Şahzadə 10 illik nikahına son qoydu: boşanırlar
Lüksemburq şahzadəsi, 30 yaşlı Lui və onun xanımı, 31 yaşlı şahzadə Tessi boşanırlar. Lüksemburq Kral Sarayının yaydığı rəsmi açıqlamada belə deyilir. Açıqlama şahzadə Luinin valideynləri - Lüksemburq hersoqu Anri Nassau-Veylburq və onun xanımı, hersoginya Mariya Tereza tərəfindən imzalanıb.
19 Yanvar 2017 12:52 DünyaLüksemburq şahzadəsi, 30 yaşlı Lui və onun xanımı, 31 yaşlı şahzadə Tessi boşanırlar. Lüksemburq Kral Sarayının yaydığı rəsmi açıqlamada belə deyilir. Açıqlama şahzadə Luinin valideynləri - Lüksemburq hersoqu Anri Nassau-Veylburq və onun xanımı, hersoginya Mariya Tereza tərəfindən imzalanıb.
Sənəddə deyilir: "Əlahəzrət hersoq Anri və hersoginya Mariya Tereza dərin təəssüf hiss ilə bəyan edirlər ki, şahzadə Lui və şahzadə Tessi boşanmağa qərar veriblər. Belə mürəkkəb, ağır dönəmdə onlar şəxsi həyatlarına sayğı bəslənməsini təvəqqe edirlər".
Şahzadə Lui hersoq Anrinin üçüncü oğludur. Hersoq Anri və hersoginya Mariya Terezanın 5 övladı (Giyom, Feliks, Luis, Aleksandra və Sebastyan) var.
Şahzadə Luinin 10 yaşlı Qabriel və 9 yaşlı Noy adlı iki oğlu var.
Luis və Tessi 2006-cı ildə evlənmişdilər.
Lüksemburqda hakimiyyət hökumətə və nazirlərə məxsusdur. Hersoq isə faktiki olaraq real səlahiyyətlər sahibi deyil. Bu barədə Milli.az European-a istinadən xəbər verir.