən bir çəllək tut arağı almışdım. Sən də dedin a kişi, sən ki içən deyilsən, bu qədər arax nəyinə lazımdı. Dedim oğlumun Bakıdan, Cəbrayıldan gələn qonaqları üçün alıram. Sən də dedin ağızlarının dadını pis bilmirlər. Yadındadı? Kənd adamına oxşamayan o biri, görünür, həm də daha səlahiyyətlisi acıqla soruşdu: - O nə danışır? Tanıyırsan? - Hə, - Edik dedi, - bu, Mürvətin atasıdır, oğlu kənddə narodnı frontun lideridir. - Aha... Bahalı maldır. Bu yaxşıdır. Bizə gərək olar. Düş qabağımıza. Axırıncı sözləri rusca dedi. Yəhya kişi fağır-fağır gülümsədi: - Edik, biz axı çörək kəsmişik. Buraxın gedim. Edik burnunun altında mızıldandı: - İxtiyarım yoxdur. Yeri, inad eləmə. Yoxsa səni elə burdaca gəbərdər. "Əcəb yerdə axşamladım. Deyəsən, axırı yaxşı qurtarmayacaq". Ayaqları getməsə də, taleyinə boyun əyib onların qabaqlarına düşmüşdü. Kolxoz sədrinin köhnə, artırmalı idarə binasında onları gözləyirdilər. Yol gələ-gələ saqqallı erməni bir neçə dəfə ratsiya ilə danışmışdı. Yəhya kişi anlamışdı ki, onu tutduqları haqda məlumat verir. Sədrin yerində bir nəfər oturmuşdu. O da saqqallıydı, amma geyimi səliqəliydi, davranışı, danışığı Başdaşı 21 təmkinliydi. "Hə, deməli, ən böyükləri budur". Elə də görünürdü. Bütün söhbət boyu yalnız o sual verir, bloknota qeydlər edir, qarşısına sərdiyi xəritəyə baxırdı. Rusca danışırdı. - Kimsən? - Adım Yəhyadır. Sirikdənəm, - azərbaycanca cavab verdi, bir nəfər yanındakı tərcümə edirdi. Onu da tanıdı. Keçmişdə taxıl briqadiri işləyirdi. Çox üz-üzə gəlmişdilər. İndi özünü tanımazlığa vururdu. - Nə gəzirdin bizim ərazidə? - Bizim ərazi deyəndə ki... Buralarda heç vaxt "sizin-bizim" olmayıb. Eee... dədə-babadan, - qolunu hərləyib yekə bir dairə cızdı havada, - həmişə qonşuluqda mehriban yaşamışıq. Hamısı Azərbaycan kəndləri döyülmü? Sözünü bitirəndə başda oturan hiddətləndi, tərcüməçinin sözünü yarımçıq kəsdi, nəsə dedi. Tərcüməçi ayağa qalxıb Yəhya kişinin qulağının dibindən taraz bir yumruq ilişdirdi: - Bir də zəvzəkləsən, elə burdaca güllələnəcəksən. Hələ bilmək olmaz bura Azərbaycan torpağıdır, yoxsa Ermənistan. Suallara konkret cavab ver. - ...Heyvanlarım azmışdı, onları qaytarmağa gəlmişdim. - Kəndinizdə Azərbaycan ordusunun əsgərləri var? Yəhya kişi fikrə getdi. Necə mövqe tutsun? Kinolardakı kimi heç nə söyləməyib onları söysün, tüpürsün, qəhrəmancasına şəhid olsun, yoxsa... Masanın üstündəki kəndlərinin xəritəsiydi. Həm xəritədə, həm də xəritənin kənarlarında erməni əlifbası ilə cürbəcür 22 Səyyad Aran işarələr vardı. Deyəsən, informasiyaları kasad deyildi. Birdən beyninə bir fikir gəldi. "Qoy bu köpək uşağını qorxudum. Nə soruşsa, artıqlamasıyla cavab verəcəm." - Var. - Nə qədərdilər? - Çox. İki gün bundan qabaq da omonçular gəldilər. - Əslində vəziyyəti öyrənmək üçün rayondan polis rəisi bir dəstə ilə gəlib səhərə yaxın da geri qayıtmışdılar. Amma ermənilər onların qayıtdıqlarını görməmişdi. Başda oturan birisi başı ilə "hm" elədi. Düz gəlirdi. - Tankınız var? - Bir BTR-dir, bir dənə də BMP (əslində, yoxuydu). - Snaryadlar çoxdur? - Bir az vardı. İkı gün qabaq da xeylağ gətirdilər. - Silahlarınız nə qədərdir? - Var daaa... - Yəhya kişi mənalı tərzdə uzatdı. Daha bir neçə məsələylə də bağlı suallar verdi: camaatın əhval-ruhiyyəsi, ərzaq ehtiyatı, kənd rəhbərlərinin, ziyalılarının ailələrinin kənddə, yoxsa Bakıda olmaları ilə bağlı suallara Yəhya kişi uyğun cavablar verdi. Təbii və düzgün danışdığından salamat ötüşdü. - Aparın, bir möhkəm yerdə saxlayın, yenə lazım olacaq, - Yerevandan gələn saqqallı dedi. Amma Avetisin sualı içini göynətdi. Qapıdan çıxhaçıxdaydı. - Yəhya kişi, Mürvətin "Niva"sı durur? - irişib soruşdu, - Denən yaxşı saxlasın, mənə lazım olacaq. - Özünə nə gəlib ki, a bala? Başdaşı 23 - Biz hücum edıb sizi körpələrinizə qədər qıranda Mürvət olmayacaq. Hər şeyiniz bizə qalacaq. Yoxsa o dünyada da "Niva" ilə kəndimizin içində aşağı-yuxarı şütüyüb qızlarımıza göz vuracaq? Daha belə şeyləri görməyəcəksiz. "Səni qanına bələnəsən, Avetis. Dığa köpəkoğlunun niyyətinə bax bir. Əgər salamat qurtarsam, sənin dilini Mürvətə kəsdirmək mənə borc olsun". Kürəyindən dəyən avtomat qundağından üzü üstə yerə gəldi. Dünya gözlərində qaraldı. "İtqusdu" eləyib sürüdülər. *** Səhər yuxudan içindəki yanğıdan ayıldı. Dili-ağzı elə qurumuşdu ki, danışa da bilmirdi. Kürəyi qıc olmuşdu. Boynundan azca aşağı küt ağrı əhədini kəsirdi - elə bil baltanın sapı ilə əzib yerinə kündə qoymuşdular. Boyunqarışıq kürəyi elə şişmişdi, sağa-sola dönəndə o dünyanı görüb gəlirdi. İçəri girən erməni gədəsi - o biri əlisilahlı saqqallı qapının ağzında dayanmışdı, - bir kasa suyu və bir büküm pendir-çörəyi qarşısına qoydu. - Dedilər yesin. Yenə çağıracaqlar. Kasanı dodaqlarına yaxınlaşdırdı. Nə fikirləşdisə, durdu, barmağını suya batırıb iylədi, sonra ehtiyatla dodağına sürtdü, sonra dilinə, deyəsən, zəhərli deyil. Bir qurtum aldı, yox, təmizdir. Əvvəlcə ağzını, boğazını qarqara elədi, sonra yarısını içdi, pendir dürməyini yedi, suyun qalanını da içib gözləməyə başladı. Bu dəfə başqa otağa apardılar. İndi yerlilər sorğu-sual edirdilər. Suallar daha çox məişət xarakterli 24 Səyyad Aran idi. Kimlərin minik maşınları kənddədir, kimin nə qədər mal-qarası qalıb, kim evini Bakıya, Gəncəyə daşıyıb, kimdə nə qədər xalı-xalça, televizor, soyuducu var və s. Yerevandan gələn saqqallılar xoşlarına gəlməyən cavablar eşidəndə kişini təpikləyir, söyürdülər. Ağcakəndlilər döymək işindən hələlik kənardaydılar, düşünürdülər ki, bilmək olmaz hadisələrin sonu necə bitəcək, bəlkə azərbaycanlılar üstələdi, onda gərək ölülərini qoyub dirilərini ağlayalar. Gələcəyə əl yeri qoymaq lazımdır. Əgər çərxifələk tərsinə dövran eləsə, deyərlər ki, Yerevandan gələnlər onlara tabe deyildilər, hətta yeri gələndə onların özlərini də şapalaqlayırdılar. Yəhya kişini qundaqlaya-qundaqlaya yenə köhnə kolxoz anbarına saldılar. Pres kəndiri ilə əllərini arxadan bağlayıb təpikləməyə başladılar. Qarnına dəyən təpikdən kişi ikiqat oldu, sancıdan içi doğrandı. Üzünü cənfəşanlıq edən Avetisə tutdu: - Ə, Avetis, atan Arturla bir ton çörək kəsmişik, çay içmişik. Qansızlıq eləməyin. Güllə atmamışam, adam öldürməmişəm. Heyvanlarım azıb, onların dalınca gəlmişəm. Məni niyə öldürürsüz? Adam olun. Avetis azərbaycanca çox yaxşı bildiyi halda ermənicə cavab verdi. Yerevandan gələnlər qəti tapşırıq vermişdilər ki, bizim yanımızda türklərlə ermənicə danışın, tərcüməyə ehtiyac qalmasın. Uzun illərdir bir yerdə qonşuluqda yaşayırsız, onlar da ermənicə azçox başa düşərlər, hər halda, bir-birinizi anlayarsız. Avetis qızışmışdı. Yarı azərbaycanca, yarı ermənicə bağıra-bağıra, söyə-söyə illərlə ürəyinə yığılıb qalanları boşaldırdı. Başdaşı 25 - Turki şandığa! Biz adamıq. Adam olmayan sizlərsiz. Həmişə başımıza bəla olmusuz. İllər uzunu bizləri qapınızda işlətmisiz, evlərinizi tikmişik, qapı-pəncərələrinizi düzəltmişik, kəhrizlərinizi qazmışıq. Ən gözəl qızlarımızı əlimizdən alıb basmarlayıb aparmısınız, özümüz şişə-şişə qalmışıq. Daha bəsdir. Tarix boyu bizə etdiyiniz zülmləri yüz qat, min qat özünüzə qaytaracağıq. Daha tək deyilik. Sizdən də, Türkiyədən də qorxmuruq. Tarix bızə şans yaradıb. Gərək sizin hamınızın kökünüzü kəsək ki, gələcək nəsillərimiz rahat yaşasınlar. Yerevandan gələn saqqallılardan biri avtomatı hərləyib Yəhya kişini vurmaq istədi, Avetis qoymadı. - Dedim axı, oğlu kənddə nüfuzlu adamdır. Atasının ölümünü eşitsə, gözləri qızar, üstümüzə gəlib hamımızı qırarlar. Onsuz da bəhanə axtarırlar. Qıcıqlandırmaq lazım deyil. Türkləri tanımırsız? Baxaq görək nə ilə dəyişirik. Yəhya kişi xatadan qurtulduğunu hiss edib nəfəs dərdi. Yoox, bir çəm tapıb qaçmaq lazımdır. Qansız uşağının hər an gözü dönə bilər. Gör necə dəyişiblər. Hər dəfə üstümə qaçıb qucağıma atılan uşaq indi quldurun yekəsi olub. Dədəsindən çox, o mənim xətrimi istəyirdi. Günortadan keçmişdi. Qollarını aça bilsəydi... Dartındı, vurnuxdu... baxışları ilə künc-bucağı axtardı, qollarını oynatdı, kəndir biləklərini göynətdi. Sürünə-sürünə qapıya yaxınlaşdı. Qapının arxasına iri lay dəmir söykəmişdilər, iki lafet təkəri dayamışdılar, xeyli dəmir-dümür tökmüşdülər. Taxta qapının arasından gözünü qıyıb baxdı ki, görsün bəlkə köh­ 26 Səyyad Aran nə tanışlarından birinə rast gəldi, haraylayıb desin ki, ayə, məssəbiniz olsun, açın buraxın məni, çıxım gedim evimə. Az qaldı gözü tökülsün; dayaq kimi o biri üzdən bərkidilən dəmirin bir ucu taxta qapının arasından içəri girmişdi. Qaranlıq olduğundan ucu iti tiyəni seçə bilməmişdi. Vaxtlı tərpəndi, yoxsa gözü töküləcəkdi. Qaşının altı azca çərtilmişdi, deyəsən, qanamışdı. Lənət şeytana! "Yaxşı qurtardım. Hansı yaxşılığımsa ovsanata düşdü". Axşam düşürdü. Səssizlikdi.Bir tərəfdən də qatı duman gəlirdi. Sevincindən Yəhya kişinin gözləri yaşardı. - Ya Allah! - deyib ayağa qalxdı. Arxasını dəmir qapıya çevirdi, həmin dəmirin iti ucunu səmtləyib kəndiri sürtməyə başladı. Aha... deyəsən, qolları boşalırdı. Bir az da... bir az da... Allah, sənə min şükür! Ehtiyatla qapını özünə tərəf çəkdi. Qapı çölə açılırdı, cəmi deyildi. Can qorxusu qalib gəldi. Bir də güc verib ensiz yerdən eşiyə sivişdi. Ətrafı dinşədi. Elə səssizlik idi ki, elə bildi kar olub. Bir inni-cinni yoxuydu. Xeyli fikirləşib, harda olduğunu qərarlaşdırdı. Kəndin hər künc-bucağını yaxşı tanıyırdı. Hər həftə gəlib-getdiyi yer döyülmüydü? Ehmalca damlardan birinin üstünə çıxıb səmti tutdu. Ehtiyatla üz qoydu fəhm etdiyi yola. Mürvət kiçik dəstə ilə qobunun başında oturub gecənin tam düşməsini gözləyirdi. Qaranlıqda könüllülərlə kəndə girib atasının harada saxlandığını öyrənə bilərdi. Ya qəfil basqı edib atasını qurtarardı, ya da kimisə əsir götürüb dəyişmək təklifi edərdi. Başqa variantlar da ola bilərdi. Atışma da labüd idi. Ermənilər onları görsəydilər, döyüşsüz ötüşməyəcəkdilər. Başdaşı 27 Çiyninə toxunan əl Mürvəti fikirdən ayıltdı: - Nədi? - Bir ora bax... Dərənin içiylə, Caxmaq çayı boyunca bir qaraltı qaçırdı. Mürvət durbinini qaraltıya tərəf tuşladı. Az qaldı ürəyi ağzından çıxa: - Atam! Avtomatlar şaqqıldadı. Hamı doyüş vəziyyəti aldı. Mürvət atasına tərəf endi. Bir xeyli qalmış səsləndi. - Dədə, mənəm, Mürvət, Mürvət... Kişi oğlunun səsini aldı. Elə səsə tərəf də qaçdı. Doluxsunaraq oğluna sarıldı: - Ay oğul, Allahın yazığı gəldi, qaça bildim. Köpəy uşağının üzü yaman dönüb. Öldürmək istəyirdilər. Nə fikirləşdilərsə, sabaha saxladılar. - Kimlər vardı orda? - Çoxdular. Hamısı da silahlı. Bir dənə tankları da var. Yerevandan da xeyli saqqallılar gəlib. Onlar lap çox qaniçəndilər. Gedək. Qalanlarını evdə danışaram. Dəstədəkilər də endilər. Yəhya kişiyə, Mürvətə gözaydınlığı verdilər. Yəhya kişinin sağ-salamat dönməsi möcüzə idi. Daha durmağa gərək yoxdu. Elə selavın içiylə də kəndə yollandılar. *** Rayon polis şöbəsi rəisinin qəbul otağında sobanın ətrafında bir dəstə polis və üç-dörd nəfər mülki şəxs toplaşmışdı. Əvvəlki kimi qayda-qanun, növbə, qəbul günü,qəbul saatı qalmamışdı. Elə gələn-gələn özünü salırdı rəisin qəbul otağına. Rəis də çox fərqinə 28 Səyyad Aran varmırdı. Rəşid müəllim dünyagörmüş adamıydı. Eyni dərd, problem, silah qıtlığı hamını qardaşlaşdırmış, münasibətləri sadələşdirmişdi. Adamlar əllərini sobaya uzadıb ovuşdurur, bir-birinə sürtür, az qala qıpqırmızı dəmirə yapışdırmaq istəyirdilər. Mülki şəxslər Qürbət kimi müxtəlif kəndlərdən silah dalınca gələnlər idi. "Gözləyin" əmri gəlmişdi. Onlar da gözləyirdilər, amma "gözləyin" çox uzanırdı. Soltanlıdan Əlisahib müəllimin səbri çatmadı: "Adamı gözgörəti öldürmək budu eyy... Barı biriniz gəlib çıxsanız..." Rəis uzaq sərhəd bölgələrinin birindəydi. Yaxın macallarda gələnə oxşamırdı. Çarə rəis müavini Vaqif Məhərrəmova qalmışdı. Onun ağzını aramağı məsləhət bildi. O da yoxuydu. Hövsələsi daraldı, ayağa qalxdı ki, həyətə çıxsın, əlini qapının dəstəyinə aparanda qapı nağıllardakı kimi öz-özünə açıldı. Kandarda rəis müavini idi. Həyəcanlı və əsəbiydi. Özünü tox tutmağa çalışırdı, amma bacarmadı, səsi titrədi. - Uşaqlar, məlumat gəlib ki, Zamzurdakı milis postuna basqın olub. Ermənilər böyük qüvvə ilə hücuma keçiblər. Tərpənin, təcili gedirik. Bir anda Əlyar, Nurəddin, Şikar, Vəliyəddin, Nadir, Əli, Elşən, Tofiq, Zabit və polisə yenicə daxil olmuş bir neçə gənc bayıra atıldılar. Hamı həyətdə onları gözləyən avtobusa cumdu. Naşı və köntöy davranışlarına görə Məhərrəmov yeni qulluğa başlayanları dəstədən ayırdı: - Siz gözləyin. Sizinçün hələ tezdir. Cavanlar etiraz etdilər. Rəis müavini üzünü bozartdı. - Əmrə tabe olun! Başdaşı 29 Elə bil indi ayıldılar. - Baş üstə! - deyib könülsüz də olsa, şöbəyə qayıtdılar. Qürbət ehtiyatla Məhərrəmova yaxınlaşdı. - Rəis, icazə verin, mən də gedim. - Kimsən, a bala? - Mən Sirikdənəm, topçu Qürbət deyirlər adıma. - Hə, Mürvətin dəstəsindən? - Bəli. - Silahın var? - Yox, elə ondan ötrü gəlmişdim. Bir köhnə topumuz var. Onnan da bir dəfə atəş açandan sonra gərək bir saat gözləyəsən ki, soyusun. Əl vermir. Mürvət komandir dedi, get mənim adımdam Məhərrəmovdan istə. Rəis müavini üzünü turşudu. - A bala, mənim dədəmin anbarı yoxdu, silah da qarpız deyil, hər gələnə bir-bir paylayım. Biz də yuxarıdan gözləyirik: həm əmr, həm də silah... - Vaqif əmi, qadan alım, məni naümid qaytarmayın. Yoxsa kənddə nə komandirimin, nə də dostlarımın gözünə görünə bilmərəm. Deyərlər, nə yarıtmaz adamsan. Həm də bir sınayın məni. Mən... Cavan uşağın belə ürəkdən israrı Məhərrəmovu yumşaltdı. Onun haqqında eşitmişdi, özü demişkən, sınamaq vaxtıydı. Yanında dayanıb onları yola salmağa hazırlaşan təchizat idarəsinin müdirinə göstəriş verdi. - Get, ermənilərdən qənimət götürdüyümüz qranatomyotu bu oğlanın adına oformit elə. - Qürbətə döndü: - Bax, bəri başdan deyirəm, özünü əsl igid kimi göstərsən, səni o silahla kəndinizə göndərəcəm. Yox... 30 Səyyad Aran Qürbət özünü saxlaya bilməyib rəis müavininin boynunu qucaqladı: - Sağ olun, Vaqif əmi, görərsiniz... Məhərrəmovun üzü döndü: - Farağat! Bu nə hərəkətdir? Özünü harda hiss edirsən? Qürbət mil durdu. Gözləri dolmuş halda polis mayoruna baxdı. "Vay, işləri korladım. Fikrini dəyişməsə yaxşıdı". Xoşbəxtlikdən rəis müavini fikrini dəyişməmiş təchizat rəisi iki mərmi və qranatomyotla gəldi. - Təhvil veremmi, rəis? - İmza elətdir, götürsün. Qürbət çömbəldi, qeydiyyat kitabını dizinin üstünə qoyub qol çəkdi. Bir gözü Məhərrəmovda, silahı bağrına basdı: - Avtobusa! Qürbət götürüldü. Avtobusdakılar uğundular. *** Göz gözü görmürdü. Uzaqdan Zamzurun təkəmseyrək işıqları qorxa-qorxa boy göstərirdi. Elektrik lampaları deyildi, adda-budda çıraqlar yanırdı. Heç lazım olsa da daim səksəkədə yaşayan İrəvan qaçqınları gecələr lampa yandırmazdılar, çünki açıq hədəfə dönərdilər. Tanımadıqları yerdə məskunlaşdıqlarından, olduqca çarəsiz və məchul bir şəraitdə yaşayırdılar. Erməni yaraqlıları burunlarının ucundaydı. Əkin, biçin, yer belləmək, ağac əkmək... ağla gəlmirdi; daimi yaşamağa heç bir zəmanət yoxuydu. Avtobus səmti tutub yavaş-yavaş irəliləyirdi. İçəridəkilər döyüş vəziyyətindəydilər. Hamısının bar­ Başdaşı 31 maqları tətikdəydi. Hər saniyə təhlükə gözlənilirdi. Əgər onları müşahidə etmişdilərsə, hər an atəş açıla bilərdi. O zaman yalnız avtobusun qapısından yox, arxa və yan pəncərələrindən də özlərini çölə atıb döyüşməliydilər. Dəstə çox belə əməliyyatlar görmüşdü. Məhərrəmov dəstəsinə yaxşı bələd idi. Nigarançılığı bircə Qürbətdəniydi. Onun sözü yadına düşdü: "Sınayın..." - Neynək... biz də sınayarıq - öz-özünə dedi. Milis postuna bir az qalmış, nə düşündüsə avtobusu saxlatdırdı. - Uşaqlar, enin. Burdan o yana piyada gedəcəyik. - Niyə, rəis? Baxmayaraq ki, hərbi qanunlara zidd idi, amma həmyerlilik, kəndçilik, bəzən ərkyana suallar, danışıqlar mövcud şəraitdə qəbul olunurdu. Baxmayaraq ki, hərbi qanunlara zidd idi, el-obanın birliyi, ümumi düşmənə qarşı vahid rəydə olmağı, böyük-kiçik münasibətinin ciddi gözlənilməsi bəzən sərt hərbi əmrlərdən daha çox xeyir verirdi. Həm də belə şəraitdə verilən suallar qarşıdakı döyüşdə mövqe və taktika baxımından zəruri idi. Rəis müavini izah etdi. - Postumuzun işığı yansa da, şərti işarə yoxdur. Bunu yalnız rəis, mən, bir də postdakılar bilir, - Vaqif qəhərləndi, son sözləri ağzından ləngərlə çıxdı. - Deyəsən bədbəxtlik olub, uşaqlar tələf olublar. Hamının içindən gizilti keçdi. Nadirin iniltili hıçqırığı isə polisləri göydən yerə vurdu: böyük qardaşı postda növbədə idi. - Üç dəstəyə bölünürük. Ortada, qabaqda mən gedirəm. Mənimlə Əlyar, Şikar, bir də Qürbət gedir. 32 Səyyad Aran Nadir, sən öz dəstənlə solda, Vəliyəddin, sən də, sağda. Əvvəlcə mən irəli gedirəm - on metr. Sonra Əlyar, Şikar, Qürbət. Qalan dəstələr də bu qayda ilə. Yollar minalanmış ola bilər. Ona görə də həm baş yolla getmirik, həm də sağ tərəfdəki torpaq yola girmirik. Cığırları tutub gedirik. Cəbrayıl tərəfdən gedəndə yolun qırağında tək armud ağacı var haa... - yoldaşları başlarıyla təsdiqlədilər, - orda görüşürük. Durbinlə həm kəndə, həm də postumuza baxıb dəqiq plan cızım, hamınıza xəbər verəcəm. Əvvəl görək postumuzdan nə xəbər var. Sonra kəndə baxarıq. Ermənilərdən boşaldılmış Zamzur kəndinə Ermənistandan qovulan azərbaycanlılar yerləşdirilmişdi. Heç birinin silahı yoxuydu. Adam göndərib bir neçə dəfə istəmişdilərsə də, təmin etmək mümkün olmamışdı. Özünümüdafiə batalyonlarında 2 nəfərə bir sınıq-salxaq silah düşürdü, haradan tapıb verəcəkdilər?! Son vaxtlar Ovanes Simonyanın quldur dəstəsi bu tərəflərdə əməlli-başlı at oynadırdı. Bir dənə BTRlə gəlib dik dayanırdı qayanın qaşında. Camaatı vahiməyə salmaq üçün bu, sınanmış üsul idi. Adamlar elə bilirdilər ki, beş-altısı da onun arxasındadır. Xaricdən gətirilmiş muzdlular yerli erməni saqqallılarıyla kəndlərə girib evləri soyur, dağıdır, mal-qaranı qabaqlarına qatıb aparırdılar. Etiraz edəni ya güllələyir, ya da avtomatın qundağı ilə baş-gözünü yarırdılar. Ovanesin dəstəsi böyük qüvvə ilə posta hücum etmişdi. İki saatlıq döyüşdə dörd nəfər azərbaycanlı polisi qətlə yetirmişdilər. Sonra da meyitləri təhqir etmişdilər. Kiçik bir dəstə isə, kəndə soxulub xəbərdarlıq etmişdilər ki, kim evdən çıxsa, güllələyəcəklər. Ar­ Başdaşı 33 vad-uşağa xətər toxunmasın deyə, onları ermənidən qalma evlərin içində küfüllərə doldurub, kişilər əllərinə keçən dəmir-dümürü, yabanı, beli götürüb qapılarının arxasında namuslarının keşiyində dayanmışdılar. "Ancaq bizim meyidimizin üstündən keçib..." Silahsızlıq igid oğulları diliqısıq eləmişdi, arvad-uşaq yanında gözükölgəli olmuşdular. Təkbaşına on erməniyə can verməyən oğullar əl boyda silahın qabağında dirənir, irəli atıla bilmirdilər, qəzəbləri qumbara kimi içlərində partlayırdı. Bayırdakı atışmanın azərbaycanlı polislərin postu ətrafında getdiyini zənn etmişdilər, amma konkret vəziyyətdən xəbərləri yox idi, evdən çıxmaq ölümlə oynamaqdı. O gün Həmidin keçisi darvazadan çıxanda ermənilər elə bilmişdilər adamdı, keçini də, darvazanı da, həmin evi də gülləylə deşik-deşik etmişdilər. Armud ağacının sağ tərəfindən Zamzura sallanan yol minalanmışdı. Maşınla bir az da getsəydilər, külləri göyə sovrulacaqdı. Armud ağacına bir xeyli qalmış, qəfil işıq yanıb-söndü. Bu bir an çəkdi. Erməni yaraqlılarından biri siqaret alışdırırdı. Kimsə dalbadal söyüş yağdırdı, ardından şappıltı səsi gəldi, deyəsən, başçıları siqaret yandıranı şapalaqlayırdı. - Ay it uşağı! Gör nə pusqu qurublar! Bizi postda yox, xeyli irəlidə, kəndin girəcəyində gözləyirlər. Uşaqlar, plan dəyişdi. Bir az düşünüb göstəriş verdi. - Nadir, sən qayıt geri. Arxadan gələnlərə de ki, armud ağacına yaxınlaşmasınlar, ermənilər orda pusqu qurublar. Mənim işarəmi gözləsinlər. 