Tramp Amerikasını nə gözləyir?

Birləşmiş Ştatların sayca 45-ci prezidenti seçilmiş Donald Tramp Ağ Ev rəhbəri kimi özünün ilk mətbuat konfransını keçirdi. Amma Ağ Ev rəhbərinin siftəsinin heç də uğurlu alındığını söyləmək olmaz. Çünki Donald Trampın Birləşmiş Ştatlar prezidenti kimi jurnalistlərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər, sərgilədiyi münasibət ona qarşı müəyyən iradların, ittihamların səslənməsinə səbəb olub. Düzdür, Trampın iqtisadi sahə, xüsusilə Amerikia dolları və onun gələcək aqibəti ilə bağlı söylədiyi fikirlər qısa bir zamanda ölkə iqtisadiyyatına, xüsusilə Amerika dollarının dəyərinə öz təsirini göstərsə də, lakin onun siyasi aspektdə səsləndirdiyi fikirlər də bir o qədər əks effekt verib. Yeni Amerika prezidentinin ilk mətbuat konfransında jurnalistlərlə kobud davranışı Donald Tramp hakimiyyətinin heç də uğurlu olmayacağı qənaətini formalaşdırıb.

Rusiyada yeni Ağ Ev rəhbərinin atacağı addımlar maraq doğurur

İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas İlqar Altay da deyir ki, Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp ilk mətbuat konfransında eynilə Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin xarakterinə uygun kəskin davranış göstərdi: "Donald Tramp jurnalistə qarşı kobudluq etdi. Eyni zamanda Birləşmiş Ştatların mənafeinə yonəlik və hətta, Rusiyaya qarşı kəskin siyasət yūrūdə biləcəyini açıqladı. Həmişə dūşūnūrdūm ki, Barak Obama bu qədər gūcū olan Amerikanın sərt imkanlarını göstərməməkdə çox səhv edir. Buna görə hətta bir çox hallarda uduzur. Cūnki, cılız və kobud insan və ölkələr izafi alicənablıgı, humanistliyi cox vaxt zəiflik kimi başa dūşūrlər. İndiki dünya onu xoşlayır ki, dünyanın ən böyük-güclü ordusunun ali baş komandanı müəllimlik, dayəlik eləməsin, gücünü göstərsin. Hiss olunur ki, Amerika xalqı bu defisiti artıq yoluna qoyub. Məhz ona görə Barak Obama davamçısı Hillari Klintonu yox, xaraktercə hər şey gözlənilən, qarşısındakını ipək davranışı ilə arxayın salmayan "qeyri-adekvat" Donald Trampı prezident seçib. İndi, artıq Kreml öz trampoeyforiyasını geriyə atıb. Artıq Putin qarşısında daha yekəpər "Putini" görüb. Təcili böyük və hərtərəfli savaşa hazırlaşsın. Ən azı, Moskvanın məşhur televiziya aparıcıları Kiselyov, Salovyov, öz məşhur verilişlərini indi də, Trampı ləkələmək üzrə hazırlığa başlasınlar. Həm də, Obama və xanım Klintonu etdiklərindən daha sərt". İlqar Altay qeyd edib ki, Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama ipək, zəif xarici siyasəti ilə, amerikalıları Rusiya, Çin, hətta İran kimi ikinci sort ölkələrə çox güldürtdü: "Birləşmiş Ştatlara, Qərbə. büdcəsi bir Nyu-York şəhərinin büdcəsi qədər olan Rusiyanın qabağından çəkilməklə, ona dünya üzrə fövqəl-dəhşət güc görüntüsü imkanı verdirdi. Onu irəli buraxıb, hətta ABŞ seçkilərinə müdaxilə dərəcəsində meydan verdi. Hətta Birləşmiş Ştatların xırda şəhəri qədər əhalisi olan Rusiya Federasiyası regionunun başçısı Ramzan Kadırov da Amerikaya güldü". Mərkəz rəhbərinin sözlərinə görə, Obamanın zamanında dünyadakı radikal dini ekstremizm, fanatizm at oynadırdı: "Terror təşkilatları lap dövlət qurma dərəcəsində vüsət almışdı. Əslində bu humanist yiyəsizlik idi. Hər yerindən duran okeanın o tayındakı fövqəlgüclü Birləşmiş Ştatları söyür, hədəfə alırdı. Bu konsert bitməli idi". İlqar Altayın sözlərinə görə, indi, dünyada yeni dövr başlayacaq: "Hər kəs, kimin nə gücü varsa onu da ortaya qoyacaq. Gücü olmayıb özünü təhdid, terror, təxribatla güclü göstərmək istəyənlərin isə qara günü başlayacaq. Vladimir Putinin özünün etiraf etdiyi kimi, Birləşmiş Ştatların illik hərbi büdcəsi 650, Rusiyanın isə cəmi 50 milyard dollar olduğu halda, Amerika nə üçün geri çəkilib ona meydan verirdi?. Ona görə də, Hillari Klintonun da timsalında Amerika xalqı Barak Obamanı cəzalandırdı. Belə görünür ki, Donald Tramp bu gedişlə Barak Obamanın atasına hələ çox rəhmət öxutduracaq. Fövqəl-gūclū dövlətin öz bütün gūcūnū ortaya qoyması isə, heç də böyūk mūharibələrin başlanması demək deyil. Əksinə, dūnyadakı mūnaqişələrin aradan götūrūlməsi və hər kəsin öz yerinə çəkilib oturmasdır. Sanki, zona "vor-avtoritet" gəlir. Bu cūr gedişat isə, iki oxşar nəticə ilə sona yetə bilər. Birincisi, Birləşmiş Ştatlar tam gūcū və Avropanın hərtərəfli dəstəyi ilə, onsuz da çökməkdə olam Rusiyanı tamamilə çökdūrəcək. İkincisi, Vladimir Putin vəziyyətin çıxılmaz oldugunu başa dūşərək və hakimiyyətə gəldiyi ilk vaxtlarında göstərdiyi istəyə uygun olaraq Rusiyanın NATO və ya Qərblə hansısa yeni mohkəm ittifaqa girməsini təmin edəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31