Dünya

Ərdoğan: Türkiyə müdafiədən hücum mövqeyinə keçib

19 Yanvar 2017 17:02

Türkiyə müdafiədən hücum mövqeyinə keçib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 35-ci muxtarlar toplantısında deyib. Dövlət başçısı qeyd edib: "Bir daha elan edirəm ki, bundan sonra növbə bizimdir. Türkiyə müdafiə mövqeyini tərk edərək hücum mövqeyinə keçib. Təhdidin mənbəyi haradadırsa, orada ilanın başını əzməyə qərarlıyıq. Suriyadakı əməliyyatlarımızın məqsədi də budur. Terror təşkilatları ilə mübarizəmizi artıq bu məqsədlə davam etdiririk". R.T.Ərdoğan bildirib ki, Türkiyə İraqdakı hadisələrə də bu məqsədlə müdaxilə edəcək: "Türkiyənin yanında olmayan qarşısındadır" prinsipi ilə mübarizəmizi genişləndirəcəyik". Trend.az

Rusiya vətəndaşları Ermənistana səfər edə biləcəklər

19 Yanvar 2017 16:16

Rusiya vətəndaşları xarici pasport olmadan Ermənistana səfər edə biləcəklər.  Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib.  O bildirib ki, Ermənistan hökuməti dövlətlərarası razılaşmanı təsdiqləyib. Sənədin qüvvəyə minməsi üçün hər iki ölkənin xarici işlər nazirlikləri layihənin təsdiqi barədə bir-birinə xəbər verməlidir. Müvafiq işlərin bu ilin yayınadək yekunlaşacağı gözlənilir. Bu barədə APA.az “news.am” saytına istinadən xəbər verir.

Avtobuslarda yeni DİLƏNMƏ ÜSULU - Telefonla danışarkən...

19 Yanvar 2017 15:53

Ötən gün Türkiyənin İzmit şəhərində qəribə olay yaşanıb. Sərnişin avtobusunda mobil telefonu ilə danışarkən ağlayaraq uşağının xəstə olduğunu söyləyən adamı eşidən sürücü sərnişinlərdən ona yardım etmələrini istəyib.

Əsəd: “Ümid edirik ki, Tramp terrorçuluqla mübarizədə müttəfiqimiz olacaq”

19 Yanvar 2017 15:39

Suriya prezidenti Bəşər Əsəd ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin terrorçuluğa qarşı apardığı mübarizədə müttəfiqi olacağına ümid edir. 

Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB

19 Yanvar 2017 15:20

Tehranda “Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir. Dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb.   Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb.  Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir. Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. Apa.az

Tramp Amerikasını nə gözləyir?

19 Yanvar 2017 14:59

Birləşmiş Ştatların sayca 45-ci prezidenti seçilmiş Donald Tramp Ağ Ev rəhbəri kimi özünün ilk mətbuat konfransını keçirdi. Amma Ağ Ev rəhbərinin siftəsinin heç də uğurlu alındığını söyləmək olmaz. Çünki Donald Trampın Birləşmiş Ştatlar prezidenti kimi jurnalistlərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər, sərgilədiyi münasibət ona qarşı müəyyən iradların, ittihamların səslənməsinə səbəb olub. Düzdür, Trampın iqtisadi sahə, xüsusilə Amerikia dolları və onun gələcək aqibəti ilə bağlı söylədiyi fikirlər qısa bir zamanda ölkə iqtisadiyyatına, xüsusilə Amerika dollarının dəyərinə öz təsirini göstərsə də, lakin onun siyasi aspektdə səsləndirdiyi fikirlər də bir o qədər əks effekt verib. Yeni Amerika prezidentinin ilk mətbuat konfransında jurnalistlərlə kobud davranışı Donald Tramp hakimiyyətinin heç də uğurlu olmayacağı qənaətini formalaşdırıb.

Rusiya Ermənistanda yeni "maket hərbi hissəsi" yaratdı

19 Yanvar 2017 14:45

Ötən ilin aprelində qüdrətli ordumuzun işğal altında olan min hektarlarla ərazini və mühüm strateji yüksəklikləri azad etməsindən sonra vahiməyə düşən Ermənistanın hərbi sahədə Azərbaycana qarşı üstünlüyünü acizanə şəkildə nümayiş etdirmək cəhdləri növbəti dəfə iflasa uğradı. Guya güclü artilleriya qurğularına və raket komplekslərinə malik olduğunu bütün dünyaya car çəkən, bunu "nümayiş" etdirməkdən çəkinməyən forpost dövlət ortaya çıxan əsaslı faktlarla bir daha ifşa edildi.