34 Səyyad Aran Nadir maili təpədən arxasıüstə üzüaşağı sürüşdü. Sonra Məhərrəmov Qürbəti yanına çağırdı. - İşıq gələn yer yadında qaldı? - Qaldı, Vaqif əmi, - Vaqif üzünü turşutdu. Qürbət görmədi, amma hiss etdi; pauza çox oldu, ona görə. - Həmin o gördüyün yerə bir bomba tutuzdursan, qayıdan kimi səni bu qranatomyotla kəndinizə göndərəcəm. Get, kef elə. - Sənə qurban olum, Vaqif əmi! Arxayın ol, indi görəssən. Mayor bu dəfə də "Vaqif əmi yox, komandir" deyib düzəliş vermək istədisə də, fikrindən vaz keçdi. - Şikar, mən iki, üç deyən kimi üçümüz də eyni vaxtda atəş açırıq. Şikar əlini qaldırıb gözünün üstünə qoydu, pulemyotunun ayaqlarını möhkəmləndirdi. Qürbət ortadaydı, o da qranatomyotunu çiynində rahatladı, Məhərrəmov avtomatını bağrına basdı, dodaqlarını soyuq dəmirə yapışdırıb öpdü. Ermənilər bu qəfil atəşi gözləmirdilər. Qürbətin mərmisi düz hədəfə dəymişdi. Bağırtı, zarıltı, qışqırtı sanki yanlarında idi. - Ay sənin gözünə dönüm, ayə, apardın e, qranatomyotu kəndə. Erməni yaraqlıları özlərinə gəlib toparlandılar. Onlar tərəfdən üç istiqamətdən güllə yağış kimi yağmağa başladı. Başlarını qaldıra bilmədilər. - İt uşağı nə çoxmuş? Yol tərəfdən heç bir atəş səsi gəlmirdi. Əks tərəfdən - yamaclardan güllə axını çox idi. Yolun minalanması tam dəqiqləşdi. İrəli getməyin mənası və xeyri Başdaşı 35 yoxuydu. Hiss olunurdu ki, düşmən sayca çoxdu. Atəş səsləri daha yaxından eşidilirdi. Geri çəkilmək lazımdı. Məhərrəmov yenə göstəriş verdi. - Torpaq yolun üstündəki qayanın altına enirik. Gəldiyimiz yolla geri qayıtsaq, bizi görüb vuracaqlar. Bir dəfə atəş açdığınız yerdən dərhal yayının, yerinizi hədəfləyib vurarlar. Tez-tez atəş nöqtələrinizi dəyişin. Şikar, məni qoru. İstiqaməti tutum, siz də ardımca gəlin. Mən də başınızın üstündən atəş açıb sizi qoruyaram. Çox dikəlməyin. Məhərrəmov ehtiyatla aşağı sürüşürdü. Şikarın pulemyotu şaqqıldayırdı. Ermənilərin səsi bir az da yaxından eşidilirdi. Məhərrəmov mövqe tutub səslədi: - Şikar, Qürbət, Əlyar, gəlin, - avtomatı uzandığı yerdə havaya qaldırıb darağı boşaltdı. Dördü də qayanın altından keçən dağ çayının xırnavazasına endilər. Su buz kimiydi, amma hələ hiss etmirdilər, hamı canının hayındaydı, təki burada gizləndiklərini duymasınlar, əsas duruş gətirməkdir, donmaq-filan boş şeydir. Qayalığın üstündə ermənilər gəzişirdilər. Onları görmürdülər. Qayalığın aşağısına enmək təhlükəli idi. Tək-tək düşmək olardı, onu da kimsə istəməzdi. Azərbaycanlılar orda gizləniblərsə, qanları getdi. Enən kimi vurulacaqlar. Yox, orda deyillərsə, aşağı baxmağın nə mənası. Qoy cəhənnəm olsunlar. Ermənilərin hamısının ürəyindən bu fikirlər keçirdi. Heç kim dilinə gətirmədi. Kim təşəbbüs irəli sürsəydi: - Onda sən en, bax, - deyəcəkdilər, bu da həmin şəxsə, əlbəttə, sərf eləməzdi. - Donsanız da tərpənməyin. Suyun şappıltısından yerimizi bilərlər, - Məhərrəmov pıçıltıyla xəbərdarlıq etdi. 36 Səyyad Aran "Görəsən Nadirgil, Vəliyəddingil neyləyir?". Uzaqlardan atışma səsləri eşidilirdi. Şübhəsiz, döyüş gedirdi. Hansı istiqamətdə? Bunu anışdırmaq mümkün deyildi. Hər iki dəstədən uzaq düşmüşdülər. Əvvəlcə ayaq barmaqları gizildədi, sonra bir-bir buza döndü. Çiyinlərini qısıb qayalığın nəm divarlarına söykəndiklərindən, qoşa qoltuq ağacına söykənib donan adamlara oxşayırdılar. Ermənilər nəsə xosunlaşırdılar, "axı, hara gedə bilərlər?" Yeganə yer onların gizləndikləri çökək idi, amma sürüşkən yamacdan enməyə heç kəsin cəsarəti çatmırdı, deyinə-deyinə canavar sürüsü kimi boğuşur, didişir, bir-birini yamanlayırdılar. Gizlənmək üçün çayın xırnavazasına düşəndə sürüşüb dərənin dibində şil-şikəst olaraq qurda-quşa yem olmaq yüz faiz idi, ancaq Vaqifgil bunu nəzərə almamışdılar. Ələ düşmək, erməni gülləsinə qurban getmək qorxusu onların riskini uğurlu etmişdi. Normal halda dik, sərt və sürüşkən yamacdan heç kim ora enə bilməzdi. Ermənilər bir az da o yan-bu yana baxıb uzaqlaşdılar. Səs-səmir kəsildi... *** Hava yavaş-yavaş ağarırdı. Vaqif dönüb Əlyarla Qürbətə baxdı. Əlyar nisbətən toxtaq idi. Bərkə-boşa çox düşmüşdü. Vaqiflə çox yollar yormuşdular. Mərd-mətin dayanmışdı. Qürbətin yanağında iki damla yaş donub qalmışdı. Ağlamamışdı. Soyuqdan Başdaşı 37 gözləri yaşarmışdı. Gülümsəyə-gülümsəyə Məhərrəmova baxırdı. Endirmirdi özünü. Vaqif əlini qoynuna soxub yastı, köhnə kişilərin işlətdiyi siqaret qutusuna oxşayan gümüşü rəngli bir şey çıxartdı, asta-asta qapağını burdu, sonra yana açdı. Qürbət heç nə anlamayıb Əlyara baxdı. Əlyar yüngülcə çiyni atıla-atıla astadan gülürdü: - Sudu? - Qürbət soruşdu. Əlyarın gülməyinə heç bir məna verə bilməyib təəccüblə dodaqlarını büzdü: - Bu soyuqda da su içəllər? Əlyar hər ehtimala qarşı ağzını tutdu. "Ə, bu lap körpəymiş ki". Komandirinin şakərini yaxşı bilirdi, tut arağı ilə bu 200 qramlıq viski qabı həmişə dolu halda komandirinin üstündə olurdu. Soyuq havalarda kəşfiyyata, döyüşə gedəndə heç vaxt Məhərrəmovun cibindən əskik olmazdı. Həmişə də lazım olurdu, yerinə düşürdü. - İç, canın qızsın, - qabı Qürbətə uzatdı. Qürbət almaq istəmədi. Bəlkə də ədəb gözləyirdi. "Böyüklər başlasın". Vaqif təkid etdi: - Ə, iç deyirəm sənə. Birinci Əlyarın əlinə düşsə, bir damcı qalmayacaq, sən də donub öləcəksən. Sən Allah, xatanı məndən uzaq elə. Tez elə görüm. Donub ölmək istəyirsən? Aldı. İlk qurtum boğazını yandırdı. - Götür bu konfeti də, sümürərsən, o saat yemə haa... O biri qurtum içini əməlli-başlı qızdırdı. Canında xoş bir hərarət duydu. Daha bir neçə qurtum da ötürdü. "Ayə, nə yaman istiləndim". Yarı soyulmuş, yarı kağızlı konfeti ağzına təpdi. Şikar da payını boyata qoymadı. Dodaqlarını yalayıb: - Sağ ol e, komandir! - 38 Səyyad Aran dedi. Əlyar konfetdən imtina elədi: - Gül kimi neməti zay eliyə bilmərəm. Sonuncu qurtumları komandir hortdatdı. Əlyara verəcəyi konfeti ağzına atdı. Azca toxtadılar. Səhər açılmışdı. Artıq səmti tutmaq olurdu. Harda olduqlarını dəqiq müəyyənləşdirdilər. Ehtiyatla xırnavazadan çıxdılar. Atəş səsləri getdikcə çoxalırdı. Ermənilər qaçırdılar. Rayondan əlavə qüvvələr gəlmişdi polislərə. Amma çox həmlə edə bilmirdilər. BRDM tankı polislərə atəş aça-aça geriləyirdi, saqqallıları qoruyurdu. Erməni yaraqlıları əslində, Vaqifgilin gözünün önündən müvazi olaraq keçirdilər. Bir az yaxınlaşıb atəş açmaq olardı, amma ermənilər yenə də sayca çox idilər, üstlərinə gəlsəydilər, qeyri-bərabər döyüşə girəcəkdilər, bir tərəfdən də BRDM. Əlini Qürbətin çiyninə qoydu. - Hə, gözünə dönüm, gör neynirsən? - Məsafə uzaqdır, Vaqif əmi. Bir az yaxınlaşmaq lazımdır. - Onda getdik. Vaqifgili o biri dəstədəkilər, rayondan köməyə gələn OMON-çular görmüşdülər. Saqqallıları hürkütsəydilər, üzlərini çevirib qaçanda onları qarşılarında görəcəkdilər və yəqin ki, heç birini sağ buraxmazdılar. Bircə bu tank olmasaydı... Onların ermənilərə yaxınlaşmasını görəndə təəccübləndilər. "Bunlar neynəmək istəyirlər? Ermənilər duyuq düşsə..." - Ə, o kimdir, dizi üstə çömbələn qranatomyotçik? - Topçu Qürbətdi. Füzuli cəbhəsində vuruşurdu. Şirikdəndir. Başdaşı 39 - Nədi, tankı vurmaq istəyir? Birdən dəyməsə?.. Hamı susdu. OMON komandiri əlini dodaqlarının üstünə qoydu. Döyüşçülər tutduqları mövqelərdə nəfəslərini qısıb gözləməyə başladılar. Həmin anda Qürbət də dərindən nəfəs aldı, qranatomyotu çiynində tarazlayıb, barmağı tətikdə, əlverişli anı gözləyirdi. Qəribə səssizlikdən və hərəkətsizlikdən ermənilər də şübhələndilər. Sağa-sola döyükməyə başladılar. Və birdən BRDM-ə tuşlanan qranatomyotu gördülər. Çığırışmağa başlamışdılar ki, mərmi uçdu. Tankı alov bürüdü. Məhərrəmov Qürbətin üstünə atılıb onu yerə yıxdı. Güllələr başları üstdən yağış kimi yağdı. Bu heç bir dəqiqə çəkmədi. Polislər və köməyə gələnlər erməni yaraqlılarının üstünə şığıdılar. Ermənilər üç nəfərin üstünə yeriyib onları öldürməkdənsə, qaçmağı üstün tutdular. Çünki özləri tələyə düşüb hamısı qırılardılar. BRDM-in vurulması ermənilərin şahpərini qırmışdı. *** Armud ağacının altında gecədən beş meyit qalmışdı. Qaçhaqaçda ətrafda da bir neçəsi güllələnib gəbərmişdi. Hamını təəccübləndirən bir zənci cəsədi oldu. Şikar: - Nayomnikdir - dedi, - koppoyoğlu! Zəncinin ayağında təzəliyi gendən bilinən, topuğa qədər qalın dabanlı, ucu dəmirli əsgər çəkməsi vardı. Şikar irəli yeridi: - Ə, bu nə yaxşı şeydi, NATO əsgərlərinin geydiklərindəndir. Bunu götürrəm, - deyib ayaqqabıları çıxartdı, geydi, bağlarını düyünlədi, bir o yana getdi, bir bu yana, atılıb-düşdü: - Ə, nə rahatdı. 40 Səyyad Aran - Sən çaldın, - kimsə atmaca atdı. Cavab vermək istəyirdi ki, Nadirin naləsi eşidildi: - Can, başına dönüm, qardaş, anama nə deyəcəm, məni qanlı tutacaq, - qardaşını polisdə işləməyə Nadir gətirmişdi. Məhərrəmov komanda verdi: - Cənazələri omonçular gələn maşına qoyun. Onlar getsin, biz də dallarınca gəlirik. Xeyli silah-sursat tökülüb qalmışdı. Altı avtomat, üç qranatomyot, iki yeşik qumbara, avtomat sandıqçaları, pulemyot daraqları qənimət olaraq götürüldü. Armud ağacının altında iki əsgər torbasında cürbəcür yaraşıqlı konserv bankaları adama gəl-gəl deyirdi. Almaniya, Fransa istehsalı olan bu emallı qutular müxtəlif ət konservləri və salatlar idi. Keyfiyyətli şeylərdi. Məhərrəmov muzdluların və Yerevan ermənilərinin belə ərzaqla daim təchiz olunmağından xəbərdar idi. Əvvəllər də Cəbrayılın ermənilər işğal edən kəndlərini geri alanda bu cür ərzaqları görmüşdülər, hətta qəhvə, bahalı siqaretlər... Avropalılar erməniləri pis təmin etmirdilər. Aşağıdan - kənddən bir dəstə adam onlara tərəf diklənirdilər. Zamzurun yeni sakinləri irəvanlı azərbaycanlılar idi. Əvvəlcə yaşlı bir kişi irəli yeriyib salam verdi. Sonra ölənlərin ruhuna fatihə oxudu. Göz gəzdirib kimə söz deyəcəyini dəqiqləşdirdi. Yanılmadı, Vaqif Məhərrəmovun qənşərinə yeriyib əlacsızcasına əllərini yana açdı. - Bu gündən sonra bizim burada yaşamağımız mümkün olmayacaq, oğul. O Ovanes deyilən qansız əvəzini beşqat çıxacaq. Dünyanın hər üzünü gör­ Başdaşı 41 müşük. Deməyin ki, qorxularından belə danışırlar. Qorxaq olsaydıq, yüz illərdir onlarla vuruşa-vuruşa böyür-böyürə yaşamazdıq. Həmişə biz yenmişik. Öz torpağımızda, yurdumuzda kimdən qorxasıydıq ki. Amma, oğul, əliyalınıq, nə qədər ürəkli olsaq da əliyalın avtomatın, pulemyotun, tankın qabağında dayanmaq olmaz. Ya silah göndərin, özümüz özümüzü qoruyaq, ya da axşam maşınları göndərin, yığışaq gedək, ayağımız hara, başımız da ora. Bakıdakılara, bir-birini qıran, söyən, bizim hesabımıza xal yığanlara çatdırın ki, bizi gülləyə havayı mişen eləməsinlər. Dörd tərəfimiz ermənidir. Məhərrəmov tutuldu. Vəziyyət ağsaqqal deyən kimiydi. Danmaq mümkün deyildi. Ovanesin dəstəsi mütləq hayıf çıxacaqdı. Postu götürmələrinə baxmayaraq yenə ora dörd nəfər polis qoyacaqdılar. Ya sayı artırmaq gərək idi, ya da camaatı çıxarmaq. − Ağsaqqal, sizi başa düşürəm. Şər qarışmamış "hə-yox" bilinəcək. Gələnlər nigaran, ümidsiz baxışlarla geri döndülər. Bir şeyi yəqinlədilər: yenidən qaçqın düşəcəklər. *** Şöbənin həyətində Məhərrəmov başısarıqlı (güllə yalayıb keçmişdi), üz-gözü hisin-pasın içində Qürbəti qucaqlayıb dedi: - Qürbət, özüm ölüm düz deyirəm, gəl səni polisə götürək. Rəşid müəllim də razı olar, bugünkü qəhrəmanlığını da təfsilatı ilə cənab nazirə məruzə edək, raport yazaq, sənə rütbə də alaq. 42 Səyyad Aran Döyüşçü yoldaşları da yaxın gəldilər, Qürbətin çiynini şappıldatdılar. Bu qarayanız kənd balası bir günün içində hamının gözündə ucalmışdı. Gecə armudun altına sərrast tutuzdurduğu atəşdən də artıq hamı xəbər tutmuşdu. Əlbəttə, belə mahir nişançının onların dəstəsində olması fəxr idi. Oğlanın başını aşağı salıb dinməməsi ətrafına yığışanları heyrətdə qoydu. "Bundan yaxşı təklif? Qürbət nə çəm-xəm edir. Həm maaş alarsan, həm rütbə..." - Vaqif əmi... - bütün dəstə şaqqanaq çəkdi, elə Məhərrəmov özü də. Doğrudan uşaqdır. Hələ də necə müraciət etməyin fərqində deyilsə, hələ də bu vacib hərbi şərti anlamırsa, doğrudan uşaqdır. - İki aydan çoxdur hərbi qulluqdasan. Yadından çıxıb komandirə necə müraciət edərlər? - Burda hamısı özümüzünkülərdir. Həm də sizi tanıyıram axı . - Sözünü de, - Məhərrəmov üzünü Qürbətə tutdu. - Mənə hörmətiniz bu olsun ki... - udqunub dayandı... - sən Allah, üzlülük kimi çıxmasın, o əlavə qənimət avtomatın birini də bağışlayın, çıxım gedim kəndə. Sirik silah sorağındadı. Hamı fikirli-fikirli başını aşağı saldı. Kənddəki vəziyyəti bilirdilər, camaat, demək olar ki, əliyalın idi. Bir silah bir tank qədər əhəmiyyətli idi. Camaatın duruş gətirməsinə, ürəkli olmasına xeyli kömək edərdi. İndi silah Sirikdə havaya, suya, çörəyə bərabər bir tutiya idi. Adamların qırımından Məhərrəmov gördü ki, etiraz etmirlər. Qürbət dəqiq iki atəşi ilə Zamzur postunun geri qaytarılmasında, bir də BRDM-in vu­ Başdaşı 43 rulmasında həlledici iş görmüşdü. Yuxarılarla danışıb məsələni qanuni şəkildə yoluna qoymaq olardı. Bu zalım balası da gözləri ilə elə yalvarır ki, "yox" kəlməsi eşitsə, Allah eləməmiş, yəqin ürəyi dayanar. Yox, bu igid oğlanın qəlbini qırmaq olmazdı. - Yaxşı, - Məhərrəmov dedi, - təchizat müdirini çağırın, qayda-qanunla yoluna qoyaq. - Sağ ol e, Vaqif əmi, qadan alaram sənin, - təzə komandirinin boynunu qucaqlayıb dönə-dönə öpdü. "Vaqif əmi" də Qürbəti qucaqlayıb öpdü. Heç kim hərbi qaydanın pozulmasına əhəmiyyət vermədi. *** Qürbət də tay-tuşları kimi, özünümüdafiə batalyonunun üzvü idi. Ləqəbi də vardı, vəzifəsi də: topçu Qürbət! Özü də çox sərrast atırdı. Ermənilər Qürbətin topundan əməlli-başlı çəkinirdilər. Onlar da Qürbətin topunu səsindən tanıyırdılar. Valideynləri ilə axırıncı görüşü qaçaraq və ayaqüstü olmuşdu. Kəşfiyyata gedəcəkdilər. Komandirləri: - Kəşfiyyatdan qabaq gedək evlərimizə baş çəkək, - demişdi. Hamı məmnuniyyətlə razılaşmışdı. Yük maşınıyla gəlmişdilər. Bir saat vaxt verilmişdi. Dərhal evlərinə dağılışmışdılar. Gün yavaş-yavaş axşama tərəf əyilirdi. Kölgələr böyüyürdü. Kövşənlər, biçənəklər, zəmilər boşalırdı. Əvəzində həyətlər, evlər işdən qayıdan adamlarla dolurdu, ev-eşik, həyət-baca canlanırdı. Samovarlar ilkin zümzümələrini başlamışdılar. Qazanlar ocaqların 44 Səyyad Aran üstündəydi. Küçənin başından ayağınacan cürbəcür xörəklərin ətri bir-birinə qarışmışdı. Birinci Minarə gördü. - Ay Allah, qardaşıma qurban olum, gəldi, - deyib onun qabağına yüyürdü. Ardınca da o biriləri. Səməndər evdə yoxuydu. Getmişdi birliyin həyətinə ki, görsün təzə xəbərdən-zaddan nə var. Çoxdandı kəndə söz vermişdilər ki, onlara iki tank verəcəklər. Verəcəklər deyəndə ki, camaat pul yığıb Gəncədə Şerbakin diviziyasından alacaqdılar. Pullar da çoxdan yığılmışdı. Kəndə sudan, havadan, çörəkdən daha vacib iki tank idi. Tanka minib arxayın-arxayın "pozisiya"ları gəzmək, ermənilərin gizləndikləri səngərləri dəqiqləşdirmək daha asan olardı. Düzdü, qranatomyotla vurulmaq qorxusu da vardı, amma bu, bəxtəbəxt bir şey idi, bu riski qəbul edirdilər. Yaxşı ki, Nübar bişmiş kündələri təndirdən çıxarıb dəstərxanın üstünə sərmişdi. Yoxsa bu öpüşmə, qucaqlaşma, Qürbətin yaxasından sallaşma çörəkləri yandırıb bada verərdi. Həyətə keçdilər. Qürbət bir tikə çörək kəsdi: - Çörəyin əcəb ətri var. Anama qurban olum! - Anan sənə qurban olsun! - Nübar əlüstü oğlunun sözünü kəsdi.- Başına dönüm, oğul, azcana yanını qoy, çolpa çığırtması bişirmişəm, doyunca ye, sonra get. Elə bu vaxt Səməndər də gəldi. Qürbət yerindən sıçradı. Əvvəlcə atasının əllərini öpdü, sonra bağrına basdı, ata-bala bir-birini o ki var iylədilər, paltarlarına üz-gözlərini sürtdülər. Sonralar bu qucaqlaşmanı, iyləşməni yada salan Nübar tez-tez deyəcəkdi: - Verananın oğlu demə, bildiyini bilirmiş. Başdaşı 45 - Birliyin həyətində eşitdim, dedim tez özümü yetirim, - elə bil üzürxahlıq edirdi. - Eşitdim kəşfiyyata gedirsiz. - Bəli, ata! - Ehtiyatlı olun, oğul, ehtiyatlı olun... Bu kənddə heç bir ata, ana, qohum-qardaş övladlarına, qohumlarına "ehtiyatlı ol", "özünü qoru", "özündən muğayat ol" demirdi. Həmişə öyüd-nəsihət, tapşırıq "cəmdə" olurdu: "ehtiyatlı olun, özünüzü qoruyun, özünüzdən muğayat olun". Birinin balası hamısının balası idi, birinin yası da, toyu da hamısının idi. Çətin gün hamını birləşdirmişdi, sənin-mənim söhbəti çoxdan yığışdırılmışdı. Anasının təkidinə baxmayaraq, Qürbət xörək yemədi. Minarə ilə əl damının arxasına çəkilib xeyli xosunlaşdılar. Söhbətin nədən ola biləcəyini təxmini anladıqlarından bacı-qardaşa mane olmadılar. Evdə hamı Qürbətin qız istədiyinı eşitmişdi. Kimin qızı olduğunu özləri açıb-ağartmamışdılar. Kim nə bilir nə olacaq? Ya nəsib, ya qismət! Təki salamatçılıq olsun. Təki müharibə, qan-qada qurtarsın, kimin qızı olur-olsun, qəbulumuzdur. Bu kənddə pis qız ola bilməz, çünki haram tikə yeyənimiz yoxdur. Onları aparmağa gələn maşın darvazanın önündə dayandı. Yoldaşları yer- yerdən qışqırdılar: - Ə, Qürbət, tez ol, ayə tez ol! Təndirin ətrafına düzülmüş çörəkləri görüb: - Ayə, təzə təndir çörəyi, pendir də gətir! - dedilər. Qızlar dəstərxanın arasına beş-altı çörək qoydular, Münəvvər iri bir qabı motal pendiriylə doldurub çörəklərin üstünə qoydu. 46 Səyyad Aran Nübarın qəfildən ürəyi sıxılmışdı. Kürəyini əl damına söykəyib müvazinətini güclə saxlayırdı. Allaha yalvarırdı ki, Qürbət gedənəcən yıxılmasm. Uşaq peşman olar, nigaran gedər, kəşfiyyatda da fikri dağınıq olar, qara yellər aparsın, huşu-başı üstündə olmaz, erməninin gülləsinə tuş olar. Allah, sonra mən necə olaram? Əsgərlərdən hansınınsa maqnitafonunda müğənni elə bil qəsdən yanıqlı-yanıqlı oxuyurdu: Mən aşıq balabanı, Asta çal balabanı, Bir vaxt olar, deyərsən Bəs mənim balam hanı? Nübarın ürəyini quş kimi çırpındıran mahnının sözləri idi. "Ay Allah kömək olmuşlar, belə mahnıyla, belə sözlərlə yola çıxarlar, özü də hər dəqiqəsi belə qorxulu, ölümlü-itimli. Ay analarınız ölsün, cavan olanda nolar, bir bizi də fikirləşin dəə..." Qürbət əvvəl dəstərxanı atdı. Sonra maşın gedə-gedə arxadan kuzova mindi. Əllərini anasına tərəf yelləyə-yelləyə dedi: - Ana, qurbanın olum, özündən muğayat ol! "Qurbanınız biz olaq, ay bala! Analar sizlərə qurban olsunlar. Biz yenə az-maz yaşadıq, gün gördük. Siz nə gün gördünüz ki. Bütün günü çöllərdəsiniz. Beyqəfil namərd bir güllə ömrünüzü hər dəyqə qıra bilər". Nübarı qaldırıb evə aparanda onun rahatsızlığını ana duyğularıyla əlaqələndirdilər. Heç kim mahnının Başdaşı 47 sözlərinə fikir verməmişdi. Arvadı çarpayıya uzatdılar. Münəvvər yarım stəkan suyla başının üstünü kəsdirdi: - Ana, iç bunu. *** Uşaqların getməsindən iki gün keçirdi. Hələ bir xəbər-ətər yox idi. Yəni camaat təzə bir şey bilmirdi. Ermənilərlə sərhədin yaxınlığında mövqe tutmuşdular. Daha çox gecələr işləyirdilər. Kolluqlarda, yarğanlarda gizlənib müşahidə aparırdılar. Demək olar ki, tam hazırıydılar. Bu gecə bir azca da olsa içəri girəcəkdilər. Yuxarıdan əmr gəlmişdi ki, müfəssəl məlumat göndərsinlər. Zil qaranlıq idi. Bir tərəfdən də şaxta. Hamısının əlində toxunma əlcək, bircə komandir meşin əlcək taxmışdı, onu da özü ilə gətirmişdi - Krasnoyarskdan. Nazim peşəkar kadr idi. Frunze hərbi məktəbini bitirib yenicə qulluğa başlamışdı ki, Xocalı faciəsi onun da vətənə qayıtmasını qətiləşdirdi. Cavan olmasına baxmayaraq təkcə kənddə deyil, bütün ətrafda böyük hörmət-izzət sahibiydi. Yuxarılardan həmişə bu tərəflərə gələndə birinci onu axtarıb tapır, onunla nəyi isə xeyli müzakirə edirdilər. Ayrılanda da mütləq qucaqlayır, hörmətlə kürəyinə döyəcləyirdilər. Onlar böyüklərin başqa birisini komandirləri kimi qucaqlayıb xoş sözlər dediyini, inandığını, etibar etdiyini hələ ki, görməmişdilər. Əsgərlər təkcə buna görə komandirlərini sevmirdilər. Düzdür, cavanıydı, 27 yaşı vardı, amma hamının böyük qardaş kimi əziziydi. Dəstədə ondan xeyli yaşlı olanlar vardı, amma qeyd-şərtsiz komandir kimi hamı onu qəbul edirdi. 48 Səyyad Aran Kəşfiyyatdan əvvəl bir daha parollar, şərti işarələr, quş səsləri təkrar-təkrar məşq edildi, silahlar yoxlanıldı, hərəkət planı dəqiqləşdirildi, nəhayət, iki dəstəyə bölünüb ayrıldılar. Qürbət komandirlə bir dəstədəydi. Zamzur-Banazor-Hərəkül yoluyla Cəbrayıla girdilər. Sonra Cəbrayılın başı üstdən Xələfli, Tatar, Məlikli, Qalacıq, Sirik, İsağlıdan keçib erməni kəndləri Ağcakəndi, Dolannarı da ötüb Hind Tağlarda birləşməliydilər. Ordan o yana Qubadlı idi. Bir də tülək, tərlan, laçınsız, qalan Laçın idi. Yiyəsiz Laçın torpaqları Ermənistana bitişmiş kimi görünürdü. Adamsız qalan dağlar, dərələr hüzünlüydü. Heç bir həyat əlaməti görünmürdü. Evlər işıqsız, ocaqlar tüstüsüz idi. Bircə görünən dağılmış, uçulmuş evlərdi, tar-mar olmuş kəndlərdi. Hamının ürəyi sızladı. İntiqam hissi bir daha əsgərləri özünə qaytardı, toparladı, sərvaxt elədi. Təyin edilmiş vaxtda birləşdilər. Komandir o biri dəstəni təbrik etdi: - Hələlik işlərimiz plan üzrə gedir. Əla! Bilirsiniz ki, bu yerdən tez-tez Qubadlının, Cəbrayılın mərkəzi, yaxın kəndləri vurulur. Məhz hansı yüksəklikdən toplarını qoyduqlarını dəqiqləşdirməliyik, qayıdıb özümüzünkülərə xəbər verək ki, onlar da koordinatları düzgün müəyyənləşdirib atəş nöqtələrini birdəfəlik susdursunlar. Tam ehtiyatlı olmaq lazımdır. Yenə də həminki tərkibdə irəliləyəcəyik. Biz sol tərəfdən, siz də sağdan gedirik. Gecəgörən cihazla ermənilər artıq hər iki dəstəni görmüşdülər. Həm yaxınlaşmaqlarını, həm də məqsədlərini öyrənmək üçün onları bir az da yaxına buraxırdılar. Atəş məsafəsinə yaxınlaşanda sanki göy Başdaşı 49 gurladı. Saysız- hesabsız mərmilər, güllələr üstlərinə yağdı. Ərazini projektorla işıqlandırdıqlarından, vəziyyət daha müşkül olmuşdu. Gizlənmək mümkün deyildi. Sağ tərəfə yollanan dəstə açıqlığa çıxmışdı, onların vəziyyəti daha ağır idi. Pusquya düşmüşdülər. Komandir vəziyyəti anlayıb əmr verdi. - Gəldiyimiz yolla geriyə. Sarıtəpədə görüşürük. Kiminsə qışqırtısı hamını dondurdu: - Ay ana, sinəm yandı. - Müseyibin oğluydu - İlqar. Yaralı quş kimi otluğun içində çırpınırdı. Sinəsini tutmuşdu. Barmaqlarının arasından sızan al qan yaşıl çəmənliyə damcılayırdı. Get-gedə nəfəsi tıncıxır, elə hey anasını çağırırdı. Çırpınıb ağzı üstə düşdü. Dırnaqları ilə ot qarışıq torpağı xışmaladı... Sonra lam düşdü. "Vay, anasına nə cavab verəcəyik?" O tərəfdən səs gəldi: - Komandir, bizi qoruyun, sizə yaxınlaşaq. - K boyu! - Komandir rusca əmr verib birinci yenə özü irəli atıldı. O biri dəstədən Səlim müəllimi də vurdular. Mərmi qəlpəsi başını tutduğundan axır sözünü də deyə bilmədi. Meşə tərəfə yol açıq idi. Çay tərəfə də gedə bilərdilər. Amma ora uzaqdı. Meşə daha yaxın idi, həm də çətini meşəyə girənəcəndi. - Atışa-atışa meşəyə giririk. Marş! Getdik! Dalı-dalı geriyə - meşəyə sarı çəkilirdilər. Yaralananlar heç nə hiss etmirdilər. Daşa dəyən qəlpələr, güllələr çovuyub yanaqlarını, alınlarını, qaşlarını yaralayıb keçmişdi. Hamısının sir-sifəti qan içindəydi. Ağır yaralanan olmadığından döyüşdən qalmırdılar. 50 Səyyad Aran Nəyin bahasına olur-olsun, meşəyə girmək lazım idi. Bir az da özlərini qoruya bilsəydilər, meşəyə girib xilas olardılar. Elə bu anda sanki möcüzə baş verdi. Güllə seli dayandı. Dəstə artıq birləşmişdi. Elə bildilər nəzarətdən yayınıblar, sürətlə meşəyə sarı cumdular. Birinci mina Musa kişinin aman­zaman madar oğlunun ayağı altında partladı. Onun havada uçuşan tikə­parçaları hamını dəli etdi. Dəstədəkilərin ahnalə­si ərşə bülənd oldu. Eşidilən "ana", "ata", "Allah" sözləyirdi. Sonra ikinci mina partladı. Soltanın oğlu Əhmədlə Həsənin sonbeşiyi Ceyhun da tikə­parça oldular. Komandir qaçıb Qürbəti saxlamaq istəyəndə ikisi də havaya uçdu. Şüurları sönəndə səssiz filmlərdə olduğu kimi döyüş yoldaşlarının müxtəlif bədən üzvlərinin havaya qalxdığını, iri ət parçalarının yavaş­yavaş yerə endiyini gördülər. Sonra sükut çökdü... *** Hadisədən üç gün sonra xəbər tutdular. Erməni-azərbaycanlı kəndləri bir-birinin qonşuluğunda olduğu üçün uşaqlıqdan bir-birini tanıyırdılar. Səhər açılanda ermənilər ehtiyatla əraziyə yaxınlaşdılar. Qorxurdular ki, birdən minalardan hansısa biri partlamamış olar, mərminin qurbanı olarlar. Ətrafı yoxlayandan sonra irəli yeridilər, əvvəlcə ələ gələn silahları yığışdırdılar, sonra ölənlərin ciblərini eşələdilər, pulları götürüb öz ciblərinə qoydular, sənədləri çək-çevir etdilər. Dəstə üzvlərinin çoxunu tanıdılar. Suren adlı saqqallı erməni ratsiya ilə azərbaycanlılara ismarış Başdaşı 51 göndərdi: - Ara, Siriyin uşağları bizim arazıda minaya düşüplər. Gəlin onların meyitlərini aparın. Altı kanıstr benzin də yadınızdan çıxmasın. -Ay sən öləsən! Bəlkə 60 kanistr? - Ara, neyniyim, yuxarıdan belə deyiplər. Meyitlər çoxdu ... Hadisənin mahiyyətini biləndə hamı sarsıldı. Daha mübahisə yeri deyildi. Deyilənlə razılaşıb Sarıtəpənin altında görüşdülər. Ermənilər bütün meyitləri iri bir brezentin arasına yığmışdılar. Əslində dəstə üzvlərinin param-parça olmuş, qolu, əli, başı bədəndən ayrılmış hissələri idi. Meyitləri təhvil alanların qan beyinlərinə vurdu. Avtomatlar şaqqıldadı: - Sizin ananızı... Bu nə namərdlikdi eləmisiniz. Ananız, bacınız yoxdumu? Bunları necə göstərək, necə aparaq? Faşist köpəyuşağı! Tfu sizin qanınıza... - Ara, neylayax, minaya düşüplər daa. Biz öldürməmişik ki... Dişləri bağırsaqlarını kəsə-kəsə aralanmışdılar. Ən dəhşətli hadisə qarşıda idi. Bütün kənd yığışıb şəhidlərini gözləyirdi. Ölüm-itimə hamı hazır idi. Camaat hər an bəd xəbər gələcəyinə özünü çoxdan hazırlamışdı. Amma müsibət burasındaydı ki, bütöv meyit yox idi. Cənazələrin qolunu, qıçını, başını necə müəyyənləşdirib tabuta qoyacaqdılar? Kəndin girəcəyində arvadlar üz-gözlərini cırıb, saçlarını yelə verirdilər. Kişilər nə qədər özlərini tox tutmağa çalışsalar da, səssiz göz yaşları durmadan axırdı. Ağlamırdılar, amma yana-yana inildəyirdilər. Baş vermiş faciəni düz-əməlli qanmayan xırda uşaqlar da valideynlərinə baxıb şivən qoparırdılar. Neçə 52 Səyyad Aran ana bayılıb düzə sərilmişdi. Oğlanları kəşfiyyata getməyib kənddə qalanların anaları onların üzünə su vurur, başlarını qaldırıb dizlərinin üstünə qoyaraq ağı deyirdilər. ...