Zelenski: “Silah alsaq, hərəkətə keçməyə hazırıq” - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Newsmax telekanalına verdiyi müsahibədə bildirib ki, əgər Kiyev uzaqmənzilli silahlar əldə etsə, "hərəkətə keçməyə hazırdır".
"Biz hərəkətə keçməyə və güc nümayiş etdirməyə hazırıq", - deyə o, aparıcının "əgər belə silahlar əldə etsəniz, Rusiyanın dərinliklərinə zərbələr endirəcəksinizmi?" sualına cavab verərkən bildirib.
Zelenskinin sözlərinə görə, belə silahların istifadəsi mütləq deyil, lakin Rusiyanın onların mövcudluğundan xəbərdar olması vacibdir: "Əsas odur ki, Rusiya onların olduğunu bilsin."
Qeyd edək ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər Avropa bu silah tədarükünü maliyyələşdirsə, Vaşinqton Ukraynaya silah və hərbi texnika göndərməkdə davam edəcək. Bu prosesə NATO-nun nəzarət edəcəyi bildirilmişdi.
Digər tərəfdən, Financial Times qəzeti yazır ki, iyulun 4-də Trampla Zelenski arasında keçirilən telefon danışığında ABŞ-nin Ukraynaya ATACMS tipli uzaqmənzilli raketlər verməsi məsələsi müzakirə olunub. Lakin iyulun 15-də Tramp bu məlumatı təkzib edərək, Ukraynaya belə raketlərin verilməsinin gündəmdə olmadığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31