Erməni qadın Avstraliyada baş nazir seçildi

Erməni əsilli siyasətçi Qledis Bereyiklian Avstraliyanın Yeni Cənubi Uels ştatının yeni baş naziri seçilib. Bereyiklian sayca ştatın 45-ci baş naziri olub.  46 yaşlı Qledis Bereyiklian bu gün günorta saatlarında liberallar partiyasında keçirilən seçkilərdə asanlıqla qələbə qazanıb. O, baş nazir postunda Mayk Bayirdi əvəzləyəcək. 

Qeyd edək ki, erməni əsilli siyasətçi Qledis Bereyiklian 1970-ci il sentyabrın 22-də Sidneydə anadan olub.  Daha əvvəl Qledis Bereyiklian Bayird hökumətində Yeni Cənubi Uelsin xəzinədarı, Sənaye əlaqələri üzrə, Nəqliyyat və Ovçuluq nazirləri postlarını tutub. O, həmçinin 2014-2017-ci illərdə Yeni Cənubi Uels Liberal partiyasının sədrinin müavini vəzifəsini yerinə yetirib. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31