Dünya

Beyonsla bağlı gözlənilməz iddia

18 Yanvar 2017 19:05

Müğənni Beyonsun həyat yoldaşı, repçi və prodüser Cey Zidən boşanacağı iddiaları yenidən gündəmə gəlib. 9 illik evli olan cütlük Cey Zinin keçmiş münasibətlərindən birindən övladının olması dedi-qodularından sonra ayrı evlərdə yaşamağa başlayıblar.

Dağlıq Qarabağda erməni əsgər öldürülüb

18 Yanvar 2017 18:42

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində erməni əsgər öldürülüb. Dağlıq Qarabağda öldürülən əsgər 20 yaşlı Andranik Musikyandır. A. Musikyan yanvarın 18-də saat 14 radələrində cavab atəşi ilə məhv edilib. Bu barədə APA.az "news.am" saytına istinadən xəbər verir.

Ermənistan hakimiyyəti hərbi qulluqçuları aldatdı

18 Yanvar 2017 18:17

“Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyi” ordudan təxris edilmiş əsgərlərin hərbi biletlərində aprel döyüşləri ilə bağlı hər hansı qeydin göstərilməməsi, həmçinin onlara əməliyyatlarda iştirakları ilə bağlı hər hansı sənədin verilməməsi üçün gizli göstəriş verib.

Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi

18 Yanvar 2017 18:13

Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindən Türkiyəyə qeyri-qanuni yolla daxil olan İŞİD terror təşkilatının üzvü saxlanılıb. O, ölkədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinir. Belə ki, dindirilmə zamanı terrorçu sərhəddə torpağa içində silah-sursat olan torba basdırdığını bildirib. Trend.az

Rusiyadan eyham: "Nebo-M" Gümrüdən Azərbaycanı izləyəcək?

18 Yanvar 2017 18:12

Rusiya Müdafiə Nazirliyinin jurnalı “Voennoe obozrenie” (“Hərbi icmal”) silahlanmaya son illərdə daxil olan ən yeni “Nebo-M” radiolokasiya stansiyasının taktiki-texniki göstəriciləri və onun NATO ölkələrinin “stels” tipli təyyarələrini belə aşkar etmək imkanında olduğu barədə məqalə dərc edib.

"Reina" terrorçusu YALVARDI: "Məni öldürməyin"

18 Yanvar 2017 18:06

Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən və yanvarın 16-na keçən gecə Esenyurtda yaxalanan terrorçu Abdulkadir Maşaripovla bağlı yeni məlumatlar üzə çıxıb. “CNNTürk” Raqqadan təlimat aldığını etiraf edən terrorçunun pulu da həmin qaynaqdan əldə etdiyini yazıb. Qeyd edilib ki, Maşaripovu idarə edən Hoca Akın adlı şəxs İŞİD-in Türkiyə əmiridir və əsl adı İlyasdır. Onlar internetdəki mesajlaşma proqramlarından biri vasitəsi ilə daim əlaqədə olub.

Rusiya Ermənistanda yeni “maket hərbi hissəsi” yaratdı

18 Yanvar 2017 17:52

Ötən ilin aprelində qüdrətli ordumuzun işğal altında olan min hektarlarla ərazini və mühüm strateji yüksəklikləri azad etməsindən sonra vahiməyə düşən Ermənistanın hərbi sahədə Azərbaycana qarşı üstünlüyünü acizanə şəkildə nümayiş etdirmək cəhdləri növbəti dəfə iflasa uğradı. Guya güclü artilleriya qurğularına və raket komplekslərinə malik olduğunu bütün dünyaya car çəkən, bunu “nümayiş” etdirməkdən çəkinməyən forpost dövlət ortaya çıxan əsaslı faktlarla bir daha ifşa edildi.

Türkiyədə bina çökdü: polis məmuru son anda xilas oldu 

18 Yanvar 2017 17:48

Türkiyədə Muğlanın Milas mahalında tarixi bir bina çöküb. Uçqun zamanı binanın altından motosikletlə keçən bir polis məmuru son anda ölümdən xilas olub. Həmin görüntülər təhlükəsizlik kameralarına əks olunub. Bu barədə Milli.az Milliyet-ə istinadən xəbər verir.

Türkiyə parlamentində qızğın müzakirələr

18 Yanvar 2017 16:58

Bu gün Türkiyə parlamentində konstitusiya dəyişiklikləri ilə bağlı səsvermənin ikinci turu keçiriləcək. Bir neçə gün əvvəl başa çatmış səsvermə nəticəsində dəyişikliklərin lehinə 330 səs verilmişdi. Bu göstərici, referendumun keçirilməsi üçün tələb olunan minimal rəqəmdir.

İran terrorizmdə ittiham edildi - Davosda QALMAQAL

18 Yanvar 2017 16:43

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda (UİF) İranı terrorizmi dəstəkləməkdə və region ölkələrinin daxili işlərinə qarışmaqda günahlandırıb.

ABŞ-Rusiya: güc nümayişi və qarşılıqlı ittihamlar

18 Yanvar 2017 16:35

Soçidən bir qədər aralıda Rusiyaya məxsus hərbi təyyarənin qəzaya uğraması müəyyən sualların yaranmasına səbəb olub.