İki maşın mərəkəyə yaxınlaşdı. Hərbi paltarlı bir polkovnik, çiyinlərində sanki dünyanın yükü varmış kimi, ikiqat əyilmiş halda ağır-ağır maşından endi, tərəddüdlə yığnağa nəzər salıb kişilərə yaxınlaşdı. Kəndin rəhbər işçilərini, ağsaqqallarını soruşdu. Onları başına cəm edib kənara çəkildi. - Hamımız kişiyik. Hansı şəraitdə döyüşüb yaşadığımızı hamınız bilirsiniz. Bu müharibədir. Hər cür dəhşətli hadisənin baş verəcəyini təsəvvür edə bilərik. Düşmənlərimizin necə qaniçən, vəhşi, əzazil olduğunu söyləməyə, elə bilirəm, ehtiyac yoxdur. Xəbərdarlıq edirəm ki, son dərəcə qorxunc, ağla sığmayan mənzərəylə qarşılaşacaqsınız. Deyirlər minaya düşüblər. Hələlik ilkin versiya budur. Hər halda, Gəncədən dəvət etdiyimiz ekspertlər də belə deyir. Amma mərd-mərdanə vuruşublar da. Bunlar sonranın söhbətləridir. Əsgərlərin analarını, bacılarını... bilmirəm necə deyim... sakitləşdirmək, qorumaq lazımdır. Ərlər və qardaşlar hazır olsunlar... Daha bilmirəm nə deyim. Unutmayın ki, yer üzünün ən qəddar millətiynən vuruşuruq. Tarix boyu onlardan ən ağlagəlməz zülmlər görmüşük. Bu gün də... Kişilərin rənginin ağardığını, dil-dodaqlarının əsdiyini, neçəsinin ürəyini tutub çökdüyünü arvadlar kənardan yaxşı görürdülər, ancaq hələ irəli yeriyib nəsə soruşmurdular. O "vayenni paltarda" gələnin Başdaşı 53 danışıb qurtarmasını gözləyirdilər. Sovet sədri ilə məktəb direktoru kuzova qalxdılar, brezenti qaldırdılar. - Allah, Allah, özün saxla. Vay, başımıza daş düşdü. Arvad-uşağımız qırılıb batacaq! - Məktəb direktoru belə deyib özündən getdi. Səndirləyəndə tutdular. Kənd soveti sədri: - Polkovnik, mən bunları camaata necə göstərim? - deyib udqundu, elə bil qurumuş boğazına bıçaq çəkdilər. Polkovnik də Rusiyada qulluq edən "kadrovik"lərdəniydi. Belə məsələlərdə nisbətən təcrübəli və soyuqqanlıydı. Ona tapşırıq verilmişdi ki, dəfni mümkün qədər emosiyasız keçirsin. Əmr verməyə nə vardı? Belə müsibət baş verən yerdə, özü də camaatın gözü qabağında bu işi deyilən qaydada icra etmək oğul istəyirdi. Elə bir oğul ki Seyid Lazım ağa kimi, Nəsihət ağa kimi, Mirqoca ağa kimi camaatın qabağına çıxıb cəddləri və nüfuzları ilə milləti toxtaqlığa çağıralar. Onlar isə burada yox idilər. Komandir çox çətin yerdə axşamlamışdı. Həyatında belə çıxılmaz vəziyyətə düşməmişdi. Söhbətin, məsləhət-məşvərətin uzun çəkdiyini görən arvadların dalağı sancdı. Birdən topa halda hamısı irəli yeridi: - Nədi, meyitlərimizi bizə göstərmək istəmirsiz? Yoxsa yalandan hərəsinə bir taxta qutu qayırıb, içinə də bir-iki kağız-kuğuz qoyub elə-belə basdıracaqsız? Qoymarıq! Balalarımızı göstərin bizə. Gəncədən gələn polkovnik saralmış və dəhşət içində caş-baş qalan əsgərlərə işarə etdi. Hələ məsələni bilməyən kənd adamları da kömək edib "Kamaz"­ 54 Səyyad Aran dan iri brezenti düşürdülər. Polkovnik macal tapıb bir də üzünü tutdu bayaq dəvət etdiklərinə: - Xahiş edirəm, təmkinli olasınız... Bizdən də muğayat olun... Birinci Müseyibin arvadı yaxınlaşdı. Həm təpərli arvad idi, həm də kəndin bütün xeyir-şəri onun başçılığı ilə yoluna qoyulurdu. Ağbirçəkliyi vardı, həm də hökmü keçirdi, təşəbbüsü ələ götürməyi təbii idi. Brezentin ucunu kənara atdı. Əvvəl heç nə anlamadı. Sanki naşı qəssab köntöy baltası ilə cəmdəkləri şaqqalayıb üst-üstə yığmışdı. Polkovnik son gücünü toplayıb izahat verdi: - Minaya düşüblər... Birdən arvada hər şey əyan oldu. Əlini başına atmağıyla iki çəngə saçı havada uçdu: - Aaaz, ay arvadlar, ay başı daşdılar, balalarımız İmam Hüseyn balaları kimi tikə-parça olublar. Oyyy, Allah, ölərəm, ölərəm, qalmaram. Daş yağdır, ay tanrı... - Özünü meyitlərin üstünə atdı, üz-gözü al qana boyandı. Elə bir vay-şivən qopdu ki, yer göyə, göy yerə dəydi. Brezentin o biri qıraqları da açıldı. Ağlagəlməz mənzərədən adamlar bir-birinə dəydi: - Allah, bu nə müsibətdir, gözlərimiz kor olsun, bu nədir görürük?! - Aaazz, hanı o kişilərimizi başına yığıb mollalıq edən qurumsaq! - Səlim müəllimin anası pələng kimi yerində qıvrıldı, polkovniki gözü alan kimi onun üstünə şığıdı: - A səni tünbətün olasan, a sənin də balan gözünün qabağında belə tikə-parça olub ələ gəlməsin, minnətçi düşmüsən? Kim göndərib səni? Əlini atıb polkovnikin yaxasından tutub çəkdi. O biri arvadlar da yetişdilər. Polkovniklə birlikdə gələnləri boğanaq kimi burub-büküb yerə yıxdılar, cırmaqlamağa, yumruqlamağa başladılar. Polkovnik heç bir Başdaşı 55 söz demir, üz-gözünü tutub qorunurdu. Onu belə görüb yanındakılar da qadınların zərbələrinə dəyanətlə dözərək cırılmış sifətlərindən, yarılmış başlarından axan qanı ciblərindən çıxartdıqları dəsmalla, furajkalarıyla silirdilər. Onlar da heç bir reaksiya verməyib dinməz- söyləməz susurdular. Polkovnik arada fürsət tapıb yanındakı zabitə dedi: - Dözün. Qoyun ürəkləri soyusun. Analarımız, bacılarımızdır... Neynəsinlər... Qadınların nisbətən soyuduğunu görüb kənd soveti sədriylə direktor irəli durdular: - Bəsdirin daha! Onların nə günahı? Uşaqlarınızın meyitlərini onlar alıb gətiriblər. Bu da sağolunuzdur? Dağılışın. İmkan verin balalarımızı dəfn edək. Haydı, aralanın! O biri kişilər də təpindilər. Hər kəs ərki çatan qadını - anasını, bacısını, arvadını baş-gözü, sir-sifəti qan içində olan hərbçilərdən uzaqlaşdırdılar. Polkovnik təmkinini pozmayaraq heç nə olmamış kimi mərdanə şəkildə dilləndi: - Gəlin şəhid əsgərlərimizin dəfnini təşkil edək. Bu saat əsas məsələ budur. Analar balalarını axtarırdılar. Paltarlarından, bədən nişanələrindən, saçlarından təxmin edib qol-qılçalarını, başlarını bir-bir götürüb ərlərinə deyirdilər: - Ay Müseyib, bu İlqarın başıqarışıq sinəsidir, tut... qoy ayağını, qolunu da axtarım. - Süleyman, al Seyfullanın bədənini, görüm başı hardadı? -Ay arvaddar, Zaurun bir ayağını tapdım, siz Allah, görün o birisi hardadı... məndə can qalmadı. - Bacı, başına dönüm, deyəsən, bu sənin Cəmilinin ayağıdı, kənddə cins geyən sənin oğlun döyülmüydü? 56 Səyyad Aran - Ay anaaa... Qürbətə bax, Qürbətə bax!.. Minarənin cikkəsi camaatın ürəyinə dağ çəkdi. Qardaşının başını qucaqlayıb yarıaçıq gözlərindən dönə-dönə öpən bacısının ah-naləsi yeri-göyü titrətdi: - Qardaş, qardaş, dillənsənə, ölmüş bacına bir söz desənə... Allah, mənə ölüm ver! - Komandir son anda Qürbəti qucaqladığına görə o biriləri kimi tikə-parça deyildi, - Camalla Münəvvər özlərini götürüb göydən yerə vururdular. Səməndər diz çöküb elə hey başına döyürdü. Oğlunun cənazəsini görmək Nübara qismət olmadı. Minarənin cikkəsini eşidəndə ürəyi getdi... Bir də səhərisi özünə gəldi. Oğlunun qara torpaq altına basdırıldığını eşidib təzədən bayıldı. Əlamətlərinə görə bədən hissələrini ayrı-ayrı yığıb doqquz tabut düzəltdilər. Kəndin kişiləri qəbiristanlıqda yox, Sirikdə dağ döşündə qəbir qazıb dəfn elədilər. Toxtamış qadınlar bir-birinə dil-ağız edirdilər, - deyəsən sənin oğlunun tikəsi mənimkində getdi. Halal elə, bacı. - Halal xoşun olsun. Elə mənim oğlumun tikəsi də Züleyxanın oğlunun tabutuna düşdü. Halal xoşu olsun. Sənin balan, mənim balam - nə təfavütü. - Helədi dərddaş! Helədi, dərdin-bəlan mənə gəlsin. Ölənlər hamının idi, bütün kəndin şəhid balalarıydı. Ona görə dərd də hamının idi. Kənddə oğlanları sağ qalanlar başlarını qaldırıb ətrafa baxmağa utanırdılar, sanki üzqaralıqları vardı, günah iş tutmuş kimi hürkürdülər. Şəhid anaları başı dik gedirdilər, bayaq əyilmiş qədd-qamətləri indi şax idi. Başdaşı 57 Müseyibin arvadı hamını bir az da toxtadacaq bir söz dedi: - Verən də Allahdı, alan da Allahdı. Biz nəkarəyik ki, onun işinə qarışaq. Şükür məsləhətinə, hər nə olub, özü bilən məsləhətdi. *** 92-ci ilin yanvarın ortalarıydı. Qış yavaş-yavaş sərt üzünü göstərməyə başlamışdı. Bayırda çox durmaq olmurdu, qırov adamın üz- gözünü qarsırdı. Rayonun, kəndin bütün kişıləri meydanlarda, yollarda, küçələrdəydilər. Hər yerdə mənzərə eyni idi: ocaq qalayıb, gec sönsün deyə üstünə köhnə lafet, traktor, maşın təkərləri atıb yandırırdılar. Gözləri tüstüdən acışa-acışa qızğın mübahisələr edir, ordunun, hökumətin niyə ləng hərəkət elədiyini başa düşə bilmirdilər. Hərənin ağzından bir avaz gəlirdi. Söhbətlərin hamısının axırı gəlib silaha dirənirdi. Hamını girinc edən bir də Ermənistandan qovulan azərbaycanlıları Zamzura yığıb onların müdafiəsinin dörd milisə tapşırılmasıydı. - Ayə, o boyda kəndi erməni dığaları ilə silahsız üzbəüz qoymaq olarmı? Noolsun post var, cəmi dörd milis qoruyur. Ovanesin dəstəsində, deyirlər, yüzdən artıq saqqallı var, silahları da nə qədər desən. - Bizim ov tüfənglərini, dayandoldurumları elə tez yığdılar ki, elə bil dədələrinin kəfən puluydu, onun yanında oturan kimlərinsə ünvanına yağlı bir söyüş göndərdi. - Hələ tankları da var, rus çastınındı, amma ermənilər sürür. Biz yaxın getsək, tırtılın altında əzib leşimizi çıxararlar, gör onlara bir söz deyən olur? 58 Səyyad Aran - İt itin quyruğunu basmaz, bilmirsən? - Ayə, bizimkilər nə fikirləşirlər e, görəsən? - Nə fikirləşəcəklər? Böyüyümüz yerində qalmaq üçün Rusiyaya satılıb. Rus nə hava çalsa, o da onu oynayacaq. Muzıka zakaz vermək üçün kişinin gərək ...olsun. - O da onda yoxdur - saqqallı bir cəbhəçi istehza ilə söz atdı. - Yoxdu yiyəmiz. Hamı millətin üstündə alver edir. - Sizə bu da azdır. Vaxtında deyəndə ki, nəyiniz var, qoyun ortaya, pula- qızıla qızırğalanmayın, üstüstə qoyaq gedək tez tank alaq, silah alaq, hərənız üzünüzü bir yana tutdunuz. - Ə, nə qədər pul yığmaq olar? Elə bu dava başlayandan işimiz pul yığmaq deyil? Hər gün iclas, iclas, axırda da: - Yoldaşlar, kimin qulpundan nə çıxır, versin, belə olmur? - Ə, görməmiş, silahları, patronları muzeyə qoymaq üçün almırıq haa, işlənir dana! Ölən-itən olur, kəşfiyyata gedən olur, qayıtmayanları olur... Odur ey, Sirikdən bir qoşun igid kəşfiyyata getmişdilər. Pusquya düşüb hamısı şəhid oldu. Nə qədər silahlar qaldı erməniyə. Bə onların yerini nəynən dolduraq? - Heç ermənilərdən əsir düşən olmur? Bəs onların silahları hara gedir? - Ayə, sizin kimi bit-birə söhbəti aparan millət irəli gedə bilməz. -Niyə, düz söz dedim, ona görə? -Heydər Əliyev gəlməsə, xeyri yoxdu. Yaxamız uşaq-muşağın əlində qalsa, vay halımıza. Başdaşı 59 - Heydər Əliyevi deyirsən? Bircə onu görməyəcəksiniz. Kommunistlərnən ömürlük qurtarmışıq, - orta yaşlı cəbhəçi əminliklə cavab qaytardı. Heydər Əliyev tərəfdarı təslim olmaq fıkrində deyildi: - O, çoxdan partbiletini cırıb atıb. Görmədin, 20 Yanvarda kişi kimi Moskvanın göbəyində, Qorbaçovun gözü qabağında bəyanatla çrxış edib Sovet hökumətini, Qorbaçovu necə ifşa elədi? Bilməzsiz qədrini... Cavabsız suallar baş alıb gedirdi. Heç kim dəqiq, konkret bir söz deyə bilmirdi. Hamı dumanlı şəkildə vəziyyəti anlayırdı. Cavabı yuxarıdakı başbilənlərdən gözləyirdilər. Yuxarıda isə başbilənlər ayrı-ayrı dəstələr halındaydı. Hamı "mən" deyirdi. "Biz" deyib hamını birləşdirən yoxuydu. Səhəri həmin mərəkələr yenə həmin yerlərdə toplaşır, yenə həmin mübahisələri edir, cavab tapmadan evlərinə dağılışırdılar... Sabah yenidən yığışırdılar - dünənki, srağagünkü, tasrağagünkü ... mübahisələri bir də təkrar etmək üçün. *** Xalq cəbhəsinin köhnə kənd klubunun bir otağında yerləşən qərargahında son günlərin durumu müzakirə olunurdu. İçəri siqaret tüstüsüylə dolduğundan xırda pəncərəni açmışdılar, amma yenə xeyri yoxuydu. Həm ağız deyəni qulaq eşitmirdi, həm də tüstüdən göz gözü görmürdü. Bir-iki nəfər deyinirdi ki, ay rəhmətliyin uşağı, növbəylə papiros çəkin dəə. Ə, sən öl, çoxunuzun üzünü görmürük. 60 Səyyad Aran Kimsə kinayəylə dilləndi: - Elə görməsən yaxşıdı. Deyinən adam əlüstü cavab verdi: - Niyə? Elə eybəcərsən? - Eybəcər özünsən! - Yox daa... Soruşuram. Niyə qaşınırsan ki... Mübahisə təzədən qızışırdı ki, hesabdar Kamalın oğlu Barat arxasınca canavar düşübmüş kimi özünü içəri təpdi: - Gedillər!! Özünün, sözünün yerini bilən, heç vaxt emosiyalarını biruzə verməyən gənc cəbhəçinin gözləri yaşarmışdı, az qala ağlayırdı. Daha nələrsə demək istəyirdi, amma boğulub qaldığından ardını gətirə bilmirdi. - Ermənilər?? Hansı istiqamətdən? - belə deyib Mürvət xəritənin üstünə əyildi. Otaqdakılar da yaxın gəlib xəritəyə boylandılar. Bu dəfə Barat özünü saxlaya bilmədi: -Yox ee.. Erməniləri demirəm. Özümüzünkülər gedillər. Bir anda elə bil hamının üstünə buz kimi su calandı. - Nə danışırsan, ə!.. - Valla... Çölə çıxın... Barat elə divarın dibindəcə çöküb papağını gözünün üstünə basdı. İçəridəkilər eşiyə töküldülər. Öndə iki köhnə "Kamaz" utanırmış kimi birayaq-birayaq boz yamacdan sallanırdı. Ardınca silahlı və əliyalın əsgərlər ehtiyatla enirdilər. Onlar da utancaq yerişləri ilə elə bil daş-kəsəkdən, yol-cığırdan, el-obadan üzr istəyirdilər. Silah qıtlığıydı. Hamıya çatmırdı: - Növbəylə atın. Dara-bara salmayın, - komandir tez-tez öyüd verirdi. Başdaşı 61 "Bayaq sən atdın, indi də mən atım" qəbilindən olan narazılıqları bir növ belə yola verirdi. - Hələ heç bir döyüşdə silahı oçeredlə atmağı görməmişdik, onu da gördük, - deyə əsgərlər zarafatlaşırdılar. Yarısı könüllülər idi, yarısı da hərbi xidmət keçənlər. Müəyyən döyüş təcrübəsi olan, silahla davranmağı bilən cavanlardı. Yəni metronun giriş-çıxışlarından, parklardan, meydanlardan - bir sözlə, küçədən tutulub gətirilənlərdən deyildilər. Onlara görə kənd camaatı arın-arxayın dolanır, əkin-biçinlə məşğul olur, heyvanlarını ürəklə örüşə buraxırdılar. Yerli cavanlar, cəbhəçilər bir-iki sınıq-salxaq ov tüfəngindən, dayandoldurumdan tapıb, kəndin nisbətən ucqarlarında, hücum ehtimalı ola biləcək istiqamətlərdə, özlərinin düzəltdikləri postlarda keşik çəkirdilər. Çoxu həftələrlə evlərində gecələmirdi. Əsgərlər Hiltəpədəki çox vacib mövqelərini tərk edirdilər. Heç ağlabatan iş deyildi. Bunlar nə edirlər? Qaranlıqda hərəkət bir elə də hiss olunmurdu. "Kamaz"lar cəbhə xətti boyunca tez-tez ora-bura şütüdüklərindən diqqəti çox cəlb eləmirdilər. Deyəsən, yerli camaatı, ələlxüsus cəbhəçiləri vəziyyətdən hali etmək istəmirdilər. Böyük komandirlərindən o qədər də yox, Xalq cəbhəsinin sədri Mürvətdən xeyli çəkindiklərindən bacardıqları qədər səssiz-səmirsiz gedişlərini başa vurmaq istəyirdilər, xətasız-bəlasız ötüşmək niyyətindəydilər. Üzüyuxarı diklənən Xalq Cəbhəsi üzvlərini və kənd camaatını görəndə həm pərt oldular, həm də vəziyyətin yaxşı qurtarmayacağını anladılar. Mürvət irəli yeridi. 62 Səyyad Aran - Xeyir ola, komandir? Noçnoy praqulkadı? Komandir - orta yaşlı polkovnik-leytenant bir xeyli dinmədi. Bəlkə də Mürvətlə yollaşmaq olardı, hər halda, müəllimdi, başa düşərdi. Amma qəzəbli, yaba, dırmıq, bel, dəhrə ilə silahlanmış kütləni görüb çəkindi.Heç kim dillənmirdi. Ətrafa vahiməli sükut çökdü. Sakitlikdə əsən xəfif yelin səsi gəlirdi. Bu da gərginliyi daha da artırırdı. "Sən də əsməyə vaxt tapdın." Ümumiyyətlə, elə vaxt idi ki, ən adi bir şey belə, adamları əsəbiləşdirirdi: yersiz əsən meh də, adicə söz də, kiminsə barmağını avtomatın, tüfəngin tətiyinə qoyması da... Komandir hələ də dinmirdi. Deyəsən, uyğun söz - bəhanə axtarırdı. Tapmayıb olanı dedi: - Yuxarıdan əmr gəlib. Gəncə ətrafına çəkilməliyik. - Bəs biz? - Yəqin başqa qüvvələr göndərərlər. - Elə siz burdasınız daa... Bu xəyanətdir, komandir! Siz nə etdiyinizi başa düşürsüz? "Xəyanət" sözünü qulaqı çalan köhnə ot briqadiri Əlizaman lap zilə qalxdı. - Özü də dövləti xəyanət! Komandir xırıldadı: - Lap yuxardan əmr gəlib. - Kimdi ə, o əmr göndərən qəhbənin oğlu! Bizi burda əliyalın qoyub qırdırmaqdı qəsdləri? Niyə? Vətən xainiyik? Yenə Əlizamanın səsiydi. Ağızdan pərto idi, amma mərd, qorxu-hürkü bilməyən kişiydi. Həmkəndliləri ona "qırmızı Əlizaman" deyirdilər. İndi də: - Kişi düzünü deyir də! - deyə öz aralarında ona Başdaşı 63 çəkinmədən qahmar çıxırdılar. Mürvət təmkinini pozmadı: - Komandir, qayıdın pozisiyaya. O qərarı verənlərə deyin, kəndə gəlsinlər, vəziyyətimizi gözləri ilə görsünlər. Sonra nə qərar versələr, biz razı. Getməkdirsə, sizə qoşulub biz də gedərik. Neynək... - Xahiş edirəm, Mürvət müəllim! Bizi başa düşün. Vaxtında əmr edilən yerdə olmalıyıq. Söz verirəm ki, hər şeyi olduğu kimi deyib bura yeni qüvvə göndərilməsinə yuxarıları razı salacam. Yenə Mürvətdən qabaq Əlizaman dilləndi. - Uşaq başı aldadırsan? Dasnı hing, hinq dasnı - erməni oğraşdar demişkən. Mürvətin sözünü niyə qəribçiliyə salırsız? Elə siz burdasız daa. Ə, o nə təhər deyir, müəllimlər bilər, nəyin yerini dəyişəndə heç nə dəyişmir. O dəstə olmasın, bu dəstə olsun. Bizdən pis üz görmüsüz? Ağzımızdan tikəni çıxarıb sizə yedizdirmişik. - Elədi, dansaq, gözümüzdən gələr. - Bə bu nə oğraşdığdı?.. Əlzaman çarəsizlikdən əlindəki iri daş parçasını var gücü ilə yerə çırpdı. Ətrafdakılar geri sıçradılar. Torpağın üstündə yastı bir çuxur əmələ gəldi. Əlindən bundan başqa bir şey gəlməyən ağsaqqal kişi ağac kötüyünə bənzəyən əllərini havaya qaldırıb bağırdı: - Aaaaaa!!! Onun nəriltisindən dağ-daş dilə gəldi. Əlləri tətikdə olan əsgərlər də özlərini yığışdırdılar. Hamı pis yerdə axşamladıqlarının fərqindəydilər. Onları bu hala salanları lənətləyirdilər. Əsgərlər əmrə tabe olmalı idilər. Kəndlilər də əsgərlər gedəndən sonra ermənilərin qabağında əliyalın 64 Səyyad Aran qalıb tələf olacaqlarını apaydın görürdülər. Bəs nə etməli? Torpağın və Əlizaman kişinin bağrının başı göynədi. Hamının içi sızım-sızım sızıldadı. Mürvət baş verənləri əməlli götür-qoy etmək üçün bilərəkdən ağsaqqala meydan verirdi. Əliboş adamlar əyilib yerdən iri daş parçaları götürdülər. Tüfənglilər irəli çıxdılar. O biri tərəfdəkilər avtomatlarını ayağa çəkdilər. Əlizaman dayanmaq bilmirdi. - Kişi o adama deyərəm ki, atəş açsın. Bax, hədəf mən. Elə bilin qabağınızdakı ermənidir. Atmayan kişi deyil. Komandir əlini qaldırdı. Nəhayət, Mürvət də dilləndi: - Əlizaman kişi, bir toxtaq ol görüm. - Toxtaqlıq yeridi? Ə, görmürsən binamusların felini. - Ağzının danışığını bil, - zabitlərdən biri dözmədi. -Ağsaqqalsan, dinmirik, yoxsa... Bu dəfə camaat yer-yerdən dilləndi. - Nə yoxsa, əə... Əlinnən gələni beş qaba çəkməyənin kişilikdən xəbəri yoxdu. Biz bir qaşıq qanımızdan qorxmuruq. Sən öləsən sizi diri-diri yeyərik. Hər iki tərəf döş-döşə dayandı, hətta bir-birinin nəfəslərini hiss etdilər. Komandir son çarəyə əl atdı. - Əmr edirəm, geri çəkilin. Əsgərlər geri çəkildilər. Komandir Mürvətin qoluna girdi: - Bir dəqiqə bəri dur, - döş cibindən bir kağız çıxarıb Mürvətə uzatdı: - Özün, Allaha şükür, savadlı, dünyagörmüş adamsan. Görürsən - mənə əmr gəlib, özbaşına de­ Başdaşı 65 yiləm ki. Vayenniyəm, birinci vəzifəm əmri yerinə yetirməkdir. Sən ki bunları yaxşı bilirsən. Tutaq ki, ağsaqqal qanmır... Mürvət komandiri ağır-ağır süzüb nəsə demək istəyirdi ki, komandir onu qabaqladı : ... yaxşı annamır, bizim işə bələdliyi yoxdur... Mürvət əmri əlində yelləyə-yelləyə fikrə getdi. Yerli-yataqlı yazılmışdı, xeyri yoxuydu; döyüşçülər əmrdə göstərilən yerə getməliydi. Əmr, pis-yaxşı, yerinə yetirilməliydi. Qarşıdurmaya yol vermək olmazdı. Yoxsa düşmən əlinə xına yaxardı. Bəs onların qazancı nə olmalıydı? - Gəl belə edək. Nə şiş yansın, nə kabab. Səni başa düşdüm. Onda silahlarınızı verin bizə. İndi ermənilərlə üzbəüz biz dayanacağıq. Qeyrətiniz necə yol verər ki, silahsız qalaq? Əlbəttə, Mürvət düz deyirdi. Komandir də bunu yaxşı anlayırdı. Dəstənin içinə girdi. Bir neçə dəqiqə mübahisə etdilər. Bir çoxu silahını vermək istəmirdi. - Yersiz inadkarlıq lazım deyil. Elə bilməyin, silahımızdan qorxub yoldan çəkiləcəklər. Bir də görərsiniz yabalar, dəhrələr havada uçuşub qarnınıza girdi, başınızı üzdü. Kənd adamları əlindəkilərlə vuruşmağı uşaqlıqdan öyrəniblər. Örüş üstə, ot üstə, torpaq üstə tez-tez üz-üzə gəlirlər. Vərdişkardılar. Onların dəhrəsi sizin avtomatınızdan tez atılar. Uşaqlıq eləməyin. Düz deyirlər... Silahsız necə duruş gətirə bilərlər. Adamın qanı olar. Öz millətimizdir. Bizə güvənib yaşayırdılar. Biz də başsız, arxasız buraxıb gedirik. Əlbəttə, öz xoşumuza getmirik. 