Əsəd: “Ümid edirik ki, Tramp terrorçuluqla mübarizədə müttəfiqimiz olacaq”

Suriya prezidenti Bəşər Əsəd ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin terrorçuluğa qarşı apardığı mübarizədə müttəfiqi olacağına ümid edir. 

Suriya prezidenti Bəşər Əsəd ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin terrorçuluğa qarşı apardığı mübarizədə müttəfiqi olacağına ümid edir.  Bunu o, Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.  "Biz ümid edirik ki, ABŞ-ın yeni administrasiyası terrorçuluqla bağlı verdiyi bəyanatlarda səmimidir, çünki bu problem təkcə Yaxın Şərqdə yox, bütün dünyada var. Düşünürük ki, Tramp administrasiyasının regionda terrorçuluqla mübarizədə gerçək koalisiyanın yaradılması barədə bəyanatları səmimi idi. Əlbəttə ki, bu koalisiyaya Suriyada daxil olmalıdır", - deyə o bildirib. Bu barədə APA.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31