Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB
Tehranda “Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir. Dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb. Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb. Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir. Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. Apa.az
19 Yanvar 2017 15:20 DünyaTehranda "Plasko" ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir. Dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb. Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb. Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir. Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. Apa.az
***
İranın paytaxtı Tehran şəhərində 17 mərtəbəli ofisdə hələki səbəbi məlum olmayan yanğın baş verib. Yanğın zamanı bina çöküb. 30 nəfər xilasedicinin vəfat etdiyi xəbəri verilir.
Haber Türkün məlumatına görə hadisə Türkiyənin Tehrandakı səfirliyinin binasının yaxınlığında İstanbul Dört Yol qovşağında ( Cahar Rahı İstanbul) yerləşən plastik və tekstil ofislərinin olduğu 17 mərtəbəli Plastik İş mərkəzində olub.
Türkiyənin Tehrandakı səfirliyindən verilən məlumatda bildirilir ki, binanın çökməsi zamanı səfirliyin binasına zərər dəyməyib. Lakin ola biləcək xo.agəlməz halların qarşısını almaq üçün səfirliyin binası boşaldılıb.
İran mətbuatına görə Plasku İranın ilk göydələni idi. Yanğından sonra isə bina tamamən çökdü. Tehrandakı bütün xəstəxanalarda fövqalədə vəziyyət hökm sürür.