Ermənistanda muzdlu çavuş güllələnib
İstintaq Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Araik Sarkisyanın ölümünün təfərrüatlarını müəyyənləşdirib.
23 Yanvar 2017 19:09 Dünyaİstintaq Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Araik Sarkisyanın ölümünün təfərrüatlarını müəyyənləşdirib. Çavuş Araik Sarkisyan yanvarın 16-da qarın nahiyəsindən güllə yarası alıb və ölüb. Müəyyən olunub ki, A. Sarkisyanla eyni hərbi hissədə xidmət keçən digər hərbi qulluqçu odlu silahdan istifadə qaydalarını pozaraq onun qarın nahiyəsinə xəsarət yetirib.
İlkin məlumata görə, hərbi qulluqçu A. Sarkisyana təhkim edilən odlu silahı götürüb və onun boş olduğunu zənn edərək tətiyi çəkib. O, artıq həbs edilib. Bu barədə APA.az "news.am" saytına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31