Rusiya vətəndaşları Ermənistana səfər edə biləcəklər
Rusiya vətəndaşları xarici pasport olmadan Ermənistana səfər edə biləcəklər. Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib. O bildirib ki, Ermənistan hökuməti dövlətlərarası razılaşmanı təsdiqləyib. Sənədin qüvvəyə minməsi üçün hər iki ölkənin xarici işlər nazirlikləri layihənin təsdiqi barədə bir-birinə xəbər verməlidir. Müvafiq işlərin bu ilin yayınadək yekunlaşacağı gözlənilir. Bu barədə APA.az “news.am” saytına istinadən xəbər verir.
19 Yanvar 2017 16:16 DünyaRusiya vətəndaşları xarici pasport olmadan Ermənistana səfər edə biləcəklər. Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib. O bildirib ki, Ermənistan hökuməti dövlətlərarası razılaşmanı təsdiqləyib. Sənədin qüvvəyə minməsi üçün hər iki ölkənin xarici işlər nazirlikləri layihənin təsdiqi barədə bir-birinə xəbər verməlidir. Müvafiq işlərin bu ilin yayınadək yekunlaşacağı gözlənilir. Bu barədə APA.az "news.am" saytına istinadən xəbər verir.