Astana görüşü Suriyaya sülh gətirəcəkmi?
Bu günlər dünyanın əsas diqqəti Orta Asiyaya, daha doğrusu regionun ən önəmli respublikalarından biri sayılan Qazaxıstana yönəlib. Səbəb Qazaxıstanın paytaxtı Astana şəhərinin Suriya probleminin həlli məqsədilə keçirilən mühüm əhəmiyyətli tədbirə evsahibliyi etməsidir. Əsasən Rusiya Federasiyası və Türkiyənin, eyni zamanda Suriyanın mövcud legitim hakimiyyətinin yüksək rütbəli rəsmilərinin qatılacağı Suriya toplantısına böyük ümidlər bəslənir. Təkcə rusiyalı və turkiyəli, eləcə də suriyalı ekspertlər deyil, eyni zamanda dünyanın tanınmış araşdırmaçı və politoloqları da hesab edirlər ki, Astana görüşü zamanı Suriya probleminin həlli istiqamətində mühüm addım atıla bilər. Ancaq Astana görüşünün bir qədər məhdud çərçivədə keçirilməsi Suriya probleminin heç də Qazaxıstanda həll olunacağına ümidlər vermir. Bunun isə bir neçə səbəbi var. Əsas səbəblərdən biri Qərbin Astana görüşünə isti baxmamasıdır. Çünki Qərb indiki halda Suriya probleminin Rusiya və Türkiyənin əli ilə həll olunmasında maraqlı deyil. Əksinə Qərb bir qədər də Suriyada döyüşlərin geniş bir coğrafiyanı əhatə etməsi, daha çox insan tələfatının qeydə alımasında maraqlıdır. Bir sözlə, Qərb Suriya probleminin Rusiya və Türkiyənin birgə təşəbbüsü ilə həllini qətiyyən istəmir. Çünki Ankara və Moskvanın səyləri nəticəsində Rusiya Suriyada sabitliyə nail lsa, o halda Qərbin Suriya ilə bağlı bütün planları alt-üst olacaq və tədricən o, Yaxın Şərqdən sıxışdırılıb çıxarılacaq. Əvəzində isə Rusiya və Türkiyənin Yaxın Şərqdə mövqeləri daha da möhkəmlənmiş olacaq.
23 Yanvar 2017 14:54 DünyaBu günlər dünyanın əsas diqqəti Orta Asiyaya, daha doğrusu regionun ən önəmli respublikalarından biri sayılan Qazaxıstana yönəlib. Səbəb Qazaxıstanın paytaxtı Astana şəhərinin Suriya probleminin həlli məqsədilə keçirilən mühüm əhəmiyyətli tədbirə evsahibliyi etməsidir. Əsasən Rusiya Federasiyası və Türkiyənin, eyni zamanda Suriyanın mövcud legitim hakimiyyətinin yüksək rütbəli rəsmilərinin qatılacağı Suriya toplantısına böyük ümidlər bəslənir. Təkcə rusiyalı və turkiyəli, eləcə də suriyalı ekspertlər deyil, eyni zamanda dünyanın tanınmış araşdırmaçı və politoloqları da hesab edirlər ki, Astana görüşü zamanı Suriya probleminin həlli istiqamətində mühüm addım atıla bilər. Ancaq Astana görüşünün bir qədər məhdud çərçivədə keçirilməsi Suriya probleminin heç də Qazaxıstanda həll olunacağına ümidlər vermir. Bunun isə bir neçə səbəbi var. Əsas səbəblərdən biri Qərbin Astana görüşünə isti baxmamasıdır. Çünki Qərb indiki halda Suriya probleminin Rusiya və Türkiyənin əli ilə həll olunmasında maraqlı deyil. Əksinə Qərb bir qədər də Suriyada döyüşlərin geniş bir coğrafiyanı əhatə etməsi, daha çox insan tələfatının qeydə alımasında maraqlıdır. Bir sözlə, Qərb Suriya probleminin Rusiya və Türkiyənin birgə təşəbbüsü ilə həllini qətiyyən istəmir. Çünki Ankara və Moskvanın səyləri nəticəsində Rusiya Suriyada sabitliyə nail lsa, o halda Qərbin Suriya ilə bağlı bütün planları alt-üst olacaq və tədricən o, Yaxın Şərqdən sıxışdırılıb çıxarılacaq. Əvəzində isə Rusiya və Türkiyənin Yaxın Şərqdə mövqeləri daha da möhkəmlənmiş olacaq.
