Suriya danışıqları: "İŞİD-dən ayrılın!"
Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb. Astanada rəsmi Dəməşqin nümayəndə heyətinə rəhbərlik edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri ilk iclasın yekunu üzrə bəyan edib ki, Suriya müxalifətinin nümayəndələri özünü təxribatçı kimi aparır.
23 Yanvar 2017 16:40 DünyaAstanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb. Astanada rəsmi Dəməşqin nümayəndə heyətinə rəhbərlik edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri ilk iclasın yekunu üzrə bəyan edib ki, Suriya müxalifətinin nümayəndələri özünü təxribatçı kimi aparır.
O qeyd edib ki, müxalif nümayəndə heyəti diplomatik qaydalara əməl etmir: "Nümayəndə heyətinin rəhbəri iclasa aidiyyəti olmayan çıxış etdi. O, çıxışında "Cəbhət ən-Nüsra" qruplaşmasının Ayn əl-Ficə və Vadi-Baradadakı hərbi cinayətlərini müdafiə etdi".
Qeyd edək ki, bu gün Astanada Suriya böhranının nizamlanması üzrə birinci iclas başa çatıb. Bu barədə Trend-in RİA Novosti-yə istinadən xəbər verir.