Dünya

Ermənistanda muzdlu çavuş güllələnib

23 Yanvar 2017 19:09

İstintaq Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Araik Sarkisyanın ölümünün təfərrüatlarını müəyyənləşdirib. 

Öküzə görə polislə etirazçılar arasında toqquşma - 60 yaralı

23 Yanvar 2017 18:42

Hindistanın Çennay şəhərində ənənəvi öküzün ram edilməsi oyunlarının qadağan edilməsi genişmiqyaslı etirazlara səbəb olub. Oyunların keçirilməsinin tərəfdarları son bir həftə ərzində qərarın ləğv olunması tələbi ilə aksiyalar keçiriblər. Bu gün Çennay polisi aksiyanı dağıtmağa çalışarkən etirazçılarla onlar arasında toqquşmalar baş verib. Nəticədə azı 60 nəfər xəsarət alıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə ilə əlaqədar 80 nəfər saxlanılıb. Trend.az

Saakaşvili Ukraynanın Gürcüstandakı səfiri ola bilər?

23 Yanvar 2017 18:25

Ukrayna prezidenti Petr Poroşenkonun saytındakı elektron petisiyalar bölməsində Odessanın sabiq qubernatoru Mixail Saakaşvilini Ukraynanın Gürcüstandakı səfiri təyin etmək təklifi irəli sürülüb.

Antibiotiklərə qarşı superbakteriyalar  tapıldı

23 Yanvar 2017 18:08

Tibbi dildə superbakteriya adı verilən və antibiotiklərin təsir etmədiyi bakteriyaları məhv edən molekul tapılıb. Belə bir yazı İngiltıərənin mötəbər media agentliyi  olan “The İndependednt” qəzetinin səhifələrində dərc edilib. Yeni kəşf edilən molekulun genlərdəki NDM-1 fermentini gücləndirərək orqanizmin və qəbul edilən antibiotikin superbakteriyaları zərəsizləşdirməyə imkan verdiyi bildirilir.

Məşhur alman klubu faciədən qurtuldu

23 Yanvar 2017 17:30

Almaniyanın "Borussiya" klubunun ölkənin III liqasında mübarizə aparan "Erfrut" klubu ilə planlaşdırdığı yoxlama oyunu təxirə düşüb.  Buna Dortmund klubunun Erfurta gedə bilməməsi səbəb olub. Belə ki, "Borussiya" ötən gün təyyarə ilə Erfurta uçub. Ancaq klubu aparan təyyarə kəskin hava şəraitinə görə şəhərin hava limanına eniş edə bilməyib.

Referendum nə vaxt keçiriləcək?  hökumətdən cavab

23 Yanvar 2017 17:17

“Mövcud Konstitusiya dəyişiklik paketi rejim dəyişikliyi ilə əlaqədar deyil. Bu, bir sistem dəyişikliyi məsələsidir”. Bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda deyib. O bildirib ki, sözügedən dəyişikliklər Prezidentlik sistemində daha təsirli icra mexanizminin formalaşmasına xidmət edəcək: “Konstitusiyaya təklif olunan dəyişikliklərdə suverenliklə bağlı heç bir məsələ yer almır. Türkiyə Respublikası rejimlə bağlı məsələlərə 1923-cü ildə son qoyub, hazırda demokratik, hüquqi, dünyəvi dövlətdir”.

Finlandiya Trampla Putini görüşdürməyə hazırdır, əgər...

23 Yanvar 2017 17:15

Finlandiya Rusiya və ABŞ rəhbərləri Vladimir Putin və Donald Trampın görüşünü təşkil etməyə hazırdır, "əgər şərait buna imkan verərsə". Bu barədə Finlandiyanın baş naziri Yuxa Sipilya jurnalistlərə bəyan edib. Baş nazir qeyd edib: "Biz belə bir görüşü Arktika Şurasının sammiti çərçivəsində təşkil etməyə hazırıq, əgər siyasi durum buna yol verərsə".

Türkiyə baş nazirinin müavini: "ABŞ-ın yeni iqtidarından iki tələbimiz var"

23 Yanvar 2017 17:12

"Türkiyə ilə ABŞ əlaqələrini yenidən gücləndirmək üçün Donald Tramp hakimiyyətinə 2 məsələ ətrafında baxışlarını yenidən nəzərdən keçirməyi məsləhət görürük". Bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş Nazirlər Kabinetinin toplantısında bildirib.

Suriya danışıqları: "İŞİD-dən ayrılın!"

23 Yanvar 2017 16:40

Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb. Astanada rəsmi Dəməşqin nümayəndə heyətinə rəhbərlik edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri ilk iclasın yekunu üzrə bəyan edib ki, Suriya müxalifətinin nümayəndələri özünü təxribatçı kimi aparır.

Suriyadakı döyüşlərdə ölən ermənilərin sayı AÇIQLANIB

23 Yanvar 2017 16:18

Suriyada Bəşər Əsədə bağlı qoşunda döyüşən erməni silahlı Jan Koracyan Hələbin kəndlərindən birində ölüb.  O, yanvarın 23-də dəfn edilib. Məlumata görə, bununla da Suriyadakı qarşıdurmada ölən erməni silahlılarının sayı 33-ə çatıb.