66 Səyyad Aran Komandir qəti qərar verdi: - Qənimət götürülmüş, Serbakdan pulla alınmış, dəftər-kitabda adı keçməyən silahlar, patronlar kənd camaatına verilsin. Bizi geri çağırmaqda nəsə başqa bir niyyət var. Deyəsən, böyük oyun gedir. Mən təcrübəmə əsaslanıb deyirəm. Bu əmr nə hərbi, nə də strateji baxımdan qəti düz deyil. Amma nə edək? Biz əsgərik. Əmrə tabe adamlarıq. Deyir sür dərəyə, sürərik lap ortasına. Vaxtı gələndə bu barədə soruşsalar, biz də sözümüzü deyərik. O tərəfdə də Mürvət camaatı başına yığıb onları sakitləşdirir, vəziyyəti izah edirdi. Deyəsən, hər iki tərəf özlərinə sərf edən ortaq nöqtəni tapıb, davasız-şavasız ötüşməkdən başqa bir çıxış yolu tapmadılar. - Gəlin, götürün. Komandir əlini yolun qırağına atılmış silahlara, patronlara uzatdı. Camaat irəli yeridi. *** Tam səssizliyin içində qəflətən avtomat, pulemyot, top səsləri bir- birinə qarışdı. Balkəsənin üstünə uğuldaya-uğuldaya bir qrad düşdü. Qəsdən birinci oranı hədəf seçmişdilər. Ermənilər bilirdilər ki, bulağın başı xüsusən axşam tərəfi qız-gəlinlə, arvad-uşaqla dolu olur, həndəvərində gənc oğlanlar-qızlar azca qırağa çəkilib pıçıldaşır, sevgilərini, daha çox əhd-peymanlarını bir daha dilə gətirir, arzularını, həyatlarını götür-qoy edirlər. Bakıyamı gedəcəklər, könüllülər erməniləri çərən-pərən edib geriyə oturtdursa, bəlkə elə Başdaşı 67 kənddə qalacaqlar. Qalacaqlarsa, Laləli təpədə, yoxsa son vaxtlar Bakıda, Sumqayıtda, Rusiyada alver edib xeyli qazanc əldə edərək Gurbulağın sol qaşında tikəcəkləri evlərinin beton təməlini qoymuş digər həmkəndliləri kimi kənd üzrə nümayəndədən onlar da torpaq sahəsi alacaqdılar? Bunlar hələlik şirin xəyallar idi. Düz-əməlli müharibə olmasa da, amma hər gün erməni yaraqlıları ilə azərbaycanlı əsgərlər arasında tez-tez müxtəlif mövqelərdə atışmalar baş verirdi, ölən, yaralananlar olurdu. Amma yox... bu dəfə atəş səsləri qınq-qırıq deyil, davamlıydı... "Bay?!" Təxminən üç-dörd kilometrlik məsafədə Isfəndiyar qaşında bir neçə tank göründü. İndiyə qədər belə şey olmamışdı. Səməndər kişinin dili ağzında dolaşdı: - Deyəsən bu, başqa xına olacaq! Böyük qız Münəvvər əlüstü aydınlıq gətirdi. - Urus tanklarıdı. BTR-lərdi. Biri də BMP-di. Uşaqdan böyüyə bu aralıqdakı kəndlərin hamısının sakinləri, xüsusən yeniyetmələr, məktəblilər silahları səsindən, tankların, təyyarələrin markasını görünüşündən tanıyıb təyin edə bilirdilər. Ərindən üç addım aralı dayanmış Nübar arvad, əlində mis qazan, naxırdan qayıtmış camışı sağmaq üçün toparlanıb ona sarı yeriyirdi, ayaq saxladı ki, görsün bu mərəkə nəynən qurtaracaq: bizimkilər erməniləri gəldikləri yerəcən qovacaqlar, yoxsa... Allah, sən saxla! Bu Səməndər niyə özündə deyil?.. Tanklar İsfəndiyar qaşından yellənə-yellənə aşağı - kəndə tərəf sallanırdılar. "Gəlirik ha..." Mədəniyyət evinin reproduktorundan həyəcanlı bir səs bütün kəndə yayıldı, eşitməyən qalmadı: - Ca­ 68 Səyyad Aran maat, ermənilər tanklarla kəndə girəcək. Kimin qiymətli nəyi var, götürüb, tez özünü dəmiryol vağzalına çatdırsın. Kimin də maşını, arabası varsa, əlli tərpənib özünü yetirsin Hiltəpədən üzüaşağı - Beyləqan yoluna. Biz qalıb onlarla döyüşəcəyik, onacan siz xeylağ aralanıb canınızı qurtararsız. Haydı, Allah amanatı. Səməndər hörüklədiyi ata tərəf qaçdı: - Arvad, becid tərpən. Uşaqları yığ, gör hamı yerindədirmi. Mən arabanı qoşum. Gözü Qürbətin başdaşına sataşdı. Oğlu gülümsəyərək atasına baxırdı. "Nədi, qaçırsız? Niyə toparlanıb bu köpək uşağının dərsini vermirsiz? Bizim böyür-başımızda bunnar nə gəzir? Niyə silib-süpürüb atmırsız?" Səməndərin qolları səlbəylə vurulmuş quş qanadları kimi heysiz-heysiz böyründə eləcə sallanıb dururdu. Gücsüzlüyünü, çarəsizliyini heç belə duymamışdı. Qürbətin başdaşını qəbrinin üstünə qoymağa macal tapa bilməmişdi. "Yaman gecikdik". ...O gün Müseyib sözünə əməl edə bilməmişdi. Səməndərgildən evinə dönəndə gördü arvad-uşaq başılovlu onu gözləyir. Qürbətlə birlikdə şəhid olmuş oğlunun arvadının sancısı tutduğundan heç hovur eləməmiş gəlini götürüb həmən-həmən Cəbrayıla çatdırmışdı. Körpəni qeysəriyyə üsuluyla götürdüklərindən gəlinin halı ağırıydı. Ona görə məcbur olub qalmışdı Cəbrayılda. Xəstəxanada xəstəxanalıq qalmamışdı, dilin altına qoymağa Allahın bir valerian həbi tapılmırdı. Qarmaqarışıqlıqla bağlı tibbi təchizat sıfıra endiyindən dava-dərman dalınca ora-bura qaçmaq gərəkirdi. Həkimin başının üstünü kəsdirib həm gəlini, həm də do­ Başdaşı 69 ğulanı xilas etmək lazımıydı, onların tələf olmasını heç kimə bağışlamazdı, indi ən əsas məsələ bu idi. Körpə oğlan idi. Atasının adını qoydular. Bu, qaysaq bağlamış yaralara ən yaxşı məlhəm idi. Xəstəxanadan aralanmaq olmazdı. Müseyibə hər an ehtiyac ola bilərdı. Baxmayaraq ki, qayınana gəlinin yanında gecə-gündüz kipriyini qırpmadan mücadilə aparırdı... Nübar uşaqlarnan tələm-tələsik yır-yığış edib boğazını düydükləri boğçaları ilə onu gözləyirdilər. Tələsdiyindən və həyəcandan Səməndər atı arabaya qoşa bilmirdi. Hər atəş səsindən, top gurultusundan at şahə qalxır, Səməndər kişi hər şeyi yenidən başlamalı olurdu. Özünü saxlaya bilmədi: - Köpək oğlunun atı, bu saat erməninin acığını da sənnən çıxaram, soxaram dəryazı qarnına. Evləri yolun üstündə olanlar - kimi yüngül, kimi də yük maşınlarıyla vıyıltıyla Beyləqan yoluna üz tuturdular. - Allah bəxtəvərləri, gör nə tez yığışdılar. - Nübar dilini yığa bilmədi. Axır ki, Səməndər atı arabaya qoşa bildi. - Tez olun, minin! - Atın başını darvazaya tərəf döndərdi. Böyük yola çıxhaçıxda Minarə qiyyə çəkdi: - Qardaşımın başdaşısı qaldı, oyyy, qardaşımın başdaşısı qaldı. Ermənilər görsə, xıncım-xıncım edəcəklər. Belə deyib, arabadan atıldı. "Allahü əkbər!" Səməndər duruxdu. Minarə ardı-arası kəsilməyən maşınların, arabaların, mal-qaranın arasından keçib, köndələn evin qənşərinə - çöl qapısının ağzına, başdaşının qoyulduğu yerə getmək istəyirdi. Hamı qızın niyyətini anladı. Hamısı da arabadan endi. Səməndər yüyəni ortancıl oğlu Camala verib dedi: - Ə, bərk tut, qoyma at yoldan çıxsın. 70 Səyyad Aran Hərəsi başdaşının bir tərəfindən tutub yerlə sürüməyə başladılar. Güc ər-arvada düşmüşdü. Minarə: - Ay qardaş, bu nə baxt, taledi - deyib hönkürürdü. Qardaşının toz-torpağa batmış əksini silirdi, təmizləyirdi. Yol elə əvvəlki kimi təpili-tıxılıydı. Bircə yolu o üzə keçsəydilər. Hamısı qan-tər içindəydi. Kimsə Səməndərgilə kömək edə bilmirdi. Hər kəs öz başının hayındaydı. Bu dəfə Minarə azca boşluq yaranan kimi düz yolun ortasında dayanıb qollarını yana açdı. Daha qızı basıb keçməyəcəkdilər ki. İki cavan uşaq bir anda peyda oldu. Kömək edib başdaşını arabaya qoydular. Hər ikisi: - Hayıf sənnən, ay Qürbət, - deyib kövrəldilər. Sonra özləri də götürüldülər. *** Beyləqan yolu hələ belə basabas görməmişdi. Yüngül maşınlar tıxacın ucbatından şosse yoldan çıxıb torpaq yolla tullana-tullana gedirdilər. Resorsun qırılması, maşının cərcək-mərcək olması heç kimin fikrindən belə keçmirdi. Təki tez aralanıb rədd olub getsinlər. Tanklar kəndə girmişdilər. Evlərin ortasından vurub keçirdilər. Qayıdıb dik duran, uçub dağılmayan divarları bir də ortasından vururdular ki, yerlə-yeksan olsunlar, sahibləri bir də buralara qayıtmasın. İki tank gedənlərin ardınca düşmüşdü, amma deyəsən onlara çatmaq fikrində deyildilər, xox gəlirdilər. Minarə koftalarından birini boxçadan çıxarıb başdaşını tamam silib təmizləmişdi. Yenə qardaşını ağla­ Başdaşı 71 yırdı, arabir daşa həkk edilmiş şəkli öpürdü, Murovda qulluq edən qardaşı Səlahəti haraylayırdı: - Gəl bu it uşağını bir-bir nişan al, vur, öldür, qoy onların da anası mələr qalsın. Yerin görünür, ay qardaş! Qardaşı Səlahət çiynində qranatomyotla bir şəkil çəkdirib göndərmişdi. Bunun nə silah olduğunu soruşanda "tank vurandı" demişdilər. İndi ona görə xatırlamışdı. Yolun qırağına bir mərmi düşdü. Zərbdən iki maşın kəlləmayallaq getdi. Çığırtı, nalə aləmi başına aldı. At necə şahə qalxdısa, araba çevrildi. Nüşnə ortasından bölündü. Təkərin oxu qırıq-qırıq oldu. Arabanın laydırlarının hərəsi bir tərəfə düşdü. Səməndər atın altında qaldı. Camal sıçrayıb çiyni üstə otluğa düşdü. Deyəsən bir elə də əzilmədi. Nübarla Münəvvər - ana-bala qucaqlaşmış halda yolun kənarına sərələndilər. Ətli-canlı Nübara elə bir şey olmasa da, paltarı arabanın laydırına ilişən Münəvvərin sağ yanağını asfalt sıyırıb qana boyadı. Amma yenə də hamının öz canındakı ağrısını Minarənin cikkəsi unutdurdu. - Ay ana, dizim qırıldı. Yol gələnnən qardaşının başdaşını sövq-təbii qucaqlamış qızcığaz daşla birgə yıxılmışdı, sol dizi amansızcasına gizildəyəndə daşın altında qaldığını görmüşdü. "Bağışla, bacı. Allah məni öldürsün. Qaçhaqaçda mənim də gözüm camaatda idi. Heç bilmirəm necə oldu. Araba böyrü üstə gəldiyindən sənin üstünə düşdüm. Allah vursun məni". Birinci Camal yetişdi. - Dədə, gücüm çatmır. 72 Səyyad Aran Acizlikdən ağlamsındı. Sonra anası, Səməndərlə Münəvvər gəldi. Səməndər dizini yerə qoyub "Ya Allah!" deyib nərə çəkdi. O biriləri də kömək elədi. Daşı Minarənin üstündən aşırdılar. Bu dəfə də Camalın əli daşın altında qaldı. - Vay, barmaqlarım qırıldı. - Ə, şilsən, sənə nooldu? Səməndər bu dəfə arabanın laydırlarından birini götürüb başdaşının - altından saldı. - "Ya Allah!" - Camal əlini çəkib barmaqlarını ağzına soxdu: - Dədə, barmaqlarım... - Allah, bu nə işiydi düşdük?! Günahımız nəyidi, ay tanrı? Niyə elimizdən, yurdumuzdan sərgərdan düşməliyik, niyə bu cəzirənin çölündə yesir günə qalmalıyıq? - Səməndər üzünü göyə tutub üsyan etdi. Arabadan ələ gələn bir şey qalmamışdı; oxu qırılmışdı, çardağı qırıq-qırıq idi, - əməlli-başlı samavar malı. At hürkmüşdüsə də, elə bil o da qaranlıqda çöldə tək qalıb qurd-quşa yem olmaq qorxusundan sahiblərinin yanına gəlmişdi, yanıqlı-yanıqlı kişnəyirdi. Heyvan da müsibətin ağırlığını anlayırdı. Səməndər yəhəri tapıb atın belinə qoydu, boğça-buğçaları uc-uca bağlayıb xurcun tayı atın belinə şəllədi. Qırılıb gödəlmiş yüyənin ucundan tutub, - Gəlin yola çıxaq, - dedi, - ləngiməyək. Asfalta sarı bir qədər yerimişdilər ki... - Dədə, yeriyə bilmirəm... - Minarənin zəifləmiş səsi hamını dondurdu. Camalın əllərini öpə-öpə ürəkdirək verən Nübarın içində nəsə qırıldı, arvad biixtiyar çökdü: - Vay başına daş düşən canım... Qızım şikəst oldu. Başdaşı 73 Minarənin hələ səsi gələndə xeylaq arxada qaldığı məlum olmuşdu. Ayağa durub yerimək istəyəndə sol ayağının "getmədiyini" hiss etmişdi, amma atasının "ləngiməyək" sözündən namusa boğulub bir söz deməmişdi. Ayağını çəkə-çəkə, sonra isə sürünə-sürünə onların ardınca düşmüşdü. Qaranlıqdı, kənardan görmürdülər, yolda-rizdə maşınlar da, adamlar da seyrəlmişdi. Ailə üzvlərinin hamısı əzilmişdi, fərazən gündə olanı yoxuydu. Görəndə ki, əlini, baldırını tikan, gicitkən cızır, dalayır, göynədir, həm də atasıgil get-gedə uzaqlaşırlar - vəziyyətinin ümidsizliyini duyub zarıldadı. Sözlər də o dəhşətli ağrının zarıltı formasında ifadəsi idi ki, bunu hamı bildi. - Can qızım, bir toxta görüm. Münəvvər daha tez özünü yetirdi. Minarənin ayağına toxunmağıyla bacısının cikkəsi çölü-düzü lərzəyə gətirdi: Münəvvər saçını yolub yelə verdi. - Bacın ölsün, bacı! Bu nə işdi başına gəldi?! Ayynaaa!. Minarənin sol dizi elə şişmişdi ki, qızın qılçaları sanki bir-birinə bitişmişdi. Nübar da özünü yetirdi. Məsələdən halı olunca əlləri ilə üzünü cırdı. - Evim yıxıldı, bağrım yandı, Səməndər! Yola çıxın, belə sərələnin asfalta, bir maşın saxlayın, qızı çatdıraq Beyləqana - xəstəxanaya. Camal, Münəvvər, Səməndər yola qaçdılar. Lap uzaqdan işıq gəlirdi, amma çox uzaq idi. O nə vaxta gələ, çata, yetişə... Əks tərəfdən güllə səsləri eşidildi. Bir yük maşınıydı. Deyəsən köməyə gəlirdilər, könüllülər idi. Yolun ortasındakıları görəndə maşını əylədilər: - Noolub, ağsaqqal? 74 Səyyad Aran - Qızım... - Səməndər sözünün dalını gətirə bilmədi, əlini uzatdı. - Gedəyin, mən göstərim, - Camal qabağa düşdü. Bir dəstə cavan da onun ardınca tökülüşdü. Fanar yandırdılar. Ana-balanı zəlil gündə görüb sarsıldılar. - Yazıq qız nə gündədi, ə... Sizi ermənilər bu günə salıb? - Yox, arabayla gəlirdik, yola mərmi düşdü, at hürkdü, arabanı aşırdı, bacımın ayağı qaldı... qardaşımın başdaşısının altında... deyəsən, dizi qırılıb. - Camal hıçqıra-hıçqıra dedi. - Ə, kömək eləyin, kömək eləyin, tez balnisyəyə çatdıraq. - Qardaşımın başdaşını da götürün, şəhiddi... Çatdırammadıq, - Minarə ata-anasının tərpənmədiyini görüb son gücünü toplayıb boynunu döndərdi: - Ay oğlanlar, sizi and verirəm... Həzrət Abbasın qələm olmuş qollarına, cəmi şəhidlərin ruhuna, qoymayın çölün düzündə qalsın... Bayıldı. Daha nə isə demək istədi. Yəqin yenə yalvaracaqdı. Səməndər qızını qucağına alıb ağlaya-ağlaya yola düzəldi. Nübar saçını yolurdu. Münəvvərin üzünün qanı bayaqdan axırdı, yaylığı teyxa qan idi, sifətinin qan axan yerinə basıb saxladı, donunun ətəyindən bir şırım cırıb yaylığın üstündən köndələninə sarıdı. Sifəti göyüm-göyüm göynəyirdi. Amma bacısının halını görüb öz ağrılarının fərqinə varmırdı. Camalın da barmaqları bərk əzilmişdi, ancaq o da bacısına görə ağrısını bildirmirdi. Başdaşı 75 - Ə, kişilikdən deyil, başdaşını da götürün, şəhid qardaşımızdı. Bacısı sonralar eşitsə ki, götürməmişik, tüpürər bizə... Görmürsüz nə gündədilər...? Allah özü kömək olsun bunnara... *** Beyləqan hərbi hospıtalında adam əlindən tərpənmək olmurdu. Döyüşdə yaralananlardan başqa, qaçhaqaçda əzilən, qolu-qıçı qırılan, başı yarılan xeyli adam da vardı. Tibbi personal çatdıra bilmirdi. Yardım ediləsi insanlar həddindən artıq çoxuydu. Rayon mərkəzi xəstəxanasından həkim briqadası tələb etdilər. Dedilər çıxıblar, gəlirlər. Cəbrayılda, Füzulidə olan qaçhaqaçdan məlumatları varmış. Əvvəlcə əsgərləri yerləşdirdilər. Əməliyyat olunmalıları təcili əməliyyat otağına apardılar. Kimə ki ilkin tibbi yardım lazım idi, onlara elə dəhlizdəcə yardım göstərdilər. Səməndər bayaqdan hər ağxalatlının ardınca düşüb yalvarırdı: - Balama kömək edin, qız uşağıdır, ayağı daşın altında qalıb, şişib dam boyda olub. Yalvarıram sizə, kömək edin. Yaralı əsgərləri yerləşdirə bilmirdilər. Həkim briqadası da gəlib çıxmırdı. Minarənin ah-naləsinə Camal da qoşulmuşdu. Onun da barmaqları şişmişdi. Dəhşətli zoqqultudan uşağın halı get-gedə dəyişirdi, özünü saxlaya bilməyib divarın dibinə yıxılmışdı. Üstündən o yana-bu yana keçirdilər, bəzən də tapdalayırdılar. Minarə dözümünün son həddindəydi. - Ana, denən mənə elə bir iynə vursunlar, ağrını hiss etməyim, ölürəm axı. Bu saat canım çıxacaq. 76 Səyyad Aran Heç anasının da halı fərli deyildi. Onun da ağrıları indi-indi biruzə verirdi. Xəstəxananın həyətində kuzovdan düşəndə ayağını düz atmayıb ağzıüstə yerə gəlmişdi. Ətli-canlı arvad "hıxx" edib özündən getmişdi. Maşındakı cavanlar onun qoluna girib xəstəxananın girişində qoyub çıxmışdılar, qızını Səməndər özü qucağına götürüb gətirmişdi. Ağız deyəni qulaq eşitmirdi. Hər yerdən zarımaq, inilti, yalvarış dolu səslər gəlirdi. Hamı kömək istəyirdi, hamı həkim deyib imdad diləyirdi. İki təcili yardım maşını vıyıltıyla həyətə girdi. Adamların üzündə ümid işartıları çoxaldı. Axır ki! Altı nəfər idilər, ikisi həkim, qalanları tibb bacıları. Ayağı yer tutanların hamısı gələnlərin üstünə yeridi. Ortalıq bir-birinə qarışdı. Artıq hansısa nizam-intizam, növbə yeri deyildi, elə dəhlizdəcə qarşılarına çıxan xəstələri müayinə etməyə başladılar. Qəribədir ki, ara bir az sakitləşdi, hamı durduğu, yıxıldığı, zarıdığı yerdəcə növbəsini gözləməyə başladı. - Ay ana, yandım axı! - Minarənin naləsinə hamı döndü. Yaşlı həkim tibb bacılarından birinə işarə etdi. Qız qayıdıb başını buladı: - Ağrıdan ürəyi dayana bilər. - Tez ağrıkəsici iynə vur. Sakitləşsin, indi baxaram. Deyəsən, Bakıdan kömək çağırmalı olacağıq. Yaralılar çoxdu. Çatdırmayacağıq. Minarəyə iynə vurulanda anası ağrıdan qıvrılan Camalı göstərib, - Qızım, bəlkə buna da birini vurasan, - dedi. - Ona noolub? Başdaşı 77 - Onun da əli daşın altında qalıb. - Hansı daşın? - Başdaşının. Tibb bacısı heyrətlə arvada baxdı, heç nə başa düşmədi. - Həkim baxsın, sonra. Bir az da dözün. - Dözə bilsəydi, sənə yalvarmazdım ki... Görmürsən, uşaqlarım əldən gedir? - Nübar incik-incik dilləndi. - Xala, hamı pis vəziyyətdədir, hamıya yardım etmək lazımdır. - Mənim kimi müsibətə düşəni yoxdur - arvad hıçqırıb yaylığının ucunu gözünə sıxdı. *** Səhərə yaxın ara sakitləşdi. Həkim müayinəsinə ehtiyacı olanlar seyrəldi, xüsusən döyüş bölgəsindən gələn əsgərlərin hamısına ilkin tibbi yardım göstərildi, bəziləri əməliyyat olundu. Xəstəxana yaralıların iniltisi, yalvarışı, naləsi ilə dolmuşdu. Bəziləri ağrılara dözə bilmədiklərindən Allahdan ölüm arzulayırdılar. Ölümün isə, incəvara haralardasa başı qarışmışdı, hələ xəstəxanaya yolu düşmürdü. Minarənin halını görəndə hamının bu cavan qıza ürəyi yandı, məsələnin mahiyyətini anlayanda isə başlarını buladılar. "Durduğu yerdə qız uşağını şikəst etmisiz". Camalın barmaqlarını görəndə isə təəssüfləri daha da artdı. "Başdaşı sizin ailənin qənimi kəsilib ki". Eşidəndə ki, onu arabaya Minarənin təkidi ilə qoyublar, yaşlı həkim bir xeyli mat­ 78 Səyyad Aran dım-matdım hamını süzdü, fikrə getdi və başını buladı: - Yazı... Elə küncdəcə Minarəyə yer elədilər. Hardansa dəmir yataq toru tapıb gətirdilər. Tinlərinin altına mişar daşı qoyub döşəmədən bir az hündürə qaldırdılar. Ailə üzvləri ətrafında çömbəltmə oturmuşdular. Nübar Camalı bağrına basmışdı. Dərman qoyub onun da əllərini sarımışdılar. O, azca toxtamışdı. Münəvvərin də üzünü rivanolla silib sıyrılan yerlərinə məlhəm sürtüb sakitləşdirmişdilər. Ancaq qızın sağ yanağına elə bil xırda ət xalları yapışdırmışdılar. Həkim həmin ət xallarını kəsib qızın sifətini hamarlamağa çəkinirdi - qanaxma olardı. Səhər açılanda hospitalın həyətinə xeyli adam toplaşdı. Dövlət məmurları da gəlmişdilər. Nəyisə müzakirə edirdilər. Həyətin künc-bucağına baxır, nəyi isə hesablayırdılar. Bir azdan xeyli pərişan, qarğış tökən, hökuməti də, erməniləri də, cəbhəçilərı də - bir sözlə, hamını söyən, düşdükləri vəziyyətə görə yeri-göyü lənətləyən insanların axını başladı. Məlum oldu ki, evindən-eşiyindən didərgin düşən qaçqınlara müvəqqəti sığınacaq quraşdırılacaq. Qələbəliyə, səsə-küyə çıxan Səməndər adamların arasında Müseyibi gördü. - Sən də burdasan? - Bıy, hə, qardaş. - Arvad-uşaq hanı? - Salamatçılıqdır... amma olmasa ondan yaxşıdır. - Heylə demə, Allaha acıq gedər. De görüm noolub?.. - Daş uşaqların ikisini də şıkəst elədi. Minarənin halı lap pisdir. Başdaşı 79 - Əyə, qanmadım... - Elə arabanı qoşub külfəti aradan çıxarmaq istəyirdim ki, Minarə özünü öldürdü ki, Qürbətin başdaşını da aparaq. Yola düşən top mərmisindən at hürkdü, araba aşdı, daş da düşdü Minarənin qılçasının üstünə. Deyəsən, dizi sınıb. Camalın da əli daşın altında qaldı. Onun da, deyəsən, barmaqları qırılıb. Balalarım tələf olacaq, Müseyib. İçin-için hönkürdü. Haçannan yığılıb qalan ağrısını, əsəbini, qəzəbini, ümidsizliyini, çarəsizliyini ağlayırdı, ağrılarını atırdı, nə vaxtdan bəri çiyinlərini yağır eləmiş dərd yükünü boşaldırdı. Müseyibin qarşısında bunu eləmək ayıb deyildi, bu arada onu başa düşən bir adam vardısa, o da elə Müseyibdi... Dərdlini dərdi olan başa düşər. Kimsə Müseyibin soyadını ucadan çağırdı. - Gəlirəm, - o, belə deyib aralandı. - İndicə qayıdıram, burda gözlə. Onu səsləyən Beyləqan Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi idi. - A kişi, ayrılan taxtaları, çadırı, lazım olan o biri şeyləri də təhvil al, çardağını qarala, - bir kağız uzatdı Müseyibə. O aralıdan barmağını Səməndərə silkələdi, dübarə tapşırdı ki, durduğu yerdən tərpənməsin. Yoxsa, bu qələbəliyin içində həmkəndlisini tapmaq müşkül məsələydi. Verilən şeyləri ailə üzvləri ilə götürüb göstərilən səmtə üz tutdu. Balta, çəkic, mişar səsləri xəstəxananın həyətini bürümüşdü.. 80 Səyyad Aran *** Axşama yaxın Müseyibin təşəbbüsü və köməyi ilə Səməndərin ailəsinə də bir sığınacaq quraşdırıldı. Minarəni elə həmin o dəmir tor yatacaqla birgə gətirib qoydular içəri. Məlum oldu ki, burada çox qalmayacaqlar, qaçqınların hamısını Bakıya göndərəcəklər. Nübar arvadın çöhrəsində bir işıq gəzdi. - İnşaallah, orada balamı daha yaxşı bir doxtura göstərib tez sağaldarıq. Göstərilən tibbi yardım, dava-dərman cüzi kömək etmişdi. Minarənin də, Camalın da vəziyyəti elə əvvəlki kimiydi. Ağrılar gündüzlər nisbətən azalır, gecələr isə ikiqat artırdı. Münəvvərin durumu bir az babat idi. Sarğısını dəyişəndə üzünün sıyrıntılarının ağrısı əvvəlki ilə müqayisədə azalmışdı. Sol yanağına nisbətən sağ yanağı ət xallarının ucbatından digirt-digirt görünürdü. Bu hal Münəvvəri vahimələndirdi. "Yoxsa sifətim axıra qədər belə qalacaq? Özün rəhm elə, Allah! Məni eybəcər günə salma". Nübarın bədəni get-gedə ağırlaşır, qolu-qılçası tökülüb itirdi. Səməndərin də dərd belini əymişdi. Teztez öz-özünə deyirdi: - Bu nə gündü düşdük? Yəni hökumət bunu bilmirdi? Bilmirdisə, çox pis. Bilirdisə, niyə tədbir tökmürdü. Bunun kəşfiyyatı-zadı yoxdu? Qırılıb batıb hamısı? Belə də tədbirsiz dövlət olar? Elə hey iclas keçirirlər. Boş-boş danışıb söz güləşdirir, söyüş söyürlər. Bu qədər camaatı niyə mağmın elədilər. İndi torpaqlarımız necə olacaq? Ermənilərə qalacaq? Sən saxla, Allah! Başdaşı 81 Fikirləşdikcə kişini üşütmə tuturdu. Minbir əziyyətlə ev tikmişdi, bağ salmışdı, həyət düzəltmişdi. Ondan qat-qat yaxşı şəraiti olan həmkəndliləri var idi. İndi hamısı onun günündəydilər... Yox, əslində hamısı eyni gündəydi. Hamısı sıfir vəziyyətindəydi. İndi hamısı ev-eşik qurmalı, yaşamaq üçün şərait yaratmalıydılar. Necə? Nətəəər? Harada?.. Nələri vardı - hamısı qaldı erməniyə. Çox az adam qoyundan-keçidən nəsə çıxara bildi. Gör əziz-giramı balası Minarə nədə yatır. Həkim bulyon içsin deyib, Beyləqan bazarı da od tutub yanır, adicə çolpa da qəhətə çıxıb. "Ə, bu nə xasiyyətdi bizdə? Bir qarışıqlıq olan kimi girəvədən yararlanmaq istəyirik. Deyirlər dünənəcən həmin o çolpalar 5 manatdan yuxarı deyilmiş, indi 14 manatdan bir qəpik də aşağı vermirlər. Ə, belə müsəlmançılıq olar?.. " Fikirləşməkdən, götür-qoy etməkdən, öz-özünə danışmaqdan Səməndərin başı-beyni dağılırdı. Heç cür bir yana çıxa bilmirdi. Heç bir yaxşı şey gözlənilmirdi. "Yaxşı, bəs sonra noolajax? Tutaq ki, beş-üç manat pulumuz, bir-iki üzüyümüz-sırğamız da ehtiyac olduqca satılıb yeyildi. Bə sonra?" Səməndəri fikir aparmışdı - aranamı, dağamı özü də bilmirdi. Ən pisi oydu ki, yolun sonunda - fikrin sonunda işıq görünmürdü. Kompası itmiş, sükanı qırılmış gəmi kimi dəryanın ortasında əlacsız qalmışdı. Taleyi artıq öz əlində deyildi. Ümid səmt küləyinə qalmışdı. Bu külək onu min istiqamətə apara bilərdi, amma biri, bircəciyi xilas yoluydu - o da sahilə aparan. Səmt küləyi o tuşa əsəcəkdimi?.. 