"Reina" qatili arvadının qısqanclığına görə rahat ələ keçirildi

19 Yanvar 2017 14:43

Yeni il gecəsi İstanbulda "Reina" klubunda 39 nəfəri öldürən qatil Abdulqadir Maşaripovun ələ keçirilməsində xanımının qısqanclığı böyük rol oynayıb. 

İtaliyada qar uçqunu altında qalan mehmanxananın müştərilərindən birinin meyiti tapılıb - YENİLƏNİB

19 Yanvar 2017 14:31

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalan mehmanxananın müştərilərindən birinin meyiti tapılıb. Pis havaşəraiti xilasetmə işlərinin aparılmasını çətinləşdirir. Qarın alında qalan mehmanxanadakı insanların öldüyü ehtimal olunur.  Bu barədə APA.az “lenta.ru”ya istinadən xəbər verir.

Danimarka parlamenti uydurma "erməni soyqırımı"nı müzakirə edəcək

19 Yanvar 2017 14:24

Bu gün Danimarka parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi müzakirə olunacaq. Layihə "Enhedslisten" və "Alternativet" partiyalarının təşəbbüsü ilə müzakirəyə çıxarılıb. Layihənin müəllifləri Nikolay Villumsen və Rasmus Nortkvistdir. Apa.az

Tuba Büyüküstünın qara cazibədar libası FOTOLAR

19 Yanvar 2017 14:17

Aktrisa Tuba Büyüküstün siması olduğu markalardan birinin İsveçrədə təşkil olunan sərgisinə qatılıb. Onunla yanaşı həmin tədbirə dünya ulduzları da iştirak edib. Onlar arasında Rosamund Payk, Vanessa Red qreyv, Ceyms Marsden, Olqa Kurilenko, Adriana Lima və Karolina Kurkova olub. Bu barədə SİA.az Türkiyə mətbuatına istinadən xəbər verir. Tədbirdən olan fotoları təqdim edirik:

Ötən il tarixi rekord yenilənib

19 Yanvar 2017 14:10

NASA 2016-cı ilin tarixin ən qızmar ili olduğunu açıqlayıb. NASA və Britaniya Meteorologiya qurumu olan MET şirkətinin açıqladığı məlumatda bildirilir ki, ötən il  2015-ci ildən  təxminən 0.07 dərəcə daha çox isti müşahidə olunub. Alimlər daha əvvəl də 2016-cı ilin yayında rekord dərəcədə istilik müşahidə ediləcəyini demişdi. NASA-nın rəsmisi bildirib ki, 2016-cı il 2015-ci ili təxminən 0.1-0.12 dərəcə ilə ötüb.  Araşdırmaçılar 2017-ci ilin ən isti il rekordunu yeniləyəcəyini düşünmürlər, amma ən isti 5 ildən biri olacağı ehtimalı var. Bu barədə Lent.az-ın xarici KİV-ə istinadən xəbər verir.

Rusiyada təyyarə təcili enib

19 Yanvar 2017 13:55

Ötən gecə Peqas Fly havayollarına aid olan və Rusiyanın Perm şəhərindən Vyetnamın Kamran aeroportuna uçan Boinq təyyarəsi Krasnoyars havalimanına təcili şəkildə enməyə məcbur olub. 300 nəfər sərnişini olan təyyarənin kanalizasiya sistemində baş vermiş nasazlıq səbəbi ilə Krasnoyarska təcili şəkildə endiyi bildilir. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Rusiyada qadın 5 və 2 yaşlı uşaqlarını öldürüb

19 Yanvar 2017 13:50

Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində 31 yaşlı qadın iki övladını öldürüb. Rusiya İstintaq Komitəsinin yerli idarəsinin açıqlamasında bildirilir ki, qadın törətdiyi əməl barədə özü hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib. Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları 5 yaşlı qız və 2 yaşlı oğlanın meyitini aşkarlayıblar. Uşaqların ölümünün səbəbi ekspertizadan sonra bəlli olacaq. 

Nazın eks-nişanlısı bütün SİRLƏRİN ÜSTÜNÜ AÇDI: "Mən azərbaycanlı qızla..." - VİDEO

19 Yanvar 2017 13:17

Zuhal Topalın evlilik proqramına qatılan azərbaycanlı qız Naz Milanın keçmiş nişanlısı Baha ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirib.