"Reina" qatili arvadının qısqanclığına görə rahat ələ keçirildi
Yeni il gecəsi İstanbulda "Reina" klubunda 39 nəfəri öldürən qatil Abdulqadir Maşaripovun ələ keçirilməsində xanımının qısqanclığı böyük rol oynayıb.
19 Yanvar 2017 14:43 DünyaYeni il gecəsi İstanbulda "Reina" klubunda 39 nəfəri öldürən qatil Abdulqadir Maşaripovun ələ keçirilməsində xanımının qısqanclığı böyük rol oynayıb. Abdülqadir Maşaripov terroru törətdikdən sonra 2 oğlu və xanımı ilə birlikdə yaşadığı Başakşehirdəki evinə gedib. Terrorçu 6 gündən sonra 4 yaşlı oğlunu da götürərək evi tərk edib. Abdulqadirin xanımı F.B. oğlundan ayrılmaq istəməyib. Buna görə ərinə əsəbi olan qadın təşkilatdan onun başqa qadınla imam nikahında olduğunu öyrəndikdən sonra tamamilə özündən çıxıb. Yanvar ayının 11-də polislər F.B.-nin yaşadığı evə basqın ediblər. O, ərini qısqandığına görə onun hansı ərazidə yaşadığını polislərə deyib. Terrorçunun Esenyurtda qaldığını öyrənən polislər onun izinə düşərək bir neçə gün sonra onu canlı halda ələ keçiriblər. Bu barədə Milli.Az "Milliyet"ə istinadla xəbər verir.