Dünya
Məhkəməyə gətirilmə şəraiti çaşqınlıq yaratdı
15 iyul gecəsi Türkiyədə hərbi çevriliş etməkdə günahlandırılan əsgərlərdən Yunanıstana qaçan 8 nəfər əsgər bu gün məhkəməyə çıxarıldı. İctimaiyyət məhkəməyə çıxarılanlar haqqında sərt cəzaların tətbiqini gözləyirdi. Lakin, onların məhkəməyə gətirilmə şəraiti hər kəsdə təəccüb doğurub. Belə ki, Yunanıstanda həbs olunaraq, Türkiyəyə ekstradisiya olunan keçmiş hərbiçilər məhkəməyə qandalsız gətiriliblər. Onların kostyum və qandalsız olmaları ətrafda şübhəli fikirlər yaradıb.
Türkmənistanda “Sibir virusu” yayılıb
Türkmənistanın Aşqabad və digər şəhərlərində fəaliyyət göstərən şəxsi təsərrüfatlar satışa ucuz quş əti çıxarıblar.
"Metsamor AES bütün region üçün böyük təhlükə mənbəyidir"
Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. Metsamor AES-in mütəxəssisi Aleksandr Hovakimyan Ermənistan hakimiyyətinin stansiyanın istismarını dayandırmayacağı təqdirdə malik olduğu bütün məlumatları dünya ictimaiyyətinə açıqlayacağını deyib.
Erməni iş adamının meyiti tapıldı
Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda 44 yaşlı iş adamının meyiti aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin "Panorama" otelinin sahibi Tiqran Kalmukyanın olduğu bildirilib. Hazırda Ermənistan polisi faktla bağlı araşdırmalar aparır.
Dünyanın gözlədiyi görüşə bir saat qaldı
Bu gün Qazaxıstanın Astana şəhərində Suriya üzrə danışıqlar keçiriləcək. Astana danışıqları 24 saat davam edəcək. Məlumatda qeyd olunur ki, görüş mətbuat üçün qapı olacaq, Astana görüşü yanvarın 23-də yerli vaxtla saat 13.00-da başlayacaq, yanvarın 24-də eyni saatda başa çatacaq. Görüş Astanadakı "Rixos Prezident" otelində keçiriləcək. Suriya müxalifətinin nümayəndələri və Suriya hökumətinin nümayəndə heyəti Astanaya gəlib.
Londonda 100-ə yaxın reys təxirə salınıb - SƏBƏB?
Londonun Hitrou hava limanında güclü duman əlverişsiz görünmə dərəcəsi yaradıb.
Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır
İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb.
Sibel Can qızının illik təhsil haqqına SƏRVƏT ÖDƏYİR
London Kommunikasiya Kollecində oxuyan Melisa Uralın illik təhsil haqqı üçün Sibel Canın 13 min funt-sterlinq (təxminən 30 min manat) ödəniş etdiyi öyrənilib. Londonda təhsil alan Sibel Canın qızı Melisa Ural ötən gün yoldaşları ilə İstanbulda əylənərkən görüntülənib. Dostunun doğum günü partisinə qatılan Melisa çıxışda jurnalistlərin bütün suallarını cavabsız qoyaraq avtomobilinə minərək uzaqlaşıb. Bu barədə Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Rəssamı parkda güllələdilər
Türkiyənin Samsun şəhərində parkda oturarkən silahlı hücuma uğrayan opera teatrının rəssamını güllələyib, ssenarist yoldaşını isə döyüblər.
Məryəm Üzərli çətin vəziyyətdə
Aktrisa Məryəm Üzərlinin qızının baxıcısı qaçıb. Hava limanında görüntülənən aktrisa uşağına yeni baxıcı axtarmaq üçün getdiyini söyləyib. Qızına dayəlik edən qadının qaçdığını o, belə izah edib. "Baxıcımız terror hadisələri bəhanəsi ilə məni çətin vəziyyətdə qoyub ölkəsinə getdi". Aktrisa hazırda "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında iştirak edir. Axşam.az
Çin doğum rekordlarını qırır
2016-cı ildə Çində 17,86 milyon nəfər anadan olub. Bu barədə səhiyyə və planlı doğum üzrə Dövlət Komitəsinin nümayəndəsi Yan Vençjuan məlumat verib. Bu, 2000-ci ildən bəri ən yüksək doğum səviyyəsidir. Müqayisə üçün bildirək ki, 2011-2015-ci illərdə orta illik doğum göstəricisi bundan 1,4 milyon nəfər az olub. Çin hökuməti nümayəndələri "bir ailə - bir uşaq" prinsipindən imtinanın lap yerinə düşdüyünü və çox effektiv olduğunu qeyd edir.
Senatorlar Trampın fikrini dəyişməyə çalışacaqlar
Demokrat partiyasının senatorları Çek Şumer və Ben Kardin gələn həftə ABŞ-ın yeni prezidenti Donald Trampa Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına mane olacaq qanun layihəsini təqdim edəcəklər. Bu haqda ABC News qeyd edib.
Nejat İşler məşhur türk serialına çəkiləcək
Bir daha seriallara çəkilməyəcəyini deyən aktyor Nejat İşler keçmiş sevgilisi Şevval Sam ilə seriala çəkiləcək. Aktyor Kanal D-də yayımlanan "Bodrum masalı" serialına dəvət alıb. Nejat idarə heyətində olduğu Gümüşlükspor futbol klubuna dəstək olmaq üçün ekrana qayıtdığını bildirib.
"Reina" faciəsində DAHA BİR AD: Maşaripov təlimatı ondan alıb
"Reina"da Yeni il gecəsi 39 adamı qətlə yetirən, 17 gün sonra Esenyurtdakı İŞİD-çilərin gizləndiyi evdə tutulan terrorçu Abdülqadir Maşaripovun dindirilməsi davam edir. Maşaripovun terror aktından əvvəl İstanbulda təmasının olduğu kəslər müəyyən edilib. Özbək əsilli terrorçu Maşaripovun əlaqələrini araşdıran polis Konyada yeni bir ad aşkar edib. Bu şəxs Abdülmalike Kade adlı İŞİD üzvüdür. Aparılan araşdırmada Abdülmalike Kadenin İŞİD üçün çox əhəmiyyətli şəxs olduğu təyin olunub. Maşaripovun Konyada Abulizinin yanında olduğu müddətdə Abdülmalike Kade də Konyada olub. Onun Türkiyəyə nə vaxt, haradan və necə girdiyi hələ tam olaraq müəyyən edilməyib.
Trampın ilk telefon danışığı - Kimə zəng etdi?
ABŞ-ın prezidenti Donald Tramp ilk telefon danışığını İsrailin baş naziri Binyamin Netanyahunu ilə aparıb. Trampın inauqurasiyasından sonra onlar arasında telefon danışığı olub. Donald Tramp Binyamin Netanyahunu Vaşinqtona dəvət edib. Onlar telefonla Yaxın Şərqdə təhlükəsizliyin və sabitliyin təmin edilməsi mövzusunda danışıblar. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verir.














