Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır

İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb.

İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb.

Bunu IRNA agentliyinə müsahibəsində şəhər Xilasetmə Xidməti İdarəsinin əməkdaşı Həsən Abbasi deyib. Xilasedicinin sözlərinə görə, ümumilikdə 194 nəfər xəsarət alıb, onlardan 44-ü xəstəxanaya yerləşdirilib: "İşlər davam edir, indiyədək iki yanğınsöndürənin meyitinin şəxsiyyəti müəyyən edilib".

Qeyd edək ki, yanvarın 19-da Tehranın ən köhnə göydələni olan bu 17 mərtəbəli binada yanğın baş vermiş və tikili dağılmışdı. Hadisə vaxtı binada çox sayda yanğınsöndürən olub. Bundan əvvəl 7 nəfərin öldüyü, 84 nəfərin xəsarət aldığı bildirilirdi. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31