Türkmənistanda “Sibir virusu” yayılıb

Türkmənistanın Aşqabad və digər şəhərlərində fəaliyyət göstərən şəxsi təsərrüfatlar satışa ucuz quş əti çıxarıblar.

Ev quşları və heyvanları kütləvi tələfatı qeydə alınıb 

Türkmənistanın Aşqabad və digər şəhərlərində fəaliyyət göstərən şəxsi təsərrüfatlar satışa ucuz quş əti çıxarıblar. Bu arada "Azadlıq" radiosu ölkənin müxtəlif regionlarında "Sibir virusu"ndan çoxli sayda ev quşları və heyvanların tələf olması barədə məlumar yayıb. Radiostansiya məlumatı yerli sakinlərin yazılı müraciətləri əsasında yayıb. Müraciətdə ev quş və heyvanların epidemiyadan kütləvi şəkildə tələf olduğu bildirlir. Lebapski vilayətinin sakini Altın-dayza bildiriblər ki, onun şəxsi təsərrüfatında 40 ev quşu tələf olub. Quşların kütləvi ölüm halları digər sakinlərdə də qeydə alınıb. Müraciət olunan aidiyyatı qurumlar isə heç bir tədbir görmək iqtidarında deyillər. Ona görə də sakinlər quşların müalicəsini primitiv üsullarla aparırlar. Elə bu səbədən də regionlardan ucua qiymətə alınan quş və mal əti mərkəzi şəhərlərdə baha qiymətə satılır. Məslən, regionlardan 10-12 manata alınan quş əti Aşqabadda 20-22 manata satılır. Lakin əhali quşların kütləvi tələfatı barədə məlumat əldə etdikdən sonra qiymətlər dərhal düşüb. Hazırda bazarda ətin 1 kiloqramı 18 manata, ölmüş heyvanların əti isə 9 manata təklif olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31