19 yaşlı Nur bu məktubu yazıb evdən getdi

Yarım illik tətili üçün Türkiyədə İzmirdən Kocaelinə getməsi gözlənilən 19 yaşlı tələbə Tuğba Nur U. yoxa çıxıb. Ondan xəbər ala bilməyən qızın ailəsi polisə müraciət edib. Tuğba Nur U.-nun otağında aparılan axtarışlarda qıza aid "Məni axtarmayın, mən artıq Tuğba deyiləm" yazılmış bir məktub tapılıb.

İzmirin Karşıyaka Mahalında yaşayan bibisinin evində məskunlaşan 19 yaşlı qız cümə günü ailəsinin yanına qayıtmaq üçün avtobus bileti alıb. Bibisi və bibisinin həyat yoldaşının şəhərlərarası avtobus terminalına ötürdükləri Tuğba Nur U. Kocaeliyə gedib çıxmayınca yaxınları onu axtarmağa başlayıblar. İzmir və Kocaelidəki yaxınları avtobus sürücülərindən qız barədə soruşublar. Nurun avtobusa heç minmədiyini öyrəndikdə çaş-baş qalıblar. 

Universitet tələbəsi Tuğba Nur U.-nun otağındakı əşyalar arasında çıxan alış-veriş qəbzindən isə gənc qızın çadır, uzunboğaz çəkmə kimi əşyalar aldığı aydın olub. Bundan sonra qızın qeyd dəftərlərini araşdıran yaxınları Nurun psixoloji problemləri olduğunu müəyyən ediblər. Yaxınları tələbə qızın fotolarını sosial şəbəkələrdə paylaşaraq görənlərdən kömək istəyiblər. Bu barədə Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31