Paşinyan Zəngəzur dəhlizi ilə bağlı gizli toplantı keçirdi – Ermənistanda qalmaqallı müzakirə

Ermənistanın hakim partiyası "Vətəndaş Müqaviləsi" 12 iyul tarixində Sünik vilayətinin Qoris şəhərində keçirilən siyasi toplantıda Zəngəzur dəhlizinin verilməsi məsələsini qapalı şəkildə müzakirə edib.

Olaylar.az xəbər verir ki, barədə məlumatı erməni mətbuatı - "Joxovurd" qəzeti partiyadakı mənbələrə istinadən yayıb. Bildirilir ki, toplantı mətbuatsız, tam qapalı rejimdə baş tutub və əsas mövzu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolun Sünik ərazisindən keçirilməsi olub.

Mənbələrin sözlərinə görə, görüş zamanı baş nazir Nikol Paşinyanın əhvalı gərginolub. Partiya üzvlərində belə təəssürat yaranıb ki, Paşinyan Türkiyə, BƏƏ və Belçikaya son səfərlərindən gözlədiyi nəticələri və zəmanətləri ala bilməyib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31