Astana görüşünün istənilən sonluqla başa çatacağına ümidlərin az olmasının bir başqa səbəbi Birləşmiş Ştatların bu görüşə soyuq yanaşmasıdır. Belə ki, xəbərlərdən də aydın olduğu kimi Birləşmiş Ştatlar da Astana görüşündə iştirak etməmək barədə qərar verib. Belə ki, Birləşmiş Ştatlar Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək Suriya danışıqlarına nümayəndə heyətini göndərməyəcək. Vaşonqtonu Astana danışıqlarında yalnız Birləşmiş Ştatların Qazaxstandakı səfiri təmsil edəcək. Bəs görəsən Suriya probleminin həlli məqsədilə keçirilən Astana görüşünə Qərbin maraqsızlığının basilica səbəbi nədir? İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altayın sözlərinə görə, rəsmi Vaşinqton bunu Birləşmiş Ştatlarda yeni prezidentin inauqurasiyası, eləcə də hakimiyyətin ötürülməsi ilə bağlasa da, ancaq görünən odur ki, Donald Tramp adminstrasiyası kökündə Rusiya və Türkiyə dayanan, Suriya hakimiyyəti və müxalifətin barışıq danışıqlarını normal qarşılamadı: "Bunu həm də Donald Trampın ilk prezidentliyi günündən başlayan prinsipallığı və Kreml rəhbəri Vladimir Putinlə ilk əməkdaşlıq şansı-siftəsinin korlanması kimi də qəbul etmək olar. Danışıqlara BMT-in Suriya üzrə xüsusi nümayəndəsi C. Mistura və Avropa ölkələri nümayəndələri də dəvət edilib. Qeyd edim ki, az müddət əvvəl, Rusiya Suriya hakimiyyətini, Türkiyə vahid müxalifətini razılığa gətirib cavabdeh olmaqla, bu ölkədə atəşkəs və barışıq təşkilini bəyan etmişdilər. Razılaşmanın da layihəsinə görə, Suriya müxalifəti birgə qərara gəlib, vahidləşib hakimiyyətlə barışırlar. Bəşər Əsədə isə hakimiyyətdə qalmaq üçün daha 5 il vaxt verilir. Bu müddət ərzində onun hakimiyyəti müəyyən qədər məhdudlaşıb müxalifətlə bölüşdürülür. Ölkədə qanunsuz elan edilən müxalifət və İŞİD kimi terror qruplaşmalarının fəaliyyəti isə Rusiya-Türkiyə və Suriya üzrə beynəlxalq koalisiya qüvvələri tərəfindən məhv edilir. Həm də məlumata görə Moskva ilə Ankara arasında razılaşmada bu yekun danışıqlar üçün 3-cü yer kimi Belarusun paytaxtı Minsk ya türksoylu respublikalardan birisinin paytaxtı üzərində düşünülüb. Vladimir Putin belə böyük, müşkül Suriya məsələsində Türkiyənin Rusiya ilə birgə olub, ona vacib və fədakar dəstək verdiyi üçün danışıqların türksoylu paytaxtda keçirilməsini güzəşt edib. Adətən də bir çox bu cür danışıqlar Minskdə keçirildiyinə görə, Belarus lideri Lukaşenko hətta, bundan inciyib və ona görə də bu yaxında Sankt-Peterburqda keçirilən Avroasiya İttifaqı liderlərinin sammitində iştirak etməyib". İlqar Altay onu da qeyd edib ki, Suriya problemi ilə bağlı keçirilən danışıqların yerinin Bakı, Azərbaycan ola biləcəyini mümkün hesab edib: "Çünki, zənnimcə, Bakı Türkiyə ilə Rusiya arasındakı ən ziddiyyətli anlarda qarşılıqlı anlaşma üçün, regionda sabitlik və türk birliyinin də mənfəəti xatirinə az rol oynamamışdı. İkincisi, türksoylu dövlət seçilirsə niyə ki, yaxında yerləşən şəraitli Bakı yox, 3 min kilometr daha uzaqdakı Şərq şəhəri üzərində dayanılsın? Mənim analiz və hesabımla bizim Bakının buna daha çox haqqı çatırdı".
Süleyman