Dünyanın gözlədiyi görüşə bir saat qaldı

Bu gün Qazaxıstanın Astana şəhərində Suriya üzrə danışıqlar keçiriləcək. Astana danışıqları 24 saat davam edəcək.  Məlumatda qeyd olunur ki, görüş mətbuat üçün qapı olacaq, Astana görüşü yanvarın 23-də yerli vaxtla saat 13.00-da başlayacaq, yanvarın 24-də eyni saatda başa çatacaq. Görüş Astanadakı "Rixos Prezident" otelində keçiriləcək. Suriya müxalifətinin nümayəndələri və Suriya hökumətinin nümayəndə heyəti Astanaya gəlib. 

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanadadır. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyib, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31