3 sinif yoldaşını və müəllifi güllələdi, intihar etdi - məktəbdə dəhşət - VİDEO

Məktəbdə sinif otağında qəflətən atəş açmağa başlayan şagird iki sinif yoldaşını və müəllimi atəşə tutub. Olay Meksikanın şimalındakı Nuevo-Leon ştatında, Monterrey şəhərində yerləşən "American School of the Northeast" məktəbində baş verib. 

Məktəbdə sinif otağında qəflətən atəş açmağa başlayan şagird iki sinif yoldaşını və müəllimi atəşə tutub. Olay Meksikanın şimalındakı Nuevo-Leon ştatında, Monterrey şəhərində yerləşən "American School of the Northeast" məktəbində baş verib. 15 yaşlı şagird iki sinif yoldaşını başlarından güllələyəndən sonra müəllimə atəş açıb, sonra daha bir sinif yoldaşını güllələyib, axırda da intihar edib. Ştatın polis yetkilisi Aldor Faskinin dediyinə görə, atəş açan məktəbli əvvəllər depressiyadan müalicə olunub. Cinayətin motivləri bəlli deyil. Bundan başqa, məktəblinin tapançanı haradan və necə əldə etdiyi, məktəbə necə keçirdiyi də hələlik bəlli deyil. Bu barədə Milli.az O Globo-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31