82 Səyyad Aran Olacaqlar qurulanda kiminsə gözü Qürbətin başdaşısına sataşdı. "Bunu bura kim gətirib?" - Ay camaat, bu amanat kimindir?.. Allah rəhmət eləsin. Özümə kümə qaraldıram. Bəlkə yiyəsi gəlib... Səməndər irəli yerimişdi. - Mənimdir. Götürərəm. - Gəl elə mən də kömək eləyim, uyğun bir yerə qoyaq. Köməkləşib daşı get-gəldən uzaq bir yerə qoydular. İki gün sonra isə, "evə" - yatdıqları, sığındıqları sığınacağa gətirdilər. Qəribədir ki, az da olsa təskinlik tapdılar. Oğulları yanlarındaydı. *** Ara bir az sakitləşəndən sonra hərbi hospitalın həyətindəki qaçqınları bərayi-ehtiyat İmişlidəki çadır evlərinə köçürdülər. Qonum-qonşular tez yığışdılar. Ağır nələri vardı ki? Dərziyə köç demişdilər. Hamı boğçasını düyünləyib oturdu maşına. Səməndərgilə gələndə sürücü də, köçürməni təşkil edənlər də duruxdular. Daşı maşına qoymaq elə bir iş deyildi, köməkləşib qaldıracaqdılar. Amma kim təminat verəcəkdi ki, yolda başdaşı sürüşüb onun-bunun qolunu-qılçasını qırmayacaq? İlan vuran ala çatıdan qorxar. Xoşagəlməz hal elə ailənin özündə faciəvi əlamətini göstərirdi. Bakıdan gələn həkim briqadası Minarənin ayağını amputasiya eləmişdi, Camalın orta və adsız barmaqlarını kəsmişdilər. Münəvvərin üzündə sıyrıntının yeri çox pis qalmışdı. Elə bil qızın sifətinə darı səpmişdilər. Elə qonşular da ehtiyatlanırdılar. Heç kim "biz oturduğumuz maşına o başdaşı Başdaşı 83 qoyulmasın" demirdi, amma camaatın təhər-töhründən etirazı, narahatçılığı, qorxusu da gözgörətiydi. - Ağsaqqal, neynəyək? Gedirsənmi? RİH-in köçürməyə təhkim edilmiş məsul şəxsiydi. Sualın mənası əslində beləydi: "Gedirsinizsə, oturun siz də. Daşı da özünüzlə aparmaq istəyirsinizsə..." - Ayrıca bir maşın olarmı, biz ailəlikcə gedək. Həm də başdaşını da... - Hələ elə bir imkan yoxdu. Biz hamınızı təcili köçürtməliyik. Xəbəriniz var yəqin, ermənilər Haramı düzünə gəlib çıxıblar, ordan əl uzatsan, Beyləqandır. Belə qərara gəldilər ki, gedib yığışsınlar çadır şəhərciyinə, yer-yurdlarını bəlləsinlər, sonra iki-üç günə qayıdıb, Allah qoysa, başdaşını da apararlar. - Heç nə olmaz, inşallah! - Erməninin anası da biz düşən günə düşsün. - Balasının başdaşını hamara necə atıb getsin, yazıq. Sən qoyub gedərsən? - Bu qan yerdə qalmaz, neynək. "Qaz-51" tərpəndi. Qürbət bu dəfə təkcə valideynlərinə yox, o biri kəndçilərinə də baxıb gülümsəyirdi. "Gedin, gedin. Mən indi kimə lazımam ki. Camaat bir yana, dogma atam-anam da məndən bezib deyəsən. Hamıya yer tapıldı, məndən başqa. Mən indi bir daş parçasıyam. Adım da pis səslənir: başdaşı." *** İmişlidəki çadır evləri nisbətən babat idi. Yaşamaq üçün yox, sığınacaq kimi müvəqqəti daldalanmaq olardı. Yaxınlıqda, yerlilərin diliylə desək, meşə vardı, daha doğrusu, böyük ağaclıq idi. Əsl meşələr o dağlar­ 84 Səyyad Aran da qaldı. Ucu-bucağı görünməyən, içinə bir ordu girsə, elə oradaca batıb qalacaq meşələr. Nə etməli? Birtəhər ötüşmək olardı. Meşəyə qırılıb tökülən ağaclardan yandırıb bu qışdan çıxmaq da mümkün idi. Bunlar hələlik ağla gələn ilk planlar idi. İndi əsas məsələ sər-sahman olmaq, Qürbətin başdaşını gətirmək idi. Köhnə mitil üzləri ilə çadırın içini üç yerə bölmüşdülər. Birində özləri yatırdı, o birində Camalla qızlar. Başdaşını öz yatdıqları yerə qoyacaqdılar. Sabah Səməndər Şahverdili kəndindən bir nəfər köhnə qonağı ilə gedib gətirəcəkdi. Hələliksə, kürəyini ağaca söykəyib, əlindəki təsbehi çevirə-çevirə dərin düşüncəyə dalmışdı. "Bəs, deyirdilər elnən gələn bəla toy-bayramdır?! Allah kəssin belə toy-bayramı! Evimizdən, elimizdən olduq. İki əziz-giramı balam şikəst oldu. Varım-dövlətim əlimdən çıxdı. Harada işləyəcəm? Necə dolanacam? Dövlətimiz bu qədərmi zəif oldu erməninin qabağında duruş gətirə bilmədik? Yoxsa kürsü davalarının güdazına getdik? Ermənistanda, Azərbaycanda kimlərsə hakimiyyətə gəlməlidirlər deyə, mən evimdən-eşiyimdən didərgin düşməliyəm? Niyə? Günahım nədi? Günahımız nədi?.." Həmkəndliləri də onun günündəydilər. Onların da illərdən bəri zədən-zədən topladıqları yağı düşmənə qaldı. Səməndərdən də qat-qat varlıları varıydı. Zərbə hamını tutmuşdu. İtirən hamıydı. Fərq buydu ki, onun uşaqları bu qaçhaqaçda şikəst olmuşdular. Qızı Minarəyə isə müsibət üz vermişdi. Qanqrena sümüyə o qədər yeridi ki, tifilin ayağını kəsməli oldular, Camalın da iki barmağını. İtirdikləri az idi, bunlar da üstəlik?! Başdaşı 85 Səməndərin ayaqları buza dönmüşdü. Fikirləşə-fikirləşə kürəyini ağacın gövdəsinə o qədər döyəcləmişdi ki, qabırğaları qançır olmuşdu. Axşam soyunub yerinə girəndə arvadı əlini üzünə atdı: - Boyy, ay kişi, səni kim belə qırbaclayıb? O, arvadını birtəhər başa salıb üzünü çevirdi. Sabah obaşdannan yola çıxacaqdı Beyləqana. Gözlərini yumdu, amma yuxusu ərşə çəkildi. Qürbətin başdaşını daha sonra hara aparacaqdı? Qəbri Sirikdə qaldı. Hesabnan başdaşı da qəbrin üstünə qoyulmalıydı. Olmadı. İndi bəs neyləməlidi? İnşallah, torpaqlar alınandan sonra, aparıb şəriətnən də, qanunla da yerinə qoyacaq. Amma haçan?.. Tutaq ki, bir ilə... Bəlkə iki ilə... Üç ilə?.. Bəs ona qədər?... Astaca arxası üstə çevrildi. Nübar tez gözlərini yumdu, o da yatmamışdı, ərinin yuxulamadığını bilirdi, onun hər halına bələddi, ona görə də yatmayıb gözləyirdi: ərinin bir söz deməsini, bir plan cızmasını. Nübar da Səməndər kimi gələcək həyatlarını, yaşayışlarını düşünürdü. Minarənin gələcəyi necə olacaq? Bir ayağı kəsilmiş qızı kim alacaq? İki barmaqdan şikəst Camal harada işləyəcək? Uşaqların məktəbi necə olacaq? Bütün bunlara Səməndər nə qədər dözəcək? Elə özü də... *** Hələ ki, belə yaşamağa alışa bilmirdilər. Mil düzündə səhər bir cür açılır, gecə bir cür düşürdü. Dağların ətəyindən axan çayların uğultusu, evlərinin 86 Səyyad Aran ayağında qaynayan, pıqquldayan bulaqların şırıltısı yox idi. Səhərlər yerə basdırılmış dirəklərdən asılmış əlüzyuyanların səsindən zinhara gəlirdilər. Kişilərin onsuz da pozulmuş əsəbləri tez-tez tarıma çəkilirdi: - Aaz, bu xaravaya su tök! - Elə indicə doldurmuşdum ki... - arvadlar dodaqaltı deyinirdilər. Orda - indi bu söz tez-tez işlənirdi, yəni kənddə, öz rayonlarında - küçədə iki adam danışanda ancaq özləri eşidirdilər. Burdasa - köçdükləri təzə yerdə, çadır şəhərciyində - Bakı yolunda danışılan sözlər elə bil evin içindəcə söylənilir. Gecələr tülkü, çaqqal, canavar səsləri aləmi başına götürür. Ayə, burada necə yaşayırlar? Qorxmadan, bir də görürsən gecənin bir aləmində subaşına həyətin o başına gedirlər, məsafə də nə qədər olsa yaxşıdır - azınnan yarım kilometr. Pay atonnan millət, demir e, çaqqala, canavara rast gələrəm, parçalayar məni. Bu aran camaatı qurd ürəyi yeyib, vallah! İllah da uşaqlar, yeniyetmələr. Elə yerindən duran götürülür dünyanın o başına. Bəzən gecələr avtomat səsləri yalnız insanları, heyvanları deyil, ağacları, yarpaqları, otları, gülləri də diksindirirdi. Havadakı gərginlik adamlara da keçirdi. Hamı ucadan danışırdı, fikirlərini daha çox çığır-bağırla bildirirdilər. Elə bil həmin adamlar deyildilər. Sanki dilləri də dəyişmişdi, bir-birini gec anlayırdılar. Əvvəlki vərdişlər, salam-əleyklər, əhval-pursanlıqlar əriyirdi, azalırdı, itirdi. Mehribanlığın, qonşuluğun yerini qaşqabaqlılıq, adamayovuşmazlıq, öz qınına çəkilmək, soyuqluq, biganəlik, ancaq özünü, ailəsini düşünmək tutmuşdu. Beləcə, qohumlar, kən­ Başdaşı 87 dçilər yadlaşmışdılar, adamlar əvvəlki kimi ərkyana bir-birinin evlərinə gedə bilmirdilər. "Birdən evində bir şey olmaz, o da utanar, mən də... Üzün qara gəlsin, zəmanə! Nə pis günə qaldıq". Əvvəllər el, oba, yaxın kəndlərdəki adamlar yardım edirdilər. Kimi yorğan-döşək gətirirdi, kimi köhnə palazını, kilimini bağışlayırdı, digəri vedrə, qazan, boşqab, hətta çəngəl, bıçaq, qaşıq - bir sözlə, hər kəsin qulpundan çıxan nə vardısa, müzayiqə etmirdilər. Adicə çay qaşığına da ehtiyac vardı, çünki hamı dolu evlərini qoyub çıxmışdı, bir çöp belə götürməyə macalları olmamışdı. Hamı canını və olan-qalan yatırı nə idisə, onu götürüb çıxmışdı Beyləqan yoluna. O yatırlar isə həftələr, aylar ötdükcə əriyirdi. Tərəkəmə köçü kimi bir yerdən o biri yerə köçürdülər. Məcbur idilər. Hələ daimi məskunlaşmaları və daimi iş yerləri yox idi. Bütöv bir elat cəlayi-vətən olmuşdu. Son isə görünmürdü. Hər şey məchulluğa bürünmüşdü. Səməndərin bu məchulluğun və bilinməzliyin içində gördüyü və bildiyi bir şey var idi ki, o da Qürbətin başdaşını Beyləqandan İmişlidəki sığınacaqlarına gətirmək idi. Beynində bundan başqa bir fikir yoxuydu. Kənddə olanda sabahın görməli işlərinin çoxluğundan başı zoqquldayırdı. O qədər vacib işlər ortaya çıxırdı ki, dünyanın düz vaxtında - çöldə oğlanlarının köməyi, evdə arvadının, qızlarının da həyətdəki mütəmadi səliqə-sahmanına baxmayaraq, iş qurtarmırdı ki, qurtarmırdı. Burda isə heç bir iş görünmürdü ki, gedib qulpundan yapışasan. Tam bir boşluq, eycahanlıq. Bəs onda başı yenə niyə zoqquldayır? Rahatlansın daa... Niyə kəlləsini rahatca atıb yata 88 Səyyad Aran bilmir. Səbəb nədir? Ot dərdi yox, pəyə təmizləməyə gərək yox, nobata kim gedəcək problemi yox... Niyə ağrıyır e, bəs onda başı? Xoruzlar banlaşırdı, mal-heyvan hənirtisi artırdı, hardasa şum traktorları - "kasemsot"ların səsi gəlirdi. Min illərin daha bir sabahı açılırdı. Ancaq, ay kişilər, vallah, bu, o xoruzların səsi deyil, ayə, heyvanların tərpənişi, maşınların, motorların gurultusu, belə səhərin bu cür açılması da nəsə o deyil, o yurdda, o dağlarda açılan səhər deyil. Belə vurun məni, öldürün, o deyil. Elə bil burada - aranda səhər başqa cür açılır, dan yeri başqa cür ağarır. Allah, biz ölməyəcəkdik, bizi bu cür dərdlər öldürəcək. Öz vətənimizdi, öz ölkəmizdi, amma uyğunlaşa bilmirik. Hər addımda hiss edirik ki, öz yerimizdə, öz qabımızda deyilik. Çox şey düz gəlmir, tam yerinə düşmür, adicə məsələdə görürsən yerlilərlə anlaşa bilmirik. Gərginlik, qaçqınlıq əsl cəhənnəm əzabıymış. Cəhənnəmi bizdən asılı olmayaraq bu dünyada çəkiriksə, onda hamımızın yeri cənnət olmalıdır. Çünki bir Adəm övladına iki dəfə cəhənnəm yaşatmaq olmaz. Çəkdiklərimizə görə bizi öz nəzərindən uzaq eləmə, ilahi! Səməndər bu dualarla, yalvarışlarla yerindən qalxdı. Gözləri göynəyirdi. Yuxusuzluqdan idi. Dili qupquru qurumuşdu. Kanal suyunu içə bilməməyindəniydi. Canı qızmamışdı. Öz yorğan-döşəyində uyumamağındanıydı. Udduğu hava da ciyərlərinə tam gedib çatmırdı, elə bil oğurluq edirdi. Öz yurdunda olmamağındanıydı. Başdaşı 89 "Ya Allah, səndən başqa sığınacağımız yoxdur. Özün bizə zamin dur". Sürücü ağacların arasından kölgə kimi çıxıb salamlaşdı. - Sabahın xeyir, əmi! Gedək? - Hə, bala, yolçu yolda gərək. *** Hospitalın həyətində əvvəlki qələbəlikdən əsər-əlamət qalmamışdı. Beyləqanın küçələrində də çox adam gözə dəymirdi. Son vaxtlar camaat arasında şayiə yayılmışdı ki, Beyləqanı da "verəcəklər". Buna "əsas" da vardı. Rayonun varlıları, vəzifə sahibləri evlərini tamam boşaldıb Bakıya daşımışdılar. Çoxunun ailə üzvləri də şəhərə köçmüşdülər. Camaatın əksəriyyəti isə Cərciz peyğəmbərin qəbrinə güvənərək, heç yerə getməyəcəklərini bəyan etmişdilər. Beyləqanı qrad yağışına tutanda heç bir mərmi türbənin həndəvərinə düşmədi. Ermənilər nə qədər cəhd etsələr də, murdar niyyətlərinə çatmadılar. Sonralar Azərbaycan əsgərləri onları xeyli geri oturtdu. Amma şayiə təsirini göstərmişdi. Rayon mərkəzi, həqiqətən, boşalmış kimi görünürdü. Səməndər başdaşını qoyduğu yerə yaxınlaşanda gözlərinə inanmadı. Xəstələrdən biri daşın üstünə qoyduğu vedrədən su tökür, o biri də bulaşıq qabları yuyub daşın üstünə yığırdı. Bunu bir azdan həmin xəstələrin biri deyəcəkdi. Başdaşı sabuna, xörək yağına bulaşmışdı. Sol tərəfdən - ucdan çatlamışdı. Qürbət isə gülümsəməyindəydi. 90 Səyyad Aran - Ə, qansız uşağı, vicdanınız yoxdu? Bu nə işdi görürsünüz? Kişinin az qala ağladığını, arxa layı açılmış, yavaş-yavaş onlara yaxınlaşan avtomobili gördükdə məsələni başa düşdülər. Heç şübhəsiz, başdaşının yiyələriydi, gəlmişdilər aparmağa. Üzrxahlıq etdilər. - Ağsaqqal, bağışla, günahkarıq. Bu rəhmətliyin başdaşını təmiz yer bildiyimizdən, qabları yuyub onun üstünə qoyuruq. Elə yaxşı eləmisiz gəlmisiz. Aparmağınız məsləhətdi. Başdaşı peşman və pəjmürdə görünüşü ilə heç kimə baxmaq istəmirdi. Hisin, pasın, çirkin içindəydi. Əli-ətəyi yağa bulaşmışdı. Üfünətli suyun, palçığın içində ürəyi partlayırdı. "Dədə, niyə gec gəldin? Uşaqlar gecələr üstümə işəyirlər. Darıxıram burda. Siz harda, mən də orda. Nə tez bezdiniz məndən?.." Səməndər əvvəlcə özü ilə gətirdiyi parça ilə başdaşını silib təmizlədi, qabyuyanlar da köməkləşib xəcalətli-xəcalətli yükü maşına qoydular. Gücləri çatmadığındanmı, tələsdiklərindənmi, törətdikləri ədəbsizlikdən tez yaxa qurtarmaq istədiklərindənmi - başdaşı qəfil əllərindən sürüşüb düşdü - tarappp! Başdaşının sol tərəfdən çatlamış yerini elə bil bıçaqla kəsdilər - qopub düşdü. Səməndərin başı hərləndi, gözünə qaranlıq çökdü. - Allah kəssin sizin köməyinizi! - Ə, bir adam kimi tərpənin də! - sürücü də ağzının acısını tökdü. - Əmi, yaxşısan? - Səməndərin qolundan yapışdı. "Bundan bir qəpik pul alsam, kopoluyam". - Gedək, oğul. Mənim işim əvvəldən düz gətirmədi. Başdaşı 91 *** Sirik qaçqınları arasında ən ağır vəziyyət Səməndərin ailəsindəydi. Əlbəttə, kiminsə bəxtəvərliyindən bəhs etmək əskik söhbət olardı. Qaradan artıq rəng varmı? Vətənin içində vətəndən didərgin düşmək dünyanın ən dəhşətli dərdidir. Bu dərdi çəkməyə dəvədən böyük fil də dözməzdi. Hamı didərginlik həyatı yaşayır, yurdsuzluq dağı daşıyırdı, hamının evi, var-dövləti əlindən çıxmışdı. Hamı arxın, kanalın lehməsini duruldub ürəyi bulana-bulana da olsa içməyə məcbur idi. Hamının dərdi-səri, güzaranı, "evi", "evinin içi" eyniydi, eyni boydaydı, eyni çadırdan idi. İntəhası, Səməndərin evdə iki şikəst övladının olması ona əlavə, həm də çox ağır yük idi. Oğlu Camalın əlini tutub səhər-axşam ufuldaması Səməndərin halını daha da pəjmürdə edirdi. Həmkəndliləri oğlanlarının köməyi ilə müvəqqəti də olsa yaşadıqları yerdə müəyyən səliqə-sahman düzəldir, Şahverdili meşəsindən qırdıqları ağaclarla çal-çəpəri qalınladır, ağac əkir, bir-iki baş qoyun-quzudan, babat imkanı olanlar danadan, inəkdən alıb yavaş-yavaş özlərinə gün ağlayırdılar. Nəfəri çox olanların vəziyyəti bir az yaxşıydı. Oğlan uşaqları İmişlidəki tikintilərdə, yol idarələrində, bazarda təklif olunan işlərin qulpundan yapışıb ailələrinə az da olsa pul gətirirdilər. Bəziləri bir az da püxtələşərək qonşu rayonlardan inək, dana, qoyun alıb kəsərək Sarıxanlı döngəsində alver etməyə başlamışdılar. Bir çoxları da həyətlərində göy-göyərti, pomidor, bibər, badımcan əkib dolanırdılar. Kiçik bir sahədən ildə 2-3 dəfə məhsul götürənlər vardı. Aranın 92 Səyyad Aran mülayim təbiətinin, məhsuldar torpağının bu tərəfi qaçqınların öydükləri və ürəklərincə olan damarıydı. Qaçqın olduqlarına görə kənarda da - dövlət fondundan olan boş sahələrdə pulsuz-parasız yer götürüb əkib becərirdilər, əlavə qazanc əldə edirdilər. Səlahiyyətli orqanlar qaçqın olduqlarına görə onlara göz yumur, boş verirdilər. Həm də yuxarıdan tapşırmışdılar ki, camaatı təhdid etməyin, işiniz yoxdur, qoy başlarını girləsinlər. Qaçqınlar dolanmağın yolunu tədricən tapırdılar. Daha bacarıqlılar sözün yaxşı mənasında çalıb-çapıb axşamlar evlərinə nəsə bir şey gətirirdilər. Dövlət də yavaş-yavaş kömək eləyirdi, xarici yardımlar da gəlməyə başlamışdı. Bircə Səməndərin ailəsində vəziyyət dözülməz olaraq qalırdı. Minarənin dil-dil ötməsi, iş görərkən xırda muğam boğazları eləməsi, şənliyi, şuxluğu qeybə çəkilmişdi. Dünyanın gözəl çağlarında - evlərində özü də hiss edirdi ki, ailə üzvləri özlərini iş görürlərmiş kimi göstərsələr də, əslində, oğrun-oğrun ona qulaq asırlar. Bu da Minarəyə çox xoş gəlirdi. Deməli, səsi heç də pis deyil, oxumağa dəyər. Sonbeşik olduğundan yeri, çəkisi də məxsusi idi. Ailədə ən çox onun istəkləri yerinə yetirilirdi. Bu məsələdə ən çox yarıdığı qardaşı Qürbət idi. İndi Qürbət yox idi. Heç vaxt olmayacaqdı da. Daha onun arzuladıqlarını Qürbət kimi dərhal yerinə yetirən tapılmayacaqdı da. Tale ona ən ağır zərbəsini vurdu, ayağının birini itirdi. Tez-tez anasının yana-yana dediyi sözləri xatırlayırdı: - Ay Allah, indi bu qızı kim alacaq? Balam nə yaman bədbəxt oldu, ay sənə qurban olum! Başdaşı 93 Minarə əməliyyatdan sonra tam susqun və laübali həyat sürürdü. Ayağını kəsəcəklərini öncədən deməmişdilər. Amma belə olacağını həkimlər bilirdilər. Qanqrena getdikcə yayılırdı. Vəziyyətin çıxılmaz olduğunu həkimlər onun valideynlərinə də anlatmışdılar, onlar da çar-naçar razılaşmışdılar. Qalmışdı bir bəhanə ilə Minarəni əməliyyat masasına çıxarmaq. Artıq gecikdirmək olmazdı, yoxsa qızın həyatı tam təhlükəyə düşərdi. Əsas məsələ bu da deyildi. Müsibət əməliyyatdan sonra Minarənin bu hadisəyə reaksiyası zamanı olacaqdı. İlkin mərhələni nisbətən isterikasız keçirə bilsəydilər, sonrası yavaş-yavaş yoluna düşərdi, taleyi ilə barışmağa, razılaşmağa, sakitləşməyə doğru gedəcəkdi. Nübar bütün həyatını dönə-dönə gözləri önünə gətirir, harada səhv etdiyini, nə günah işlətdiyini, kimin qəlbinə dəydiyini, kimi qapısından naümid qaytardığını xatırlamaq istəsə də yadına heç nə düşmürdü. "Ey yerin-göyün yiyəsi, ya məni öldür, ya da balalarıma rəhm elə. Nə pürçümüm olub? Səməndərdən başqa hələ bir kişinin əli əlimə dəyməyib, naməhrəm gözünə baxmamışam, şit hərəkət eləməmişəm, adıma heç vaxt gül qədərincə söz elətdirməmişəm. Məni niyə belə imtahana çəkirsən? Vallah, balalarım da heç kimin toyuğuna daş atmayıb. Sənin özünə əyandı ki, Səməndərin övladları kənddə, elə yaxın mahallarda da adnandı. Birini əlimdən aldın, şükür məsləhətinə, işinə qarışmıram, qələt elərəm, məsləhət sənindir. O biri - böyük uşaq Murovda sitilləyə-sitilləyə, bir qarnı ac, bir qarnı tox, əsgərliyini çəkir, evə gəlməkdən, Minarəni görməkdən ötrü ləlik olub, komandiri icazə 94 Səyyad Aran vermir, deyir filan qədər pul gətir, hanı, var ki, tapıb verək? Evim tar-mar oldu, isti ocağımdan oldum, evimdə xanım kimi yaşayırdım, heç nədən ehtiyacım yox idi, indi toyuğun altını güdürəm, görüm nə vaxt yumurtlayacaq, teksun yağına çalıb Camala yedizdirim, getsin dursun Bəhrəmtəpə yolunda, görsün kimə gərək olar, bəlkə beş-on qəpik pul qazansın. Ürəyim partdıyır. Heç olmasa yuxuma gir, qələtlərimi mənə anlat, işimi bilim. Vallah, belə getsə, Səməndərin ürəyi günün birində dayanacaq. Onnan sonra da mən özümü öldürəcəm. Balalarım cılxa yetim qalacaq, çöllərə düşəcək. Məni niyə hər gün öldürüb-dirildirsən? Yazıq deyilik, fağır deyilik?..." İçin-için hıçqırdı. Durub həyətə çıxdı. Orda da duruş gətirə bilmədi, Minarə eşidərdi. Quru budaqlardan düzəldilmiş, üstünə də göy brezent çəkilmiş (həyət görünməsin deyə) "darvazanı" itələyib açıqlığa çıxdı. Ona yad olan, uzanıb gedən düzəngaha baxdı. Onlar tərəfdə bu qədər geniş, hamar yer olmazdı, uzaqda görünən ağac deyirsən burnunun ucundadır, amma getdikcə gedirsən, gedirsən, çata bilmirsən. Bu nə qaravəllidir, ay başına dönüm, elə bil sehrli bir qüvvə sən getdikcə ağacı uzağa çəkir. "Görəsən Səlahət neynəyir? Yazıq balam yəqin üşüyür. O irəlilərdə yun köynək, corab toxuyub göndərmişdim ki, altdan geysin, canı qızsın, ayağı donmasın. Yazır ki, komandir dedi qadağandır, olmaz, corabı birtəhər aldım, amma yun köynəyi vermədi. Dedi, hələ corabı verirəm, sevin, bilsələr, mənim özümü cəzalandırarlar. Amma bir neçə gündən sonra əynində gördüm. Başdaşı 95 Yemək aparmışdım stolovoydan. İsti peçin dövrəsində oturub domino oynayırdılar. Yaxasını açmışdı, köynəyi o saat tanıdım. Qeyzləndi ki, niyə yeməkləri mən gətirmişəm, dedim növbətçiyəm, mənim işimdir". Bu yerdə elə bil Nübarı pallı-paltarlı təndirin içinə soxdun, arvad dirigözlü alışdı, yandı, hövlündən yaxasını-başını açıb tökdü. "Heç sözdü? Ay komandir, sənin anan, bacın, arvadın yoxdumu, onlar da birini toxuyub sənə göndərsinlər? Mənim tifilimin yun köynəyinə niyə tamahın düşür? Axı, anası ölmüş bütün günü şaxtanın qabağında qarovuldadır. Heç insafdı?.." Xeyli aylanandan, öz-özü ilə danışandan sonra sığınacaqlarına döndü. Eycahanlığa səbəb iş-gücün kənddəki kimi olmamasıydı. Qazan məsələsini Minarə öhdəsinə götürmüşdü, oturduğu yerdəcə kartof-soğan soyub xörək bişirir, başını qatırdı. Münəvvər həyət-baca işlərinə baxırdı. Camal səhər açılandan gün batanacan İmişli-Bəhrəmtəpə yolunun üstündəki əldəqayırma, amanabənd budkaların yanında dayanıb gəlib-gedən adamlara, maşınlara baxır, gününü beləcə ötürürdü. Elə onun tay-tuşları da. Acanda qaçıb sığınacaqlarında Allah verənnən əl-qap edib yenə qayıdırdılar. Sonra ət satanlar səyyari kabab bişirib satmağa başlayanda onlara kömək etməyə başladılar, odun tapıb gətirirdilər, bir də əvvəllər şüy çubuqlardan şiş düzəldirdilər ki, adamların xoşuna gəlirdi, müştəri cəlb edirdilər. - Ə, o çöp kababından beş-altı dənə gətirin bəri! 96 Səyyad Aran Beləliklə, günortalar birtəhər dolanırdılar deyə, sığınacaqlarına bir də gecə dönürdülər. Eşitdiklərindən, bildiklərindən evdəkilərə də məlumat verirdilər. Günlər beləcə, uc-uca calanıb keçib gedirdi. *** Başdaşını ər-arvad özləri yatan bucağa qoymuşdular. Qızlarının və Camalın hər gün guya ürəkləri qan-bağır olmasın deyə belə etmişdilər. Ancaq Nübarın günü qara olmuşdu. Səməndərdən tez-tez əcaib-qəraib sözlər eşidirdi. Axşam yerinə uzananda o, beyqafıl soruşurdu: - Uşağın üstünü örtmüsənmi? Əvvəl elə bildi "uşaq" deyəndə Camalı nəzərdə tutur, durub o biri tərəfə keçmək istəyirdi ki, ərinin çımxırması onu geri qaytardı. - Hara gedeersən, aazz?.. - Camala baxmağa, - Nübar çaşıb qaldı. - A verananın qızı, Qürbəti deyirəm... Nübarın əli üzündə qaldı. "Yəni kişi xəriflədi?" - Bir şey at üstünə, - Səməndər zarıltılı səslə təkid etdi. Nübar sözü çevirmədi. Köhnə adyallardan birini başdaşının üstünə çəkdi və ürəyində ərinə haqq qazandırdı. Doğrudan hava soyuq idi. Odun sobası bir az əvvəl sönmüşdü, gündüzlər çöldə-bayırda olurdular, başları