Ötən il tarixi rekord yenilənib
NASA 2016-cı ilin tarixin ən qızmar ili olduğunu açıqlayıb. NASA və Britaniya Meteorologiya qurumu olan MET şirkətinin açıqladığı məlumatda bildirilir ki, ötən il 2015-ci ildən təxminən 0.07 dərəcə daha çox isti müşahidə olunub. Alimlər daha əvvəl də 2016-cı ilin yayında rekord dərəcədə istilik müşahidə ediləcəyini demişdi. NASA-nın rəsmisi bildirib ki, 2016-cı il 2015-ci ili təxminən 0.1-0.12 dərəcə ilə ötüb. Araşdırmaçılar 2017-ci ilin ən isti il rekordunu yeniləyəcəyini düşünmürlər, amma ən isti 5 ildən biri olacağı ehtimalı var. Bu barədə Lent.az-ın xarici KİV-ə istinadən xəbər verir.
19 Yanvar 2017 14:10 DünyaNASA 2016-cı ilin tarixin ən qızmar ili olduğunu açıqlayıb. NASA və Britaniya Meteorologiya qurumu olan MET şirkətinin açıqladığı məlumatda bildirilir ki, ötən il 2015-ci ildən təxminən 0.07 dərəcə daha çox isti müşahidə olunub. Alimlər daha əvvəl də 2016-cı ilin yayında rekord dərəcədə istilik müşahidə ediləcəyini demişdi. NASA-nın rəsmisi bildirib ki, 2016-cı il 2015-ci ili təxminən 0.1-0.12 dərəcə ilə ötüb. Araşdırmaçılar 2017-ci ilin ən isti il rekordunu yeniləyəcəyini düşünmürlər, amma ən isti 5 ildən biri olacağı ehtimalı var. Bu barədə Lent.az-ın xarici KİV-ə istinadən xəbər verir.