Dünya

Rusiya hərbi bazalarında yoxlamalara başladı

2 Mart 2017 16:45

Rusiyanın Qaraçay-Çərkəz, Dağıstan, Çeçenistan respublikalarında və Krımdakı hərbi hissələrində həyəcan siqnalı verilib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb. Həyəcan siqnalı hərbi hissələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədi ilə verilib. Yoxlamaya 3 min hərbçi, 1000-dən çox hərbi texnika cəlb edilib. Cəlb edilən hərbi texnika sırasında T-72B3 tankları, PDM-3 - piyadaların döyüş maşını, ZTR-82A zirehli transportyoru olub.

Hakim partiyanın üzvü müxalifətdən olan namizədi bıçaqladı

2 Mart 2017 16:43

Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" partiyasının deputatlığa namizədi Abram Adamyan bıcaqlanıb. İnsident Ararat vilayətinin Sayat-Nova kəndində qeydə alınıb. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Naira Zohrabyan "Azadlıq" radiosunun Ermənistan xidmətinə bıcaqlayan şəxsin hakim Respublika partiyasının üzvü olduğunu bildirib. Zohrabyan ölkədə seçkiqabağı mübarizənin siyasi müstəvidən kriminal müstəviyə keçdiyini deyir.

Türkiyədə ardıcıl 4 zəlzələ - EVLƏR UÇDU

2 Mart 2017 16:38

"Adıyamanda baş verən zəlzələ nəticəsində insan tələfatı olmasa da, dağıntılar var". Bu barədə Fövqəladə Hallar Nazirliyinin Adıyaman əyalətinin başçısı Osman Ərtoğrul Altuğ bildirib.

Arvadına sataşan şəxsə qadın paltarı geyindirib zorladı

2 Mart 2017 16:19

İstanbulda yaşayan 25 yaşlı A.Y.-nı sosial şəbəkədən narahat etdiyi iddia edilən şəxs qadının həyat yoldaşı və yaxınları tərəfindən oğurlanaraq işgəncəyə məruz qalıb. 

Təqaüdçünü diri-diri basdırdılar, xanımı başdaşından öpdü

2 Mart 2017 16:10

İrlandiyada təqaüdçü Con Edvard intiharlara və depressiyaya diqqət çəkmək üçün maraqlı eksperiment keçirmək qərarına gəlib.

Ərdoğan: "Bu bizim üçün qəbuledilməzdir"

2 Mart 2017 16:02

"ABŞ-ın Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə dəqiq planı yoxdur". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan qayıdarkən təyyarədə türk jurnalistlərlə söhbətində deyib.

Sərkisyan aprel seçkilərini təxirə salmağa çalışır

2 Mart 2017 15:39

Sərkisyan hakimiyyəti son vaxtlar ovçular arasında çaşqınlıq içərisində qalan ovu xatırladır. Müxtəlif vasitələrdən istifadə etməklə ov olmaqdan qurtulmaq istəyən Sərkisyan yenə də ənənəvi Qarabağ kartından yararlanmağa üstünlük verir. Lakin bu dəfə plan heç də işğalçı ölkə rəhbərinin arzu etdiyi situasiyanı yaratmır. Daxili siyasi gərginliyi yoluna qoymaq üçün cəbhə xəttində təxribatlara əl atan Ermənistanın mövcud hakimiyyəti “qaş düzəltdiyi yerdə göz də çıxardı” tendensiyası ilə üzləşib.

Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirilir

2 Mart 2017 15:10

Martın 2-də Gürcüstan Ali Məhkəməsində "Rustavi 2" televiziya kanalı ilə bağlı sonuncu məhkəmə iclası başlayıb. Bu səbəbdən yüzlərlə insan məhkəmə binasi önünə toplaşıb. Onlar telekanalın indiki rəhbərlikdən alınaraq əvvəlki sahibinə qaytarılmasına etiraz edir və "Rustavi 2" televiziya kanalını almaq istəyənlərin olkədə azad sözü, media azadlığını boğmaq istədiklərini bildirirlər. Mitinqdə çıxış edənlər vurğulayıblar ki, "Rustavi 2" telekanalına qarşı başlayan kampaniya ümumilikdə ölkədə azad sözün boğulmasına yönəlib.