cürbəcür işlərə qarışdığından sobanı yandırmağa ehtiyac duymurdular, odun da hər zaman tapılmırdı, qaçqınlar gələndən meşəbəyi bir az da sərvaxt olmuşdu, amma ordan-burdan ağacların seyrəldiyi görünürdü, öhd eləmək olmurdu. Meşəbəyi vəzifəsini yerinə yetirirdi... Camaat da soyuqdan ölməyəcəkdi ki. Başdaşı 97 Hər iki tərəf utana-utana, bir-birini güdə-güdə, gizlin-basırıq yaşamaq uğrunda mübarizə aparırdı, ümumi söyüş, qarğış yeri birünvanlı idi: üzüqara zəmanə və ermənilər. Axşamlar hamı evə yığışanda köhnə dəmir soba qalanırdı, çır-çırpı, kötüklər - son vaxtlar təzək də atırdılar, tək odunla ötüşdürmək yetmirdi. Bəzən acı tüstü göz çıxartsa da əlacsızlıq idi - yandıqca canları qızırdı, özlərinə gəlirdilər. Elə həmin sobanın da üstündə xörək bişirir, çay qaynadır, xırda ət tikələrini qıpqırmızı qızarmış sobanın üstündə qızardaraq yeyirdilər. Çoxları belə edirdi. Qazan asmaq, kartof-soğan soymaq xeyli vaxt aparardı. Belə rahat idi. Əsas məsələ mədələrinə bir loxma salmaq deyildi?.. Vəssalam da, qardaş! Bir də, yatar qarına çox yeməzlər, düşər-düşməzi olar, o bir tikəyə də şükür. Sovet dövründəki kimi, silos quyusu doldurmurlar ki... Aranın dumanlı, çiskinli havası kabab qoxuyurdu, külək qoxunu yaxın kəndlərə yayırdı, yerlilər yarızarafat-yarıgerçək: - Qaçqınlar kef edirlər, hər gün kabab yeyirlər - deyə arada-bərədə qarşılaşanda atmaca atırdılar. Çox adamın üzünə istehzalı və ağrılı təbəssüm qonurdu, başlarını bulayıb köks ötürürdülər. Elə həmin ahəngdə cavab qaytaranlar da olurdu: - Bizim kimi kef çəkəsiz. Yenə də başdaşına ən çox qulluq edən, üz-üzə durub xısın-xısın danışan, əksər vaxt da göynəyə-göynəyə ağlayan Minarə idi. Həsbi-halı uzun çəkəndə bişdüş Münəvvərin öhdəsində qalırdı. Nübar da əl atırdı hərdən. Sıxıntılı, darıxdırıcı, bezdirici günlər sanki heç vaxt qurtarmayacaq kimi uc-uca düzülmüşdü. Ailəni 98 Səyyad Aran saxlayan ən böyük ümid qardaşları Səlahətin əsgərliyini bitirib onların yanına qayıdacağıydı. Xeyli dayaq, kömək olacaqdı. Səməndər, demək olar, tək qalmışdı. Yenə Camalın barmaqları kəsilməsəydi, bir işin qulpundan yapışıb evə pul gətirərdi. Gücü ancaq meşədən çır-çırpı yığıb kababçıya daşımaq, onun yanında girələnib günorta qarnını saldırmaq idi. Abat xeyir, başı da qarışırdı. Bəzən yoldan keçənlər, "a bala, ordan iki çöp kabab gətir", - deyəndə əlüstü qaça-qaça yuxanın arasında kababı aparanda müştərilər ya yazığı gəldiyindən - barmaqlarını görüb - ya uşağın canıyananlığından, şirindilliyindən, - nuş canınız, əmi, bibi, Allah sizi saxlasın! - qəpik-quruş verirdilər. Üstüstə yığılanda bir-iki manata qalxırdı, bəzən bundan da artıq. Bu, artıq ailənin dolanışığına xeyli kömək idi, getdikcə daha dilli-dilavər, əldən zirək, gözüaçıq olurdu. Evə qayıdanda aldığı əlli qəpiklik iri kömbə çörək ailədə minnətdarlıqla qarşılanırdı. Nübar oğlunun başını tumarlayıb, kədər qarışıq sevinclə, gözləri yaşarmış halda deyirdi: - Səni verənə min şükür! Oğul doğulduğu gündən oğuldur. Sonra hamıya eşitdirirmiş kimi, xüsusən son vaxtlar fikir-xəyaldan qupquru quruyaraq - bir dəri, bir sümük qalan ərini gözaltı süzərək ona ürək-dirək vermək üçün bir az da üstünü götürürdü: - Dayanın bir, qoy hələ Səlahət də gəlsin. Onda vəziyyətimiz lap yaxşı olacaq. O da yolda bir budka qoyar, balaca kababxana düzəldər, Camal da elə qardaşının yanında işləyib, iki qardaş bolluca pul qazanarlar, biz də kasıbçılığın daşını atarıq. Yadınızdadı, Səlahət necə gözəl kabab bişirirdi? Başdaşı 99 Təsəvvürlərindəki görüntü onları qismən də olsa ümidləndirirdi, hərəsinin xəyalı bir yerə gedirdi. Qazanılan pullardan hərə özünə bir şey alırdı, yavaş-yavaş qaçqın şəhərciyinə dadanan yerli alverçilərə cürbəcür şeylər tapşırırdılar, "gələn dəfə yadından çıxmasın haaa". Uşaqlarının gözlərindəki parıltıdan bağrının başı qan olan Səməndər, -Yaxşı, durun yatın, sabah gəlsin, xeyrə gəlsin, - deyib birinci özü dirsəkləndiyi yerdən qalxardı. Mətbəx adlandırdıqları, həm də "qonaq evi" dedikləri ortalıqda odun sobası yanırdı. İsti o biri tərəflərə də yayılırdı. *** Bacısının ayağının, qardaşının da sol əl barmaqlarının kəsildiyini eşidəndə Səlahət havalandı. Əvvəl bilmədi bu dəhşətli xəbəri necə qarşılasın. İnanırdı da, inanmırdı da. Xüsusən Minarənin müsibəti Səlahəti intihar dərəcəsinə çatdırdı. "Sən bir bədbəxtliyə bax, gərək elə bacımın dizinə düşəydi, eləcə torpağa düşə bilməzdi? Taleyi necə olacaq? Yooxx, yaşamaz, özünü öldürəcək. Bircə mən gedənə qədər bir şey olmayaydı". Böyük qardaş olmağına, kişi kimi həyatın isti-soyuğunu dadmağına baxmayaraq, o da faciəni qəbul edə bilmir, bacısı ilə necə üz-üzə gələcəyini fikirləşirdi. Necə görüşəcək? Nə deyəcək? Uyğun bir təsəllini necə tapacaq? Atasının, anasının halını göz önünə gətirdikcə başını hərbi düşərgənin divarlarına vu­ 100 Səyyad Aran rurdu. Əsgər yoldaşları Səlahəti gözdən qoymurdular, əlindən bir xata çıxmasından ehtiyatlanırdılar. - Hamının ümidi sənədir, bütün ailə səni gözləyir. Ağlına sarsaq-sursaq fikirlər gəlməsin. Bil ki, Allah da səni o dünyada bağışlamaz. Tək sizin ailənin başına gəlməyib ki... Bütün rayon qaçqın düşüb. Sən öz ailənlə bağlı hadisəni bilirsən. Xəbərin varmı başqalarının başına nə gəlib? Ailə var ki, bütövlükdə əsir düşüb... Amma bütün bu təsəllilər, əsgər yoldaşlarının yaşlarından böyük ağsaqqalyana öyüdləri Səlahəti üzdə sakitləşdirsə də, ata-anasını, xüsusən Minarəni görmək arzusunu boğa bilmirdi. Bilirdi ki, indi onun köməyinə ailəsinin hədsiz ehtiyacı var. Atası qoca kişiydi, həm də ailənin bütün ağırlığı onun çiynindəydi, tab gətirmək zor məsələydi. Anası nə iş görəcəkdi - həmişəki kimi xörək bişirmək, pal-paltar yumaq, təmizlik işləri... Minarə ilə Camal - şikəst, onlar nə iş görəcəklər ki... Onların özünə kömək edən gərəkdir. Vəziyyəti götür-qoy etdikcə Səlahətin ürəyi yanırdı. O da anası Nübar kimi üzünü göylərə tutub nə günahın sahibi olduqlarını, başlarına niyə belə fəlakət gəldiklərini soruşur, göylər isə mübhəm-mübhəm susurdu. Bəlkə gedib görüşsəydi həm bu suallara cavab tapar, həm də sakitləşərdi, qulluğunu başa vurmağa ürəyində təpər olardı. Yox e, komandirə deyəcəkdi, düzdü, düşərgədə aldıqları məlumata görə ermənilər hücuma hazırlaşırlar, indi hər bir əsgər qiymətlidir, postlarda bəzən əsgər çatışmır, boş yerlərdən erməni saqqallılar əra­ Başdaşı 101 ziyə girib məlumat toplayırlar, ləhcələri, görkəmləri seçilmədiklərindən rahatca ətraf kəndlərə girib gah alış-veriş edir, gah qoyun-quzu alır, gah da yun corabdan, jaketdən dəyər-dəyməzinə qamarlayıb əsgər yoldaşlarına aldıqlarını söyləyib sadəlövh satıcılardan su qiymətinə alıb aradan çıxırdılar. Yüklərini tutub, qoyun-quzunu da qabaqlarına qatıb arın-arxayın üz tuturdular öz mövqelərinə. Qarşılarına çıxıb-eləyən olanda: - Qoyun otarıram buralarda, - deyirdilər. Ətraf kəndlərdə əksər kişilər elə bu cür geyinir, bu cür saqqal saxlayır, bu cür yeriyirdilər. Bir yerdə yaşadıqlarından görünüşcə, yerişcə, hərəkətcə kənardan ermənilərlə azərbaycanlılar bir-birinə çox oxşayırdılar. Başqa millətlərin nümayəndələri bunu həmişə məxsusi olaraq vurğulayırdılar. Münaqişənin ilk illərində vuruşan tərəflərin iki ayrı millət olduğunu beynəlxalq təşkilatların nümayəndələri, bölgəyə gələn müxtəlif təyinatlı ekspertlər, konfliktoloqlar da heç cür ayırd edə bilmirdilər. Əsasən rus dilində danışan, sovet ordusu uniformasında olan, sovet silahları ilə silahlanmış, sovet hərb terminlərini işlədən, sovet zirehli texnikalarını sürən, eyni cür saqqallı könüllülərə, hərbçilərə xaricilər baxıb-baxıb fikrə gedirdilər. Köhnə Sovetlər Birliyindən - təzə ifadəylə desək - MDB-dən gələn guya barışdırıcı-araşdırıcı nümayəndələr də orta mövqe tutur, liberallıq edir, göz-görəti faktı - Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını etiraf etmirdilər. Ağrımaz başlarına dəsmal bağlamamaqdan ötrü çoxları gözdən-könüldən uzaq yerdə əsgərə heç yaxınlaşmaq belə istəmirdilər. Qarışıq zəmanədir, düşər-düşməzi olar. Nə işimə? Hö­ 102 Səyyad Aran kumət var, qoşunlar var, müdafiə naziri var, Sovet hökuməti var, qoy onlar düşünsünlər. Konflikt yeni-yeni qızışanda xalq məsələnin belə qalmayacağına inanırdı, yəqin bu gün-sabah Azərbaycan əsgərləri erməniləri darmadağın edib torpaqlarımızı azad edəcəklər, nəkarədirlər ki, uzun müddət evimizin içində belə at oynadalar? Hələ ki bunlar şirin arzular idi, hələ ki ermənilər Dağlıq Qarabağdan başqa yan-yörədəki bir neçə rayonu da işğalda saxlayırdılar. Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev başlarının dəstəsi ilə Gəncəyə gəlib bölgənin cəbhəyanı döyüş yerlərinə baş çəkib münaqişənin həlli ilə bağlı öz fikirlərini bəyan etmişdilər. O vaxtki Azərbaycan prezidenti ilə də görüşmüşdülər. Əhalidə ümid yaranmışdı ki, məsələ yəqin bu gün-sabah yoluna qoyular, Sovet dövründəki kimi yenə əmin-amanlıq olar. Amma aylar bir-birinin ardınca ötür, vəziyyət isə daha da qəlizləşirdi. Belə vəziyyətdə "ata-anamı görmək istəyirəm, bacım, qardaşım əməliyyat olunub, mənə üç gün icazə verin, gedim onlara dəyim, gəlim" demək də uşaq söhbəti olardı. Komandir acıqlanardı, "bu mama uşağının" xahişini bütün batalyona yayıb onu gülüş hədəfinə çevirərdi. Bu da ölümdən betərdi. "Mama uşağı" sözünü kim götürərdi? Amma... axı, getmək istəyir. Tutaq ki, komandiri, döyüş yoldaşları belə düşünərdi. Bəs valideynləri? Onlar fikirləşməzdilər ki, böyük övladları nə soyuq, etibarsız, biganədir? Noolar qulluqda olanda. Sovet hökuməti vaxtı deyil ki, gedib Saxalinə, Vladivostoka, Başdaşı 103 Çita vilayətinə düşəsən, gəlmək-getmək 20 gün çəkə. Heç Moskva-Leninqrad da deyil ki, yol 2-3 gün çəksin. Budu buradı, Tovuz-İmişli, Allahın "Jiquli"si ilə 3-4 saatlıq yoldu. Eləcənə gəlsin, görsün, əhvallaşsın, qayıtsın daa... nə var ki, burda. Belə baxanda deyilən kimiydi, lakin hərbin öz qanunları varıydı, olmazdı. "Yaxşı, onda bəs Azəri niyə bir həftəliyə evə buraxdılar, özü də İmişlidən də o yana - Sabirabada, ona görə ki, atası bazarkomdur? Geri qayıdanda bir baqaj payla gəlmişdi. Düzdü, çoxu komandirlərə çatdı, amma uşaqlar da qarınlarını doydurdular, çoxdandı mer-meyvə yemirdilər, tarçıxlarını doyunca götürdülər. O da Azər kimi qayıda bilərmi?.." Azər kimi olmasa da... hər halda, əliboş qayıtmaz... "Yox, komandirdən xahiş edəcəm. O da azərbaycanlı deyilmi, məni başa düşər. Ayə, dünyadı e, kim bilir, sabah adamın başına nə gələ bilər. Bəlkə elə sabah mən onun komandiri oldum?! Onsuz da "boyda" kim ürəklidi, ciyərlidi, onu irəli çəkirlər. Böyük komandir özü irəli çəkir, ulduz verir. Məni də həmişə tərifləyir, deyir pələngdir, zalım oğlu. Qorxu-hürkü bilmir, ölüm də yaxın gələ bilmir Səlahətə. Bə nə?! Yox, deyəcəm. Yoxsa ürəyim partdar. Gələndə də paydan-püşdən gətirərəm. Azər kimi olmasa da... hər halda, bir şey gətirrəm". Yox, komandir heç də onu "mama uşağı" kimi qarşılamadı, nə də hisslərinə biganə qalmadı. Başını bulayıb dərindən köks ötürdü, xüsusən bacısının 104 Səyyad Aran halına acıdı. "Yenə oğlan olsaydı, dərd yarıydı". Fikrə getdi, görünür, deyəcəyi sözləri ölçüb-biçir, götür-qoy edirdi, necə deyərlər, Səlahətin sosial mövqeyini araşdırırdı: yarıdacaqmı, babat geri dönəcəkmi?... - Bilirsən də, sən hərbidəsən, bura məktəb-zad deyil müəllimdən icazə alasan. Bura cəbhədir, hər an döyüş başlayar, biləndə ki, sən yoxsan, hərbi tribunal sənə fərari kimi ən ağır cəza verə bilər. Mənim də rütbəmi əlimdən alıb türməyə basarlar , - o, sınayıcı nəzərlərlə Səlahətə baxdı. - Allah qoysa, yaxşı olar, komandir, heç nə olmaz, inşaallah... - Nə bilmək olar, - komandir əlacsızcasına başını buladı, - iş ağlagəlməz yerdən də çıxa bilər... Elədir? -... Bilirəm. - Sonra da... evdən gələcəksən də, yoldaşlarına da, bizə də bir babat səbət tutarsan... Yəqin ki, səni pulsuz yola salmayacaqlar. Başını təsdiq mənasında tərpətdi. - Danışdıq? -... danışdıq.. - Qəfil proverka olsa, mən sənə icazə verməmişəm. Heç xəbərim yoxdur. Özün getmisən. Sıxma-boğma olsa, vəziyyəti mənə danışdığın kimi söyləyərsən, nəzərə alarlar, yüngül cəzalanarsan. İcazə-micazə... Belə şey ola bilməz. İxtiyarım yoxdur. Amma... mən də müsəlmanam, azərbaycanlıyam, səni başa düşürəm. Ürəyim daşdan deyil. Məni də ata əkib, ana doğub... Danışdıq? Başdaşı 105 -...danışdıq... - Sabah səhər podyomdam sonra yola düş, o biri gün heç, üçüncü gün axşam çastda ol. Geciksən, vəziyyətin ağır olacaq. Dedim haaa! Danışdıq? -... danışdıq... *** Bəhrəmtəpədən İmişliyə tərəf yol alanda sol tərəfdə Sarıxanlı döngəsində sıra ilə düzülmüş çadırları görəndə qəhərləndi. O biri rayonların ərazisindən keçəndə belə çadırları görmüşdü, amma o qədər də təsirlənməmişdi. Bəs indi niyə boğazı belə göynəyir, gözləri yaşarır? Ürəyini göynədən nədir? Yoxsa valideynləri ilə görüşəcəyindən, xüsusilə bacısı Minarənin, qardaşı Camalın müsibətindən belə kövrəlmişdi? Bəlkə xəstə atasının ağır fiziki, maddi durumu? Xanım-xatın anası Nübarın gördüyü günlərdən geri qalması?... Kəndlilərini görən kimi tanıdı: əyin-başlarından və bir az naqolaylaşan yerişlərindən. Xırda bir təpəyə qalxanda və yaxud təpədən enəndə həmin yeriş, həmin tərz idi, amma düzənlikdə bir xeyli yeriyəndə ənənəvi ritm, öz kəndlərindəki yeriş ahəngi pozulurdu, addımlar qarmaqarışıq olurdu. Uzun müddət belə hamar yerdə gəzməmişdilər axı. EIə bil hoppana-hoppana yeriyirdilər. Avtobusdan düşəndən sonra evlərinin hansı səmtdə yerləşdiyini öyrənib palçıqlı yolu ayaqlaya-ayaqlaya yürüdü. İlk gördükləri onda qəribə, anlaşılmaz, əcaib hisslər oyatdı. Yolun qırağında üstünə "Kafe Cənnət məkan" yazılmış, köhnə şpal qırıqların­ 106 Səyyad Aran dan və şiferdən düzəldilmiş balaca bir budkada kabab satırdılar. Bəhrəmtəpədən İmişliyə, İmişlidən də Bəhrəmtəpəyə gedən yük və minik maşınları "Cənnət məkan"ın - ayə, bu adı kim qoyub? - qabağında dayanır, sürücülər, yaxud sərnişinlər lavaşa bükülmüş kababları məmnuniyyətlə alırdılar. Bəziləri isə kəsilib dəmir çəngəllərdən sırayla asılmış təzə cəmdəklərdən 3-5 kilo çəkdirib yollarına davam edirdilər. Bir-iki yerdə iri samovarlar qaynayırdı, lövhələrdə kobud, iri hərflərlə "Kəklikotu çayı", "Qantəpər çayı" yazılıb asılmışdı. O, bir az da irəli yeriyəndə gördüyü mənzərədən lap heyrətləndi. Köhnə bir avtobusun içinin oturacaqlarını sökərək dükan eləmişdilər. Mişar daşlarını üst-üstə qoyub pilləkən düzəltmişdilər. Avtogenlə kəsib böyük bir pəncərə açmışdılar. Alış-veriş ordan olurdu. Piştaxtada, rəflərdə cürbəcür saqqızlar, ucuz peçenyelər, konfetlər, əl-üz sabunları, yuyucu tozlar, hər cür "şmotka"lar və s. satılırdı. Avtobus- dükanın üstündə - "Super market, Super mallar" yazılmışdı. Neçə vaxtdan bəri ilk dəfə Səlahətin dodağı qaçdı. Biri çadırların aşağısında, digəri yuxarısında olmaqla iki artezian vurulmuşdu. 100 mm-lik dəmir boruya beş ədəd 20 mm-lik rezin borular salınaraq müxtəlif məsafələrə çəkib krant düzəltmişdilər ki, həm bir elə növbə olmasın, həm də adamların yaşadıqları yerə yaxın olsun. Krantların ətrafı natəmizdi, sabunlu sudan xırda gölməçələr yaranmışdı, it-pişik, toyuq-cücə, mal-qara gəlib keçəndə o sudan içirdi. Ətrafa "Kola", "Fanta", "Sprayt", üstü ingilis, ərəb, fransız, alman dilində yazılmış plastik butulkalar, dəmir Başdaşı 107 konserv qutuları səpələnmişdi. Kəndləri belə deyildi, hər küçə, məhlə, həyət hər zaman gül kimi tərtəmiz olurdu. Bəs indi niyə belədir? Anladı. Bütün gördüyü mənzərələr heç şübhəsiz, camaatın əsəbi, gərgin, psixoloji durumu, yurdsuzluq həsrəti, başlarına gələn müsibətin, qaçqınlıq deyilən bəlanın ucbatından idi. Adamlar bu vəziyyətə nə uyğunlaşa bilirdilər, nə də dözə bilirdilər. Görünür, hirs-hikkələrini bu yolla soyudurdular. Evlərinə dönən tapdanmış torpaq yolda daha bir PAZ-670 gördü. Onun da oturacaqlarını söküb yarı hissəsini hin, yarısını it damı eləmişdilər. Avtobus deşik-deşik idi, iri aşsüzənə oxşayırdı. Yenə Səlahətin dodağı qaçdı: yayda yaxşı yelçəkəri olacaq. Köhnə lafetin altında və başında xeyli odun qalaqlanmış, üstünə boz brezent çəkilmişdi, kimsə etibarlı qış ehtiyatı görmüşdü. Həyətlər tələm-tələsik düzəldilmiş çəpərlərlə bir-birindən ayrılmışdı. İydə şivlərindən, qurumuş budaqlardan payalar basdırıb qarğıdan, qamışdan, böyürtkən kollarından divar hörmüşdülər, paslı simlərlə bərkidib mal-qaranın, it-pişiyin nagahan həyətə girməsinin, ziyanlıq etməsinin öz aləmlərində qarşısını almışdılar. Mal-qaranı torpaq qazmalarda saxlayırdılar. Evə çatıb toxtayandan sonra öyrəndi kı, krant suyu şor olduğundan çaya, xörəyə onlar da yerlilər kimi Araz suyundan istifadə edirlər: ya arabayla özləri gedib gətirir, ya da su daşıyan maşınlar gətirib, 50 qəpiyə doldururlar içi betonlanmış çəlləklərə ki, durulandan sonra istifadə etsinlər. Bir azdan öz kəndlərində içdiyi su ilə buradakı suyun fərqini Səlahət də hiss edəcəkdi. 108 Səyyad Aran Məktəb yaşlı uşaqların əynində əcnəbi sözlər yazılmış köynəklər, gödəkçələr, koftalar vardı. Bax, bu maraqlı, kənddə olmayan yenilik idi. Yeniyetmələr başqa cür görünürdülər, onların yerişində, danışığında, davranışında da nəsə bir özgə tərz duyulurdu. Onlar böyüklərdən qayğısız, bir az şən, diri, həyatsevər görünürdülər. Düşdükləri mühit onlara deyəsən, maraqlı idi. Danışıqlarında da açıq-aşkar duyulan təzə sözlər, ifadələr vardı. Kənddə nitqlərində tez-tez işlənən yamac, bulaq, qırxbuğum, kəklikotu, eniş, dərə, qaya, sonralar dillərinə düşmüş post, milis, Omon, BMP, BTR, helikopter, mina, qrad, avtomat, pulemyot, mərmi, komandir, batalyon... kəlmələri daha işlənmirdi. İndi həmin kəlmələrin yerini, çadır, fın evləri, asfalt, krant, qarğı, qamış, şpal, dəmiryol, stansiya, yulğun, şor su, Araz suyu, hünü, ditdili, qarağannığ, yulğunnuğ və s. və i.a. sözlər tutmuşdu. İlk günlər uşaqlar qaçqınlara yardım gətirən "Dünyaya baxış" və "Kare" təşkilatlarından hansının yardım bağlamasının daha keyfiyyətli və tutumlu olması ilə bağlı mübahisə edirdilər, öz bildiklərini, əslində, valideynlərindən eşitdiklərini israrla sübut etməyə çalışırdılar. Leksika əməlli-başlı təzələnmişdi. Uşaqların danışıqlarında kənddəkindən fərqli olaraq, nə qədər yeni sözlər, ifadələr vardı. Hətta ləhcələri də dəyişmişdi, yerlilər kimi danışırdılar. Onlar kimi sual ədatlarını, feilləri uzadırdılar: - Getmirsəəən? Səlahət ağlagəlməz bir mənzərəylə rastlaşmışdı... Onu birinci olaraq atası gördü. Kişi yəqin aralığa çıxırdı. Günortadan sonraydı. Yəqin həyətdə qurdalanıb, allahverəndən naharını edib, o da başqaları Başdaşı 109 kimi yola-asfalta çıxacaqdı. Bu artıq bekar adamlar üçün bir qaydaya dönmüşdü. Kim əlli tərpənib bir budkadan-zaddan qaraldıb özünə gün ağlamışdısa, işi xod gedirdi, dolanışığın yolunu tapmışdı. Qalanları da onların başına yığışıb gəlib-gedənlərə tamaşa edirdilər. Bəziləri ilə hətta salamlaşır, mehribancasına arabir zarafatlaşırdılar da. İmişlinin bütün vəzifəli və imkanlı adamlarının maşınlarını əzbərdən tanıyırdılar. Onlar tez-tez Cəbrayılın məsul şəxsləri ilə gəlib, onlara baş çəkir, ehtiyacları ilə maraqlanıb əllərindən gələn köməyi edirdilər. Beləcə həftələr, aylar ötürdü. Torpaqların alınması məsələsi isə uzanırdı. Minsk qrupu - tısbağa qrupu - (qaçqınların təzə ifadələrindən idi) yerində sayırdı. Ələşəndən-küləşəndən düzəldilmiş darvazanı Səməndər kişi itələyib həyətdən çıxmaq istəyirdi, darvaza isə dirənirdi. Səməndər kişi yenə cəhd elədi, darvaza yenə üzə durdu. Çox açılıb-örtüldüyündən tapanın simi qırılıb düşmüşdü, tapan boşalıb torpağa dirənirdi, itələyəndə yay kimi təzədən geri qanrılırdı, tapanı qaldırmaq lazım idi. Elə darvazanın üstündən qucaqlaşdılar: - Gəldin, oğul? Belimin dirəyi, qurtarıb gəldin? Səlahəti qəhər boğdu: -Nə qurtarmaq? Cəmi bir ildir qulluq edirəm. İndi dəqiq qulluq vaxtı yoxdur. Nə vaxt istəsələr, onda buraxacaqlar. Atasını başa düşdü. Ona nə qədər ehtiyacları vardı. Bunu həyətə baxanda bildi. Atası da qarşıdan gələn qışa tədarük görmüşdü. Bir az odun-oduncaq qalaqlanmışdı həyətdə, elə də çox deyildi. Bir yağış 110 Səyyad Aran yağan kimi hamısı tərg olacaqdı. Yaş odunları sobaya atıb yandırmaq cəhənnəm əzabıydı. Acı, boğucu, gözyaşardıcı tüstü onları həlak edərdi. Tüstünü dağıtmaq üçün qapı-pəncərəni açsalar, ev buza dönəcəkdi - daha yandırmağın nə mənası?! Yox, qapı-pəncərə bağlı qalsa, onda istinin xatirinə gərək boğula-boğula birtəhər dözsünlər. O da nə qədər, necə gün, daha doğrusu, neçə dəfə? Torpağa qara bir şpal qırığı basdırılmışdı, onun üstünə əlüzyuyan mıxlanmışdı, böyründən çox işləndiyi bilinən məhrəba asılmışdı, əlüzyuyanın altında çala qazılmışdı, çalanın böyründən kiçik bir arx çəpərdən yola çıxarılmışdı, yəni süni kanalizasiya düzəldib çirkli suları küçəyə axıdırdılar, elə o biri qonşular da belə etmişdilər. Evin banından həyətlərinə düşən elektirik dirəyinə paltar asmaq üçün ip çəkilmişdi. Sığınacaqların çoxunun üstündə krosna antenaları vardı. Çadırın qabağında səliqəsiz şəkildə yağışlıq düzəldilmişdi ki, ayaqqabını çıxarıb içəri keçmək rahat olsun, qar, yağış içinə dolmasın. Ələ gələn hər cür taxta, faner qırığından ayaqaltı düzəldilmişdi. Aydın məsələdi, kənddə qoyub gəldikləri evlərinə heç cür oxşamırdı. Qoltuqaltı əsayla taytıya-taytıya ona tərəf sevincək gələn Minarəni görəndə dünya başına uçdu. Allah, bu Minarədimi?.. Əhvalatı yaxşı bilə-bilə yenə gördüyünə dözə bilmədi: - Ay bacı, başına dönüm, bu nə işdi başına gəlib. Allah, məni öldür, bunu görməyim. Minarə qoltuqaltıları atıb sağ ayağı üstdə hoppana-hoppana gəlirdi. Üzü gülürdü. Qardaşı gəlmişdi! Bilirdi ki, çətinliklə icazə alıb. Bir-iki günlüyə gəlib. Başdaşı 111 Onu da ağlaşmayla keçirib qardaşını geriyə dərdli yola salmayacaqdı ki... Hər şey qardaşına qurban... Səlahət bacısına sarı qaçdı. Minarə yarıyolda müvazinətini saxlaya bilməyib üzüqoyulu yerə sərildi. Səlahət ağlaya-ağlaya Minarəni qucağına götürdü, göynəyə-göynəyə hönkürdü. Münəvvər də bir tərəfdən gəlib ona sarıldı. Camal qardaşının qoltuğunun altına girdi. Arteziandan su gətirən Nübar vedrələri yerə qoyub müssər və zəlil balalarına baxırdı. Gördüyü mənzərəyə dirigözlü yana-yana baxır, özünü güclə saxlayırdı. - Bə anam hanı? - Burdayam, dərdin ürəyimə. Xoş gəlmisən, atam-anam. Görüşdən daha çox, bu qucaqlaşmalar, bir-birinə sarılmalar sınmış, taleləri və bəxtləri qarğışlanmış insanların ah-nalə, iztirab, gizli etiraz üsyanı idi. Bais fələk, erməni - ümumi düşmən, qarğanan, nifrin tökülən, əsasən, bunlardı. Camaatı bu günə qoyanlardı. Konkret ad, hadisə, məkan, zaman söyülmürdü. Elə qucaqlaşmış halda da evə girdilər: - Keçin içəri, - Nübar dedi. Minarənin başını qucaqlayıb sinəsinə sıxmışdı. Səlahətdən tər, əsgər formasının iyi gəlirdi. Bir az da ocaq və papiros iyi. Hamısı ləzzətliydi, sonralar Minarə, elə Münəvvər və Camal da tez-tez bu qoxuları xatırlayacaqdılar. Axşamlar asfalt tərəfdən xəfif Mil küləyi əsəndə sönən ocaqların, benzinin iyini,papiros tüstülərini bəri sovuranda deyəcəkdilər: - Allah, Səlahətin qoxusu gəldi. Şükür sənə, böyük Yaradan! 