Erməni qadın Avstraliyada baş nazir seçildi

23 Yanvar 2017 16:07

Erməni əsilli siyasətçi Qledis Bereyiklian Avstraliyanın Yeni Cənubi Uels ştatının yeni baş naziri seçilib. Bereyiklian sayca ştatın 45-ci baş naziri olub.  46 yaşlı Qledis Bereyiklian bu gün günorta saatlarında liberallar partiyasında keçirilən seçkilərdə asanlıqla qələbə qazanıb. O, baş nazir postunda Mayk Bayirdi əvəzləyəcək. 

Xəstələri ilə intim münasibətdə olan həkim şantaj olunur

23 Yanvar 2017 15:29

Türkiyədə şəxsi noutbukuna intim videolarını yükləyən həkim proqramçılar tərəfindən şantaj olunub. Bursadakı özəl xəstəxanaların birində həkim işləyən H.T. xəstəxanada bir neçə qadınla onların istəyi ilə intim münasibətdə olub. O, həmin anları kameraya çəkərək noutbukunda saxlayıb.  Noutbuku xarab olan H.T onu təmir etmək üçün proqramçıdan yardım istəyib. Kompüteri təmir edən proqramçılar videonu görüb, həkimi şantaj eləmək qərarına gəliblər.  Həkim təmirçiləri məhkəməyə verib. Onlara 3 aylıq həbs cəzası verilib. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verir.

Astana görüşü Suriyaya sülh gətirəcəkmi?

23 Yanvar 2017 14:54

Bu günlər dünyanın əsas diqqəti Orta Asiyaya, daha doğrusu regionun ən önəmli respublikalarından biri sayılan Qazaxıstana yönəlib. Səbəb Qazaxıstanın paytaxtı Astana şəhərinin Suriya probleminin həlli məqsədilə keçirilən mühüm əhəmiyyətli tədbirə evsahibliyi etməsidir. Əsasən Rusiya Federasiyası və Türkiyənin, eyni zamanda Suriyanın mövcud legitim hakimiyyətinin yüksək rütbəli rəsmilərinin qatılacağı Suriya toplantısına böyük ümidlər bəslənir. Təkcə rusiyalı və turkiyəli, eləcə də suriyalı ekspertlər deyil, eyni zamanda dünyanın tanınmış araşdırmaçı və politoloqları da hesab edirlər ki, Astana görüşü zamanı Suriya probleminin həlli istiqamətində mühüm addım atıla bilər. Ancaq Astana görüşünün bir qədər məhdud çərçivədə keçirilməsi Suriya probleminin heç də Qazaxıstanda həll olunacağına ümidlər vermir. Bunun isə bir neçə səbəbi var. Əsas səbəblərdən biri Qərbin Astana görüşünə isti baxmamasıdır. Çünki Qərb indiki halda Suriya probleminin Rusiya və Türkiyənin əli ilə həll olunmasında maraqlı deyil. Əksinə Qərb bir qədər də Suriyada döyüşlərin geniş bir coğrafiyanı əhatə etməsi, daha çox insan tələfatının qeydə alımasında maraqlıdır. Bir sözlə, Qərb Suriya probleminin Rusiya və Türkiyənin birgə təşəbbüsü ilə həllini qətiyyən istəmir. Çünki Ankara və Moskvanın səyləri nəticəsində Rusiya Suriyada sabitliyə nail lsa, o halda Qərbin Suriya ilə bağlı bütün planları alt-üst olacaq və tədricən o, Yaxın Şərqdən sıxışdırılıb çıxarılacaq. Əvəzində isə Rusiya və Türkiyənin Yaxın Şərqdə mövqeləri daha da möhkəmlənmiş olacaq.

19 yaşlı Nur bu məktubu yazıb evdən getdi

23 Yanvar 2017 14:51

Yarım illik tətili üçün Türkiyədə İzmirdən Kocaelinə getməsi gözlənilən 19 yaşlı tələbə Tuğba Nur U. yoxa çıxıb. Ondan xəbər ala bilməyən qızın ailəsi polisə müraciət edib. Tuğba Nur U.-nun otağında aparılan axtarışlarda qıza aid "Məni axtarmayın, mən artıq Tuğba deyiləm" yazılmış bir məktub tapılıb.

Brüsseldə etiraz aksiyası - Bu dəfə süd istehsalçıları

23 Yanvar 2017 14:49

Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrindən olan süd istehsalçıları etiraz aksiyası keçirir. Aksiya Aİ-nin südçülük sahəsində həyata keçirdiyi siyasətə qarşı keçirilir. Hazırda Brüsseldə Aİ kənd təsərrüfatı nazirlərinin iclası keçirilir. Aksiyada iştirak edən süd istehsalçıları iclasın keçirildiyi binanın yaxınlığına traktorlar gətirib. Süd istehsalçılarının fikrincə, Avropa ölkələrinin həyata keçirilən siyasət südün qiymətinin kəskin ucuzlaşmasına səbəb olur. Trend.az