Ermənistan hakimiyyəti hərbi qulluqçuları aldatdı

“Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyi” ordudan təxris edilmiş əsgərlərin hərbi biletlərində aprel döyüşləri ilə bağlı hər hansı qeydin göstərilməməsi, həmçinin onlara əməliyyatlarda iştirakları ilə bağlı hər hansı sənədin verilməməsi üçün gizli göstəriş verib.

"Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə Nazirliyi" ordudan təxris edilmiş əsgərlərin hərbi biletlərində aprel döyüşləri ilə bağlı hər hansı qeydin göstərilməməsi, həmçinin onlara əməliyyatlarda iştirakları ilə bağlı hər hansı sənədin verilməməsi üçün gizli göstəriş verib. Bu barədə Yerevanın "Qrapark" qəzeti yazıb. Nəşrin yazdığına görə, bu məsələ ilə bağlı redaksiyaya bir neçə hərbi qulluqçu müraciət edib. Onlar döyüşdə iştirakları haqqında məlumatların olmaması üzündən bir sıra güzəştləri itirmələrindən şikayətləniblər. Məsələn, təxris olunandan sonra ali məktəbdə təhsilini davam etdirmiş hərbi qulluqçular "aprel müharibəsi" iştirakçılarına söz verilmiş güzəştdən (təhsilə 50-faiz endirim də bura daxildir) istifadə edə bilmirlər.

Nəşr "Müdafiə Nazirliyi"nin "mətbuat katibi" Senor Asratyanla əlaqə saxlayıb. O bildirib ki, komandanlıqda insanların narazılığından xəbərdardırlar. Lakin onu da qeyd edib ki, bu barədə qərarı o qəbul etməyib.

"Apreldə dörd günlük müharibədən sonra vətənpərvərlik hissləri baş qaldıran hökumət döyüşdə iştirak edən hərbi qulluqçulara böyük vədlər verərək onlar üçün güzəştlər ediləcəyini bəyan etmişdi. Amma təxris olunma vaxtı başlayır və dövlət öz vədini pozur", - deyə "Qraparak" bildirib. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31