Referendum nə vaxt keçiriləcək? hökumətdən cavab
“Mövcud Konstitusiya dəyişiklik paketi rejim dəyişikliyi ilə əlaqədar deyil. Bu, bir sistem dəyişikliyi məsələsidir”. Bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda deyib. O bildirib ki, sözügedən dəyişikliklər Prezidentlik sistemində daha təsirli icra mexanizminin formalaşmasına xidmət edəcək: “Konstitusiyaya təklif olunan dəyişikliklərdə suverenliklə bağlı heç bir məsələ yer almır. Türkiyə Respublikası rejimlə bağlı məsələlərə 1923-cü ildə son qoyub, hazırda demokratik, hüquqi, dünyəvi dövlətdir”.
23 Yanvar 2017 17:17 Dünya"Mövcud Konstitusiya dəyişiklik paketi rejim dəyişikliyi ilə əlaqədar deyil. Bu, bir sistem dəyişikliyi məsələsidir". Bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda deyib. O bildirib ki, sözügedən dəyişikliklər Prezidentlik sistemində daha təsirli icra mexanizminin formalaşmasına xidmət edəcək: "Konstitusiyaya təklif olunan dəyişikliklərdə suverenliklə bağlı heç bir məsələ yer almır. Türkiyə Respublikası rejimlə bağlı məsələlərə 1923-cü ildə son qoyub, hazırda demokratik, hüquqi, dünyəvi dövlətdir".
N. Kurtuluş Referendumun nə zaman keçiriləcəyi sualına isə belə cavab verib: "Referendumun keçirilməsi ilə bağlı qərarı ilk öncə dövlət başçısı təsdiqləməlidir. Qərar rəsmi qəzetdə nəşr edildikdən 60 gün sonra Türkiyədə Referendum keçiriləcək". Bu barədə SİA.az Türkiyə mətbuatına istinadən xəbər verir.