Mollanı oğurlayan kəşfiyyatçı qadın azadlığa buraxıldı

2 Mart 2017 15:06

Portuqaliyada iki il həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılan Sabrina De Sousa daha bir xoş xəbər alıb.

Deputatlar iclasa gəlmədi - Ermənistanda

2 Mart 2017 14:49

Ermənistan parlamentinin iclası baş tutmayıb. İclas yetərsay olmadığından keçirilməyib. Məlumata görə, iclasın keçirilməsi üçün ən azı 66 millət vəkilinin iştirakı tələb olunsa da, cəmi 39 deputat qeydiyyatdan keçib. Parlament sədrinin müavini Eduard Şarmazanov bildirib ki, saat 15:00-dək lazımi sayda deputat qeydiyyatdan keçməsə, reqlamentə uyğun olaraq yeni parlament seçkilərinə dair təşviqat kampaniyasına start veriləcək: "Mən istərdim ki, mayın 31-dək parlament hazırkı tərkibdə iclaslar keçirsin. Amma vəziyyət belədir ki, kvorum yoxdur. Biz mövcud reallığı qəbul etməliyik".

Ölkəsinin tanınmış qadın vəkili fahişəliyə başladı - VİDEO

2 Mart 2017 14:34

Braziliyada hər kəs tanınmış qadın vəkildən danışır. Klaudia de Marçi adlı qadın vəkillikdən imtina edərək fahişəliyə başlayıb. 34 yaşlı keçmiş vəkil hal-hazırda iş adamlarının və siyasətçilərin seçiminə çevrilib. Bu ilginc olayla bağlı daha geniş reportajı aşağıdakı videoda təqdim edirik.

Moskvada tunel çökdü - Ölən var

2 Mart 2017 14:25

Moskvada tunel tikintisi zamanı konstruksiyanın çökməsi nəticəsində bir nəfər həlak olub. Kaluqa şossesində tikinti sahəsində 40 kvadrat metr konstruksiya çöküb. Qəza yerində başqa insanların olduğu ehtimal edilir. Bölgəyə tibbi yardım maşınları və xilasedicilər cəlb ediliblər.

Qatar relsdən çıxdı - Ölən var

2 Mart 2017 13:55

Yaponiyanın Ayti prefekturasında elektrik qatarı relsdən çıxıb. Hadisə nəticəsində bir nəfər həlak olub. Məlumatda qeyd olunur ki, hadisə minik avtomobilinin qatar yolunda dayanması nəticəsində baş verib. Maşinist qəzanın səbəbini qatarı dərhal saxlaya bilməməsi ilə əlaqələndirib. Zərbə nəticəsində qatarın birinci vaqonu relsdən çıxıb, avtomobilin sürücüsü həyatını itirib. Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Partlayıcı qurğu aşkarlandı

2 Mart 2017 13:53

Türkiyənin Hakkari vilayətinin Şemdinli qəsəbəsinin sakinləri polisə dağlıq ərazidə partlayıcı qurğu gizlədildiyi xəbərini veriblər. Göstərilən ərazidə aparılan axtarış tədbirləri nəticəsində 6 ədəd partlayıcı qurğu aşkarlanıb. Aparılan araşdırma zamanı qurğuların tam olaraq 500 kiloqram partlayıcı maddədən hazırlandığı təsbit edilib. Hadisə ilə əlaqədar olaraq cinayəti təşkil edən şəbəkənin zərərsizləşdirilməsi üçün axtarış tədbirləri aparılır.

İran paytaxtını dəyişir- ŞOK

2 Mart 2017 13:46

İran İslam Respublikasının paytaxtı dəyişə bilər. “OLAYLAR”-ın xəbərinə görə, bu məqsədlə ölkə parlamentinin 73 deputatı ali dini lider ayətullah Əli Xomeneyidən dəstək istəyib. Deputatlar bunu paytaxt Tehranda sıxlığın artması ilə əlaqələndiriblər.