Dünya

İŞİD 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib

19 Yanvar 2017 12:55

İŞİD terror qruplaşması 2016-cı ildə Suriya və İraqda daha əvvəl işğal etdiyi ərazilərin təxminən dörddə birinə nəzarəti itirib. Böyük Britaniyanın "IHS Markit" analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı il ərzində İŞİD təxminən 18 min kv.km əraziyə nəzarəti itirib, hazırda onların işğalı altında olan ərazilərin sahəsi isə 60,4 min kv.km təşkil edir. Başqa sözlə, 2016-cı ildə İŞİD işğal etdiyi ərazilərin 23%-ni, bir il əvvəl isə 14%-ni itirib.

Şahzadə 10 illik nikahına son qoydu: boşanırlar

19 Yanvar 2017 12:52

Lüksemburq şahzadəsi, 30 yaşlı Lui və onun xanımı, 31 yaşlı şahzadə Tessi boşanırlar. Lüksemburq Kral Sarayının yaydığı rəsmi açıqlamada belə deyilir. Açıqlama şahzadə Luinin valideynləri - Lüksemburq hersoqu Anri Nassau-Veylburq və onun xanımı, hersoginya Mariya Tereza tərəfindən imzalanıb.

Terrorçunun arvadının O CÜMLƏSİ İSTİNTAQI "AZDIRDI"

19 Yanvar 2017 12:03

"Reina" terrorçusu Abdulqadir Maşaripovun sağ olaraq tutulduğu əməliyyatın nəfəskəsici bir hekayəsinün üstü açılıb. "Reina" hücumundan sonra bir müddət istintaq heç bir irəliləyiş əldə etmədi. Ta ki, terrorçunun "Reina"da izi itirmək üçün çıxardığı gödəkçəsinin cibindən çıxan SİM kartda olan bir nömrəni tapana qədər. O nömrəylə terrorçunun yoldaşının yeri təyin edilir. Həyat yoldaşı ərinin "Reina" basqınından sonra bir qadınla birlikdə evə gələrək 4 yaşlı uşağını da götürüb çıxdığını və bir daha əlaqə saxlamadığını deyir. Terrorçunun həyat yoldaşı: "Ərimin telefonunun batareyası bitmişdi. Mənim telefonumdan danışdı", - deyincə, dərhal o nömrə müəyyən edilir. O nömrədən Hataydaki İŞİD terrorçuları tapılır. Terrorçunun İstanbuldakı şəxslə əlaqəyə keçməsinə də məhz bu hadisə səbəb olur.

"Reina" terrorçusu azərbaycanlılarla qalırmış - İŞİD düşərgəsində

19 Yanvar 2017 12:00

Yeni il gecəsi "Reina"da terror törədən Əbdülqədir Maşaripov barədə daha bir maraqlı detal üzə çıxıb. Terrorçunun azərbaycanlıların da yer aldığı İŞİD düşərgəsində təlim keçdiyi məlum olub. Belə ki, İŞİD Əfqanıstanda uyğur, özbək, qazax, qırğız, azərbaycanlı, türkmən və dağıstanlılar üçün "xüsusi birlik" yaradıb. Bildirilir ki, Ə.Maşaripov da bu düşərgədə xüsusi təlimlər aldıqdan sonra Türkiyəyə göndərilib. Qafqazinfo.az

Obamanın xarici siyasət kursu davam etdiriləcəkmi?

19 Yanvar 2017 11:41

Barak Obamanın Ağ evi tərk etməyə hazırlaşdığı bir vaxt həm onun tənqidçiləri, həm də tərəfdarları xarici siyasətin qarışıq olduğunu deyirlər. Üsama Bin Ladenin məhv edilməsi, Yaxın Şərq də daxil edilməklə, dünyanın bir sıra bölgəsindəki zorakılıqlar. Ekspertlər hesab edirlər ki, Obamanın mirasını Donald Trampın necə davam etdirəcəyini proqnozlaşdırmaq asan deyil.

3 sinif yoldaşını və müəllifi güllələdi, intihar etdi - məktəbdə dəhşət - VİDEO

19 Yanvar 2017 11:38

Məktəbdə sinif otağında qəflətən atəş açmağa başlayan şagird iki sinif yoldaşını və müəllimi atəşə tutub. Olay Meksikanın şimalındakı Nuevo-Leon ştatında, Monterrey şəhərində yerləşən "American School of the Northeast" məktəbində baş verib. 

Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub, 18 uşaq ölüb

19 Yanvar 2017 11:26

Hindistanın Uttar-Pradeş ştatında məktəb avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 18 uşaq ölüb, 40 uşaq xəsarət alıb.  Hadisə Etax bölgəsində baş verib. Uşaqları məktəbə aparan avtobus kartof daşıyan yük avtomobili ilə toqquşub. Faktla bağlı araşdırma aparılır. Bu barədə APA.az "Times of India" nəşrinə istinadən xəbər verir.

İŞİD tərkibində döyüşmüş azərbaycanlıların apellyasiya şikayətinə baxılır

19 Yanvar 2017 11:21

Bakı Apellyasiya Məhkəməsində İŞİD-in tərkibində vuruşmuş Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Qadınlar hədiyyə edilib

19 Yanvar 2017 10:34