112 Səyyad Aran Camal heç kimi saymayaraq uzanıb başını qoymuşdu Səlahətin dizinə, qardaşının ayaq barmaqlarını ovuşdururdu. Bir az əvvəl Səlahət ufuldamışdı: - Barmaqlarım üşüyür. - Yəqin, postda çox durmağındandır, - Səməndər kişi fəhmlə söyləmişdi. - Elədir, dədə, düz tapmısan, - Səlahət təsdiqləmişdi - elə əsas işimiz odur. Kəşfiyyat ayrıdır, boyevoy qruppalar ayrıdır, svyaz ayrıdır. Bizimki elə postdur. - Nə deyillər? Ermənistana hücum-filan gözlənilirmi?Torpaqlarımızı nə vaxt geri alajeyix? - Bir söz, ismarıc, əmr yoxdu, dədə, deyillər gözləyin, lazım gələndə əmr veriləcək. - Lazımın da öyü yıxılsın, haçan gəlir bə? - kişi göynədi. - Yuxarıdakılar bilər deyirlər, ay dədə! Bir az da ordan-burdan söhbət elədilər. Məlum oldu ki, bir vaxt kənddə yaxşı dolanan müəllimlər, briqadirlər, kolxozun bir çox rəhbər heyət üzvləri çətin günlər yaşayır, əldən iti olanlar, bacarıqlılar, alverçilər özlərini əməllicə tutublar, o biriləri abırlarına büküldüklərindən zamanayla ayaqlaşa bilməyib dalda qalıblar. - Əhmədin oğlu Xasayı tanıyırdın yəqin? - Yaxşıca. Məktəbdə oxuyanda bir dəfə əliəyriliyinin üstündə onu döymüşdüm. - İndi gücün çatmaz. İki sən boydadır. Hamıdan varlıdır. Yolun qırağındakı budkalar onunkulardır. Allahın ver günü durduğu yerdə başına pul ələnir. Kimnən dil tapdısa, heyvan alıb kəsib satır, kababxa­ Başdaşı 113 na açıb, gedib Fizulinin ətəklərindən cürbəcür ot-zad yığıb gətirir, cürbəcür çiçək adlarıyla çay satdırır, bu imişdililər də sel kimi axıb gəlillər. Səlahət başını yellədi: - Allahın işinə bax. Gör kim qabağa çıxıb. Bu haçannan belə biznesmen olub. - Demə, bala, demə... Heç olmasa sən yanımızda olsaydın... Səlahətin ürəyi əsgərlikdəkindən də betər sıxıldı. İçi dərdlə doldu. Ailəsi çox acınacaqlı durumdaydı. İşləyən, qazanc gətirən ələ əşhədü-billah ehtiyac vardı. Necə etsin? Qala bilməzdi, qaça bilməzdi, fərari kimi mühakimə olunub, azı on il iş verərdilər. Bu da ailənin dərdin altında tam çökməsi və məhvi idi. Qürbət həlak olmuşdu, Minarənin ayağını kəsmişdilər. Camal zəlil idi, üstəlik də, onun həbsi ailəsinin ürəyində son həyat şöləsini də söndürərdi, büsbütün batardılar. Bəs onda necə olsun? Axı evə pul qazanıb gətirən yox idi. Necə dolanacaqdılar? Dərddən başını qanırıb brezentə söykədi, gözlərini yumdu, fikrə getdi. Bu şəraitə sanki özü baiskarmış kimi, xəcalətindən gözlərini açıb valideynlərinə baxa bilmirdi, elə bil hər şeydə günahkar o idi. Elə beləcə də yuxuya getdi. Onun yatdığını görüb tez yerini rahladılar. Son anda yaxında ulaşan çaqqal-canavarın ulartısını eşitdi. Bir də çadırın içindən keçib gedirmiş kimi, "Kamaz"ın səsini. Harada olduğunu kəsdirə bilmədi. Şüurunun söndüyü anda yadına düşdü ki, bura onların kəndi deyil, ona görə də eşitdiyi səslər yad, anlaşılmaz idi, hər şey əcaib-qəraib görünürdü. Dərin dərələrin dibindən qıjıltıyla axan çayların səsi, 114 Səyyad Aran bulaqların şırıltısı, dağların uğultusu çoooxxx uzaqlarda qalmışdı. Görəsən, bir də o yerləri görəcəkdimi?.. *** - Bu nədi əə? Komandir sifətini turşudub Səlahətə elə ikrahla baxdı ki, guya karton qutunun içindəki həşərat idi, ürək bulandıran yır-yığıntı idi. - Elə buuu? Sözü elə uzatdı ki, hamının ürəyi üzüldü. Karton qutunun içində iki araq şüşəsiydi, düzdü, bahalı deyildi. Evdə bişirilmiş şirin kömbələr, iki soyutma çolpa, bir az konfet, bir az da mer-meyvə... Allah verəndən... Amma bunlar komandiri açmamışdı. Narazılığı açıq-aşkar duyulurdu. Deyəsən, icazə verməyınə peşman olmuşdu. Belə gözləmirmiş. - Utanım yerinə! Ə, çavuş, bunu göndər naryada. Şirin çörəklərdən bir-ikisini yanındakılara paylayıb yenə üzünü tutdu çavuşa: - Tez, tez! - Hara deyirsiniz? - Bir nömrəli posta! Əsgərlər öz aralarında həmin yerə "Kamçatka" deyirdilər. Ermənilərlə burun-burunaydı, həm də soyuq və çox uzaq idi. Həmlə etsəydilər, ordan başlayacaqdılar. İçəridəkilər hər şeyi başa düşdülər. Komandir Səlahəti cəzalandırırdı. Səssiz-səmirsiz qalxdılar. Hər kəs işinin dalınca getdi. Başdaşı 115 *** Yuxarı başda onun kimi öz postunda qaravulda dayanan erməni əsgər onu görən kimi itirdiyini tapmış uşaqtək sevindi, dişlərini ağartdı. Onun növbəsi ən çox Səlahətlə eyni günə düşürdü. - Evdə nə var, nə yox? Hamı yerindədi? - Salamatçılıqdı... - həvəsi olmasa da, qısaca cavab verdi. Başdan eləmək üçün böyük qaya parçasının böyründəki iri daşın dalında yerini bərkitdi. Erməni də sözün ardını gətirmədi. O da qayalığın dalında itdi. Belə dialoqlar çox olurdu. Qarabağlı ermənilər azərbaycanca yaxşı danışırdılar, heç ləhcələri də seçilmirdi. Ermənistandan gələnlər isə sözlərin qol-qabırğasını qıra-qıra rusca danışsalar da, ünsiyyət qurmaqda o qədər də həvəsli deyildilər. Həmişə narazı və qaşqabaqlı görünürdülər. Ehtiyatı əldən verməyərək hər iki tərəf darıxdığındanmı, vaxtın uzanmasından bezdikləri üçünmü tez-tez belə gaplar edirdilər. Yeri gələndə bəzən öcəşirdilər də. Kim daha güclüdür, kimin silahları daha çoxdur, böyük müharibə olsa, kim güc gələ bilər... Ermənilər çox diliuzunluq edirdilər. Bizimkilər də: - Ruslara güvənib belə danışırsız? - deyib sancırdılar. - Əsl kişi əlini öz şeyinin üstünə qoyub kərəzlənməlidir, daha özgəsinin yox. Erməni qaravulçu niyə Səlahətin kefinin olmadığını anlaya bilmədi. Axı evdən yenicə gəlib. Barmağı avtomatın tətiyində, fikrə getdi. O da öz ailəsini, yaxınlarını xatırlayıb pərişan oldu. Deyəsən, oxşar vəziyyətdəydilər. Heç onlar tərəfdə də durum bir elə xoş deyildi. 116 Səyyad Aran Gözləri ermənidə olsa da, astadan çalınan fiti Səlahət də eşitdi. Fit səsi təkrarlananda erməni qarovulçu dalı-dalı arxaya sürünüb görünməz oldu. Səlahət şəkləndi, bədəni istiləndi. Soyuğu-filanı bilmərrə unutdu. Hər ikisi nazik cığırın əks səmtlərində durmuşdular. Qolu zorlu bir adam əlindəki çomaqla gələni bir zərbəylə uçuruma ata bilərdi. Ya da mərmisi bol olardısa, bir pulemyotçu hücüm edənləri xeyli saxlaya bilərdi. Avtomat da pis deyildi. Patron daraqları çox olsa, qənaətlə atsa, xeyli duruş gətirə bilərdi. Səs-küy eşidib onacan bizimkilər də yetişərdilər. Görəsən, nə məsələdir? İndiyə qədər belə şey olmamışdı. Hər iki tərəf təyin olunmuş yerlərində qarovul çəkməkdəydi. - Bahooo!.. Qarovulçuyla bərabər, iki nəfər də əvvəlki yerə sürünürdülər. Deyəsən, niyyətləri Səlahətə tərəf gəlmək idi. Erməni qarovulçu yerində qaldı. O biri iki nəfər yenə irəliləməkdəydi - özü də düz Səlahətə sarı. Bu nədi?.. Onların ardınca daha iki nəfərin də üzüaşağı süründüyünü gördükdə məsələni başa düşdü... Deyəsən, hücuma keçirlər... İlk məqsədləri də onu aradan götürməkdi. Əvvəlcə düşərgələri yerləşən istiqamətə bir fişəng buraxdı. O an da avtomatlar dilləndi. Daşın böyrünə sinib deşikdən avtomatının lüləsini çıxartdı. Ermənilər bunu sezmədilər. Ətraf daş-çınqıl olduğundan həm avtomatın lüləsini, həm də azərbaycanlı əsgərin harada gizləndiyini görə bilməzdilər. Səlahətin avtomatı şaqqıldayanda erməni əsgərlər başlarını gizlədirdilər. Bir neçə güllə düşmən əsgərlərinin dəmir kaskalarını sivirib keçdi, onların ürəyinə qorxu saldı. Başdaşı 117 Atəşin səmtini tutsalar da, güllələrin məhz hardan açıldığını bilmirdilər. Böyük daş Səlahəti yaxşı qoruyurdu. Ratsiya ilə nə barədəsə xosunlaşdılar. Bir azdan iki qranatomyotçu sürünə-sürünə əvvəlki dəstə üzvlərinə yaxınlaşdı. Onların ardınca yeniləri gəlirdilər. "Ay köpəy uşağı!" Birdən havada cavab fişəngi qövs cızdı, bizimkilər idi: gördük, gəlirik! Səlahət həmin istiqamətə daha bir daraq boşaltdı. Ermənilər yenə dirəndilər. Acıqlı-acıqlı bağırışdılar. Qranatomyotçuları irəli buraxdılar. Onlardan biri kolluğun arxasından həmin iri qaya parçasını nişan aldı. Heç şübhəsiz, atəş ya o qaya parçasının arxasından, ya da böyür-başından gəlirdi. Qaya parçasını dağıtmaq lazım idi. Birinci zərbə tutmadı, arxaya düşdü. Hər yer toz-dumana büründü, düz-dünya silkələndi. O iki qranatomyotçudan hansının atəş açdığını bilmədi. Çünki sürünərkən yolüstü qarşılarına çıxan iri daş və qaya parçalarının arxasında daldalanıb özlərini Səlahətin güllələrindən qoruyurdular. İkinci zərbə iri daşın ortasından dəydi, daş parçalandı və Səlahəti xeyli geri atdı. Sonra nələr olduğunu bilmədi... Bir az sonra Azərbaycan əsgərləri artıq yetişib Səlahətin dayandığı postda mövqe tutmuşdular. İki nəfər onun heysiz bədənini döyüş meydanından çıxardı, arxadan gələnlərə təhvil verib irəli atıldılar. Hər iki tərəf dalbadal itki vermələrinə baxmayaraq mövqelərindən geri çəkilmək istəmirdilər. Əsgərlə­ 118 Səyyad Aran rimizin sərrast qumbara atəşləri düşmənləri pərənpərən saldı. Artan qüvvəmizi görüb geri çəkildilər. - Nə olur-olsun, onların postunu götürməliyik, - bölük komandiri var gücü ilə bağırdı. - Bura onlar üçün mühüm yüksəklikdi, ordan o tərəfə düzəngahlıqdı, hər yer əl içi kimi görünür, irəli, qardaşlar! Çoxdan belə fürsəti gözləyən əsgərlər irəli cumdular. Düşmən artıq tab gətirə bilmirdi. Qaçhaqaç başlamışdı. Yaralanıb arxada qalana, yıxılana baxan yox idi. Hamı öz canının hayındaydı. Bu cəhənnəmdən bacardıqca tez uzaqlaşmaq istəyirdilər. Əsgərlər toy-bayram edirdilər. Mühüm yüksəklik götürülmüşdü. Təmas xəttində xeyli irəliləyiş vardı. Qarşı tərəfdən düşmən günün hansı vədəsində gəlsəydi, dərhal görünəcəkdi. Komandir sevincindən bütün əsgərləri qucaqlayıb öpürdü. - Aslanlarım! İgidlərim! Halal olsun anadan əmdiyiniz süd. Siz ən cəsur döyüşçülərsiz. Allah Sizi qorusun! - Allah hamımızı qorusun! - kimsə əlavə elədi. - Əlbəttə, əlbəttə, - komandir təsdiqlədi. Ermənilərlə müqayisədə itki az idi; iki nəfər öldürülmüş, 8 nəfər yaralanmışdı, ağır olanları da vardı. Ermənilərdən döyüş meydanından ilk gözə dəyən dörd meyit oldu. Komandir beş nəfəri postda qoyub tapşırıqlarını verdi: - Hər şey gözünüzün qabağındadı. Sərvaxt və ürəkli olun. Bu da sizə naçnoy binokl. Axşam yeməklə bərabər, siqaret də göndərəcəm. Hələlik birtəhər ötüşdürün. Başdaşı 119 Qarovulda duranlar gecəgörən cihazı həvəslə aldılar. Silah qədər vacib idi. Həm də arxayınlıq idi. Növbə ilə keşik çəkib bütün ərazini nəzarət altında saxlaya biləcəkdilər. Meyitləri götürdülər, yaralıların da qoluna girib geri - düşərgəyə qayıtdılar. Düşərgədə onları həkimlər gözləyirdi. Bir də yaxınlıqdakı rayonun hərbi komissarlığının işçiləri. *** Səlahəti komadan ayıltmaq həm çətin oldu, həm də xeyli çəkdi. Sağalacağına ümid az idi. Bəzi hallarda üzündə, demək olar ki, həyat əlaməti olmurdu. Həkimlərə tapşırıq verilmişdi ki, nəyin bahasına olur-olsun, o, ölməməlidi. Əmr briqada komandirindən gəlmişdi. Belə cəsur əsgəri bada vermək istəmirdilər. Qeyri-bərabər döyüşdə mətanətlə vuruşmuşdu. Ermənilər həmin postu götürsəydilər, düz üç rayon hədəf altında qalacaqdı. Üç rayonun camaatı daimi zərbə və qorxu içində yaşamalı olacaqdı. Səlahətin təltif olunması gündəmə gəlmişdi. Yalnız dördüncü gün gözlərini açıb key-key ətrafına baxdı. Heç nə deyə bilmədi, deyəsən, heç kimi də tanımadı. Təzədən gözlərini yumdu. Gərgin, uzanan, darıxdırıcı gecəydi. Adyalla örtülmüş pəncərələr palataya əlavə ağırlıq gətirirdi. Həkimlər, tibb bacıları onun başının üstündən əskik olmurdular. Baş həkim hər saatdan bir gəlib özü yoxlayırdı. Ona şəxsən tapşırılmışdı. Səlahətin dodaqları çat-çat olmuşdu. Tez-tez pambığı isladıb dodaqlarına 120 Səyyad Aran sürtürdülər. Yalnız bu zaman onda həyat əlaməti görünürdü. Dodaqlarını aralayıb dili ilə damcıları yalayırdı. Baxanların ürəyi ağrıyırdı. Hamısı tibb işçisi olduğundan, vəziyyəti anlayırdılar. Səbrlə zamanı gözləyirdilər. Vaxtın isə ayağından həmişəki kimi daş asılmışdı. Yalnız gecə yarısı ayıldı. Bircə söz deyə bildi: - Su... Kimsə dəmir qumqumanın qapağını açıb ona yaxınlaşdı. Həkim əlini qaldırıb: - Nəbadə, - dedi. - Su dedikcə səhərə qədər pambığı beləcə isladıb dodaqlarına sürtün. Üzünü içəridəkilərə tutub: - Fəlakət ötüşdü, - dedi. - Möhkəm kontuziya olub. Hamı rahat nəfəs aldı. Yaşayacaq! Allahın yazığı gəldi. Buna da şükür. *** Səlahəti tərxis edib evə göndərmişdilər. Mükafatını da vermişdilər: "İgidliyə görə" medalı. Əvvəlki canı qalmamışdı. Başı, qulağı küylə doluydu. Yadında qalan zərblə yerə çırpılmağıydı. Ayaq üstə çox dura bilmirdi: ya uzanırdı, ya da otururdu. Onun gəlişini sonsuz istəklə gözləyən ailəsi - Yox ee, Allaha şükür, sağ-salamat gəldi, bəsimizdi, neynək, - ürəkdən şükür eləyib, çox xoşnud olurdular. - Gözlədikləri arzuya çatmışdılar,.. Səlahət də bir budka aça, kabab bişirib yoldan gəlib-gedənlərə sata bilərdi. "Bizim ailəyə qarğış olunub, nədi? Əlimizi Başdaşı 121 pişik yeməyib ha? ... Birindən bacarıqsız olsaq da, beşindən irəliyik. Amma... Bizi nə çox imtahana çəkirsən, pəvərdigara? Bircə bunu bilsəydim". Nübar başını qaldırıb intəhasız səmaya baxır, baxır... bir cavab almayıb daha da pərişan olurdu. Yenə təsəllini şirin xəyallara dalmaqda görərdi. "Lazım olan şeyləri evdə özümüz hazırlayarıq: əti doğrayarıq, göy-göyərtini təmizləyərik, lavaş bişirərik, İmişdililər demişkən, talaşka yığarıq manqal üçün, Camal da buyruqçuluq edər, bütün işlər yavaş-yavaş yoluna düşər. Özün bizə kömək ol, ay Allah!" Bir-birinə bənzəyən günlər heç bir iz buraxmadan ötüb keçirdi. Yalnız ayın əvvəl-axırı yadda qalırdı: qaçqınlıq pulunu alanda, nisyə dəftərindən adlarını pozduranda. Elə rahat nəfəs alırdılar ki... Guya 3-4 gündən sonra adları yenidən həmin dəftərə düşməyəcəkdi... Özlərini aldadırdılar. Doğma yurdlarına dönmək arzusu ürəklərində get-gedə öləziyirdi. Evlərini ancaq yuxularında görürdülər. Allah! Evləri, həyət-bacaları necə əlçatmaz idi. Hərdən ümidlər közərirdi. Xoş bir xəbər eşidəndə hamı dərhal bir-birinə çatdırırdı. O gün toy-bayram olurdu. Hamı dərhal plan qurur, ailə üzvləri ev-eşiklərinə qayıdarkən birinci nədən başlayacaqlarını ürəkləri ağızlarından çıxa-çıxa müzakirə edirdilər: görəsən, kəhrizlərimiz qurumayıb ki? Kəndin ortasındakı bulağın suyu gəlirmi? Məhləmizin ayağındakı bulaq dururmu? Qoşa çinarı doğrayıb aparmayıblar ki? Səməndər ailəsinin Səlahət sarıdan nigarançılığı bitmişdi. Qalırdı bircə iş məsələsi. Məlum oldu ki, yolun üstündə "bir budka qoyub" işlətmək, qa­ 122 Səyyad Aran zanmaq, müştəri yığmaq dildə asan başa gəlirmiş. Xasayın yanında uğur qazanmaq elə də perspektivli görünmürdü. Buraların ağası, əsas adamı o sayılırdı. Gələn-gələn: - Xasay müəllim haradadır? - deyə onu soruşurdular. O da - eşitdiyi "müəllim" sözündən əriyə-əriyə çıxıb şəstlə görüşər, qucaqlaşardı. Yanında işlətdikləri adamlar da xeyli təcrübə toplamışdı, hamını da tanıyırdılar. Əldən-ayaqdan çox qıvraq idilər. Onların fəaliyyətinə şərik çıxanı çox tez müflis edə bilərdilər. Səlahətgil nə vaxta müştəri yığa, rəqabətə davam gətirə bilələr... Bir də zəhrimar pul... Yox idi axı... Əsas pul tapmaq idi...İmişlinin mərkəzinə gedib bazarda, optavoylarda bir işin qulpundan yapışmaqdan başqa bir yol qalmırdı. *** Daha bir payız səhəri açılırdı. Qırmızılı-sarılı yarpaqlar düz-dünyanı bürümüşdü. Yaşıl şam ağaclarının fonunda gözoxşayan, ürəkoynadan mənzərə yaranırdı. Balam, Aranda da baxmalı yerlər olurmuş. Yazda, yayda da çöllər cürbəcür güllər, çiçəklərlə dolu olur. Ayə, heç belə bilməzdik. Maşallah! Aranın payızı dağlardakı kimi soyuq deyildi. Yandırıcı yaydan sonra bu sərinlik ləzzət eliyirdi. Səlahət böyük yola çıxan xırda təpənin üstündə çömbəlib gəlib-gedənə baxırdı. Kimi dilucu, kimi baxışları, kimi də başını tərpətməklə salam verib ötürdülər. Arada xırda əhval-pursanlıqlar da olurdu. Ağızucu "necəsən? nətərsən?" və s . Başdaşı 123 Növbəti adam keçəndə əvvəlcə onu ətir iyi vurdu. "Kimdi ə, bu farmazon?" Bir az aralanandan sonra tanıdı - yerişindən! Yekəlmişdi - yəni boyu uzanmışdı, qollarını saymazyana yelləyə-yelləyə gedirdi, barmağındakı iriqaşlı üzüyü kor da olsan görəcəkdin. Ona kəmalı-ədəblə salam verənlərə başını yüngülcə tərpədirdi. Çox ciddi tövrlə addımlayırdı, necə deyərlər, dünya ayağının altında qalırdı. Bir neçə vaxt bundan əvvəl atasının dedikləri Səlahətin yadına düşdü: indi tanımazsan! "Dağıl dünya, dağıl! Bu, Xasay deyil, əə?" Yoox! Dözə bilməzdi. Yekəxanalığını ona yedizdirməliydi. "Qurumsaq! Əsgərliyə də getməmisən. Görəsən, nə fırıldaq eləmisən. Bunun qudurğanlığına bax!" Bərkdən fit çaldı: - Ə, Əhmədin oğlu, belə qudurmusan ki, gözün ayağının altını görmür? Salamın harda qaldı? Xasay ləngər vurub dayandı. Ağır-ağır geri döndü. Səlahəti birinci dəfə görürmüş kimi, başdan-ayağa süzdü. Həmin ağırtaxta yerişi ilə ona tərəf gəldi. Boynundakı qızıl zəncir asta-asta sağa-sola əyilirdi. Paltarı bəy geyimiydi. Hirsindən qızıl dişlərini bir-birinə sürtürdü. Çox qəzəblənmişdi. Çatan kimi Səlahətin qulağının dibindən taraz bir yumruq ilişdirdi. Səlahət bunu gözləmədiyindən bir neçə metr yuvarlanıb çoxdan sönmüş ocağın küllüyünə top kimi diyirləndi. Üz-gözü hisə-pasa bələndi. Gözlərini açmağa çalışsa da heç nə görmədi. Ağzı külqarışıq zir-zibillə doldu. Dünya gözündə qaraldı. 124 Səyyad Aran Bir də onda ayıldı ki, sinəsinə, qarnına, başına ağır təpiklər yağır. Zərbələrdən qoruna bilmirdi. İstəyirdi Xasayın ayaqlarından birini tutub onu yıxsın. Bacarmırdı. Xasayın ayaqları kötük kimi ağır idi. Gücü çatmırdı. Qaravayına başını tuturdu. Bircə ona çalışırdı ki, üz-gözünə təpik dəyməsin. Xasay, dəli inək balasını ayaqlayan kimi, Səlahəti tapdalayırdı. Axırıncı yadında qalan haraya gələn camaatın səs-küyü və nəvazişlə, yaltaqlıqla onu Xasayın əlindən almaq üçün yalvarmaları idi. Xasay minnət qoyurmuş kimi: - Qurban olsun sizə! Əgər ölməyibsə, ona başa salın ki, gələn dəfə qarşıma çıxsa, onu torpaqla bir edəcəm. Səlahətin döyülməsi qaçqın düşərgəsini bir-birinə vurdu. Camaat arasında ikitirəlik yarandı. Səlahəti müdafiə edənlərlə yanaşı, qınayanlar da vardı: - Yaxşı deyil axı. Xasay da özünə görə hörmətli bir adamdı. "Qudurmusan" nə sözdü? Xeyir-şərdə hamımızın əlindən tutur. İmişlinin bütün vəzifə sahibləri ilə dostdur. Nə xahiş edirsə, o saat yerinə yetirirlər. Rayon boyda hörməti var. O boyda kişini fitlə çağırır. İtdi, ya heyvandı?.. Özüm də utanıram e, belə danışmağıma. Onsuz da Allah bizi vurub da. Tay özümüz özümüzü niyə qırırıq? Səlahətin ailəsi hadisədən sarsıldı. Səməndər axşamüstü Xasayı yaxalayıb: - Səni əlindən olasan, - dedi. - Oğlum cəbhədə kontuziya alıb, ağır yaralanıb, zəif düşüb, ona görə gücün çatdı? Bəs orta məktəbdə oxuyanda niyə belə təşərrənmirdin. Eybi yoxdu, səni Allaha tapşırıram. - A kişi, get burdan, yoxsa səni də oğlunun gününə salaram. Başınızdan böyük qələt eləməyin. Yerinizi bilin. Başdaşı 125 - Oğurluqla, quldurluqla heyvan kəsirsən, haram yolla pul qazanırsan, elə bilirsən çox uzağa gedəcəksən. Hamısı irin-qan olub burnundan gələcək. - Onda baxıb ləzzət alarsan. Amma indi əl-ayağım dəyməmiş, sürüş burdan. Xasay qızıl-qırmızı meydan oxuyurdu. Hökm, ixtiyar sahibi olduğu açıq-aşkar duyulurdu. Yanında dümələnən adamlardan heç kim ağsaqqal Səməndərin tərəfini tutmadı. Kənddəki dövran olsaydı, bir sözünə əlli adam ayaq tutardı. Amma indi Səməndər kimdi ki?... Nə hökmü var, nə vəzifəsi,... nə də pulu. Ən qarğanmış ailədir. Əməlli-başlı da sınıq düşüblər. Bir-iki nəfər başı ilə ustufca işarə elədi ki, əşi, çıx get, görmürsən qan-qan deyir... Həmyerlilərinin bu naxələfliyi Səməndəri yerdən-yerə vurdu. "Ay gidi dünya... Gör nə günə qaldıq. Xasayın bir az pulu var deyə o haqlıdır? Bəs vicdanınız? Yurdumuzu itirmişik, bəs adamlığımız? Odamı itdi?.." Dar axşamçağı Səməndər yorğun-arğın çadırlarına dönüb Nübara pıçıldadı: - Arvad, yır-yığış elə. Bakıya gedirik. Ta bundan sonra bizim burda qalmağımızın adı yoxdu. Oğlumuzu sındırdılar. Bizim Xasaygillərə gücümüz çatmayacaq. Nübar kürəyini qarğıdan-qamışdan hörülmüş, qalın palçıqla suvanmış divara söykəyib için-için ağlaya-ağlaya, ağrıdan daim sızlayan və zarıyan oğluna hər dəfə "can", "ağrın mənə gəlsin" deyə-deyə yenə dünyanı, zəmanəni, yeri-göyü yamanlayırdı. O da rüsvayçılığın, kimsəsizliyin, arxasızlığın nə olduğunu bütün vücudu ilə hiss edirdi. Ən yaxın qohum-əq­ 126 Səyyad Aran rabadan yalnız onlar ayrı düşmüşdülər. Minarənin əməliyyatı ilə bağlı Beyləqanda xeyli qalmaları onları fərqli səmtə yönəltmişdi. Nə olsun öküz boydadır. Səlahət kontuziya olmasaydı, belə zəif düşməsəydi, Xasay kimisinə can verməzdi. Dünənəcən qapazaltısı deyildimi? Vaxt vardı kənddə pulu, hörməti, vəzifəsi olan bazburutlu adamlar indi Xasayın qarşısında kəlmə kəsməyib hər sözünə: - "Bəli! Baş üstə! Doğru deyirsən, sən deyəndi!" kimi təsdiq nidalarıyla hazır dayanmışdılar. Heç kim onların ailəsini müdafiə etmirdi, "salam-kəlamlar" da azalmışdı, çoxu da salam verməmək üçün yollarını dəyişir, üz-üzə gəlməkdən yayınırdılar. Xasay bütün kəndin borc yeriydi, əli yanan onun üstünə qaçırdı. Ondan borc pul almayan yalnız Səməndərin ailəsiydi. Qızlar solub boyata qalmışdılar. Həyətdən çölə çıxmırdılar... İndi də Qürbəti arzulayıb "bu azğın köpək oğlunun cavabını vermək üçün" dirilib gəlməsini istəyirdilər... Daha burada qala bilməzdilər. Kənd camaatından çoxu, elə qohumlarının əksəriyyəti də Bakıdaydılar. O vaxtdan oraya köçmüşdülər - daha doğrusu, Bakı ətraflarına. Bakının dənizkənarı sanatoriyaları, kurort yerləri, yalnız üstü örtülüb istifadəyə verilmiş hökümət binaları qaçqınlarla dolmuşdu. Pəncərə, qapı yerlərinə palaz tutan, taxta-tuxtadan mıxlayan, öz aləmlərində "ev" düzəldib yaşayanlar çox idi. Hakimiyyət bütün bunlara göz yumurdu. Xalqı qıcıqlandırmaq istəmirdilər. Başdaşı 127 Nübar Səlahətin qırılan, əzilən yerlərinə təpitmə qoyurdu. Hər dəfə təpitmə qoyanda oğlundan betər ufuldayırdı. Qızlar da analarına kömək edirdilər. Onsuz da hər gün qardaşının ayaqlarını, baldırlarını ovuşduran Camal təsəlli verəcəyini bilmədiyindən: - Yaxşısanmı? Ağrımırsan ki? - deyə öz varlığını bildirirdi. Hamı özünü bilməməzliyə vurmuşdu. Atalarının nə dediyini eşitməsələr də, vəziyyətdən çıxış yolu tapdığını hiss etmişdilər. Elə gecədən yığışmağa başladılar. Yenə də Qürbətin başdaşı problemə çevrildi. Açıq deməsə də, hər birinin ürəyindən bir nigarançılıq, təşviş keçdi. Başdaşı bu dəfə kimi sil-küt edəcəkdi?... Heç kim o tərəfə baxmırdı... Münəvvər biganə və soyuq tövrlə nimdaş pal-paltarlarını iri şalın arasına yığırdı. Başdaşına əvvəlki qayğı, diqqət yox idi. Ağlayıb kirimişdilər. Baxıb-baxıb doymuşdular. Əvvəlki hıçqırıqlar, ağılar seyrəlmişdi, əzizləmələr laqeyd baxışlarla əvəzlənmişdi. Buna baxmayaraq, yenə də, daşı özləri ilə aparmağı lazım bildilər. Səməndər Beyləqana getdiyi sürücüylə gecənin bir aləmində görüşüb razılaşdılar. Xoruzun ilk banında yola düşməyi qərara aldılar. Sürücü cavan oğlunu da gətirmişdi. Köməkləşib əvvəlcə daşı qaldırdılar. Səlahətdən başqa hamı yükün altına girdi. Daşı möhkəm şəkildə sağ borta bağladılar. Qabağına yorğan-döşək yığdılar, onun da qabağına boğça, kətil... Razılaşdıqları vaxtda yola düşdülər. Təkəmseyrək, solğun işıqlara göz yaşları içində əlvida deyərək torpaq yoldan asfalta çıxdılar. Bir­ 128 Səyyad Aran dən-birə hamısı ağlamağa başladı. Səlahət bu köçün onunla bağlı olduğunu bildiyindən, daha çox əzab çəkirdi. Hər halda, üz-gözləri öyrəşmişdi. Onlar da hamı kimi birtəhər, amma ümidlə yaşayırdılar. Yenə də Təzə yerə uyğunlaşmalıydılar. Harda məskunlaşacaqdılar?.. Bircə Səməndər hara gedəcəklərini bilirdi. *** Soraqlaşa-soraqlaşa Binəqədinin Cantəpə deyilən səmtinə gəlib çıxdılar. Evlərin görünüşündən, quruluşundan, paltarların sərilməsindən, həmyerlilərinin tövründən, beli şallı arvadların yerişindən, yaylıq bağlamalarından, ləhcələrindən hamını tanıdılar. Əlbəttə, onları da tanıdılar. Amma nədənsə tutuldular, arvadlar doluxsundular. Nə Nübar o Nübarıydı, nə Səməndər o Səməndər... İlk mükalimələrdən başlarına gələnlərin hamıya məlum olmasını hiss etdilər. Bəd xəbər yeyin olarmış. "Başımıza gəlməyən bir işi qalmadı. Hamısı da millətin ovcunda. Bu gözükölgəliliklə necə yaşayacağıq. Bizi niyə gözündən belə iraq tutursan, ilahi?" Nübar ürəyində yenə də uca Yaradanla həsb-haldaydı. Adamlar onlarla danışarkən gözlərini qaçırırdılar. Elə bil utanırdılar, xəcalət çəkirdilər, üzr istəyirlərmiş kimi danışırdılar. Eyni ifadələri təkrar edirdilər. "Necəsiz? Nətəhərsiniz? Nə vaxt gəlmisiz? İndicəmi gəlib çıxıbsınız? Burdamı qalacaqsınız?" Başdaşı 129 Səlahətə məxsusi nəvaziş göstərir, kürəyinə döyəcləyir, heç bir xüsusi səbəb olmadan qucaqlayıb öpürdülər. Lap "bayram deyil, seyran deyil, eniştə, sən məni niyə öpdün?" məsəlindəki kimi. "Oğulsan! Qəhrəmanlığından xəbərimiz var". Canıyananlıqlarını belə bildirirdilər. Səməndər ürəyini tutub çökdü. Nübar tez yetişib ərinə söykək durdu. Beyləqanda Minarənin ayağı kəsiləndə, bir də Səlahətin Xasay tərəfindən döyüldüyünü eşidəndə kişi belə əyilmişdi. Bu, üçüncü idi... Qohumlardan birinin əldamında müvəqqəti məskunlaşdılar. Bələdiyyədən xırda bir şirinliklə, həm də minnətlə yer aldılar. Əldə-ovucda olan yatırla, qohum-əqrabanın köməyi ilə him qazdılar, beton tökdülər, hələlik gücləri buna çatdı. Yenə bir çadır tapıb içinə yığışdılar, yaxınlıqdan keçən elektirik xəttinə bir sim calayıb işiq çəkdilər, bərayı-ehtiyat, həmin dəmir sobanın da içinə turba salıb xörək bişirmək, çay qoymaq üçün qaz sobası düzəltdilər. Cantəpənin ucqarlarından taxta-tuxta qırıqları toplayıb, həyət görünməsin deyə, alababat çəpər qayırdılar. Burada həyat canlı idi, adamlar tez haya yetirdilər, bir şeyləri olmasa da: - Nə lazımdır? - deyə canıyananlıq edirdilər. - Ehtiyacımız yoxdur... - Dil-ağız edirdilər, bu məhrəm münasibətdən razı qalırdılar. Özlərini tox tuturdular. Amma ehtiyac olan o qədər şeylər vardı ki... Sayı-hesabı yox... Səməndər kişi çox çırpınırdı. Hey Allaha yalvarırdı ki, ailəsinin başını soxmağa bir dam qaraltsın, arvad-uşaq çöldən yığışsın. Ömrünün sanılı günlərinin qaldığını yaxşı bilirdi. Deyəsən, ulu Yaradan da bəndəsinə elə buna görə toxunmurdu. Çünki Səməndər 130 Səyyad Aran bütün günü burdan-ora, ordan-bura çovuyurdu. Hər yerə Camalla gedirdi, Səlahətə "Evdə bir kişi qalmalıdır, ya yox!" - deyib, onu heç yerə buyurmurdu. Səlahət də atasının sözünü çevirmirdi. İş-filan yoxuydu! Burda da bacarıqlı adamlar bir yerə toplaşıb səyyar briqada yaratmışdılar. Hər cür iş görürdülər. Bəziləri qul bazarına gedib gündəlik çörəkpulu qazanırdılar. Kiminsə çağırışına getmək üçün bəzən bir-biri ilə üz-göz olur, hətta bir-biri ilə dalaşırdılar, yaxalaşırdılar. Çörək uğrunda mübarizə dost-tanış, qohum-əqraba tanımırdı. Səlahəti belə işlərə çağırmırdılar. Pəhləvan kimi oğlan əriyib çöpə dönmüşdü. Həm də ehtiyatlanırdılar. Birdən bir şey olar, ürəyi gedər, durduğu yerdə yıxılar, peşmançılıq olar... ona görə yenə də yük Səməndərin çiyninə düşmüşdü. Hər yerə o çapırdı... Bütün bu qaçhaqaçın, dərdin-sərin içində qəfildən bir işiq yandı. Uzaq qohumlarından biri bankda işləyirdi. Səməndərə kredit verməyin mümkün ola biləcəyini andırdı. "Amma... Bilirsən də..." Səməndər kişi qohumunun sözünü ağzında qoydu. "A bala, nə desən mən razı... Bilmeerənmi? Sən təki düz-qoş, şirinliyin məndə." Elə də oldu. Tikinti sürətləndi. Evin üstü şiferlənib qurtaran kimi həyətdəki çadırı söküb döşəməsiz evə yığışdılar. Qışda yandırmaq üçün yığdıqları qalan taxta qırıqlarını bir-birinin böyrünə pərçimləyib "döşəmə" düzəltdilər. Yorğan-döşəyi üstünə yığıb rahatca yatdılar. Özlərini lap cənnətdə hiss edirdilər. Hələ soyuqlar düşməmişdi. Qapı-pəncərəsiz evlərdə "yel vurub yengələr oynayırdı". Düzdü, payız gəl­ Başdaşı 131 mişdi, sentyabrın axırıydı, amma havalar isti keçirdi. Burda da duyduqları yeni şeylər vardı. Əvvəla, havadan daim neft qoxusu gəlirdi, indi də həmkəndliləri ilə bərabər, yeni ləhcəyə uygunlaşmalıydılar. Asfalt olmadığından aralığa çıxarkən xırda daşlar ayaqlarını əzirdi. Evlər çox sıx olduğundan hətta astadan deyilən söz qonşunun qulağını deşirdi. Məcbur olub him-cimlə, dodaqlarının ucunda hap-qap edirdilər. - Əlacımız nədi, buna da öyrəşməliyik, - Nübar Camalın Bakı ləhcəsində danışığını dodağının küncündəkı təbəssümlə qarşılayırdı. Ev hansı sürətlə başa çatırdısa, Səməndər də həmin sürətlə arıqlayır, halsızlaşır, gücü tükənirdi. Böyük Yaradan kişiyə onun arzusuna uyğun möhlət verirdi deyəsən. Tez-tez Səlahətə "Daha bu evin kişisi sənsən" - deyə xitab edirdi. - Anana, bacılarına, qardaşına sahiblik elə. Mən, deyəsən, gedəriyəm. Başıma bir iş gəlsə... - "ölsəm" sözündən oğlunun xoflanacağını bilib dilini yanıltdı, çünki Səlahətin nə günə düşdüyünü, neçə yerdən sındığını görüb qovruldu- çaşma, dünyanın ən adi işdəklərindəndir, biri doğulur, biri gedir. Çoxdanın beyvəfa dünyasıdı... Bir axşam çağı övladlarının evdə olmadığını görüb Nübarı yanına çağırdı: - Arvad, əgər mən tez ölsəm, Qürbətin başdaşını mənim üstümə qoydurarsan, desələr bu nə deməkdir, denən kişinin öz vəsiyyətidir... Sən məndən əvvəl ölsən, başdaşını sənin qəbrinin üstünə qoyduracam. Hamıya da özüm cavab verəcəm. 132 Səyyad Aran Nübar yenə səksəndi. "Bu kişidən gör nə sözlər çıxır e!" Elə bil ürəyini oxudu. Əmin etmək üçün Səməndərin sözünün üstünü götürdü. - Nətəər olmalıdı ki... Bir can döyülükmü... Yoxsa, ora-bura ləlik olub, yox vaxtı təzə başdaşı düzəltdirəcəksən? Səməndər gözlərini yumub zarımışdı. Ağrıları şiddətlənmişdi. İllətini bilirdi. Bu xəstəliyin onu aparacağını anlamışdı. Səlahətin sınıq görkəmi kişini neçə yerindən çilik-çilik eləmişdi. Götürə bilmirdi. Tez ölüb bu xəcalətdən qurtulmaq istəyirdi. Onsuz da əsas arzusuna çatmışdı. Evi tikib ailəsinə təhvil vermişdi. Onları çöldə qoymamışdı. Dalınca heç kim söyməyəcəkdi. Rahat gedə bilərdi. Həyət-baca gül kimiydi. Sirikdə düşmən əlində inildəyən əziz-girami həyətləri də beləydi. İndi hiss edirdilər ki, bir vaxt əsl cənnətdə yaşayıblar, amma xəbərləri olmayıb. Evlərini xatırlayıb burada da canı-dildən çalışırdılar. Həyətin künc-bucağında gül kolları əkmişdilər, bəzilərini xırda dibçəklərdə basdırmışdılar. Su sarıdan bəxtləri gətirmişdi, qonşudan su çəkmişdilər, suyu kanalizasiyaya axıdırdılar. Ona görə də təmizlik qaydasındaydı. Alababat bir hamam da quraşdırmışdılar. Əvvəllər tez-tez çimirdilər, tarçıxlarını götürürdülər, dəyişəklərini - köhnə də olsa tez-tez yuyurdular, çünki isti su vardı. Beləbelə, problemləri yoluna düşürdü, amma hökumətdən, beynəlxalq təşkilatlardan aldıqları yardımlarla dolanmaq olmurdu, yenə də ailədən heç kim işləmirdi, əlavə qazanc olmadığından günləri yarıac-yarıtox ötürürdülər. Yenə də o qədər camaatın içində ən qarğanmış, ən bəxtsiz ailə onlar idi... Başdaşı 133 Nübarın gözləri yollardan yığışmırdı. Oğlunun meyitini görmədiyindən onun ölümünə inanmırdı. Bütün günü gözü alaqapıda, qulağı səsdə idi. Amma biçarə ananı sevindirəcək bir hadisə baş vermirdi. *** ...Səhər Nübar sanki dərindən çəkilən bir ahdan diksindi. Elə bil suda boğulan adamı dartıb çıxartdın, o da bütün gücüylə dərin bir nəfəs alıb sonra susdu. Arvad ürkək-ürkək ərinə baxdı. Yatırdı... Qalxdı. Hava işiqlaşmışdı. Balaları da lap əvvəllərdə olduğu kimi, mışıl-mışıl uyuyurdular. Bakıya gələndən hamısı bir otaqda yatırdı. Hələlik babat düzəlib "pol"u vurulan otaq bu idi. Qürbətin başdaşı divara söykənmişdi, yenə də onlarla eyni otaqdaydı. Eşikdən həmişəki səslər gəlirdi: müxtəlif avtomobillərin tormozu, it hürüşü, xoruz banı, işə tələsən yerli adamların addım səsləri... Çaydanı doldurub qazın üstünə qoydu, stəkan-nəlbəkini danqıldatdı, qapını bərkdən açıb-örtdü. Səməndər nə qədər dərin yuxuya getsə də, acığını tökməliydi: - Nooluf aaz, cin vurub səni? Niyə qoymursan xaravada savahın şirin yuxusunu alaq? Heç balaları da qımzanmırdılar. Nübar asta addımlarla ərinə yaxınlaşdı. Diqqətlə qulaq kəsildi. "Nəfəs alırmı?" Gözü sifətinə sataşdı. Bayaq gördüyü deyildi. Üzü saralmışdı... - Vay, evim yıxıldı! Səlahət!.. Sonra nələr olduğunu bilmədi... 134 Səyyad Aran Ölüm bütün hallarda gözlənilməz və məşumdur. Heç cür qəbul eləmək olmur. Aydın məsələdir ki, ağır xəstəliyə tutulmuş, üç dəfə infarkt keçirmiş, xərçəngin gözgörəti içini gəmirdiyi adamın da keçinməsi - halbuki, hamı bilir və gözləyirdi - yenə də insanı sarsıdır, inanmaq istəmirsən. Bəlkə o yolçuluq əbədidir, ona görə. Bir az bundan qabaq hələ nəfəs alırdı axı, danışırdı axı, nooldu gözlərini yumdu və əbədi sükuta qərq oldu? Belə ədalətsizlik olar? Uşaqlar oyanıb yerə yıxılmış ananı və əbədi yatmış atanı görüb əvvəlcə nə baş verdiyini anlamadılar. "Hansı?.." Qızların çığırtısına qonşular tökülüb gəldilər. Həyət adamla doldu. Hamı heyrət içindəydi. "Nooldu axı yenə bunnara?" Səlahət donub qalmışdı. Cəbhədə nə qədər ölüm-itim görmüş təcrübəli oğlan nə edəcəyini bilmirdi. Evi bir az kənarda olan Molla Elman özünü yetirib toxtaqlıq yaratdı. Tez ortalığı sakitləşdirib vacib göstərişlər verdi, hərəni lazım olan işə yolladı, üç nəfəri qəbir qazmağa göndərdi, Nübarı o biri otağa aparmalarını tapşırdı, qızlara acıqlanıb vay-şivən qoparmalarını səngitdi. Hamı onun dediklərinə əməl edirdi, həm ağsaqqallığına görə, həm mollalığına görə, həm də Səməndərin dost-doğma əmisi oğlu olduğuna görə. Dəfn-kəfn məsələsini həll edib meyiti qəbiristanlığa götürdülər. Azərbaycanın bütün ərazilərinə səpələnmiş cəbrayıllı qaçqınların Binəqədinin Cantəpə deyilən ərazisində daha bir qəbiristanlığının da əsası belə qoyuldu. Başdaşı 135 *** Səməndərin qırxına yaxın Nübar bir cümə axşamı ərinin vəsiyyətini Molla Elmana açdı. Evdə qonşular, qohumlar çox idi. Ağsaqqal diqqətlə dinləyib buyurdu: - Nübar bacı, rəhmətlik ürəyinin yanğısını soyutmaq üçün belə deyib. Şəriətnən məqbul deyil. Hər kəsin qisməti var: bu dünyada da, o dünyada da. İndiyə qədər belə iş olmayıb ki, atanın qəbrinin üstünə oğulun başdaşı qoyulsun və yaxud bir başqasının, - o dönüb otaqdakılara baxdı. Hamı başını tərpədib təsdiqlədi. - Bir halda ki, belə söhbət olub, Qürbətin başdaşını onun başdaşı ilə yanaşı qoyarıq. İnşallah, torpaqlarımız geri alınanda Səməndərin sümüklərini, Qürbətin də başdaşını aparıb dədə-baba qəbiristanlığında kəmali-ədəblə yerinə qoyarıq. İndi sən dediyin kimi edə bilmərik. Şuğluzümmə olarıq. Molla Elmanın tədbirli izahı hamını razı saldı. *** Camaat pul toplayıb Səməndərin də başdaşını düzəltdirib oğlunun neçə vaxtdan bəri Sirikdən, Cəbrayıldan, Beyləqandan, İmişlidən, Bakıdan belə onlarla yol gələn başdaşını atasıyla yanaşı eləcə torpağın üstünə qoydular. Necə vaxt onları girinc edən, göz dağı verən ağır yükdən, nəhayət ki, xilas oldular. Qohum-qonşu, kənd adamları qəbrin üstündə acı göz yaşları tökürdülər. Səməndərin ailəsinin param-parça həyatı, Minarənin qoltuq ağacları, Qürbətin nakam taleyi hamını yandırırdı. Qız-gəlinlər, ar­ 136 Səyyad Aran vadlar, hətta yekə-yekə kişilər də utanmadan hönkürüdülər. Eyni zamanda, hər adam əlini öz yarasının üstünə qoyub ağlayırdı. - Allah hamınızdan razı olsun, camaat. Əziyyətinizi halal edin! - Molla Elman qəbiristanlıqdakı mərasimi bitirdi. Əhalinin sırasına dən düşdü. Yavaş-yavaş qəbiristanlıqdan aralandılar. Nübarın, qızlarının ürəyi üzüldü. "Daha Qürbəti görməyəcəyik?" Qürbət daş şəklində onlara doğmalaşmışdı. Təsəlliləri oydu. O da, beləcə, onlardan əbədilik ayrılırdı. Bunu hiss edən Nübar səndirlədi. Analarının əhvalını bu çətin günlərdə yaxşı öyrənən qızları onunla yanaşı gedirdilər. Səlahət də arxalarınca gəlirdi. Nübar yıxılsaydı, Minarə bir yana, heç Münəvvər də kömək edə bilməyəcəkdi. Onların özlərinə dayaq duran lazım idi. Səlahət anasının qoluna girdi. Arvad son gücünü toplayıb oğluna ürək-dirək verdi: - Qorxma, dərdin alım, qorxma, yaxşıyam. Adamlar astadan danışa-danışa qəbiristanlıqdan aralanırdılar. Qələbəlik idi, eşidən hamı gəlmişdi. Amma bu qələbəlikdə Minarənin qoltuq ağaclarının səsi daş kimi insanların başına dəyirdi. Nə qədər özlərini eşitməzliyə vursalar da, qızın müdhiş vəziyyəti hamını göynədirdi. Qəribədir ki, hamıdan çox o, sakit və təmkinli görünürdü. Müdrik ağbirçək təsiri bağışlayırdı. Ağappaq ağarmış saçları bu təəssüratı daha da təsdiqləyirdi. Tanıyanlar cavan qızın bu halını görüb çox pəjmurdə olurdular. Qəmin, kədərin, müsibətin insanı nə kökə saldığına baxıb, özlərinə şükür Başdaşı 137 edirdilər. Halbuki, özləri də bir elə fərli gündə deyildilər. Hamı nisgilli idi, hamının ailəsində sınıqlıq vardı. Amma ta Səməndərin ailəsindəki kimi yox... - Getdin, bacı?.. Minarənin növbəti addımı atmağa gücü çatmadı. Qoltuq ağacları sanki yerə girdi, nə qədər dartdısa, çıxarda bilmədi. Dönüb adamlara baxdı. Adamlar heç nə olmamış kimi, yeriyirdilər. Hamı üzərinə düşən vəzifəni yerinə yetirmişdi: bir müsəlman kimi müsəlmanın dəfnində iştirak edib, borclarını yerinə yetirib evlərinə qayıdırdılar. Doğrudanmı heç kim eşitmədi? Qürbətin gülümsər sifətindən indi məhzunluq yağırdı. Boyunubükük görünürdü. Çox qəmliydi. Ürəyi ağzından çıxan Minarə daha çox adamlara acıqlandı. Yəni hamı kar oldu? Ola bilməz axı eşitməsinlər... Adamlar sakit, özlərinə xas yerişləriylə, astadan danışa-danışa qəbiristanlıqdan uzaqlaşırdılar. Heç kim nagahan səsə dönməmişdi. Deməli, heç nə də eşitməmişdilər. Minarə bir də boylanıb son dəfə Qürbətin başdaşına baxdı, gülümsədi və astadan dedi: - Tezliklə görüşənədək, qardaş! Minarənin üzündə sanki qəfil işiq yanıb-söndü. Qız Qürbətin ona hədiyyə alıb gətirdiyi günlərdəki kimi gülümsəyirdi. Münəvvərin canında elə bil ilan gəzdi. Bacısını yaxşı tanıyan Münəvvər əsim-əsim əsdi. "Allah, sən saxla! Görəsən ağlına nə gəldi?.." Həyətdə çay süfrəsi açmışdılar. Qonşulardan kimsə bir teşt halva çalmışdı. Süfrədə xırda-xırda 138 Səyyad Aran doğranmış limon da vardı. Molla Elman həyətdə fatihə verib üzünü tutdu camaata. - Birisi gün qırxdır. Bilməyənlərə də deyin!... *** Hamının başı Səməndərin qırxına qarışmışdı. Ehsan hazırlığı görülürdü. Molla Elman başda oturub salavat çevirir, fatihə verir, dünyanın faniliyindən danışır, adamları xeyirxahlığa, yaxşılıq etməyə, əl tutmağa, çətin gündə çaşmamağa, səbirli olmağa, Allahdan ümidlərini üzməməyə çağıran moizələr söyləyirdi. Həyətdə hərə öz işi ilə məşğul idi. Minarə bir ləyən göyərtini götürüb: - Mən bunnarı aparıb hamamın qabağındakı krantda yuyum, təmizləyim, gətirim, - dedi. Heç kim fikir vermədi. O da bir işin qulpundan yapışmalıydı dəə... Qoltuq ağacları inildiyə-inildiyə son dəfə səsləndi... Krantı açıb ləyəni altına tutdu, suyu şırıldatdı. Dönüb arxaya baxdı. Heç kim ona tərəf baxmırdı. Hamama girib qapını arxadan bağladı. Axşamdan hazırladığı ipi ağzı üstə çevirdiyi kasanın altından çıxardıb boğazına keçirdi. Xırda kətili ayaqlarının altına qoyub özünü tarazladı. Dünən gecə yazdığı kağızı ayaqlarının altına atdı. Qoltuq ğaclarını ehmalca divara söykədi. Sağ ayağı ilə kətili itələdi... Pendiri doğrayıb səliqəylə xırda nimçələrə yığmışdılar. İndi göyərtiləri yanına qoyub, stollara düz­ Başdaşı 139 məliydilər, camaatın gəlməyinə lap az qalmışdı. Kimsə səbirsizlik etdi. - Harda qaldı göyərtilər? - Minarə hamamın qabağındakı krantda yumağa apardı. - Harda qaldı bə? Ötəri, astadan deyilmiş sözü Münəvvər göydə tutdu. - Minarə!.. Minarə!!.. - deyərək qışqıra-qışqra hamama cumdu. Qapını aça bilmədi. - Qapını sındırın! Hamıdan əvvəl Səlahət yetişdi. Özünü qapıya çırpdı. Elə bil Minarə heç kimi qorxutmamaq üçün son anda gülümsəmişdi. Ona görə də adamlar çaş-baş qaldılar. "Bu qız nəyə belə gülür?.." Sağ ayağı saat kəfkiri kimi yellənirdi... Kağızda yazmışdı: "Məni qınamayın. Hər şeyi ölçüb-biçib özüm belə qərar verdim. Əslində, mən də Qürbətlə eyni gündə basdırılmalıydım. Bilirsiz ki, onsuz həyat mənə çox mənasız idi. Hələ artıq yaşadım. Sizə yük olmaq istəmədim. Halal eləyin. Hamıya halallıq verirəm. Ağlamayın. Belə yaşaya bilməzdim. Bağışlayın. Onsuz da ölü kimi bir şey idim". ...Atasının, qardaşının yanındaca dəfn elədilər. *** 93-cü ilin iyun ayının əvvəlləriydi... Ölkənin hər yerindən qaçqınlar axışıb paytaxta gəlirdilər. Müharibə bölgələrinə yaxın olan yerlərdən dövlətli ailələr çoxdan evlərini bütünlüklə Bakıya daşımışdılar. Bu da orta və kasıb təbəqədə həm ümidsiz­ 140 Səyyad Aran lik, həm də vahimə yaratmışdı. Ona görə onlar da bir ayaqlarını qaçaraq qoymuşdular. Qaçqınların əlindən Bakı aşıb-daşırdı. Şəhərin küçələri əsəbi, acıqlı, davakar insanlarla dolmuşdu. Hamısı söyürdü - hakimiyyəti, dövləti, rəhbər şəxsləri, başlarına bu oyunları açanları, belə bütün qabaqlarından keçənləri, ötənləri. Birtəhər yaşamaq, sər-sahman olmaq, örtülü bir yerdə daldalanmaq üçün, başlarının üstündə bir tavan olsun deyə, məktəblər, pansionatlar, klublar, sanatoriyalar, mədəniyyət evləri, tikintisi başa çatmamış binaların suvaqsız, qapısız, pəncərəsiz otaqları zəbt olunmuşdu. Mənzilin, klubun, pansionatın yiyəsi, sahibi, müdiri gəlib desəydi ki, bura mənimdi, nə ixtiyarla içəri soxulmusunuz, çıxın bayıra, buranı boşaldın - yəqin ki, onun leşini qoyardılar. Bakı nəhəng qazan kimi qaynayırdı. Bu qazanda hər şey varıydı, bir-birinə qarışıb qaynayırdı. Kiməsə təsəlli vermək, xoş söz demək mümkün deyildi. Heç kim qəbul etmirdi. Xoş söz də söyüş, təhqir kimi qarşılanırdı. Canıyananlıqla söylənilən "yazıqlar ev-eşiklərindən, illərlə yığdıqları var-dövlətlərindən oldular" sözlərinin qarşılığında qaçqınlar: - Yazıq sizsiniz, noolub bizə, vuruşub, döyüşüb çıxmışıq. Qeyrətiniz olsaydı, köməyə gəlib düşməni geri oturtdurardıq, biz evimizi itirmişik, sizsə vətəninizin vacib bir hissəsini, - deyib cavab qaytarırdılar. - Dağ və Aran Qarabağı. Görün kimin günü ağlamalıdır? Kim yazıqdır? Bakı heç vaxt götürmədiyi mənəvi və psixoloji yükün altina girmişdi. Şəhərin əhalisi birdən-birə xeyli artmışdı. Yükün ağırlığından Bakı Antey kimi dizə­ Başdaşı 141 cən torpağa girmişdi. İnsanlar təkcə fiziki çəkiləri ilə deyil, içlərində olan hikkələri, qəzəbləri, nifrətləri, acıqlarıilə də ağır idilər, yüklü idilər, dəstə halında hər hansı bir idarəyə girəndə bina silkələnirdi. Onların suallarına cavab vermək olmurdu. Onlara təskinlik verirdilər, səbr etməyə çağırırdılar, amma sərt sözlərlə, söyüşlə, təhqirlə qarşılaşırdılar. Məmurlar yola verirdilər. Qaçqınların dərd-sərləri ilə yükləndiklərindən, onlar da ağırlaşırdılar, yüklənirdilər. Bu yükə heç kim davam gətirə bilmirdi. Küçələr, meydanlar, həyətlər birdən-birə artan, çoxalan camaat əlindən çalxalanırdı. Ən böyük qazan Azadlıq meydanında qaynayırdı. Axşamlar boz, bulanıq, dumanlı hava nəhəng qapaq kimi Bakının başından basırdı: təkcə şəhərin yox, elə adamların da. Şəhər yükün altında təntiyirdi, tövşüyürdü, tıncıxırdı. Əhali də həmin vəziyyətdəydi... Çünki çıxış yolu yoxuydu, görünmürdü. Amma şəhər, hələ ki, dözürdü, duruş gətirirdi. Elə adamlar da... Xalq öz Xilaskarını axtarırdı...Bakı 142 Səyyad Aran BAŞDAŞI roman Başdaşı 143 "Elm və təhsil" nəşriyyatının direktoru: Professor Nadir MƏMMƏDLİ Dizayner: Kamran İbrahimov Texniki redaktor: Yadigar Mirbağırzadə Çapa imzalanmış 12.03.2020 Şərti çap vərəqi 9 Sifariş № 68 Kağız formatı 84х108 1/16. Tiraj 500 . 144 Səyyad Aran Kitab "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib, çap olunmuşdur E-mail: [email protected] Тel: 497-16-32; 050-311-41-89 Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4d Aran Kitab "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib, çap olunmuşdur E-mail: [email protected] Т 2013-2019 el: 497-16-32; 050-311-41-89 Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31