Qadınlar hədiyyə edilib

İstanbul Terrorla Mübarizə İdarəsinin Reina qətliamına dair araşdırmaları davam etdirilir. Saxlanılan terrorçu Masharopov oğlunu təslim etdiyi şəxslərin ünvanını polisə təslim edib. Onunla birgə saxlanılan üç qadın isə Reina qətliamını törətdiyi üçün ona verilmiş mükafat imiş.

"Olaylar" - ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə qadınları terrorçuya İŞİD hədiyyə olaraq verib. Masharipov ona hediyyə edilən qadınlardan Seneqallı Dina A - yı bəyəndiyini və onunla dini nigahda olduğunu bildirib.

Polis evdə olan Senaqallı, Misirli və Somalidən olan qadınlarla bağlı bu ölkələrin rəsmiləri ilə danışıqlar aparır. İŞİD - ə qatılacaq qadınlarla bağlı evdə tapılan yazılarda diqqət çəkir.

Kimin yazdığı məlum olmayan kağızda ingilcə bu sözlər aşkarlandı: "Nə istəyirsən, onu et. Artıq hec nə önəmli deyil. Heç kimə kömək edə bilmərəm. Təbii ki, özümə də. Amma bunu istəyirsənsə, yaxşı. Başqa bir yerdə olacam." Yazının əvvəlində olan "7bibi" sözünün ərəbcədən "sevgilim" mənasında olduğu məlum olub.

Evdə tapılan başqa bir yazıda isə "Sən çox dəlisən", "Səni sevirəm Dina" yazıları diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31